Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3252/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X1 və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı QSC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı QSC iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan 1565,59 manat məbləğində debitor borcunun və 60 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC və Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 210078 №-li icarə müqaviləsi bağlanmış və iddiaçıya məxsus yanacaqdoldurma məntəqələrində “Baku Barbeque” “fast food” satışı konteynrlərinin yerləşdirilməsi üçün sahələr icarəyə götürülmüş və iddiaçının 09 nömrəli yanacaqdoldurma məntəqəsində bir konteyner yerləşdirilmişdir. Müqavilələrin 4.4.3-cü bəndinə əsasən borclu icarə müqaviləsində göstərilən müddətdə icarə haqqının ödənilməsi öhdəliyini daşıyır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bir tərəf müqaviləyə vaxtından əvvəl xitam vermək istədikdə, digər tərəfi müqavilənin ehtimal olunan ləğv edilməsi tarixinə ən azı 30 gün qalmış yazılı şəkildə rəsmi qaydada xəbərdar etməlidir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklər tərəflərlə tam yerinə yetirilənədək hüquqi qüvvədə qala bilər. Müqavilə bağlandıqdan sonra iddiaçı borcluya bir çox güzəşlər etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixindən icarə haqqı və kommunal ödənişlər 90 gün ərzində hesablanmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icarə haqqı 750 manatdan 350 manatadək azaldılmışdır. Həmin sazişdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdən borclunun fəaliyyəti bərpa olunmazsa müqavilənin 2.3-cü bəndinə uyğun olaraq yazılı xəbərdarlıq təqdim ediləndən sonra müqaviləyə xitam veriləcəkdir. İddiaçının müqaviləyə xitam verilməsi barədə məktubu xx.xx.2023-cü il tarixində verilmiş və, beləliklə, müqaviləyə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Beləliklə, müqavilənin 5.1-ci bəndi və əlavə sazişlərə əsasən borclu 1565,59 manat məbləğində icarə haqqını və kommunal ödənişləri iddiaçıya ödəməmişdir. Bundan əlavə olaraq, müqaviləyə xitam verilməsinə baxmayaraq iddiaçının 09 №-li yanacaqdoldurma məntəqəsində yerləşdirilmiş “Baku Barbeque” “fast food” satışı konteyneri (rəngli şəkillər əlavə olunur) borclu tərəfindən bu günə qədər demontaj olub çıxarılmamış və bununla iddiaçının kommersiya fəaliyyətinə zərər vurulmuşdur. İcarə Müqaviləsinin 6.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinə dair Muqavilənin şərtlərinin pozulmasına görə icarəçi icarəyə verənə hər gecikdirdiyi gün üçün ödənilməmiş məbləğdən 0,1% miqdarında cərimə ödəməlidir. Borclunun bu günə icarə haqqı üzrə debitor borcu, kommunal ödənişlər daxil olmaqla 1565,59 manat təşkil edir. Borcluya növbəti dəfə güzəşt edilərək iddiaçı tərəfindən gecikdirilmiş icarə haqqı üzrə heç bir cərimə hesablanmamışdır. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddia tələblərinin rədd edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödədiyimiz bütün icarə haqqlarının (toplam 5225 manat) bizə qaytarılması, konteynerləri özünə götürməklə onların birlikdə 23 400 manat dəyərinin, cavabdehin əvəzinə ödədiyimiz 1040 manat Azərsu ASC-yə cərimə məbləğinin, konteynerlərin saxlanmasına görə (40 manat x 6 ay - 240 manat) məbləğin, 29905 manat cavabdehdən tutularaq bizə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi verərək hesab edirəm ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir, onun təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə var (tərəflər eynidir, məsələlər eyni müqavilə münasibətlərindən irəli gəlir) və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Hazırki işdə ilkin iddia ərizəsi üzrə iddiaçı, hazırki ərizə üzrə cavabdeh aramızda bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə istinad edərək bizdən 1565,59 manat debitor borcunun ödənilməsini tələb edir. Halbuki, cavabdeh özü müqavilə şərtlərini pozmuş və bizə külli miqdarda zərər vurmuşdur. Belə ki, cavabdeh ona məxsus olmayan və üzərində hüquqları olmayan Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsini özününkü kimi təqdim etmiş və bizə icarəyə vermişdir. Lakin 20 iyul 2021 -ci il tarixdə biz orada köşk quraşdırmaq istəyərkən Sabunçu rayon icra hakimiyyəti orqanının və şəhərsalma idarəsinin nümayəndələrini bu işi dayandırmış və izah etmişlər ki, bu sahə üzərində cavabdehin heç bir hüququ yoxdur. Beləliklə, biz icarə müqaviləsinə əsasən quraşdırmalı olduğumuz iki konteyner-köşkdən birini quraşdıra bilmədik. Bununla da bizim biznes lahiyəmiz tamamilə iflic oldu. Belə ki, bütün biznes modeli, maddi texniki hazırlıqlar ən azı köşk üçün nəzərdə tutulmuşdu və xərclər bunlara mütənasib çəkilmişdi. Məsələn, müqavilə bağlanandan sonra biz hər biri 11700 manat ki konteyner - köşk sifariş verib aldıq. Lakin onun yalnız birini quraşdıra bildik. Bundan başqa həmin köşklərdə yeməklər yarım fabrikatlardan hazırlandığına görə biz yalnız bir konteyner üçün yarımfabrikat sexi saxlaya bilmədik. Biznes bir konteyner fəaliyyəti ilə mənfəət əldə edə bilmədi, xərcləri mənfəətindən çox idi və biz 11 mart 2022-ci il tarixdə bu fəaliyyəti dayandırmalı olduq. Həmin vaxtdan bizim konteynerlər BakAvtoServisdə saxlamadadır və bunun üçün biz hər ay hər birinə görə 80 manat haqq ödəyirik. Elektron qaimələr məhkəməyə təqdim edilir. Bundan başqa, su təchizatı ilə bağlı "xxxx" nümayəndələri tərəfindən cavabdehə yazılmış və onun ödəməli olduğu, lakin bizdən aldığı 1040 manat cərimə məbləğini də cavabdeh bizə qaytarmalıdır. Eyni zamanda, aydın deyil ki, tələb olunan 1565,59 manat borc hansı aylara və komunal ödənişlərə aiddir. Düzdür, cavabdeh biznesimizin onun təqsirindən iflas olmasını yaxsı başa düşdüyü üçün icarə haqqını azaltmaqla bizə bəzi güzəştlər etməyə çalışıb, lakin o bizə vurulan zərəri tam ödəməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X3 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməmiş, əlavə olaraq isə bildirmişdir ki, "xxxx" ASC-nin 1040 manat cəriməsi Cavabdeh MMC-nin sayğacdan kənar qeyri-qanuni qoşulmaya görə tərtib etdiyi akt əsasında hesablanmış və buna görə Cavabdeh MMC tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X4 qarşılıqlı iddianı müdafiə etmiş, ilkin iddianı isə qəbul etməmiş, izahatında icarə və kommunal xərcləri ilə bağlı borcun olmadığını bildirərək, İddiaçı QSCnin 2 (9 və 18 nömrəli) yanacaq doldurma məntəqəsində “fast food” satışını həyata keçirmək məqsədi ilə konteynerlərin yerləşdirilməsi ilə bağlı müqaviləni imzaladığını və bu məqsədlə 23400 manat məbləğində 2 konteyneri əldə etdiyini, lakin İddiaçı QSC-nin 18 nömrəli yanacaq doldurma məntəqəsi ilə bağlı öhdəliyi yerinə yetirməməsi nəticəsində biznes lahiyənin iflic vəziyyətə düşdüyünü, yəni, 1 konteynerin işləməsinin heç bir əhəmiyyətinin olmadığını, həmçinin İddiaçı QSC-nin ödəməli olduğu 1040 manat cərimənin "xxxx" ASC-yə ödənildiyini bildirmişdir. Odur ki, İddiaçı QSC-nin günahı ucbatından şirkət zərər çəkdiyinə görə 2 konteyneri təqsirli tərəfə verməklə onların 23400 manat məbləğində dəyərinin, konteynerlərin saxlanmasına görə 240 manatın, həmçinin 9 nömrəli yanacaq doldurma məntəqəsinin icarəsinə ödənilmiş 5225 manatın, həmçinin "xxxx" ASC-yə ödənilmiş 1040 manat cərimənin İddiaçı QSC-dən tutularaq ödənilməsini xahiş etmişdir. Həmçinin izahatına əlavə olaraq bildirmişdir ki, İddiaçı QSC 18 nömrəli yanacaq doldurma məntəqəsində dövlətə məxsus sahəni qeyri-qanuni Cavabdeh MMC-yə vermiş və şirkət əldə etdiyi konteynerlərdən birini 18 nömrəli yanacaq doldurma məntəqəsində yerləşdirmək istəyərkən yerli icra hakimiyyəti orqanları buna icazə verməmiş, nəticədə bir konteyner ümumiyyətlə istifadə edilməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 210078 nömrəli İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış YDM-də obyektlərin icarəyə verilməsi barədə icarə müqaviləsindən görünür ki, İddiaçı QSC bu müqaviləyə 1 saylı əlavədə göstərilən cəmiyyətin YDM-də hüquqları Cavabdeh MMC-yə məxsus olan “Baku Barbeque” “fast food” satışı konteynerlərin yerləşdirilməsi üçün sahələri Cavabdeh MMC-nin müvəqqəti sahibliyinə və istifadəsinə verir, Cavabdeh MMC isə əmlakı qəbul edib bu müqavilənin şərtlərinə əsasən onun istifədəsi üçün ödənişlər aparmaq öhdəliyini öz üzərinə götürür. Müqavilələrin 4.4.3-cü bəndinə əsasən borclu icarə müqaviləsində göstərilən müddətdə icarə haqqının ödənilməsi öhdəliyini daşıyır. Müqavilənin 2.3-cü bəndinə əsasən bir tərəf müqaviləyə vaxtından əvvəl xitam vermək istədikdə, digər tərəfi müqavilənin ehtimal olunan ləğv edilməsi tarixinə ən azı 30 gün qalmış yazılı şəkildə rəsmi qaydada xəbərdar etməlidir. Müqavilənin 4.4.4-cü maddəsinə əsasən icarəçinin vəzifələrindən biri kimi ayrı-ayrı kommunal xidmətlərin qiyməti icarə haqqına daxil edilmədikdə ödənişlərin (elektrik,qaz su, kanalizasiya, rabitə və s) tam həcmdə ödənilməsini təmin etmək (ayrıca qurulmuş sayğacların göstəricilərinə və ya İddiaçı QSC tərəfindən təqdim edilən hesablara əsasən) qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli 210078 nömrəli İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, 9 və 18 nömrəli YDM ərazisində 36 m2 sahə Cavabdeh MMC-nin icarəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli EBBL seriyalı 582819 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin oktyabr ayı üçün 9 saylı YDM-ə 205,65 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2021-ci il tarixli EBBN seriyalı 534387 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin noyabr ayı üçün 9 saylı YDM-ə 440 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2021-ci il tarixli EBBN seriyalı 577292 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin dekabr ayı üçün 1013,08 manat məbləğində kommunal ödəniş hesablanmışdır. xx.xx.2021-ci il tarixli EBBO seriyalı 108929 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin dekabr ayı üçün 9 saylı YDM-ə 510 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 286491 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin dekabr ayı üçün 35,23 manat məbləğində kommunal ödəniş hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 563146 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin yanvar ayı üçün 9 saylı YDM-ə 600 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBBR seriyalı 781669 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin yanvar ayı üçün 12,77 manat məbləğində kommunal ödəniş hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 970563 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin fevral ayı üçün 9 saylı YDM-ə 700 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBBS seriyalı 447557 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin fevral ayı üçün 35,81 manat məbləğində kommunal ödəniş hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBBT seriyalı 955762 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin mart ayı üçün 9 saylı YDM-ə 750 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBCD seriyalı 753952 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin iyul ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBCB seriyalı 641505 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin avqust ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBCD seriyalı 818967 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin sentyabr ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBCG seriyalı 720891 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin oktyabr ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 451537 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin noyabr ayı üçün 9 saylı YDM-ə 750 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBCK seriyalı 666344 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin dekabr ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 036963 nömrəli elektron qaimədən görünür ki, 2023-cü ilin yanvar ayı üçün 9 saylı YDM-ə 750 manat məbləğində icarə haqqı hesablanmışdır. 23 sentyabr 2021-ci il tarixli 600795 nömrəli "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, abonent nömrəsi 041793 olan İddiaçı QSC-yə məxsus YDM-da yerləşən sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan əvvəl d=155 mm olan boru vasitəsilə qeyri-qanuni qoşulma etmişdir. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 210078 saylı müqavilə üzrə mühasibat hesabından çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixə kimi Cavabdeh MMC-nin 1449,93 manat icarə haqqı borcu, 115,66 manat kommunal ödənişlərə görə borc, ümumilikdə icarə müqaviləsi üzrə 1565,59 manat borcu vardır. xx.xx.2022-ci il tarixli ********** saylı razılaşma sazişindən görünür ki, 2022-ci ilin iyul ayının 1-dən dekabr ayı daxil olmaqla icarə haqqı 750 manatdan 350 manata dəyişilməsi, icarəçi göstərilən müddətdən əvvəl fəaliyyətə başlayarsa icarə haqqının 750 manat təşkil etməsi, 2023-cü ilin 01 yanvar tarixindən fəaliyyəti bərpa olunmazsa müqavilənin 2.3-cü bəndinə uyğun olaraq yazılı xəbərdarlıq təqdim ediləndən sonra xitam verilməsi razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli 210078 nömrəli icarə müqaviləsinə dəyişikliklər edilməsi barədə ********* saylı razılaşma sazişindən görünür ki, Cavabdeh MMC-nin müraciətinə əsasən tərəflər 9 saylı YDM-də yerləşən “Baku Barbeque” brendi altında işləyən köşkün fəaliyyəti müvəqqəti olaraq dayandırılması barədə və xx.xx.2022-ci il tarixdən icarə haqqı və kommunal xərclər daxil olmaqla 90 gün ərzində hesablanmaması barədə razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixli ZC-02/4 nömrəli İddiaçı QSC-nin Cavabdeh MMC-yə göndərdiyi məktubdan görünür ki, 31 yanvar 2023-cü il tarixdən İddiaçı QSC tərəfindən icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəkdir. xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00363 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, İddiaçı QSC tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə məxsus olan “Baku Barbeque” “fast food” satışı konteynerin yerləşdirilməsi üçün özünə məxsus 9 nömrəli yanacaq doldurma məntəqəsində müəyyən sahə ayırmış və sözügedən sahəni Cavabdeh MMC-nin müvəqqəti sahibliyinə və istifadəsinə vermiş, Cavabdeh MMC həmin sahədə konteyner yerləşdirsə də icarə müqaviləsi üzrə öz öhdəliyini tam olaraq yerinə yetirməyərək 1449,93 manat icarə haqqını və 115,66 manat məbləğində kommunal xərcləri İddiaçı QSC-yə ödəməmiş, Cavabdeh MMC-nin nümayəndəsi öz izahatında icarə haqqı və kommunal xərcləri ilə bağlı borcun olmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia ərizəsi əsaslı olduğundan təmin edilməli və ilkin iddia üzrə Cavabdeh MMC-dən 1565,59 manat məbləğində pul və 60 manat məbləğində medasiya xərci tutularaq ilkin iddia üzrə İddiaçı QSC-yə ödənilməlidir. Qarşılıqlı iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X4 izahatında İddiaçı QSCnin günahı ucbatından şirkət zərər çəkdiyinə görə 2 konteyneri təqsirli tərəfə verməklə onların 23400 manat məbləğində dəyərinin, konteynerlərin saxlanmasına görə 240 manatın, həmçinin 9 nömrəli yanacaq doldurma məntəqəsinin icarəsinə ödənilmiş 5225 manatın, həmçinin "xxxx" ASC-yə ödənilmiş 1040 manat cərimənin İddiaçı QSC-dən tutulmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə 2 (9 və 18 nömrəli) yanacaq doldurma məntəqəsində “fast food” satışını həyata keçirilməsi məqsədi ilə konteynerlərin yerləşdirilməsi ilə bağlı müqavilə imzalansa da, həmin müqavilə Cavabdeh MMC-nin biznes lahiyəsi ilə şərtləndirilməmiş, 1040 manat məbləğində cərimə Cavabdeh MMC tərəfindən könüllü şəkildə ödənilmiş, 9 nömrəli yanacaq doldurma məntəqəsində olan icarəyə götürülən sahədən Cavabdeh MMC sərbəst, heç bir maneə olmadan istifadə etmiş və bunun müqabilində icarə haqqı ödəmiş, 2 konteynerin qiyməti və biznes lahiyəsi ilə bağlı isə mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh MMC qarşılıqlı tələblər üzrə mötəbər sübutlar (qiymət, biznes lahiyə və sair) təqdim etməməklə yanaşı, ödənişləri könüllü olaraq müqavilə öhdəliklərinə uyğun həyata keçirdiyinə görə və icarə müqaviləsi Cavabdeh MMC-nin biznes lahiyəsi ilə şərtləndirilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İlkin iddia təmin edilməli, Cavabdeh MMC-dən 1565,59 (1449,93 manat icarə haqqı və 115,66 manat kommunal xərci) manat məbləğində pul və 60 manat məbləğində medasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin Cavabdeh MMC-nin İddiaçı QSC-yə qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilən 5225 manat icarə haqqlarının Cavabdeh MMC-yə qaytarılması, konteynerləri özünə götürməklə onların birlikdə 23400 manat dəyərinin, İddiaçı QSC-nin əvəzinə ödənilən 1040 manat Azərsu ASC-yə cərimə məbləğinin, konteynerlərin saxlanmasına görə 240 (40 manat x 6 ay) manat məbləğin cəmi 29905 manat məbləğində vəsait İddiaçı QSC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh MMC-dən 1565,59 (1449,93 manat icarə haqqı və 115,66 manat kommunal xərci) manat məbləğində pul və 60 manat məbləğində medasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilən 5225 manat icarə haqqlarının Cavabdeh MMC-yə qaytarılması, konteynerləri özünə götürməklə onların birlikdə 23400 manat dəyərinin, İddiaçı QSC-nin əvəzinə ödənilən 1040 manat Azərsu ASC-yə cərimə məbləğinin, konteynerlərin saxlanmasına görə 240 (40 manat x 6 ay) manat cəmi 29905 manat məbləğində vəsait İddiaçı QSC-dən tutularaq Cavabdeh MMCyə ödənilməsi tələbi ilə bağlı Cavabdeh MMC-nin qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3252/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3252/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver