Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3282/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada: -DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34,033.48 (otuz dörd min otuz üç manat qırx səkkiz qəpik) manat əsas borc, 459.50 (dörd yüz əlli doqquz manat əlli qəpik) manat faiz borcu, 19,466.92 (on doqquz min dörd yüz altmış altı manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 53,959.90 (əlli üç min doqquz yüz əlli doqquz manat doxan qəpik) manat; -DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49,791.01 (qırx doqquz min yeddi yüz doxsan bir manat bir qəpik) manat əsas borc, 10,651.12 (on min altı yüz əlli bir manat on iki qəpik) manat faiz borcu, 16.102.03 (on altı min bir yüz iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,544.16 (yetmiş altı min beş yüz qırx dörd manat on altı qəpik) manat; -DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,654.80 (əlli iki min altı yüz əlli dörd manat səksən qəpik) manat əsas borc, 14,222.18 (on dörd min iki yüz iyirmi iki manat on səkkiz qəpik) manat faiz borcu, 13,116.50 (on üç min bir yüz on altı manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 79,993.48 (yetmiş doqquz min doqquz yüz doxsan üç manat qırx səkkiz qəpik) manat; - İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 140,583.64 (bir yüz qırx min beş yüz səksən üç manat altmış dörd qəpik) manat əsas borc, 4,797.42 (dörd min yeddi yüz doxsan yeddi manat qırx iki qəpik) manat faiz borcu, 70,449.98 (yetmiş min dörd yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 215,831.04 (iki yüz on beş min səkkiz yüz otuz bir manat dörd qəpik) manat; -İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100,000 (bir yüz min) manat əsas borc, 3,412.50 (üç min dörd yüz on iki manat əlli qəpik) manat faiz borcu, 50,112.50 (əlli min yüz on iki manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 153,525.00 (bir yüz əlli üç min beş yüz iyirmi beş manat) manat; - İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,416.36 (əlli doqquz min dörd yüz on altı manat otuz altı qəpik) manat əsas borc, 2,027.58 (iki min iyirmi yeddi manat əlli səkkiz qəpik) manat faiz borcu, 29,775.02 (iyirmi doqquz min yeddi yüz yetmiş beş manat iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 91,218.96 (doxsan bir min iki yüz on səkkiz manat doxsan altı qəpik) manat; - İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57,594.01 (əlli yeddi min beş yüz doxsan dörd manat bir qəpik) manat əsas borc, 2,135.78 (iki min yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 30,044.88 (otuz min qırx dörd manat səksən səkiiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 89,774.67 (səksən doqquz min yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat; - İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 118,317.09 (bir yüz on səkkiz min üç yüz on yeddi manat doqquz qəpik) manat əsas borc, 4,387.59 (dörd min üç yüz səksən yeddi manat əlli doqquz qəpik) manat faiz borcu, 61,722.08 (altmış bir min yeddi yüz iyirmi iki manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 184,426.76 (bir yüz səksən dörd min dörd yüz iyirmi altı manat yetmiş altı qəpik) manat; -İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 117,852.80 (bir yüz on yeddi min səkkiz yüz əlli iki manat səksən qəpik) manat əsas borc, 4,370.37 (dörd min üç yüz yetmiş manat otuz yeddi qəpik) manat faiz borcu, 61,381.60 (altmış bir min üç yüz səksən bir manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 183,604.77 (bir yüz səksən üç min altı yüz dörd manat yetmiş yeddi qəpik) manat; -İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,236 (altı min iki yüz otuz altı) manat əsas borc, 228.65 (iki yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat faiz borcu, 3,227.13 (üç min iki yüz iyirmi yeddi manat on üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,691.78 (doqquz min altı yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat; -DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,046.77 (qırx altı min qırx altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 1,920.53 (bir min doqquz yüz iyirmi manat əlli üç qəpik) manat faiz borcu, 26,610.1 (iyirmi altı min altı yüz on manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 74,577.29 (yetmiş dörd min beş yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat; - DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49,799.81 (qırx doqquz min yeddi yüz doxsan doqquz manat səksən bir qəpik) manat əsas borc, 10,653.01 (on min altı yüz əlli üç manat bir qəpik) manat faiz borcu, 16,457.23 (on altı min dörd yüz əlli yeddi manatiyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,910.05 (yetmiş altı min doqquz yüz on manat beş qəpik) manat; -DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,652.35 (əlli iki min altı yüz əlli iki manat otuz beş qəpik) manat əsas borc, 14,221.82 (on dörd min iki yüz iyirmi bir manat səksən iki qəpik) manat faiz borcu, 13,116.14 (on üç min bir yüz on altı manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 79,990.31 (yetmiş doqquz min doqquz yüz doxsan manat otuz bir qəpik) məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi. 2. İddia ərizəsinin məhkəməyə verilməsi üçün 1076 (bir min yetmiş altı) manat dövlət rüsumu və müdiasiya xərci olaraq ödənilmiş 400(dörd yüz) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə "xxxx" MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair GTC-807LE/2018 saylı ümumi şərtlər toplusu imzalanmışdır. Bank ilə Cavabdeh5 MMC və "xxxx" MMC arasında 17 dekabr 2018-ci il tarixdə GL2921 saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır. Həmin GL2921 saylı Kredit Limit Müqaviləsinin təmiantı olaraq Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli Z3030 saylı, Cavabdeh4 arasında Z3031 saylı, Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli Z5065 saylı Zaminlik müqavilələri imzalanmışdır. Daha sonra Cavabdeh5 MMC və "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli GL2921 saylı kredit limit müqaviləsinin təminatı əsasında xx.xx.2022-ci il tarixli K5249 saylı Kredit Limit Müqaviləsi və ona xx.xx.2022-ci il tarixli 01 nömrəli Əlavə imzalanmışdır. Bank xidmətlərinin göstərilməsinə dair GTC-807LE/2018 saylı ümumi şərtlər toplusu və K5249 saylı Kredit Limit Müqaviləsi çərçivəsində: -Bankla "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 16,5%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 31,5% olmaqla xx.xx.2022-ci il tarixədək 250 000(iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; Bankla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 75 000 (yetmiş beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; Bankla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 64 316 (altmı dörd min üç yüz on altı) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2020-ci il tarixli DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli DG**********20 saylı, DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********567 saylı Zaminlik Müqavilələri imzalanmışdır. Bank xidmətlərinin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli GTC-143LE/2018 saylı ümumi şərtlər toplusu çərçivəsində: -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2020-ci il tarixli DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 16,5%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 31,5% olmaqla xx.xx.2022-ci il tarixədək 250 000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2021-ci il tarixdə DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 75 000 (yetmiş beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; - Bankla Cavabdeh5 MMC arasında xx.xx.2021-ci il tarixdə DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 64 319 (altmış dörd min üç yüz on doqquz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli DG**********51 saylı, DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DG**********06 saylı, DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DG**********564 saylı Zaminlik Müqavilələri imzalanmışdır. Bank ilə Cavabdeh5 MMC və "xxxx" MMC arasında 23 dekabr 2020-ci il tarixdə İnvoysların Diskontlaşdırılması üzrə İDK 0498 saylı Kredit Limiti Müqaviləsi və ona 01 saylı, 02 saylı və 03 saylıƏlavələr imzalanmışdır. İDK 0498 saylı Kredit Limiti Müqaviləsinin təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli ZF0408 saylı, Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ZF0409 saylı və Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli ZF0410 saylı Zaminlik Müqavilələri və əlavələr imzalanmışdır. İnvoysların Diskontlaşdırılması üzrə İDK 0498 saylı Kredit Limiti Müqaviləsi və K5249 saylı Kredit Limit Müqaviləsi çərçivəsində: -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 13.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 28.5% olmaqla xx.xx.2022-ci il tarixədək 140 583.64 (bir yüz qırx min beş yüz səksən üç manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 13.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 28.5% olmaqla xx.xx.2022-ci il tarixədək 100 000 (bir yüz min) manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 13.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 28.5% olmaqla xx.xx.2022-ci il tarixədək 59 416.36 (əlli doqquz min dörd yüz on altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 57 594.01 (əlli yeddi min beş yüz doxsan dörd manat bir qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 118 317.09 (bir yüz on səkkiz min üç yüz on yeddi manat doqquz qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 117 852.80 (bir yüz on yeddi min səkkiz yüz əlli iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 6 236 (altı min iki yüz otuz altı) manat məbləğində pul vəsaiti verilmişdir. Lakin birgə Borcalanlar qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişlər. Borcalan Cavabdeh5 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - DC00067136-01 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 34,033.48 (otuz dörd min otuz üç manat qırx səkkiz qəpik) manat əsas borc, 459.50 (dörd yüz əlli doqquz manat əlli qəpik) manat faiz borcu, 19,466.92 (on doqquz min dörd yüz altmış altı manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 53,959.90 (əlli üç min doqquz yüz əlli doqquz manat doxan qəpik) manat təşkil edir. Gecikmə günü: 717 - DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49,791.01 (qırx doqquz min yeddi yüz doxsan bir manat bir qəpik) manat əsas borc, 10,651.12 (on min altı yüz əlli bir manat on iki qəpik) manat faiz borcu, 16.102.03 (on altı min bir yüz iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,544.16 (yetmiş altı min beş yüz qırx dörd manat on altı qəpik) manat təşkil edir. Gecikmə günü: 700 -DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,654.80 (əlli iki min altı yüz əlli dörd manat səksən qəpik) manat əsas borc, 14,222.18 (on dörd min iki yüz iyirmi iki manat on səkkiz qəpik) manat faiz borcu, 13,116.50 (on üç min bir yüz on altı manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 79,993.48 (yetmiş doqquz min doqquz yüz doxsan üç manat qırx səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 711 - İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 140,583.64 (bir yüz qırx min beş yüz səksən üç manat altmış dörd qəpik) manat əsas borc, 4,797.42 (dörd min yeddi yüz doxsan yeddi manat qırx iki qəpik) manat faiz borcu, 70,449.98 (yetmiş min dörd yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 215,831.04 (iki yüz on beş min səkkiz yüz otuz bir manat dörd qəpik) manat təşkil edir. Gecikmə günü: 642 -İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100,000 (bir yüz min) manat əsas borc, 3,412.50 (üç min dörd yüz on iki manat əlli qəpik) manat faiz borcu, 50,112.50 (əlli min yüz on iki manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 153,525.00 (bir yüz əlli üç min beş yüz iyirmi beş manat) manatı təşkil edir. Gecikmə günü: 642 - İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,416.36 (əlli doqquz min dörd yüz on altı manat otuz altı qəpik) manat əsas borc, 2,027.58 (iki min iyirmi yeddi manat əlli səkkiz qəpik) manat faiz borcu, 29,775.02 (iyirmi doqquz min yeddi yüz yetmiş beş manat iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 91,218.96 (doxsan bir min iki yüz on səkkiz manat doxsan altı qəpik) manat təşkil edir. Gecikmə günü: 642 - İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57,594.01 (əlli yeddi min beş yüz doxsan dörd manat bir qəpik) manat əsas borc, 2,135.78 (iki min yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 30,044.88 (otuz min qırx dörd manat səksən səkiiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 89,774.67 (səksən doqquz min yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat təşkil edir. Gecikmə günü: 635 - İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 118,317.09 (bir yüz on səkkiz min üç yüz on yeddi manat doqquz qəpik) manat əsas borc, 4,387.59 (dörd min üç yüz səksən yeddi manat əlli doqquz qəpik) manat faiz borcu, 61,722.08 (altmış bir min yeddi yüz iyirmi iki manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 184,426.76 (bir yüz səksən dörd min dörd yüz iyirmi altı manat yetmiş altı qəpik) manat təşkil edir. Gecikmə günü: 635 -İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 117,852.80 (bir yüz on yeddi min səkkiz yüz əlli iki manat səksən qəpik) manat əsas borc, 4,370.37 (dörd min üç yüz yetmiş manat otuz yeddi qəpik) manat faiz borcu, 61,381.60 (altmış bir min üç yüz səksən bir manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 183,604.77 (bir yüz səksən üç min altı yüz dörd manat yetmiş yeddi qəpik) manatı təşkil edir. Gecikmə günü: 634 -İDK0498/32 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 6,236 (altı min iki yüz otuz altı) manat əsas borc, 228.65 (iki yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat faiz borcu, 3,227.13 (üç min iki yüz iyirmi yeddi manat on üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,691.78 (doqquz min altı yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 630 Borcalan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: -DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,046.77 (qırx altı min qırx altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 1,920.53 (bir min doqquz yüz iyirmi manat əlli üç qəpik) manat faiz borcu, 26,610.1 (iyirmi altı min altı yüz on manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 74,577.29 (yetmiş dörd min beş yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat təşkil edir. Gecikmə günü: 717 - DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49,799.81 (qırx doqquz min yeddi yüz doxsan doqquz manat səksən bir qəpik) manat əsas borc, 10,653.01 (on min altı yüz əlli üç manat bir qəpik) manat faiz borcu, 16,457.23 (on altı min dörd yüz əlli yeddi manatiyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,910.05 (yetmiş altı min doqquz yüz on manat beş qəpik) manat təşkil edir. Gecikmə günü: 706 -DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,652.35 (əlli iki min altı yüz əlli iki manat otuz beş qəpik) manat əsas borc, 14,221.82 (on dörd min iki yüz iyirmi bir manat səksən iki qəpik) manat faiz borcu, 13,116.14 (on üç min bir yüz on altı manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 79,990.31 (yetmiş doqquz min doqquz yüz doxsan manat otuz bir qəpik) manat təşkil edir. Gecikmə günü: 711 İddiaçı ASCiddia ərizəsinin məhkəməyə verilməsi üçün 1076 (bir min yetmiş altı) manat dövlət rüsumu və müdiasiya xərci olaraq ödənilmiş 400(dörd yüz) manat xidmət haqqı ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, DC00067136-01 saylı maliyyələşmə üçün ərizəyə əsasən 34,033.48 (otuz dörd min otuz üç manat qırx səkkiz qəpik) manat əsas borc, 459.50 (dörd yüz əlli doqquz manat əlli qəpik) manat faiz borcu, 20,985.66 (iyirmi min doqquz yüz səksən beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 55,478.64 (əlli beş min dörd yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat borcun; DC00067136-03 saylı maliyyələşmə üçün ərizəyə əsasən 49,791.01 (qırx doqquz min yeddi yüz doxsan bir manat bir qəpik) manat əsas borc, 10,651.12 (on min altı yüz əlli bir manat on iki qəpik) manat faiz borcu, 18,359.22 (on səkkiz min üç yüz əlli doqquz manat iyirmi iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 78,801.35 (yetmiş səkkiz min səkkiz yüz bir manat otuz beş qəpik) manat borcun; DC00067136-04 saylı maliyyələşmə üçün ərizəyə əsasən 52,654.80 (əlli iki min altı yüz əlli dörd manat səksən qəpik) manat əsas borc, 14,222.17 (on dörd min iki yüz iyirmi iki manat on yeddi qəpik) manat faiz borcu, 15,503.55 (on beş min beş yüz üç manat əlli beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 82,380.52 (səksən iki min üç yüz səksən manat əlli iki qəpik) manat borcun; İDK0498/26 saylı maliyyələşmə üçün ərizəyə əsasən 140,583.64 (bir yüz qırx min beş yüz səksən üç manat altmış dörd qəpik) manat əsas borc, 4,797.42 (dörd min yeddi yüz doxsan yeddi manat qırx iki qəpik) manat faiz borcu, 76,126.04 (yetmiş altı min yüz iyirmi altı manat dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 221,507.10 (iki yüz iyirmi bir min beş yüz yeddi manat on qəpik) manat borcun; İDK0498/27 saylı maliyyələşmə üçün ərizəyə əsasən 100,000.00 (bir yüz min manat sıfır qəpik) manat əsas borc, 3,412.50 (üç min dörd yüz on iki manat əlli qəpik) manat faiz borcu, 54,150.00 (əlli dörd min yüz əlli manat sıfır qəpik) manat cərimə borcu olmaqla, cəmi 157,562.50 (bir yüz əlli yeddi min beş yüz altmış iki manat əlli qəpik) manat borcun; İDK0498/28 saylı maliyyələşmə üçün ərizəyə əsasən 59,416.36 (əlli doqquz min dörd yüz on altı manat otuz altı qəpik) manat əsas borc, 2,027.58 (iki min iyinni yeddi manat 58 qəpik) manat faiz borcu, 32,173.96 (otuz iki min yüz yetmiş üç manat 96 qəpik) manat cərimə borcu olmaqla, cəmi 93,617.90 (doxsan üç min altı yüz on yeddi manat 90 qəpik) manat borcun; İDK0498/29 saylı maliyyələşmə üçün ərizəyə əsasən 57,594.01 (əlli yeddi min beş yüz doxsan dörd manat bir qəpik) manat əsas borc, 2,135.78 (iki min yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 32,492.62 (otuz iki min dörd yüz doxsan iki manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 92,222.41 (doxsan iki min iki yüz iyinni iki manat qırx bir qəpik) manat borcun; İDK0498/30 saylı maliyyələşmə üçün ərizəyə əsasən 118,317.09 (bir yüz on səkkiz min üç yüz on yeddi manat doqquz qəpik) manat əsas borc, 4,387.59 (dörd min üç yüz səksən yeddi manat əlli doqquz qəpik) manat faiz borcu, 66,750.56 (altmış altı min yeddi yüz əlli manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 189,455.24 (bir yüz səksən doqquz min dörd yüz əlli beş manat iyirmi dörd qəpik) manat borcun; İDK0498/31 saylı maliyyələşmə üçün ərizəyə əsasən 117,852.80 (bir yüz on yeddi min səkkiz yüz əlli iki manat səksən qəpik) manat əsas borc, 4,370.37 (dörd min üç yüz yetmiş manat otuz yeddi qəpik) manat faiz borcu, 66,390.34 (altmış altı min üç yüz doxsan manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 188,613.51 (bir yüz səksən səkkiz min altı yüz on üç manat əlli bir qəpik) manat borcun; İDK0498/32 saylı maliyyələşmə üçün ərizəyə əsasən 6,236.00 (altı min iki yüz otuz altı manat sıfır qəpik) manat əsas borc, 228.65 (iki yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat faiz borcu, 3,492.16 (üç min dörd yüz doxsan iki manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,956.81 (doqquz min doqquz yüz əlli altı manat səksən bir qəpik) manat borcun; DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,046.77 (qırx altı min qırx altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 1,920.52 (bir min doqquz yüz iyirmi manat əlliiki qəpik) manat faiz borcu, 28,786.71 (iyirmi səkkiz min yeddi yüz səksən altı manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,754.00 (yetmiş altı min yeddi yüz əlli dörd manat sıfır qəpik) manat borcun, DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49,799.81 (qırx doqquz min yeddi yüz doxsan doqquz manat səksən bir qəpik) manat əsas borc, 10,653.00 (on min altı yüz əlli üç manat sıfır qəpik) manat faiz borcu, 18,847.60 (on səkkiz min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 79,300.41 (yetmiş doqquz min üç yüz manat qırx qəpik) manat borcun, DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,652.35 (əlli iki min altı yüz əlli iki manat otuz beş qəpik) manat əsas borc, 14,221.81 (on dörd min iki yüz iyirmi bir manat səksən bir qəpik) manat faiz borcu, 15,643.45 (on beş min altı yüz qırx üç manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 82,517.61 (səksən iki min beş yüz on yeddi manat altmış bir qəpik) manat borcun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Abdullayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən borcla bağlı heç bir ödəniş həyata keçirilməmişdir, ekperti rəyi ilə qismən razıdır, lakin bəzi müqavilər üzrə əsas borc düzgün hesablanmamış, iddia tələbindən aşağı hesablanmışdır. Həmin hissədə rəyin nəzərə alınmamasını xahiş edirlər.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ASC (bundan sonra “Bank”) ilə "xxxx" MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair GTC-807LE/2018 saylı ümumi şərtlər toplusu imzalanmışdır. 10.İddiaçı ilə Cavabdeh5 MMC və "xxxx" MMC arasında 17 dekabr 2018-ci il tarixdə GL2921 saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır. Həmin GL2921 saylı Kredit Limit Müqaviləsinin təmiantı olaraq Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli Z3030 saylı, Cavabdeh4 arasında Z3031 saylı, Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli Z5065 saylı Zaminlik müqavilələri imzalanmışdır.
11. Cavabdeh5 MMC və "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli GL2921 saylı kredit limit müqaviləsinin təminatı əsasında xx.xx.2022-ci il tarixli K5249 saylı Kredit Limit Müqaviləsi və ona xx.xx.2022-ci il tarixli 01 nömrəli Əlavə imzalanmışdır. Bank xidmətlərinin göstərilməsinə dair GTC-807LE/2018 saylı ümumi şərtlər toplusu və K5249 saylı Kredit Limit Müqaviləsi çərçivəsində: -Bankla "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 16,5%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 31,5% olmaqla xx.xx.2022-ci il tarixədək 250 000(iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; Bankla "xxxx" MMC arasında xx.xx.2021ci il tarixdə DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 75 000 (yetmiş beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; Bankla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 64 316 (altmı dörd min üç yüz on altı) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2020-ci il tarixli DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli DG**********20 saylı, DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********567 saylı Zaminlik Müqavilələri imzalanmışdır. Bank xidmətlərinin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli GTC- 143LE/2018 saylı ümumi şərtlər toplusu çərçivəsində: -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2020-ci il tarixli DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 16,5%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 31,5% olmaqla xx.xx.2022-ci il tarixədək 250 000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2021-ci il tarixdə DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 75 000 (yetmiş beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; - Bankla Cavabdeh5 MMC arasında xx.xx.2021-ci il tarixdə DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmaqla Borcalana illik faiz dərəcəsi 17%, illik cərimə dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 64 319 (altmış dörd min üç yüz on doqquz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit; DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli DG**********51 saylı, DC00067136- 03 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DG**********06 saylı, DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizə formasının təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DG**********564 saylı Zaminlik Müqavilələri imzalanmışdır.
12. İddiaçı ilə Cavabdeh5 MMC və "xxxx" MMC arasında 23 dekabr 2020-ci il tarixdə İnvoysların Diskontlaşdırılması üzrə İDK 0498 saylı Kredit Limiti Müqaviləsi və ona 01 saylı, 02 saylı və 03 saylı Əlavələr imzalanmışdır. İDK 0498 saylı Kredit Limiti Müqaviləsinin təminatı olaraq Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli ZF0408 saylı, Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ZF0409 saylı və Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixli ZF0410 saylı Zaminlik Müqavilələri və əlavələr imzalanmışdır. 13.İnvoysların Diskontlaşdırılması üzrə İDK 0498 saylı Kredit Limiti Müqaviləsi və K5249 saylı Kredit Limit Müqaviləsi çərçivəsində: -Bankla Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 13.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 28.5% olmaqla xx.xx.2022-ci il tarixədək 140 583.64 (bir yüz qırx min beş yüz səksən üç manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. 14.İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 13.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 28.5% olmaqla xx.xx.2022-ci il tarixədək 100 000 (bir yüz min) manat məbləğində pul vəsaiti verilmişdir. 15.İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 13.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 28.5% olmaqla xx.xx.2022-ci il tarixədək 59 416.36 (əlli doqquz min dörd yüz on altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. 16.İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 57 594.01 (əlli yeddi min beş yüz doxsan dörd manat bir qəpik) manat məbləğində pul vəsaiti verilmişdir.
17. İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 118 317.09 (bir yüz on səkkiz min üç yüz on yeddi manat doqquz qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. 18.İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 117 852.80 (bir yüz on yeddi min səkkiz yüz əlli iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. 19.İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixdə İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizə imzalanmaqla Borcalana illik faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faiz dərəcəsi 30% olmaqla xx.xx.2022-ci il tarixədək 6236 (altı min iki yüz otuz altı) manat məbləğində pul vəsaiti verilmişdir. 20.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6978 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə, xx.xx.2020-ci il tarixli DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 45305,51 manat, faiz borcu 5741,21 manat, xx.xx.2021-ci il tarixli, DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 49.673,09 manat, faiz borcu 12441,73 manat, xx.xx.2021-ci il tarixli DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 52692,71 manat, faiz borcu 15270,64 manat, xx.xx.2020-ci il tarixli DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 33258,7 manat, faiz borcu 3452,44 manat, xx.xx.2021-ci il tarixli DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 48825,98 manat, faiz borcu 10924,81 manat, xx.xx.2021-ci il tarixli DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 55107,18 manat, faiz borcu 15970,37 manat, xx.xx.2022-ci il tarixli İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 140583,64 manat, fazi borcu 17213,69 manat, xx.xx.2022-ci il tarixli İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 100000 manat, faiz borcu 12281,94 manat, xx.xx.2022-ci il tarixli İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 59416,36 manat, faiz borcu 7415,49 manat, xx.xx.2022-ci il tarixli İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 57594,01 manat, faiz borcu 17350,20 manat, xx.xx.2022-ci il tarixli İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 118317,1 manat, faiz borcu 14806,07 manat, xx.xx.2022-ci il tarixli İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 117852,8 manat, faiz borcu 14731,60 manat, xx.xx.2022-ci il tarixli İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 6236,0 manat, faiz borcu 773,44 manat təşkil edir. 21.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
27. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
28. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
29. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33258,70 manat əsas borc, 459,50 manat faiz borcu, DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48825,98 manat əsas borc, 10,651.12 (on min altı yüz əlli bir manat on iki qəpik) manat faiz borcu, DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,654.80 (əlli iki min altı yüz əlli dörd manat səksən qəpik) manat əsas borc, 14,222.17 (on dörd min iki yüz iyirmi iki manat on yeddi qəpik) manat faiz borcu, İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 140,583.64 (bir yüz qırx min beş yüz səksən üç manat altmış dörd qəpik) manat əsas borc, 4,797.42 (dörd min yeddi yüz doxsan yeddi manat qırx iki qəpik) manat faiz borcu, İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100,000 (bir yüz min) manat əsas borc, 3,412.50 (üç min dörd yüz on iki manat əlli qəpik) manat faiz borcu, İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,416.36 (əlli doqquz min dörd yüz on altı manat otuz altı qəpik) manat əsas borc, 2,027.58 (iki min iyirmi yeddi manat əlli səkkiz qəpik) manat faiz borcu, İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57,594.01 (əlli yeddi min beş yüz doxsan dörd manat bir qəpik) manat əsas borc, 2,135.78 (iki min yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 118,317.09 (bir yüz on səkkiz min üç yüz on yeddi manat doqquz qəpik) manat əsas borc, 4,387.59 (dörd min üç yüz səksən yeddi manat əlli doqquz qəpik) manat faiz borcu, İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 117,852.80 (bir yüz on yeddi min səkkiz yüz əlli iki manat səksən qəpik) manat əsas borc, 4,370.37 (dörd min üç yüz yetmiş manat otuz yeddi qəpik) manat faiz borcu, İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,236 (altı min iki yüz otuz altı) manat əsas borc, 228.65 (iki yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat faiz borcu, DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 45305,51 manat əsas borc, 1,920.52 (bir min doqquz yüz iyirmi manat əlli iki qəpik) manat faiz borcu, DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49673,09 manat əsas borc, 10,653 (on min altı yüz əlli üç manat) manat faiz borcu, DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,652.35 (əlli iki min altı yüz əlli iki manat otuz beş qəpik) manat əsas borc, 14,221.81 (on dörd min iki yüz iyirmi bir manat səksən bir qəpik) manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
31. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilələrə əsasən hesablanmış dəbbə pullarının cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır.
34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimələr: xx.xx.2020-ci il tarixli DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1660 manat, xx.xx.2021-ci il tarixli DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2400 manat, xx.xx.2021-ci il tarixli DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2600 manat, xx.xx.2022-ci il tarixli İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7000 manat, xx.xx.2022-ci il tarixli İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5000 manat, xx.xx.2022-ci il tarixli İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2900 manat, xx.xx.2022-ci il tarixli İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2800 manat, xx.xx.2022-ci il tarixli İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5900 manat, xx.xx.2022-ci il tarixli İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5800 manat, xx.xx.2022-ci il tarixli İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizə üzrə 310 manat, xx.xx.2020-ci il tarixli DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2200 manat, xx.xx.2021-ci il tarixli, DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2400 manat, xx.xx.2021-ci il tarixli DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2600 manat müəyyən edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1094,08 manat dövlət rüsumu cavabdehlərə, 400 manat mediasiya xərci isə iddiaçının özünə aid edilməlidir.
38. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC, Cavabdeh4, Cavabdeh5 MMC-dən birgə qaydada: DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33258,70 manat əsas borc, 459,50 manat faiz borcu, 1660 manat cərimə borcu; - DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48825,98 manat əsas borc, 10651,12 manat faiz borcu, 2400 cərimə borcu; -DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52654,80 manat əsas borc, 14,222.17 manat faiz borcu, 2600 manat cərimə borcu; - İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 140583,64 manat əsas borc, 4797,42 manat faiz borcu, 7000 manat cərimə borcu; -İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 3412,50 manat faiz borcu, 5000 manat cərimə borcu; - İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59416,36 manat əsas borc, 2027,58 manat faiz borcu, 2900 manat cərimə borcu; - İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57594,01 manat əsas borc, 2135,78 manat faiz borcu, 2800 manat cərimə borcu; - İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 118317,09 manat əsas borc, 4387,59 manat faiz borcu, 5900 manat cərimə borcu; -İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 117852,80 manat əsas borc, 4370,37 manat faiz borcu, 5800 manat cərimə borcu; -İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6236 manat əsas borc, 228,65 manat faiz borcu, 310 manat cərimə borcu; -DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 45305,51 manat əsas borc, 1920,52 manat faiz borcu, 2200 manat cərimə borcu; - DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49673,09 manat əsas borc, 10653 manat faiz borcu, 2400 manat cərimə borcu; -DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52652,35 manat əsas borc, 14221,81 manat faiz borcu, 2600 manat cərimə borcu, 1094,08 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 400 manat mediasiya xərci İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC, Cavabdeh4, Cavabdeh5 MMCdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova