Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3256/2025 04.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış UNİT 87/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli müqavilə üzrə qalıq əsas borc 25899,96 manat məbləğdə əsas borc, 4661,95 manat ƏDV borcu, 1295 manat məbləğində cərimə (dəbbə pulu), eyni zamanda borc öhdəliyinin gecikdirilməsi nəticəsində hesablanmış 3884,9 manat faiz borcu, ödənilmiş 1000 manat hüquqi xidmət haqqı və məhkəməyə ödənilmiş 201 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC ilə (VÖEN **********) arasında 12 avqust 2022-ci il tarixli, UNİT 87/2022 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə tərəflər razılaşırlar ki, satıcı (İddiaçı MMC) bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və alıcını (Sahil Transport MMC) “mal” adlandıralacaq Ehtiyat hissələri ilə təchiz etməyii öz öhdəsinə götürür. O cümlədən müqavilənin 2.7-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 9.1-ci bəndinə görə tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilir. Həmin müqavilənin 9.2-ci bəndinə görə tərəflər hər hansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur. Həmin müqavilənin 10.1-ci bəndinə görə hazırkı müqavilə xx.xx.2022-ci il tarixində qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərmədiyi təqdirdə, müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Alıcı istənilən vaxt bu müqavilənin 11.1.6-cı bəndinə əsasən 5 (beş) gün əvvəlcədən satıcıya yazılı surətdə məlumat verməklə müqaviləyə, yuxarıda göstərilən müddət sona çatmadan, vaxtından əvvəl birtərəfli olaraq xitam verə bilər. Belə bir halda alıcı satıcıya müqavilənin xitamı tarixinə qədər müqavilənin icrası ilə əlaqədar sifariş olunmuş malların və xidmətlərin dəyərinin əvəzini ödəməlidir. İddiaçı MMC ilə Cavabdeh MMC bağlanmış 12 avqust 2022ci il tarixli, UNİT 87/2022 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış malın dəyəri 68743,97 manat (altmış səkkiz min yeddi yüz qirx üç manat doxsan üç qəpik) (ƏDV ilə birlikdə) olmuşdur. Cavabdeh aldığı mala görə xx.xx.2022-ci ildən xx.xx.2025-cü il tarixi də daxil olmaqla olan müddət ərzində iddiaçıya 38181,96 manat (ƏDV daxil) ödəniş etmişdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş malların dəyəri üzrə müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Cavabdeh tərəfindən e-qaimələr təsdiq edilmiş, alınan malların bir qisminin ödənişi həyata keçirilmişdir. Lakin iddiaçı tərəfindən satılmış malların pulu cavabdeh tərəfindən hələ də tam ödənilməmiş qalır. Ona görə də hesab edilir ki, cavabdehdən ödənilməmiş qalan 25899,96 manat əsas borc, 4661,95 manat ƏDV borcu tutulub iddiaçıya ödənilməlidir. Müqavilənin 2.7-bəndinə əsasən alıcı ödənişi bu müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəmədiyi təqdirdə hər gün üçün ödənilməyən borcdan 0.5% qədər cərimə və bundan yaranan administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1.5-ci bəndinə əsasən 6.1.4-cü maddədə göstərilən cərimələrin həcmi, müvafiq ödəniş məbləğinin 5%-dən (beş faizindən) artıq ola bilməz. xx.xx.2025-ci il tarixinə müqavilənin 6.1.5-ci bəndinə əsasən 1295 manat (min iki yüz doxsan beş manat) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır (25899,96x5%=1295). Bundan əlavə, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc vaxtında qaytarılmadığına görə gecikdirilmiş vaxt üçün illlik 5%, yəni cəmisi 3884,9 manat (25899,9x5%=1294,9x3il=3884,9 manat) cavabdehdən tutulmalıdır. Bununla yanaşı, hüquqi xidmət haqqı və dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı "xxxx" MMC hazırkı mübahisə ilə bağlı hüquqi dəstək almaq məqsədilə "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixdə “hüquqi xidmət göstərilməsi barədə” müqavilə bağlamışdır. Tərəflərin razılaşmasına görə müqavilənin qiyməti 1000 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, "xxxx" MMC hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 201 manat məbləğində dövlət rüsumu ödəmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 464.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, işin mahiyyəti üzrə həqiqətən də "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış UNİT 87/2022 saylı, 12 avqust 2022-ci il tarixli müqavilə üzrə alqısatqı əməliyyatları aparılmış və alınmış mallar üzrə 38181,96 manat ödəniş edilmişdir. Alqı-satqı zamanı "xxxx" MMC-dən alınmış 14 ədəd Feredol diskisi və 7 ədəd “vijimnoy podçemnik” zay çıxdığı üçün "xxxx" MMC-yə bildirilmiş, qarşı tərəfdən ehtiyat hissələrinin istehsalçısı olan Almaniyadan nümayəndə dəvət olunmuş və həqiqətən də məlum olmuşdur ki, ehtiyat hissələri yararsız vəziyyətdədir. "xxxx" MMC-nin Tural adlı nümayəndəsi də razılaşmışdır ki, həqiqətən də ehtiyat hissələri zay çıxmışdır. Ehtiyat hissələrinin zay çıxması barədə videoçəkilişlər var. Ona görə 10 ədəd feredol diskisi qarşı tərəfə qaytarılmışdır. Daha 4 ədəd feredol diskisi və 7 ədəd “vijimnoy podçemnik”i də geri alacaqlarına söz versələr də, bu günə kimi təhvil almamışlar. Həmin zay çıxmış hissələr isə "xxxx" MMC tərəfindən qəbul olunsa da, hesablaşmada nəzərə alınmamışdır. Belə ki, həmin ehtiyat hissələri 200000 km getməli olduğu halda, cəmi 5000 km-də xarab olmuşdur. Hansı ki, ehtiyat hissələri yük maşınları işğaldan azad olunmuş dağlıq ərazilərdə xarab olmuş, oradan həmin maşınların Bakı şəhərinə gətirilməsinə 10000 manat, maşınların təmirinə isə 8000 manat pul xərclənmişdir. Beləliklə, "xxxx" MMC-nin zay ehtiyat hissəsi verməsi nəticəsində şirkətə 18000 manat ziyan dəymişdir. "xxxx" MMC tərəfindən göndərilən elektron qaimələrin heç biri təsdiq edilməmişdir. 2035 manat dəyərində Elektron qaimə aldığımız yeni ehtiyat hissələri keyfiyyətsiz olduğuna görə "xxxx" MMC-yə qaytarılmışdır. Əlavə olaraq, 1100 manatlıq malın bir hissəsi zay olduğuna görə qaytarılmış, lakin bu günə kimi sənədləşdirmədə nəzərə alınmamışdır. 14 ədəd Feredol diskisindən 10 ədədi qaytarılmış, qiyməti 3380 manat, qaytarılmamış, lakin zay çıxmış 4 ədədinin qiyməti isə 1280 manat və 7 ədəd “vijimnoy podçemnik” 1095 manat edir. Tərəflər arasında şifahi razılıq olmasına baxmayaraq, "xxxx" MMC tərəfindən həmin məbləğlər hesablanaraq silinmir. "xxxx" MMC tərəfindən sənədləşdirmə düzgün aparılmamışdır, elektron qaimə ilə aktlarda göstərilən ehtiyat hissələri üzrə malın adları, say və qiymətlər üzrə fərqlər mövcuddur və həmin imzaların kimə məxsus olması məlum deyildir. Ehtimal olunur ki, həmin aktlar sonradan bir nəfər tərəfindən tərtib edilib və imza edilibdir. Beləliklə, İddiaçı MMC-nin iddiasının rədd edilməsi xahiş edilir.
5. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə qeyd edilmişdir ki, cavabdeh tərəfindən məhkəmənin baxış iclasında təhvil-təslim aktları yüklənmişdir. Həmin aktlara münasibətdə bildirilir ki, ilk növbədə həmin aktlar məhkəmənin baxış iclasında verildiyi üçün sübut olaraq qəbul edilə bilməz. Bundan əlavə, cavabdeh qeyd edir ki, onlara təhvil verilmiş malların hamısının ödənişi və imzalı möhürlü təhvil-təslim aktları mövcuddur. Tərəflər arasında yaranmış işgüzar münasibətlərə görə cavabdehə satılmış mallar cavabdehin nümayəndələri (sürücü və digər şəxslər) tərəfindən iddiaçıya məxsus mağazadan hər dəfə götürülür, müvafiq sistemə yüklənmiş təhvil-təslim aktları ilə onlara təhvil verilirdi. Daha sonra cavabdehə həmin aktlara münasibətdə alınmış mallara uyğun elektron qaimələr vurulurdu. Elektron qaimədə də satılmış malların adları belə qeyd edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında özü də etiraf etmişdir ki, iddiaçı tərəfindən sistemə yüklənmiş aktları imzalayan şəxslər onların şirkətində sürücü işləyən şəxslərdir. Bu da özlüyündə sübut edir ki, həmin mallar cavabdehə təhvil verilibdir. Bundan əlavə, 2022-2023-cü ildən bu vaxta qədər cavabdehə vurulmuş elektron qaimələrlə bağlı heç bir pretenziya bildirilməmişdir. Əgər həmin mallar cavabdehə satılmamış, təhvil verilməmişdirsə, nə üçün onlara vurulan elektron qaiməni geri qaytarma və ya düzəliş kimi addımlar atılmamışdır. Bundan əlavə, cavabdeh elektron kargüzarlıqla vergiyə bəyannamələr təqdim etmişdir. Sadəcə cavabdeh bir sıra mallarla bağlı əvvəllər özləri təhvil-təslim aktlarını gətirib imzlayıb möhürlədirdilər. Daha sonra bunu etmədilər. Bundan əlavə bildirilmişdir ki, hazırda cavabdeh tərəfindən barışıq olaraq 12500 manat ödəniş edəcəklərini təklif edirlər. Bu təklifi məhkəmə iclasında da səsləndirmişlər. Əgər o mallar onlara təhvil verilməmişdirsə, nə üçün 12500 manatı ödəməyi təklif edirlər. Keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi malların onlara təhvil verilməməsini mübahisələndirməmiş, ancaq tələb olunan pul üzrə verilən malların qüsurlu olduğu arqumentini gətirmişdir. Lakin satılmış malların qüsurlu olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Daha sonrakı iclaslarda malların onlara təhvil verilmədiyi arqumentini gətirmişlər. Bu da özlüyündə cavabdehin məhkəməyə yalan məlumat verməsinə, vicdanlı yanaşmamasına dəlalət edir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə etdi və bildirdi ki, təhvil-təslim sənədləri satıcı ilə qarşı tərəfin nümayəndəsi arasında imzalanıbdır. 42 elektron qaimə mövcuddur. Həmin qaimələr üzrə olan mallar cavabdehə təhvil verilmişdir. Bu məbləğdən bir qismi ödənilmiş, 2339 manatlıq mal isə geri qaytarılmışdır. 38181,96 manat məbləğində ödəniş olub və bu məbləğə ƏDV daxildir. Ola bilər ki, arayışda qaytarılan məbləğ çıxılmamışdır və buna görə də cüzi fərq yaranır. Qaimələrin bəziləri üzrə tam, bəziləri üzrə qismən ödənişlər olmuşdur.
7. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək, bildirdi ki, 38181 manat ödəniş edilmiş, 13087 manat isə ödənilməmişdir. Təhvil-təslim sənədləri qeyd olunan məbləğlə bağlıdır. Əsas sənəd qismində təhvil-təslim sənədləri əsas götürülməlidir. Qarşı tərəf iddia qaldıran zaman bütün təhvil-təslim sənədlərini təqdim etməli idi, lakin təqdim etməmişdir. Ona görə də iddianın rədd olunması xahiş olunur.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, UNİT 87/2022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə əsasında satıcı hazırkı müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə mal adlandırılacaq ehtiyat hissələrini alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir; 2.5-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirir; 2.7-ci bəndinə əsasən müqavilənin 2.5ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir; 5-ci bəndinə əsasən satıcının satılmış malı vaxtlı-vaxtında alıcı tərəfindən qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin ödənilməsini tələb etmək, alıcı müqavilə ilə müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozduqda, müqavilənin icrasından birtərəfli imtina etmək hüququna malikdir; 6.1-ci bəndinə əsasən alıcının müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərini ödəmək, ödənişin müqavilə ilə nəzərdə tutulmuş müddətdən gecikdirildiyi hər gün üçün ödənilməyən borcdan 0,5% qədər cərimə və bundan yaranan administrativ xərcləri ödəmək öhdəliyi vardır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 068543 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2862,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 299823 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6215,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 028469 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9097,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
12. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 386051 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9381 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 040580 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5885,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
14. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 507658 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 909,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
15. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 674634 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8515,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
16. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 852008 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 200 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
17. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 126219 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2060,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
18. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 322417 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 916 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
19. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 638739 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 750,01 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
20. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 080574 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1740 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
21. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 229556 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3193,49 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
22. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 229612 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1112,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
23. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 527532 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 851,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
24. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 753684 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1248,49 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
25. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 160359 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 82 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
26. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 592775 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3231,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
27. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 137985 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1704,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
28. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 286461 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 250,01 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
29. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 619734 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1308,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
30. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 108896 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1007 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
31. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 731761 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 64 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
32. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 372311 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 160,01 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
33. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 284679 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2569,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
34. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 736390 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1628 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
35. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 166013 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 87 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
36. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 652743 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 690 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
37. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 532873 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 896,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
38. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 559300 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 90 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
39. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 747476 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 535 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
40. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 022579 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 754 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
41. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 663495 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
42. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 920205 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 25 manat (ƏDV daxil) təşkil edir.
43. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 413741 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 22 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
44. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 017681 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 130,99 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
45. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 832491 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 80 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
46. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 920307 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18,01 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
47. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 396774 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 320 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
48. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 391799 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 335 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
49. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 949176 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
50. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 386174 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 66 manat (ƏDV daxil) təşkil edir. Qaimə sistem tərəfindən təsdiq edilmişdir.
51. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 2863 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir (mübahisəyə aid deyil).
52. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6216 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. (xx.xx.2022-ci il tarixli qaimə ilə bağlıdır).
53. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 9098 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir (xx.xx.2022-ci il tarixli qaimə ilə bağlıdır)
54. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 9381 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir (xx.xx.2022-ci il tarixli qaimə ilə bağlıdır).
55. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6796 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
56. iddiaçı tərəfindən məhkəməyə elektron qaimələrin göndərilməsi üçün əsas olmuş, imzalar olan təhvil-təslim aktları təqdim etmişdir.
57. xx.xx.2025-ci il tarixli ƏDV sub-uçot hesabından köçürmələrin siyahısının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə EBDH seriyalı, 559300 nömrəli, EBDH seriyalı, 747476 nömrəli, EBDİ seriyalı, 022579 nömrəli, EBDİ seriyalı, 663495 nömrəli, EBDİ seriyalı, 920205 nömrəli elektron qaimələr üzrə 175,42 manat, EBDF seriyalı, 166013 nömrəli, EBDF seriyalı, 652743 nömrəli, EBDG seriyalı, 532873 nömrəli, 413741 nömrəli, 017681 nömrəli, 832491 nömrəli, 920307 nömrəli, 396774 nömrəli, 391799 nömrəli, 949176 nömrəli, 386174 nömrəli elektron qaimələr üzrə 408,51 manat, EBCM seriyalı, 040580 nömrəli, EBCM seriyalı, 507658 nömrəli elektron qaimə üzrə 1036,68 manat, EBCİ seriyalı, 028459 nömrəli elektron qaimə üzrə 464,49 manat, EBCK seriyalı, 386051 nömrəli elektron qaimə üzrə 1431 manat, EBCJ seriyalı, 028469 nömrəli elektron qaimə üzrə 923,34 manat, EBCD seriyalı, 058543 nömrəli, EBCİ seriyalı, 299823 nömrəli elektron qaimə üzrə 1384,92 manat olmaqla, ümumilikdə 5824,36 manat ƏDV ödənişi edilmişdir.
58. "xxxx" ASC tərəfindən tərtib edilmiş "xxxx" MMC-nin hesabdan çıxarışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına EBCD seriyalı, 068543 nömrəli, EBCİ seriyalı, 299823 nömrəli elektron qaimələr üzrə 7694,06 manat, EBCJ seriyalı, 028469 nömrəli elektron qaimə üzrə 5129,66 manat, EBCK seriyalı, 386051 nömrəli elektron qaimə üzrə 7950 manat, EBCJ seriyalı, 028469 nömrəli elektron qaimə üzrə 2580,5 manat, EBCM seriyalı, 040580 nömrəli, EBCM seriyalı, 507658 nömrəli elektron qaimə üzrə 5759,31 manat, EBDF seriyalı, 166013 nömrəli, EBDF seriyalı, 652743 nömrəli, EBDG seriyalı, 532873 nömrəli, 413741 nömrəli, 017681 nömrəli, 832491 nömrəli, 920307 nömrəli, 396774 nömrəli, 391799 nömrəli, 949176 nömrəli, 386174 nömrəli elektron qaimələr üzrə 2269,49 manat, EBDH seriyalı, 747476 nömrəli, EBDİ seriyalı, 022579 nömrəli, EBDİ seriyalı, 663495 nömrəli, EBDİ seriyalı, 920205 nömrəli elektron qaimələr üzrə 974,58 manat olmaqla, ümumilikdə 32357,6 manat ödəniş edilmişdir.
59. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə 25899,96 manat əsas, 4661,95 manat ƏDV, 1295 manat faiz borcu olmaqla, ümumilikdə 31856,91 manat borcu vardır.
60. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 25899,96 manat borc, 4661,95 manat ƏDV borcu, öhdəliyin gecikdirilməsinə görə hesablanmış 1295 manat 0,5% günlük cərimə borcunun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsiu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
63. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, "xxxx" MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış malların Cavabdeh MMC-yə təhvil verilməsi (qismən) və Cavabdeh MMC tərəfindən müəyyən ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, "xxxx" MMC Cavabdeh MMC-nin qalıq borcunun qaldığını bildirmiş, Cavabdeh MMC isə "xxxx" MMC isə iddiaçı tərəfindən tələb edilən məbləğin əvəzi olan malların yararsız olması səbəbindən geri qaytardıqlarını, bir hissəsinin isə hələ də iddiaçı tərəfindən təhvil alınmadığını bildirmişdir.
64. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, UNİT 87/2022 saylı alqı-satqı müqaviləsi üzrə 25899,96 manat məbləğdə əsas borc, 4661,95 manat ƏDV borcunun tutulması təşkil edir.
65. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam şəkildə ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, UNİT 87/2022 saylı alqı-satqı müqaviləsi üzrə 25899,96 manat (iyirmi beş min səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat əsas borc, 4661,95 manat (dörd min altı yüz altmış bir manat doxsan beş qəpik) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən mübahisə üzrə təqdim olunan və xx.xx.2025-ci il tarixli arayışda (dövriyyə açıqlaması) öz əksini tapan və yuxarıda qeyd olunan elektron qaimələr üzrə ümumi məbləğ 71082,87 manat olmuş, həmin məbləğin 38181,96 manatı ödənilmiş, 2339 manatlıq mal geri qaytarılmış, qalıq məbləğ 30561,91 manat (71082,87- 38181,96-2339=30561,91) olmuşdur. Beləliklə, qalıq məbləğ ümumilikdə 30561,91 manat (25899,96+4661,95 ƏDV) təşkil etmişdir. Qeyd olunan hallar işdə olan müqavilə, elektron qaimələr, ödəniş sənədləri, təhvil-qəbul aktları ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində ehtiyat hissələrinin yarasız olması səbəbindən geri qaytarmaların mövcud olduğu qeyd edilmişdir. Həqiqətən müəyyən olunur ki, qeyd olunduğu kimi, malların bir hissəsi (2339 manatlıq mal) geri qaytarılmışdır (işdə olan, xx.xx.2024-cü il tarixli, MQ2410 seriyalı, 10645517 nömrəli, xx.xx.2024-cü il tarixli, MQ2410 seriyalı, 10645897 nömrəli, xx.xx.2024-cü il tarixli, MQ2410 seriyalı, 10642022 nömrəli, xx.xx.2024-cü il tarixli, MQ2410 seriyalı, 10645341 nömrəli, xx.xx.2024-cü il tarixli, MQ2410 seriyalı, 11327441 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 775730 nömrəli elektron qaimələr üzrə). Daha artıq məbləğdə malın geri qaytarılmasını, yaxud qaytarmaq barədə iddiaçının öhdəlik götürməsi və ya malların qüsurlu olması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı mübahisə 2022ci ilin sonu və 2023-cü ildə təhvil verilən mallarla bağlıdır və bu müddət ərzində qüsurlarla bağlı iddiaçıya lazımi qaydada pretenziyaların irəli sürülməsi, müraciətlərin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə cavabdehin etirazını əsassız sayır.
66. İddia tələbinin digər hissəsini borc öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3884,9 manat faiz borcunun tutulması təşkil edir.
67. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1942,4 manat (min doqquz yüz qırx iki manat qırx qəpik) manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, iddiaçı gecikdirmə müddəti olaraq üç il götürmüş və ona uyğun hesablama aparmışdır. Qeyd olunduğu kimi, mübahisə 2022-ci ilin sonu və 2023-cü ildə təhvil verilən mallarla bağlıdır və gecikdirilmiş vaxtla bağlı iddiaçı müvafiq əsaslandırılmış hesabat təqdim etməmişdir. Lakin cavabdehin icranı gecikdirdiyi aşkardır və məhkəmə gecikdirilmə müddəti 1 il yarım üçün hesablayaraq hazırkı nəticəyə gəlmişdir (25899,96x5:100:12x18=1942,4).
68. Bundan əlavə, iddiaçı cavabdehdən 1295 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir.
69. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə tam təmin edilməli və cavabdehdən 1295 (min iki yüz doxsan beş) manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.
70. Eləcə də, iddiaçı hüquqi xidmət üçün ödənilmiş 1000 manat hüquqi xidmət haqqı və məhkəməyə ödənilmiş 201 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
71. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 150 (yüz əlli) manat hüquqi xidmət haqqı (nəzərə alınır ki, iddiaçını məhkəmədə öz işçisi təmsil etmiş, sübutları məhkəməyə təqdim etmişdir), iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 186,51 manat (yüz səksən altı manat əlli bir qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, UNİT 87/2022 nömrəli müqaviləyə əsasən 25899,96 manat (iyirmi beş min səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat əsas borc, 4661,95 manat (dörd min altı yüz altmış bir manat doxsan beş qəpik) ƏDV məbləği, 1295 (min iki yüz doxsan beş) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1942,4 manat (min doqquz yüz qırx iki manat qırx qəpik), 150 (yüz əlli) manat hüquqi xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 186,51 manat (yüz səksən altı manat əlli bir qəpik) olmaqla, ümumilikdə 34135,82 manat (otuz dörd min yüz otuz beş manat səksən iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilmsəin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova