Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3261/2023 14.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisindən istifadə, borcun əsaslılığını sübutetmə vəzifəsi, əsassız hesablanmış borcun silinməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, elektrik enerjisinin sərfiyyatına görə iddiaçıya **********1 saylı kod üzrə əsassız hesablanmış 16993,89 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisində fəaliyyət göstərməklə, əsasən, quş ətinin emalı və satışını həyata keçirən sahibkarlıq subyektidir. İddiaçının istehlak etdiyi elektrik enerjisinin hesabatı **********1 saylı kod üzrə 3 ədəd elektrik sayğacı (**********149666, 69073915 və **********224664) vasitəsi ilə aparılır. İddiaçıya aid abunə haqqında məlumatın göstəricilərinə cavabdeh tərəfindən heç bir hüquqi və faktiki əsas olmadan elektrik enerjisinin istehlak edilməmiş sərfiyyatına görə 16993,89 manat məbləğində borc məbləği daxil edilmişdir ki, bu halda iddiaçının sahibkarlıq hüquqlarının pozulması ilə nəticələnmişdir. 2.2. Sözügedən borc məbləğinin iddiaçıya aid abunə haqqında məlumatın göstəricilərinə daxil edilməsinin əsassızlığı və qanunsuzluğu ilə əlaqədar X6 Agentliyinə də müraciət olunmuşdur. Müraciətin araşdırılmasının nəticəsi barədə Agentliyin Kürdəmir filialının rəisi Elçin Məmmədov tərəfindən göndərilmiş 10 yanvar 2023-cü il tarixli 3-15-2- 9/2-63/2023 nömrəli cavab məktubunda göstərilənlərlə müəyyən olunmuşdur ki, həmin Agentlik tərəfindən abonent dövriyyələri təhlil olunan zaman məlum olmuşdur ki, iddiaçının xx.xx.2015-ci il tarixində ümumilikdə 16993,89 manat borcu ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. Həmin məbləğin cavabdehin fəaliyyəti dövründə yaranması barədə filiala heç bir sənədin təqdim olunmadığına istinad edən Agentliyin Kürdəmir filialının rəisi mübahisəli məsələ ilə əlaqədar enerji təchizatı müəssisəsinə qarşı bilavasitə məhkəməyə müraciət etmək hüququnun olduğunu da göstərmişdir. 2.3. Yuxarıda göstərilən məbləğdə olan borc iddiaçının istehlak etmədiyi elektrik enerjisinin dəyəridir. Belə ki, sözügedən borc iddiaçının hazırda mülkiyyətində olan quşçuluq fermasının özəlləşdirilməsindən əvvəl yaranmış borcdur. Həmin borc əvvəllər silinsə də, sonradan, yəni xx.xx.2015-ci ildə ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. Belə ki, hazırkı iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Vergilər Nazirliyinin müavini tərəfindən “X18 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanlanmış 06 iyul 2007-ci il tarixli məktubun surətindən də görünür ki, Cəmiyyətin 27 iyul 2007-ci il tarixli 0xx-xx-1011 nömrəli məktubuna cavab olaraq “X22 Fabriki”nin “X18 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 16000,83 manat borcunun silinməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən razılıq bildirilmişdir. 2.4. Yuxarıda sözügedən xüsusatlara istinadən cavabdehə ünvanlanan 23 fevral 2023-cü il tarixli 05/23 saylı müraciətə verilən 14 mart 2023-cü il tarixli 13-13/2-1/17- 1557/2023 saylı məktubda iddiaçının abonent hesabatında cavabdehin fəaliyyəti dövründən əvvəllər yaranmış 16993,89 manat məbləğində borcun həqiqətən özəlləşdirmə dövrünədək yaranması barədə həmin dövrdə enerji təchizat müəssisəsi ilə bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin ikitərəfli qaydada təsdiq olunmuş üzləşmə aktı və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən özəlləşdirilmiş dövlət əmlakının debitor borclarının silinməsi haqqında siyahılarda iddiaçının adının qeyd olunduğu barədə məlumatların təsdiq edilməməsi göstərilmişdir. Sözügedən məktubda özəlləşdirmə dövrünədək yaranmış borcun silinməsi üçün əsas hesab edilən sənədlərin surətinin cavabdehə təqdim olunmasının məqsədəuyğunluğu da qeyd olunmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4, 8.1 və 8.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 551-ci maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, X25 rayonu, Mirzəhüseynli kəndində yerləşən X10 əmlak kompleksi kimi 99,167% hissəni satın almışdır. Bundan sonra 25 avqust 2006-cı ildə Novruzov Səməd "xxxx" MMC-ni təsis etmişdir. Əmlak kompleksinin 0,833% payı əvvəlcə X14 məxsus olmuş, 23 aprel 2007-ci il tarixdə X1. Əmlak kompleksi dövlətə məxsus olmuş, özəlləşdirildikdən sonra “X18 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 16000,83 manat borcun silinməsinə vergi orqanı da razılığını ifadə etmişdir. Lakin "xxxx" MMC-yə 2015-ci il tarixdə 16993,89 manat borc hesablanmışdır. Cavabdeh tərəf həmin borc məbləğinin ETAİS sistemindən inteqrasiya olunduğunu bildirir, lakin borcun hansı qaydada yarandığı barədə məlumat verə bilmir. Qeyd edilən borc məbləği bu günədək tələb edilməsə də, hesab-faktura və saldoda görünür.
6. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və qeyd etdi ki, həmin borc "xxxx"dən "xxxx"a ötürülmüş, ETAİS sistemindən əllə "xxxx" ASC-nin istifadəsində olan “Oracle” sisteminə əlavə edilmişdir. Həmin borcun əsasını təşkil edən sənədlər hal-hazırda cavabdehdə yoxdur. Həmçinin adıçəkilən borc cavabdehin fəaliyyətindən əvvəl olan dövrdə hesablandığından onun hansı dövrü əhatə etdiyini də bildirmək mümkün deyildir. Cavabdehdə olan yeganə məlumat 16993,89 manat borcun 2015-ci il tarixdən əvvəlki dövrə aid olduğudur.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış 001673 nömrəli 05 may 2015-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən, hesablaşma elektrik sayğacları 0,4 kV gərginlik tərəfində 69073915, **********224664 və **********149666 nömrəli sayğaclardır (9-cu bənd). Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla) (10-cu bənd). Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur (12-ci bənd).
11. Məhkəməyə təqdim edilən iddiaçıya məxsus xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış **********1 nömrəli abunə haqqında məlumatdan görünür ki, **********31003 nömrəli uçot nöqtəsi üzrə bağlanan aktlar qrafasına xx.xx.2015-ci il tarixdə 5664,63 manat, **********91002 nömrəli uçot nöqtəsi üzrə bağlanan aktlar qrafasına xx.xx.2015-ci il tarixdə 5664,63 manat, **********31002 nömrəli uçot nöqtəsi üzrə bağlanan aktlar qrafasına xx.xx.2015-ci il tarixdə 5664,63 manat olmaqla bütövlükdə 16993,89 manat məbləğində inteqrasiya dövrü borcu hesablanmışdır.
12. Azərbaycan Respublikasının Energetika Nazirliyi X6 Agentliyi Kürdəmir filialının iddiaçıya ünvanladığı 30 yanvar 2023-cü il tarixli 3-15-2-9/2-63/2023 nömrəli məktubdan görünür ki, müraciətlə əlaqədar **********1 saylı kod üzrə abonent dövriyyələri təhlil edilərkən iddiaçının xx.xx.2015-ci il tarixində ümumilikdə 16993,89 manat borcunun ETAİS proqram bazasından yeni proqram bazasına keçirildiyi müəyyən olunmuşdur.
13. İş materiallarına əlavə olunan 11 avqust 2006-cı il tarixli əmlak kompleksi kimi müəssisənin alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən X10 özünə məxsus 99,167% payını X23 X2.
14. İş materiallarında olan 25 avqust 2006-cı il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi X13r, cəmiyyətin nizamnaməsi hər biri 50 manat olmaqla 2 paydan ibarətdir və payların 100%-i X13r.
15. Məhkəməyə təqdim olunan 23 aprel 2007-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən X10 özünə məxsus 0,833% payını X20 X3.
16. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnamə kapitalının 100%-i və hüquqi şəxsin qanuni təmsilçisi X13r.
17. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixli məktubdan görünür ki, “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara əsasən Göyçay X10 mülkiyyətçisi X9 16000 manat 83 qəpik “X18 Təchizat” MMC-yə olan borcunun silinməsinə razılıq bildirilmişdir.
18. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli üzləşmə aktından görünür ki, 16000 manat 83 qəpik borcun silinməsinin üzləşməsi aparılmış və “X18 Təchizat” MMC ilə Göyçay rayonu Mirzəhüseyn kəndində yerləşən X10 nümayəndələri tərəfindən imzalanaraq möhürlə təsdiq olunmuşdur.
19. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “X18 Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X19 ünvanlanmış 21 sentyabr 2007-ci il tarixli 0xx-xx/1251 nömrəli məktubdan görünür ki, 01 sentyabr 2007-ci il tarixinə X17 elektrik enerjisi təchizatı üzrə borcu 16328,04 manat təşkil edir. Qeyd olunan borcun 16000,83 manat hissəsi “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiqlənmiş 26 iyul 2006-cı il tarixli akta əsasən silinmişdir. Borcun qalan hissəsi, yəni 327,21 manat məbləği 20 sentyabr 2007-ci il tarixində ödənildiyindən 01 sentyabr 2007-ci il tarixinə X17 elektrik enerjisi təchizatı üzrə borcu qalmamışdır.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının cavabdehə olan qalıq borcu 0 manat təşkil edir.
21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 05 may 2015-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh enerjitəchizatı müəssisəsi kimi iddiaçıya elektrik enerjisinin verilişini təmin etməyi, iddiaçı isə tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış **********1 saylı abonent kodu iddiaçıya verilmiş, iddiaçının istehlak etdiyi elektrik enerjisinin hesabatı üç ədəd elektrik sayğacı ilə aparılmışdır. 01 sentyabr 2007-ci il tarixinə iddiaçının elektrik enerjisi təchizatı üzrə borcu 16328,04 manat təşkil etmiş, qeyd olunan borcun 16000,83 manat hissəsi “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiqlənmiş 26 iyul 2006-cı il tarixli akta əsasən silinmiş, borcun qalan hissəsi isə 20 sentyabr 2007-ci il tarixində ödənilmişdir. xx.xx.2015-ci il tarixində ümumilikdə 16993,89 manat borc inteqrasiya dövrü borcu kimi Enerji təchizatının avtomatlaşdırılmış idarəetmə sistemi (ETAİS) proqram bazasından iddiaçıya məxsus borc kimi abunə haqqında məlumata əlavə edilmişdir.
22. İddiaçı 16993,89 manat borcun yaranma mənbəyi barədə hər hansı məlumatın olmadığına, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müvafiq qanun əsasında 16000,83 manat borcun artıq silindiyinə, hazırda iddianın obyektini təşkil edən borcun isə hansı dövr üçün hesablandığı, həmin borca silinməli məbləğin (16000,83 manat) daxil edilibedilməməsi barədə məlumatın olmadığına istinad edərək borcun silinməsini tələb edir.
23. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "xxxx" ASC-yə ötürülərkən 16993,89 manat borcun da ötürüldüyü, həmin borcun ETAİS-də göründüyü və inteqrasiya dövrü borcu kimi cavabdehin sisteminə əlavə edildiyini bildirir, həmin borcun yaranma mənbəyi, əhatə dövrü, özəlləşdirilmə ilə bağlı silinməli məbləğin (16000,83 manat) borca daxil olubolmaması barədə dəqiq məlumatlarının olmamasına baxmayaraq, iddianın rədd olunmasını xahiş edir.
24. Göründüyü kimi, hazırda 16993,89 manat borcun əsaslı olub-olmaması ilə bağlı mübahisə vardır, öz arqumentləri ilə iddiaçı borcun əsassız olduğunu, cavabdeh isə əsaslı olduğunu göstərir.
25. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. Ətraf mühitə qayğı göstərərək sosial iqtisadi cəhətdən enerjinin istehsalını və istehlakçının marağına uyğun olaraq enerji bazarına çıxarılmasını təmin etməklə enerji resurslarından səmərəli istifadə etmək və enerji effektivliyinə nail olmaq məqsədi ilə elektrik və istilik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununu müəyyən edir.
27. Həmin Qanunun 11-ci maddəsinə əsasən, elektrik və istilik enerjisinin alqısatqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
29. Qaydaların 8.1-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
30. Qaydaların 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır.
31. Qaydaların 8-ci bəndinin digər yarımbəndlərinə görə, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir (8.4). Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır (8.13). İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir (8.14). Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (8.15).
32. Göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istifadə edilmiş elektrik enerjisinin dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində enerjitəchizatı müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuş, ödəmə sənədlərində səhv olarsa, enerjitəchizatı müəssisəsinin hesablaşma barədə məlumat vermək vəzifəsi təsbit edilmişdir.
33. Sadalanan qanunvericilik normalarından çıxış edərək məhkəmə qeyd edir ki, elektrik enerjisinin istifadəsinə görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi, texnoloji sərfiyyatın hesablanması əsaslarını təqdim etmək (sübut etmək) vəzifəsini enerjitəchizatı müəssisəsi daşıyır.
34. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Başqa sözlə, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
35. Bu mənada cavabdehə dəfələrlə 16993,89 manat borcun hansı əsas ilə hesablandığı, həmin borcla “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq silinməli olan 16000,83 manatın əhatə olunubolunmadığı, adıçəkilən borc məbləğinin hansı dövrləri əhatə etdiyi, bütövlükdə istifadə edilən elektrik enerjisi sərfiyyatı, texnoloji sərfiyyat olub-olmadığı, həmin borcun əsaslandığı ödəmə sənədlərinin mövcud olub-olmadığı barədə sənədlərin təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən həmin sənədlər məhkəməyə verilməmişdir. Əksinə cavabdeh tərəf 16993,89 manat borcun inteqrasiya dövrü borcu kimi əllə daxil edildiyini bildirmişdir.
36. Digər tərəfdən, təqdim edilən abunə haqqında məlumatdan müəyyən olunur ki, iddiaçı tərəfindən hər üç uçot nöqtəsi üzrə istifadə olunan elektrik enerjisinin dəyəri mütəmadi ödənilmişdir. Belə ki, **********31003 nömrəli uçot nöqtəsi üzrə xx.xx.2015 – xx.xx.2023-cü il tarixlərində 370 987,2 manat sayğac göstəriciləri, 11534,36 manat transformator itkisi nəticəsində borc yazılmış, 380 355,042 manat ödəniş edilmiş, **********91002 nömrəli uçot nöqtəsi üzrə xx.xx.2015 – xx.xx.2023-cü il tarixlərində 49031,92 manat sayğac göstəriciləri, 1497,61 manat transformator itkisi nəticəsində borc yazılmış, 54215,815 manat ödəniş edilmiş, **********31002 nömrəli uçot nöqtəsi üzrə xx.xx.2015 – xx.xx.2023-cü il tarixlərində 267 700,8 manat sayğac göstəriciləri, 8330,33 manat transformator itkisi nəticəsində borc yazılmış, 274 504,403 manat ödəniş edilmişdir. Bu hallar isə 16993,89 manat borcun sərfiyyat və ya transformator itkisi əsasında yarandığı ehtimalını heçə endirir.
37. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi abunə haqqında məlumatda “bağlanan aktlar” bölməsində göstərilmiş ümumilikdə 16993,89 manat məbləğində borcun hansı əsasla (sayğac göstəricisi, akt və s.) yaranması, əsaslı olaraq hesablanıb-hesablanmaması, iddiaçıya aidiyyəti iş materialları ilə öz təsdiqini tapmır.
38. Məhkəməyə xx.xx.2023-cü il tarixə təqdim olunan abunə haqqında məlumatdan görünür ki, iddiaçının qalıq borcu 17 000,82 manat təşkil edir.
39. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus **********1 nömrəli abunə koduna hesablanmış 16993,89 manat borc əsassız olduğundan silinməlidir. b) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı ödənilmiş 300 manat hüquqi yardım xərci, 210 manat ilkin mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir.
41. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00605 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 23 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərcini ödənmişdir.
42. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 57 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 300 manat məbləğində pul xx.xx.2023-cü il tarixli müqavilə üzrə vəkil Nümayəndə məxsus bank hesabına köçürülmüşdür.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
45. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
46. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak fiziki və hüquqi şəxslər üçün mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
49. Məhkəmə iddianın təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq bu nəticəyə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **********1 nömrəli abunə koduna hesablanmış 16993 (on altı min doqquz yüz doxsan üç) manat 89 (səksən doqquz) qəpik məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova