Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-325/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Mehmet Atcıoğluna qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə5, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Mehmet Atcıoğluna qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 MMC-dən və Mehmet Atcıoğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 nömrəli kredit müqaviləsi üzrə əsas borc 133.683,95 AZN, faiz borcu 10.584,91 AZN, cərimə borcu 3952,68 AZN, cəmi borc 148.221,54 AZN; xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəlikredit müqaviləsi üzrə əsas borc 19.257,03 AZN, faiz borcu 1517,19 AZN, cərimə borcu 568,35 AZN, cəmi borc 21.342,57 AZN; xx.xx.2020-ci il tarixli 020CRLN16000056-16 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 73.465,16 AZN, faiz borcu 5967,50 AZN, cəmi borc 79.432,66 AZN; xx.xx.2021-ci il tarixli, 02CRED21000007 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 69.891,00 AZN, faiz borcu 4264,61 AZN, cəmi borc 74.155,61 AZN; xx.xx.2021-ci il tarixli 02CRED21000009 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 73.849,35 AZN, faiz borcu 4032,83 AZN, cəmi borc 77.882,18 AZN olmaqla cəmi 401 034,56 AZN məbləğində borcun, iddiaya görə ödənilmiş 292 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 144 manat xidmət haqqının tutulması; tutmanın ipoteka predmetləri olan Mehmet Atcıoğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifovküçəsi ev31 ünvanında yerləşən 3№-li mənzilə və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 267 №-li mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsinə; Tutmanın Cavabdeh1 MMC-yəməxsus olan və xx.xx.2021-ci il tarixli 002GOOD21000080 nömrəli Girovmüqaviləsi və xx.xx.2021-ci il tarixli 002GOOD21000080/1 №-li Sonrakı girov müqaviləsində göstərilən girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-yəsahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılmasına, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə; Hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən və Mehmet Atcıoğlundan müştərək qaydada tutulmasına; X3 məxsus olan ünvan 3 ünvanında yerləşən 3№-li mənzilə yönəldikdə və həmin əmlak satıldıqda ən geci 1 ay ərzində Mehmet Atcığolu və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin həmin əmlakdan çıxarılmasına, həmin əmlakın boşaldılmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin qismən etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilələrin imzalanmasında 1 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində ipoteka qoyan kimi iddiaçı Cavabdeh2 iştirakı təmin edilmiş və onun imzası adıçəkilən mərkəzdə notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. İddiaçı Cavabdeh2 ilə imzası vasitəsilə həmin müqavilələr təsdiq edilmişdir. Beləliklə, Ziraat Bank ASC , İDEM MMC, qanuni nümayəndəsi Mehmet Atcıoğlu və Cavabdeh2 adıçəkilən müqavilələrçərçivəsində üzərlərinə üçtərəfli öhdəlik götürmüşdürlər. Qeyd edim ki, İddiaçı Cavabdeh2 cavabdeh (borcalan) Mehmet Atcıoğlundan dəfələrlə evinin ona geri qaytarılmasını, aldığı borcları ödəməsini tələb etmişdir. Mehmet Atcıoğlu isə 4-5 ay ərzində borcu bağlayacağını və nəticədə evin girovdan çıxarılacağı ilə bağlı yalan vədlər verərək özünə vaxt qazanmağa çalışmışdır. “04” noyabr 2020-ci ildə cavabdeh “İDEM MMC”, Mehmet Atcıoğlu şəxsində və İddiaçı ASC arasında 020CRLN1600056- 16 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq, Kreditor Borcluya 200.000,00 AZN (iki yüz min manat 00 qəpik)məbləğində illik 15 (on beş ) faiz dərəcəsilə 36 (otuzalti ) ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş 12 (on iki) ay olmaqla kredit verir. Bundan əlavə yenidən həmin şəxslər arasında 03 avqust 2021-ci il tarixində 02CRED21000009 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi kredit müqaviləsini imzalamışdır. Müqaviləyə əsasən, Kreditor Borcluya 100.000,00 AZN (Bir yüz min manat 00 qəpik)məbləğində illik 15 (on beş ) faiz dərəcəsilə 36 (otuz alti ) ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş 12 (on iki) ay kredit verir. Daha sonra iddiaçıCavabdeh2 mənafeyinə və mövqeyinə zidd olaraq bağlanılan bütün bu müqavilələr azmış kimi, “27” sentyabr 2022-ci il tarixində bir tərəfdən İddiaçı ASC , etibarnamə əsasında İçərişəhər filialının müdiri X6 şəxsində (Kreditor), digər tərəfdən “İDEM MMC”, qanuni təmsilçisi Mehmet Atcıoğlu (Borcalan) arasında 020CRLN1600056-25 saylı Kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə əsasən, kreditor borcalana 133.683,95 ( bir yüz otuz üç min altı yüz səksən üç manat doxsan beş qəpik) AZN məbləğində kredit vermişdir. Həmin müqavilənin 6. bəndinə əsasən, bu Müqavilə üzrə Borcalanın öhdəliklərinin icrasının əsas təminatı Tərəflər arasında bağlanılmış 11.11.16-cı il tarixli 020CRLN16000056 nömrəli Baş Kredit Müqaviləsinin təminatı kimi təsdiq edilmişdir. “28” sentyabr 2022-ci il tarixində adıçəkilən şəxslər arasında 020CRLN1600056-27 nömrəli kredit müqaviləsi bağlanaraq, Kreditor tərəfindən Borcalana 19.901,52 (on doqquz in doqquz yüz bir manat əlli iki qəpik) AZN məbləğində kredit verilmişdir.Həmin müqavilədə də borcalanın öhdəliklərinin icrasının əsas təminatı kimi tərəflər arasında bağlanılmış 11.11.16-cı il tarixli 020CRLN1600056 nömrəli Baş Kredit müqaviləsi çıxış edir. Bir daha diqqətinizə çatdırmaq istərdim ki, Mehmet Atcıoğlu həmin müqavilələri bağlayarkən məhzvicdansızlıq nümunəsi göstərərək iddiaçı Cavabdeh2 etimadından və etibarından sui-istifadə edərək iddiaçı üçün gələcəkdə ağır nəticələrə səbəb olacaq kredit müqavilələri bağlamışdır. “27” sentyabr 2022-ci il tarixli 020CRLN160005625 saylı və “28” sentyabr 2022-ci il tarixli 020CRLN1600056-27 nömrəli kredit müqavilələri üzrə iddiaçı Cavabdeh2 nə ipoteka saxlayan kimi "xxxx" ASC tərəfindən, nə də ki kredit müqaviləsini bağlayan Mehmet Atcıoğlu tərəfindən yazılı və şifahi olmaqla heç bir məlumat verilməmişdir, ümumiyyətlə bu kredit müqavilələrinin bağlanmasından iddiaçının məlumatı olmamışdır. Baxmayaraq ki, sözügedən kredit müqavilələrində iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən əmlak təminat kimi qoyulmuşdur, lakin bununla bağlı iddiaçının heç bir razılığı alınmamışdır. İddiaçının mənafeyinə xələl gətirən adıçəkilən müqavilələrin imzalanması iddiaçının məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Belə bir sual formalaşır ki, 2016-2019-cu il tarixli müqavilələrin imzalanmasında iddiaçı Cavabdeh2 məlumat verilmişdirsə , 2022-ci il tarixli kredit müqaviləsi eyni predmet barəsində, eyni şəxslər arasında olmasına baxmayaraq, nə üçün iddiaçıya məlumat verilməmişdir? Bu isə açıqaydın ona dəlalət edir ki, həmin müqavilələr mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlanılmışdır. Beləliklə, 11.11.16-cı il tarixli 020CRLN1600056 nömrəli Baş Kredit müqaviləsinin əsas təminatı kimi bağlanılmışkredit müqavilələri üzrə öhdəliyin həcminin artırılmasına baxmayaraq, ipoteka qoyan olaraq iddiaçının bununla bağlı razılığı alınmamışdır. İddiaçının həmin kredit müqavilələri üzrə öhdəliyi üzərinə götürməsinə dair hər hansı bir formada razılığı alınmadığı üçün onun heç bir öhdəliyi yaranmır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində də nəzərdə tutulduğu kimi, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Mehmet Atcıoğlu tərəfindən bu cür qanunazidd hərəkətlərin törədilməsi ona dəlalət edir ki, o tərəflər arasında bağlanılmış ipoteka müqaviləsindən istifadə etməklə iddiaçı üçün ağır nəticələrə səbəb ola biləcək , onun iradə ifadəsini əks etdirməyən digər müqavilələr də imzalaya bilər. Nəzərə alaq ki, cavabdeh Mehmet Atıcıoğlu dəfələrlə ödəmə qabiliyyətindən artıq borc yükünün altına girərək küllimiqdarda kreditlər götürmüşdür. Hal hazırda cavabdeh mövcud olan kredit borclarını nəzərdə tutulan müddətdə ödəmək iqtidarında olmadığı üçün bank sonrakı addımda iddiaçıya məxsus daşınmaz əmlakı hərraca çıxarıaraq kreditin ödənilməsinə nail ola bilər. İddiaçının xəbəri belə olmadan bağlanılan həmin müqavilələrə görə onun belə bir ağır nəticələrlə üzləşməsi nə dərəcədə düzgündür?! Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, İddiaçı ASC ilə “İDEM MMC” arasında bağlanılmış “27” sentyabr 2022-ci il tarixli 020CRLN1600056-25 nömrəli və “28” sentyabr 2022-ci il tarixli 020CRLN1600056-27 nömrəli kredit müqavilələri iddiaçı Cavabdeh2 aid hissəsində etibarsız hesab edilməlidir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5893/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası üzrə iş hazırkı işlə baxılması üçün bir icraatda birləşdirilmişdir.
5. İlk iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib cavabdеhlər Cavabdeh1 MMC-dən və Mehmet Atcıoğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 nömrəli kredit müqaviləsi üzrə əsas borc 133.683,95 AZN, faiz borcu 33170,11 AZN, cərimə borcu 27779,88 AZN, cəmi borc 194633,94 AZN; xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəli kredit müqaviləsi üzrə əsas borc 19.257,03 AZN, faiz borcu 4765,30 AZN, cərimə borcu 3987,57 AZN, cəmi borc 28009,90 AZN; xx.xx.2020-ci il tarixli 020CRLN16000056- 16 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 73.465,16 AZN, faiz borcu 7206,23 AZN, cəmi borc 80671,39 AZN; xx.xx.2021-ci il tarixli, 02CRED21000007 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 69.891,00 AZN, faiz borcu 8359,23 AZN, cəmi borc 78250,23 AZN; xx.xx.2021-ci il tarixli 02CRED21000009 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 73.849,35 AZN, faiz borcu 8358,28 AZN, cəmi borc 82207,63 AZN olmaqla cəmi 463773,09 AZN məbləğində borcun, iddiaya görə ödənilmiş 354 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri ilə bağlı verilmiş ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 144 manat xidmət haqqının tutulması; tutmanın ipoteka predmetləri olan Mehmet Atcıoğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifovküçəsi ev31 ünvanında yerləşən 3№-li mənzilə və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 267 №-li mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsinə; Tutmanın Cavabdeh1 MMC-yəməxsus olan və xx.xx.2021-ci il tarixli 002GOOD21000080 nömrəli Girovmüqaviləsi və xx.xx.2021-ci il tarixli 002GOOD21000080/1 №-li Sonrakı girov müqaviləsində göstərilən girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-yəsahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılmasına, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə; Hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən və Mehmet Atcıoğlundan müştərək qaydada tutulmasına; X3 məxsus olan ünvan 3 ünvanında yerləşən 3№-li mənzilə yönəldikdə və həmin əmlak satıldıqda ən geci 1 ay ərzində Mehmet Atcığolu və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin həmin əmlakdan çıxarılmasına, həmin əmlakın boşaldılmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh2 ilk iddia ərizəsinə yazılı etiraz təqdim edib ilk iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, 11 noyabr 2016-cı il tarixli, 020CRLN16000056 saylı baş kredit müqaviləsi kredit limiti müqaviləsidir. Sözügedən müqaviləyə istinadən 27 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-25 saylı kredit müqaviləsi və 28 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-27 saylı kredit müqavilələri bağlanılmışdır (müqavilələrin 1.2-ci bəndi); - 04 noyabr 2020-ci il tarixli, 020CRL16000056-16 saylı nümunəvi kredit müqaviləsi, 17 iyul 2021-ci il tarixli, 02CRED21000007 saylı nümunəvi kredit müqaviləsi və 03 avqust 2021-ci il tarixli, 02CRED21000009 saylı nümunəvi kredit müqaviləsi Azərbaycan Sahibkarlıq İnkişaf Fondunun dəstəyi ilə bağlanılmış kredit müqavilələridir. Mənimlə İddiaçı ASC və Cavabdeh1 MMC arasında mənə məxsus ünvan 5 ünvanında yerləşən 267 saylı mənzilin girov qoyulmasına dair 002REAL19000010 saylı, 18 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Qeyd edilən müqavilə əsasında mülkiyyətimdə olan mənzil 11 noyabr 2016-cı il tarixli, 020CRLN16000056 saylı baş kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi İddiaçı ASC-yə təqdim edilmişdir. X5 ilə İddiaçı ASC arasında ünvan 6 ünvanında yerləşən 3 saylı mənzilin girov qoyulmasına dair 002REAL16000167 saylı, 17 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Qeyd edilən müqavilə əsasında Mehmet Atcıoğlunun mülkiyyətində olan mənzil 11 noyabr 2016-cı il tarixli, 020CRLN16000056 saylı baş kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi İddiaçı ASC-yə təqdim edilmişdir. İlkin iddia tələbində İddiaçı ASC bütün kredit müqavilələrindən irəli gələn borc məbləğlərinin ödənilməsi məqsədilə ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdən də açıq-aşkar olaraq görünür ki, Azərbaycan Sahibkarlıq İnkişaf Fondunun dəstəyi ilə bağlanılmış 04 noyabr 2020-ci il tarixli, 020CRL16000056-16 saylı nümunəvi kredit müqaviləsi, 17 iyul 2021-ci il tarixli, 02CRED21000007 saylı nümunəvi kredit müqaviləsi və 03 avqust 2021-ci il tarixli, 02CRED21000009 saylı nümunəvi kredit müqaviləsinin yuxarıda qeyd edilən ipoteka predmetləri ilə hər hansı bağlılığı yoxdur. İş materiallarına nəzər salsaq qeyd edilən kredit müqavilələrinin yalnız Mehmet Atcıoğlu ilə bağlanılmış şəxsi zaminlik müqavilələri əsasında bağlanıldığını müəyyən edə bilərik. Göründüyü kimi ipoteka ilə əhatə edilən borc məbləğləri yalnız 27 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-25 saylı kredit müqaviləsi və 28 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-27 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklər ola bilər. İddia tələbinin artırılması dair ərizəyə əsasən hazırda Cavabdeh1 MMC-nin 27 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu 133.683,95 əsas, 33.170,11 faiz və 27.779,88 cərimə borcu olmaqla cəmi 194.633,94 manat, 28 sentyabr 2022-ci il tarixli müqavilə əsasən isə 19.257,03 əsas, 4.765,30 faiz, 3.987,57 cərimə borcu olmaqla cəmi 28.009.90 manat məbləğində borcu müəyyən edilmişdir. Hesab edirəm ki, qeyd edilən məbləğlərin mülkiyyətində olan mənzilə yönəldilməsi yol verilməzdir. İlk öncə qeyd edim ki, 002REAL19000010 saylı, 18 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinə 24 dekabr 2019-cu il tarixdə 5 saylı Əlavə imzalanmışdır. Həmin Əlavədə qeyd edilir ki, ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği 900.000 (doqquz yüz min) manat təşkil edir. Borcun qaytarılma müddəti isə 120 (bir yüz iyirmi) ay. Sadə riyazi hesablama əsasında müəyyən etmək olur ki, bu borcun qaytarılması üçün Cavabdeh1 MMC əlavə faiz öhdəliklərini nəzərə almasaq hər ay 7500 manat məbləğində (900.000 manat/120 ay) aylıq ödəniş icra etməlidir. Bu məbləğlərə bankın gəliri olan faizləri hesablasaq aylıq məbləğ yuvarlaq 9000-10000 civarında təşkil etməsini müəyyən edə bilərik. Lakin İddiaçı ASC-nin nümayəndəsi məhkəmə çıxışları zamanı bildirmişdir ki, 18 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmeti olan mənzilim 11 noyabr 2016-cı il tarixli, 020CRLN16000056 saylı baş kredit müqaviləsinə əsasən bağlanan və onun tərkib hissəsini təşkil edən digər müqavilələr üzrə də təminat qismində çıxış edir. 27 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-25 saylı kredit müqaviləsi və 28 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-27 saylı kredit müqavilələri 11 noyabr 2016-cı il tarixli, 020CRLN16000056 saylı baş kredit müqaviləsi əsasında bağlanıldığını nəzərə alaraq ilkin iddia üzrə iddaçı İddiaçı ASC bu müqavilələrdən irəli doğan borc öhdəliyinin Cavabdeh1 MMC-dən tutulması üçün tutmanın mülkiyyətimdə olan mənzilə yönəldilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin tələblərinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “AR Mülki Məcəllənin 477.0.1, 470.2, 269.11 və 307.4- cü mad-n və “İpoteka haqqında” AR qanununun 1.0.8,10.5,3.2 və 10.5-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ““Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Hesab edirəm ki, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanılmış 27 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-25 saylı kredit müqaviləsi və 28 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-27 saylı kredit müqavilələrində qeyd edilən kredit məbləğləri 002REAL19000010 saylı, 18 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinin tərkib hissəsinə aid deyil. Belə ki, ipoteka müqaviləsinin müvafiq 5 saylı əlavəsində kredit limiti (xətti) müqaviləsinə xas olan “qədər” və ya “- dək” ifadələrindən belə istifadə edilməyib. Yəni ipoteka ilə təmin edilmiş öhdəlik məhz həmin zaman götürülmüş 900.000 manatlıq kredit məbləğinin 120 aylıq müddət ərzində ödənilməsini nəzərdə tuturdu. Əlavə kredit öhdəliklərinin bu ipoteka müqaviləsi ilə əhatə edilməsi isə heç bir halda mümkün ola bilməz. Ən azından ona görə ki, 27 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-25 saylı kredit müqaviləsi və 28 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-27 saylı kredit müqavilələrinin aylıq ödənişləri birlikdə ipoteka müqaviləsinin əhatə etdiyi hesabladığımız aylıq ödənişdən artıqdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, 27 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-25 saylı kredit müqaviləsi və 28 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-27 saylı kredit müqavilələrinin iki girov təminatı var. Biri mənə, biri isə əsas borclu olan şirkətin rəhbəri Mehmet Atcığoluya məxsus mənzillərdir. Keçmiş məhkəmə iclasları zamanı Mehmet Atcıoğluya məxsus ünvan 6 ünvanında yerləşən 3 saylı mənzilin düzgün qiymətləndirilməməsi tərəfimdən müəyyən edilmişdir. Bununla bağlı müvafiq məhkəmə ekspertizasının həyata keçirilməsi uzun vaxt aldığından tərəfimdən bu fəaliyyəti həyata keçirən ixtisaslaşdırılmış müəssilərə müraciət edilmişdir. "xxxx" MMCnin verdiyi 24/126 saylı, 11 iyun 2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 6 ünvanında yerləşən 3 saylı mənzilin qiyməti 300.000 (üç yüz min) manat təşkil edir. Qeyd edilən məbləğ 27 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-25 saylı kredit müqaviləsi və 28 sentyabr 2022-ci il tarixli, 020CRLN16000056-27 saylı kredit müqavilələrindən irəli gələn cəmi 222.643,84 manat məbləğində borcu ödəməyə yetərlidir. Yuxarıda qeyd edilən məbləğin cərimə sanksiyaları daxil hesablandığını və məhkəmənin tənasübsüz surətdə artıq hesablanmış cəriməni azaltmaq hüququnun olduğunu (AR MM 467-ci maddəsi) nəzərə alsaq mülkiyyətimdə olan mənzilin satılmasına ümumiyyətlə hər hansı zərurətin qalmadığını müəyyən edə bilərik. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 320-ci maddəsinə əsasən əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Cavabdeh M.Atcıoğlu ilə bağlanılan müqavilə 2016-cı ildən, onunla bağlanılan müqavilə isə 2019-cu ildən imzalanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahiş edir ki, İddiaçı ASC-nin ona, Cavabdeh1 MMC-yə və Mehmet Atcıoğluya qarşı qaldırdığı iddiası tutmanın mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 267 saylı mənzilə yönəldilməsi hissəsində rədd edilsin, həmçinin tərəfindən irəli sürülən qarşılıqlı iddia tələbi təmin edilsin.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 ilk iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə5 ilk iddia tələbinə etiraz edib ilk iddianın təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 qarşılıqlı iddia ərizəsini müdafiə edib qarşılıqlı iddia ərizəsinin və ilk iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın qarşılıqlı iddiaçıya aid hissədə təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh M.Atcıoğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.
12. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixl, 020CRLN16000056 saylı baş kredit müqaviləsinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana 250 000 manat məbləğində,illik faiz dərəcəsi 30%,kreditin gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%,cərimə faizi gündəlik 1% çoxolmamaq şərti ilə,60 ay müddətinə kredit,kredit xətti,akkreditiv və qarantiya limitinin ayrılması, borc alanın isə bu müqavilədə və bu müqaviləyə əsaəsn bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi,habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödəlməsinə dair pul öhdəliyidir.
15. Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan kreditdən 12 ay müddətində istifadə edə bilər.
16. Müqaviləyə 1 saylı xx.xx.2018-ci il tarixli, 2 saylı xx.xx.2018-ci il tarixli,03 saylı xx.xx.2019-cu il tarixli,4 saylı xx.xx.2019-cu il tarixli,05 saylı xx.xx.2019-cu il tarixli Əlavı razılaşmalar ilə kredit limitinin məbləğinin həcmi artırılmışdır.
17. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 saylı kredit müqaviləsinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana məqsədli istifadə,qaytarılmaq,müəyyən müddətə fazilər ödənilmək və təminatlılıq əsasında kredit verməsi,borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi,habelə krediti və krediyə hesablanmışfaizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir.
18. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borc alana 18 ay müddətinə, kreditin istifadəsinə görə illik 14,5%, faktiki 15,19% faiz dərəcəsi ilə 133683,95 manat məbləğində kredit verir.
19. Müqavilənin 2.6-cı bəndinə əsaəsn borc alan kreditora kreditin rəsmiləşdirilməsi (cari hesabın açılması,sənədlərin təhlili və hazırlanması) üçün bu müqavilə məbləğinin 0,5% məbləğində komossiya haqqı ödəyir.
20. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 saylı kredit müqaviləsinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana məqsədli istifadə,qaytarılmaq,müəyyən müddətə fazilər ödənilmək və təminatlılıq əsasında kredit verməsi,borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi,habelə krediti və krediyə hesablanmışfaizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir.
21. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borc alana 18 ay müddətinə, kreditin istifadəsinə görə illik 14,5%, faktiki 15,06% faiz dərəcəsi ilə 19901,52 manat məbləğində kredit verir.
22. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz,həmçinin gecikmənin birinci günündəən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 0,1% məbləğində cərimə hesablanır.
23. Müqavilənin 2.6-cı bəndinə əsaəsn borc alan kreditora kreditin rəsmiləşdirilməsi (cari hesabın açılması,sənədlərin təhlili və hazırlanması) üçün bu müqavilə məbləğinin 0,5% məbləğində komossiya haqqı ödəyir.
24. İddiaçı ilə cavabdehlər Mehmet Atıcıoğlu (zamin) və Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 002GRNT16000159 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilənn predmeti xx.xx.2016-ci il tarixli 020CRLN16000056 saylı baş kredit müqaviləsinə əsasən kreditordan kredit götürülmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
25. xx.xx.2016-cı il tarixli 002GRNT16000159 saylı zaminlik müqaviləsinə xx.xx.2019cu il tarixində 01 saylı,xx.xx.2018-ci il tarxili 02 saylı,xx.xx.2019-cu il tarixli 03 saylı,xx.xx.2019-cu il tarixli 04 saylı Əlavə razılaşmalar imzalanmışdır.
26. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli,0002GOOD21000080 saylı girov müqaviləsinə əsasən borc alan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan 904350 manat manat məbləğində mal qalığını xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmışöhdəliyin təminatı kimi girov saxlayana girova verir.
27. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borc alana 100000 manat məbləğində,36 ay müddətinə,illik 15% dərəcəsi ilə kredit verir.
28. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli,0002GOOD21000080/1 saylı sonraki girov müqaviləsinə əsasən borc alan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan 904,356 manat məbləğində mal qalığını xx.xx.2016-cı il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora (girov saxlayana) girova verir.
29. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borc alana 900000 manat məbləğində,120 ay müddətinə,illik 30% dərəcəsi ilə kredit verir.Kreditin qaytarlması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%,cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərti ilə təşkil edir.
30. İddiaçı ilə cavabdehlər Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 MMC (borc alan) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 002REAL19000010saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev pr-ti 30-cu məhəllə,ev 1A,m.267 ünvanında yerləşən 59,4 kv.m ümumi sahədən ibarət olan mənzili kreditor (ipoteka saxlayan) ilə borc alan arasında bağlanılmış 020CRLN16000056 saylı xx.xx.2016-cı il tarixli başkredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora (ipoteka saxlayan) verir.
31. İddiaçı ilə Cavabdeh1 MMC arsında bağlanılmış xx.xx.2020-ci il tarixli 020CRLN16000056-16 saylı nümunəvi kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xx.xx.2020-c il tarixli ZM-229/2020 saylı Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə,qaytarılmaq,faizlər ödəmək şərtilə borcluya 200000 manat məbləğində, illik 15% faiz dərəcəsi ilə 36 ay müddətinə kredit verir.
32. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədilə borclunun Bakı şəhəri,Nərimanov rayonu,F.Yusifov küçəsi,ev 31,m.3 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir.
33. İddiaçı ilə Cavabdeh1 MMC arsında bağlanılmış xx.xx.2021-ci il tarixli 02CRED21000007 saylı nümunəvi kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xx.xx.2021-cİ il tarixli ZM-1336/2021 saylı Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə,qaytarılmaq,faizlər ödəmək şərtilə borcluya 100000 manat məbləğində, illik 15% faiz dərəcəsi ilə 36 ay müddətinə kredit verir.
34. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədilə borclunun Bakı şəhəri,Nərimanov rayonu,F.Yusifov küçəsi,ev 31,m.3 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir.
35. İddiaçı ilə Cavabdeh1 MMC (borc alan) və Mehmet Atıcıoğlu (zamin) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 002GRNT200000160 saylı nümunəvi zaminlik müqaviləsinə əsasən zamin kreditor və borclu arasında xx.xx.2020-ci il tarixli 020CRLN16000056-16 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür.
36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüusi mülkiyyət hüququ üzrə Atıcıoğlu Mehmetə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi,ev 31,m.3 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
37. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Abşeron rayonu,Xırdalan şəhəri,H.Əliyev pr-ti 30-cu məhəllə,ev 1A,m.267 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
38. Məhkəmə Ekpsertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/353 saylı rəyinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 133683,95 manat, faiz borcu 8731,28 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 19257,03 manat, faiz borcu 1252,69 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 63633,46 manat, faiz borcu 2412,77 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 81953,95 manat, faiz borcu 307,53 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 86546,36 manat, faiz borcu 4507,62 manat təşkil edir.
39. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən M.Atcıoğlunun mülkiyyətində olan ipoteka predmetinin hazırkı bazar qiyməti 242000 manat, likvid qiyməti 217000 manat, Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinin hazırkı bazar qiyməti 81000 manat, likvid qiyməti 73000 manat təşkil edir.
40. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin edilməməlidir.
41. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.
42. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin qismən etibarsız hesab edilməsini xahiş etmişdir.
43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
44. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
45. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
47. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
48. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
49. Belə ki, qarşılıqlı iddiaçı qeyd edilən müqavilələrin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
50. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
51. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.
52. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.
53. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
54. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.
55. İlk iddia ərizəsi ilə əlaqədar olaraq, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
56. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
57. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
58. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
59. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
60. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
61. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
62. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
63. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
64. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
65. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
66. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
67. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
68. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
69. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
70. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixdə baş kredit müqaviləsi bağlanmış, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə həmin müqaviləyə əlavə və dəyişikliklər edilmiş, baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdehlər M.Atcıoğlu və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə və xx.xx.2019-cu il tarixdə ipoteka müqavilələri bağlanmışdır. Həmçinin baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdeh M.Atcıoğlu arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi, Cavabdeh1 MMC ilə xx.xx.2021-ci il tarixdə girov müqaviləsi, xx.xx.2021-ci il tarixdə sonrakı girov müqaviləsi bağlanmışdır. Baş kredit müqaviləsi çərçivəsində iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən sonuncuya 18 ay müddətinə, illik 14,5 faiz dərəcəsi ilə 133683,95 manat kredit verilmiş, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən borclana 18 ay müddətinə, 14,5 faiz dərəcəsi ilə, 19901,52 manat məbləğində kredit verilmişdir.
71. Bundan əlavə, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə nümunəvi kredit müqavilələri bağlanmışdır. Həmin nümunəvi kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdeh M.Atcıoğlu arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli nümunəvi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə girov müqaviləsi, xx.xx.2021-ci il tarixdə sonrakı girov müqaviləsi bağlanmışdır.
72. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu MMC krеdit müqavilələrinin tələblərini pоzaraq krеdit müqavilələri üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.
73. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu olan MMC və zamin olan M.Atcıoğlu) yaranmış kredit borcu məbləği birgə qaydada tutulmalıdır.
74. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas və faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməli, ekspert rəyində cavabdehlərin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə əsas borcu iddia tələbindən artıq məbləğdə müəyyən edildiyi, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia tələbi göstərilən kredit müqavilələrinə münasibətdə əsas borc hissədə iddia ərizəsində göstərilən məbləğdə müəyyən edilməlidir.
75. Belə ki, iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən xx.xx.2024-cü il tarixə olan faiz borclarının tutulmasını xahiş etmişdir.
76. Materiallardan müəyyən edilir ki, hazırkı iş üzrə verilmiş iddia ərizəsi xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərə elektron qaydada göndərilmişdir. İddia ərizəsində isə kredit müqavilələri üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür.
77. Göründüyü kimi iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin müddəti 18 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı cəmi əsas borcun ödənilməsini tələbi irəli sürülməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.
78. Qeyd olunan halları, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilir.
79. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli kredit müqavilələri üzrə göstərilən tarixə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
80. İddia ərizəsində görünür ki, göstərilən müqavilə üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış dəbbə pulunun ödənilməsini də tələb edir.
81. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
82. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
83. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə borcu xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3952,68 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 568,35 manat müəyyən edilməlidir.
84. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
85. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
86. Belə ki, iddiaçı onunla cavabdeh MMC arasında bağlanmış iddia ərizəsində göstərilən bütün kredit müqavilələri üzrə borcun tutulması məqsədilə ipoteka predmetlərinə tutma yönəldilməsini xahiş etsə də, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh2 və M.Atcıoğlunun mülkiyyətlərində olan ipoteka predmetləri yalnız baş kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsinin təminatı qismində ipoteka ilə yüklü edilmişdir.
87. Nümunəvi kredit müqavilələri üzrə yaranmış borclarının ödənilməsi məqsədilə həmin ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində iddia tələbi təmin edilə bilməz.
88. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetlərinə tutma yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakların açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiymətləri "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəylərinə uyğun müəyyən edilməli, göstərilən əmlaklar açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsaitlər hesabına göstərilən müqavilələr üzrə yaranmış borclar tutularaq iddiaçıya ödənilməlidir.
89. Məhkəmə X7 məxsus olan ünvan 10 ünvanında yerləşən 3 №-li mənzilə yönəldikdə və həmin əmlak satıldıqda ən geci 1 ay ərzində Mehmet Atcığolu və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılmasına dair hissədə qismən əsaslı hesab edir.
90. Məhkəmə qeyd edir ki, ipoteka predmeti satıldıqdan bir ay sonra yalnız cavabdeh Mehmet Atcıoğlunun həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması hissəsində iddia tələbi əsaslıdır, qalan hissədə iddia qeyri-müəyyən şəxslərə qarşı yönəldiyindən təmin edilə bilməz.
91. Məhkəmə iddia tələbini girov predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması hissəsində də qismən əsaslı hesab edir.
92. Belə ki, iddiaçı onunla cavabdeh MMC arasında bağlanmış iddia ərizəsində göstərilən bütün kredit müqavilələri üzrə borcun tutulması məqsədilə girov predmetlərinə tutma yönəldilməsini xahiş etsə də, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan mal qalığı və sairə yalnız baş kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri və xx.xx.2021ci il tarixli nümunəvi kredit müqaviləsi üzrə yaranmış borcların ödənilməsinin təminatı qismində girovla yüklü edilmişdir.
93. Digər nümunəvi kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi məqsədilə həmin girov predmetlərinə tutma yönəldilməsi hissəsində iddia tələbi təmin edilə bilməz.
94. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi göstərilmiş girov predmetlərinə tutma yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakların açıq hərracda satışı həyata keçirilməli, göstərilən əmlaklar açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsaitlər hesabına göstərilən müqavilələr üzrə yaranmış borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
96. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia ərizəsi verilərkən ödənilmiş 292 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 144 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 MMC, M.Atcıoğluna aid edilməli, çəkilmiş qalan məhkəmə xərcləri ilk iddiaçının özünə aid edilməlidir.
97. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
98. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.
99. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC, M.Atcıoğlundan birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
100. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 600 manat (300 manat və 300 manat) təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC, M.Atcıoğlundan birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
101. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Mehmet Atcıoğlundan müştərək (birgə) qaydada xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 nömrəli kredit müqaviləsi üzrə əsas borc 133.683,95 manat, faiz borcu 8371,28 manat, cərimə borcu 3952,68 manat; xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəli kredit müqaviləsi üzrə əsas borc 19.257,03 manat, faiz borcu 1252,69 manat, cərimə borcu 568,35 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000056-16 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 63633,46 manat, faiz borcu 2412,77 manat; xx.xx.2021-ci il tarixli, 02CRED21000007 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 69.891,00 manat, faiz borcu 307,33 manat; xx.xx.2021-ci il tarixli 02CRED21000009 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 73.849,35 manat, faiz borcu 4032,83 manat, iddiaya görə ödənilmiş 292 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 144 manat xidmət haqqı, ümumilikdə 381678,72 (üç yüz səksən bir min altı yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 nömrəli kredit müqaviləsi üzrə əsas borc 133.683,95 manat, faiz borcu 8371,28 manat, cərimə borcu 3952,68 manat; xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəli kredit müqaviləsi üzrə əsas borc 19.257,03 manat, faiz borcu 1252,69 manat, cərimə borcu 568,35 manat, ümumilikdə 167085,98 (bir yüz altmış yeddi min səksən beş manat doxsan səkkiz qəpik) manat məbləğində borc üzrə tutma ipoteka predmetləri olan Mehmet Atcıoğluna məxsus olan ünvan 6 ünvanında yerləşən 3 №-li mənzilə – ilkin satış qiyməti 217000 (iki yüz on yeddi min) manat və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 267 №-li mənzilə – ilkin satış qiyməti 73000 (yetmiş üç min) manat müəyyən edilməklə yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 nömrəli kredit müqaviləsi üzrə əsas borc 133.683,95 manat, faiz borcu 8371,28 manat, cərimə borcu 3952,68 manat; xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəli kredit müqaviləsi üzrə əsas borc 19.257,03 manat, faiz borcu 1252,69 manat, cərimə borcu 568,35 manat, ümumilikdə 167085,98 (bir yüz altmış yeddi min səksən beş manat doxsan səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılsın. X3 məxsus olan ünvan 6 ünvanında yerləşən 3 №-li mənzilə yönəldikdən və həmin əmlak satıldıqda ən geci 1 ay ərzində cavabdeh Mehmet Atcığolu həmin əmlakdan çıxarılsın və həmin əmlak boşaldılsın. xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 nömrəli kredit müqaviləsi üzrə əsas borc 133.683,95 manat, faiz borcu 8371,28 manat, cərimə borcu 3952,68 manat; xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəli kredit müqaviləsi üzrə əsas borc 19.257,03 manat, faiz borcu 1252,69 manat, cərimə borcu 568,35 manat, xx.xx.2021-ci il tarixli, 02CRED21000007 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 69.891,00 manat, faiz borcu 307,33 manat borc, ümumilikdə 237284,31 (iki yüz otuz yeddi min iki yüz səksən dörd manat otuz bir qəpik) manat məbləğində borc üzrə tutma Cavabdeh1 MMC-yə məxsus olan və xx.xx.2021-ci il tarixli 002GOOD21000080 nömrəli Girov müqaviləsi və xx.xx.2021-ci il tarixli 002GOOD21000080/1 №-li Sonrakı girov müqaviləsində göstərilən girov predmetlərinə yönəldilsin. Həmin girov predmetləri açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 nömrəli kredit müqaviləsi üzrə əsas borc 133.683,95 AZN, faiz borcu 8371,28 AZN, cərimə borcu 3952,68 AZN; xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəli kredit müqaviləsi üzrə əsas borc 19.257,03 AZN, faiz borcu 1252,69 AZN, cərimə borcu 568,35 AZN, xx.xx.2021-ci il tarixli, 02CRED21000007 №-li nümunəvi kredit müqaviləsi üzrə əsas borc 69.891,00 AZN, faiz borcu 307,33 AZN, ümumilikdə 237284,31 (iki yüz otuz yeddi min iki yüz səksən dörd manat otuz bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 MMC-yə qaytarılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1 MMC-dən və Mehmet Atcıoğlundan birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 600 (altı yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova