Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3254/2023 16.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26715 ABŞ dolları pulun (ödənilən gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manat pulun), xx.xx.2017-ci il tarixdən hazıradək həmin pul iddiaçıya qaytarılmadığına görə bir il üçün illik 5 faiz məbləğ hesablanmaqla 10612 manat faiz məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat pulun və əlavə dövlət rüsumu kimi ödənilmiş 59 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır, belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı Füzuli rayonu, Horadiz kəndidir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın təxminən 3 aya yaxın Bakı Kommersiya Məhkəməsinin icraatında olması, hazırki ərizənin aidiyyət qaydaların pozulması ilə icraata qəbul edilməsi üçün əsas ola bilməz və iddianın şəxsin sahibkarlıq fəaliyyəti ilə məşgul olduğu yer üzrə məhkəməyə verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə deyil, ərazi aidiyyəti ilə Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməlidir Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 59 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, hazırki iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3254/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3254/2023
16.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver