Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3274/2021 22.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 kv.m. təşkil edən ofis sahəsinin (D) icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli, 740 №-li müqavilə üzrə 07 noyabr 2019-cu il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 644.51 (altı yüz qırx dörd manat, əlli bir qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 674.91 (altı yüz yetmiş dörd manat, doxsan bir qəpik) manat məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 04 oktyabr 2017-ci il tarixli, 740 nömrəli müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq İcarəyə Verilən Əmlak üçün aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.3-cü bəndinə görə Cavabdeh İcarəyə Verilən Əmlakda icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisinə görə ödənişlərin təmin edilməsi öhdəliyini daşıyır. İcarə Müqaviləsinin 3.5-ci bəndinə əsasən icarə haqqı və Müqavilə üzrə digər ödənişlər hər cari ayın ilk 10 (on) günü ərzində həyata keçirilərək, müvafiq hesab-faktura əsasında İddiaçının bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. İcarə Müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq icarə haqqı və xidmət haqqı üzrə ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi müəyyən edilmişdir. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlıvaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Beləliklə, İcarəyə Verilən Əmlakın icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində xitam tarixinə borc məbləği yığılmışdır. İcarə Müqaviləsinin 8.8-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt bu Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə xitam verilmişdir. Xitam razılaşmasının 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlakın iddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının, İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Lakin cavabdeh sözügedən öhdəliyin icrasından da yayınmışdır. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Cavabdehə mövcud borc məbləğinin ödənilməsi haqqında iddiaçı tərəfindən pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya məktubuna da məhəl qoymamış və Xitam tarixindən bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində zəruri addımlar atmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən 11 iyul 2019-cu il tarixində ƏDV daxil 300 manat, 07 noyabr 2019-cu il tarixində isə ƏDV daxil 200.00 manat) məbləğində borcun ödənilməsi təmin edilmişdir. Beləliklə, mövcud olan ümumi borc məbləği azalaraq, ƏDV daxil 644.51 manat təşkil etmişdir. Lakin yuxarıda göstərilən qalıq borc məbləğinin tam şəkildə ödənilməsi istiqamətində Cavabdeh tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz əmlakın dövlət rüyestri xidməti tərəfindən verilmiş 02.10.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. İddiaçı MMC (idarə edən) "xxxx" MMC (mülkiyyətçi) arasında bağlanan 27 dekabr 2017-ci il tarixli, PMD-27/12-856 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilənin predmeti bolməsinə əsasən mülkiyyətçi siyahısı bu Müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edən icarəsinə və idarəetməsinə verir və idarə edənin obyektlərinin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir. İdarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. İddiaçı MMC (idarə edən) "xxxx" MMC (mülkiyyətçi) arasında bağlanan 27 dekabr 2017-ci il tarixli, PMD-27/12-856 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilə edilmiş 1.75 nömrəli Əlavədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 15255,9 kv.m olan qeyri-yaşayış binası "xxxx" MMC tərəfində idarə olunması üçün İddiaçı MMC-yə verilmişdir. İcarəyəverən İddiaçı MMC icarəçi Cavabdeh arasında bağlanan 04 oktyabr 2017-ci il tarixli, 740 nömrəli müqavilədən görünür ki, Müqaviləyə əsasən İcarəyə Verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında ("Nizami Plaza") yerləşən aşağıdakı qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə Verilən Əmlak(lar)ı qəbul edib icarə haqqını Müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-bəndinə əsasən icarə haqqı və digər ödənişlər aşağıda göstərilən qaydada hesablanır və ödənilir: İcarəyə Verilən Əmlak(lar)la bağlı icarəçi 16 oktyabr 2017-ci il tarixindən icarəyə verənə ƏDV xaric 576.00 AZN (beş yüz yetmiş altı manat) aylıq icarə haqqı Həmin müqavilənin 3.3-cü bəndinə əsasən icarəçi icarəyə Verilən Əmlak(lar)da bu icarə Müddəti ərzində istifadə etdiyi elektrik enerjisinə görə ödənişlərin təmin edilməsi öhdəliyini daşıyacaq. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən icarə haqqı və Müqavilə üzrə digər ödənişlər hər cari ayın ilk 10 (on) günü ərzində həyata keçirilərək, müvafiq hesab-faktura əsasında iddiaçının bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC Cavabdeh arasında bağlanan 04 oktyabr 2017-ci il tarixli, 740 nömrəli müqavilə xitam verilməsi barədə 02.04.2018-ci il tarixli razılaşmadan görünür ki, tərəflər bağlanmış müqavilənin ləğv edilməsi barədə qarşılıqlı razılığa gəlmək niyyətindədirlər. Həmin razılaşmanın 1-ci bəndinə əsasən tərəflər 05.04.2018-ci il tarixində icarə müqaviləsinə xitam verilməsini razılaşdırmışlar. Həmin razılaşmanın 2-ci bəndinə əsasən icarəçi icarə Müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Həmin razılaşmanın 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək İcarə Müqaviləsi üzrə İcarə verənə ödəməli olduğu ünuni borcu ƏDV daxil 1144,51 manat təşkil edir İddiaçı 23.05.2019-cu il tarixdə FMG01/12/153 nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək 5 iş günü ərzində icra haqqının ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsi idarə edilməsini İddiaçı MMC tərəfindən icra edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən qeyd olunan qeyri-yaşayış binası Cavabdeh icarəyə verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən. Tərəflər arsında qeyd olunan müqavilənin xitam olunmasına dair müvafiq razılaşma bağlanmışdır. Qeyd olunan razılaşmanın müvafiq bəndinə əsasən Cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində qeyri-yaşayış sahəsindən istifadə etdiyi müddət və öhdəliklər üzrə bütün ödənişləri edəcəyinə dair razılıq əldə olunmuşdur. Qeyd olunan razılaşmanın 3-cü bəndinə əsasən tərəflər müqavilənin xitam tarixinə Cavabdeh icarə haqqı üzrə ümumi borcunun 1144,51 manat təşkil etməsini təsdiq etmişlər. İddiaçı qeyd olunan razılaşmanın şərtlərinə uyğun olaraq cavabdehə qalıq borc məbləğinin ödənilməsini 5 iş günü müddətində təmin edilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqının cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan faktura və tərəflər arasında bağlanmış razılaşmadan iddia tələbinin qanuni olması öz təsdiqni tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,4 manat pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh ƏDV daxil 644.51 (altı yüz qırx dörd manatı, əlli bir qəpik) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumu və bank komisyon haqqının əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ƏDV daxil 644.51 (altı yüz qırx dörd manatı, əlli bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu və bank komisyon haqqının əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3274/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3274/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver