Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3256/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: konsiqnasiya anbarı müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14333,66 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə satış xidmətlərinin göstərilməsi haqqında AGR-150 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMCdən satış üçün nəzərdə tutulan malları təhvil alaraq, onların satışını həyata keçirməli idi. Müqaviləyə uyğun olaraq, ona müxtəlif dövrlərdə, müxtəlif adda və çeşiddə gübrələr - mallar təhvil verilmişdir. Cavabdeh təhvil aldığı malların dəyərinin tam olaraq vaxtında İddiaçı MMC-ə ödənilməsi üçün məsuliyyət daşısa da, təhvil aldığı malların dəyərindən – 14527,88 manat pul məbləğini bu günə kimi ödəməmişdir. Həmin pulun ödənilməsi ilə bağlı ona dəfələrlə həm şifahi, həm də rəsmi müraciət edilməsinə baxmayaraq, pulun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389, 425.1, 427.2 və 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı MMC-ilə onun arasında bağlanılmış müqavilə əsasında müxtəlif növ gübrələrin fermer kartı vasitəsi satışı həyata keçirilmişdir. Gübrələrin fermer kartı ilə satışı həyata keçirilərkən vəsaitin köçürülməsi Kapital Bankın xidməti olan terminal vasitəsilə həyata keçirilir və bu proses və köçürmələr elektron qaydada həm Kapital Bankda, həm də İddiaçı MMC-nin hesabında qeydiyyata alınır. İddiaçı MMC-nin iddia tələbində isə onun ümumiyyətə təhvil verilmiş xidmətlərin satışından vəsaitin daxil olması görünmür. Halbuki ərizədə iddia olunan pul məbləğinin göstərildiyi tarixdən sonrakı dövrdə onun tərəfindən ödənişlər edilmişdir. Lakin xidmətlərlə bağlı ödənişləri əks etdirən sübutlar müstəqil şəkildə əldə etməyi mümkün olmadığından həmin məlumatlar Kapital Bank və İddiaçı MMC-də mövcuddur. Belə ki, xx.xx.2023-cü il tarixdən iddianın qaldırıldığı tarixədək onun tərəfindən aparılmış xidmət ödənişləri barədə məlumatların İddiaçı MMCdən alınması zərurət vardır. Tərəfindən aparılmış qeyd olunan tarixlərdəki xidmət ödənişlər barədə məhkəmədə məlumat olduğu zaman onun faktiki borcunun hansı həcmdə olması müəyyən ediləcəkdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Sifarişçi” İddiaçı MMC ilə “İcraçı” Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AGR-150 saylı “satış xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, “Sifarişçi” satış xidmətlərinin göstərilməsini sifariş verib «İcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən satış xidmətlərinin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti, çəkisi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və aktlarda öz əksini tapır. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair qaimədə qeyd edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan qaimədə qeyd edilir. Hazırki Müqavilə üzrə hesablaşmalar nağdsız qaydada bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Müqavilədə nəzərdə tutulan satış xidməti 1 (bir) il müddətində həyata keçirilməsi şərtləşdirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək müxtəlif adda və ölçüdə olan 34178,99 manat dəyərində mallar Cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixinə qarşılıqlı hesablaşmalar apararaq, Cavabdeh 14527,88 manat dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli Anbar qalıqlarının sayımının nəticələri haqqında Aktdan görünür ki, Cavabdeh müxtəlif adda və ölçüdə olan 14527,88 manat dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təqdiq etmişdir. 24 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh mal qalığı ilə əlaqədar qalıq borcu 14527,88 manat olmuşdur. xx.xx.2023-xx.xx.2024 tarixlər aralığında satış cədvəlindən görünür ki, müxtəlif adda və sayda olan 194,22 manat dəyərində mallar Cavabdeh tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 134 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 837.1-cü maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. 840.2-cü maddəsinə əsasən konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsiqnasiya anbarı haqqında müqavilə və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (üzləşmə aktı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən, 14333,66 manat manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 14333,66 manat manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 134 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli AGR-150 saylı müqaviləyə əsasən 14333 (on dörd min üç yüz otuz üç) manat 66 (altmış altı) qəpik əsas borc, habelə ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3256/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3256/2024
29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver