Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3285/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti Anonim Şirkəti”nin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı X2 Sanayi və Ticaret Anonim Şirketinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti Anonim Şirkəti” Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X2 Sanayi və Ticaret” Anonim Şirkəti və Cavabdeh MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli malların satış müqaviləsi üzrə cavabdehə ödənilmiş pul vəsaitindən qaytarılmamış 22310 ABŞ dolları, pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcu olaraq 3346,5 ABŞ dolları, müqavilə üzrə dəbbə pulu olaraq 1000 ABŞ dolları, cəmi 26656,5 ABŞ dolları məbləğində pulun (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) hazırkı iddia məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 2000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Sanayi və Ticaret Anonim Şirketi” və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə malların satış müqaviləsi bağlanmışdır. Bir tərəfdən alıcı qismində çıxış edən “X2 Sanayi və Ticaret Anonim Şirketi”, digər tərəfdən isə satıcı qismində çıxış edən Cavabdeh MMC xx.xx.2022-ci il tarixli malların satış müqaviləsinə əsasən aşağıdakı şərtlər üzrə razılığa gəlmişlər: 1.1. Cavabdeh MMC iddiaçı şirkətə mal verməyi, şirkət isə həmin malı qəbul etməyi və dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürürlər. 1.2. Müqavilədə təsvir olunan mallar hesab-fakturada qiymət və adla göstəriləcək. 1.3. Bu müqavilə çərçivəsində satılan malların adı, ölçüləri və növü müqaviləyə əlavə edilən vizuallarla müəyyən edilir. 1.5. Bu müqavilə çərçivəsində Cavabdeh MMC şirkətin göstərdiyi ünvana cəmi ***-**** ədəd olan 1 yük maşını dolu taxta təhvil verəcək. 2.1. Müqavilə bütün səhifələri möhürləndikdən və sonuncu səhifə imzalandıqdan sonra qüvvəyə minir və qüvvədə qalır. 2.2. Müqavilə Cavabdeh MMC malı şirkətin göstərdiyi ünvana çatdırana qədər etibarlıdır. 4.2. Çatdırılma tarixi: müqavilənin imzalandığı tarixdən iki həftə sonra. 4.3. Məhsullar göstərilən çatdırılma tarixində çatdırılmazsa, Cavabdeh MMC əvvəlcədən aldığı ödənişi dərhal geri qaytaracaq. 5.1. Yuxarıda qeyd olunan malların qiyməti 1 ədədi 7,5 dollar, ümumi qiyməti isə 150000 ABŞ dollarıdır. 5.2. Malların ödənişi Cavabdeh MMC malı hazırladıqdan və gömrük sənədlərini, çıxış sənədlərini və konsamenti təqdim etdikdən sonra həyata keçiriləcək. Ödəniş Cavabdeh MMC-nin müqavilədə qeyd olunan bank hesabına yatırılacaq. 8.1. Malların daşınması və çatdırılması Beynəlxalq Ticarət Palatasının müəyyən etdiyi yerdə çatdırılma (DAP) şərtlərinə uyğun olaraq həyata keçiriləcək. 8.2. Cavabdeh MMC malın hazır olması və çatdırılma tarixi barədə şirkətə çatdırılma tarixindən bir həftə əvvəl elektron poçt və telefon vasitəsilə məlumat verəcəkdir. 8.4. Mallar göstərilən çatdırma tarixində çatdırılmazsa, Cavabdeh MMC şirkətə cərimə olaraq 1000 ABŞ dolları ödəməyə razıdır. 8.5. Malların çatdırılması zamanı tərəflər çatdırılma müqaviləsi bağlayacaqlar. 9.2.1., 9.2.2., 9.2.3., 9.2.4., Müqavilədə müəyyən edilmiş malları və hesab-fakturaları şirkətin göstərdiyi ünvan üzrə şirkətə çatdırmaq, malların müqavilədə və onun əlavələrində müəyyən edilmiş keyfiyət və kəmiyyət amillərinə uyğun olmasını təmin etmək, malları müqavilədə göstərilən tarixdə şirkət tərəfindən müəyyən edilmiş çatdırılma məntəqəsinə çatdırmaq, mallara aid bütün sənədləri və avadanlıqları malların çatdırılması ilə eyni tarixdə təqdim etmək Cavabdeh MMC-nin öhdəlikləridir. 9.4. Malların çatdırılması zamanı tam satış qiymətini ödəmək isə şirkətin öhdəliyidir. 11.1. Cavabdeh MMC bu müqavilədən irəli gələn öhdəliklərini bu müqavilədə göstərilən tarixlərdə yerinə yetirməzsə, şirkət heç bir vaxt vermədən müqaviləni ləğv edə bilər. Bu halda şirkət, Cavabdeh MMC-dən hər hansı itkilərə görə kompensasiya tələb edə bilər. Hazırkı iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə 15000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 22500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15036,02 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə (ƏDV daxil) 15000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15000 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 30000 ABŞ dolları məbləğində pulu avans şəkilində Cavabdeh MMC-yə, sonuncunun "xxxx" ASC-dəki bank hesabına köçürmüşdür. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı şirkət (alıcı) və Cavabdeh MMC (satıcı) arasında xx.xx.2022-ci il tarixdə 150000 ABŞ dolları məbləğində malların satış müqaviləsi imzalanmışdır. Həmin müqavilə çərçivəsində şirkət xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, 14.04.202ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh MMC-yə ümumilikdə 192536,02 ABŞ dolları məbləğində pul köçürmüşdür. Müqavilə şərtlərinə görə müqavilə bağlandığı vaxtdan Cavabdeh MMC aldığı pulun müqabilində 2 həftə müddətində malları şirkətə çatdırmalı olduğu halda, malları şirkətə çatdırmamışdır. Belə ki, Cavabdeh MMC aldığı pulun müqabilində yalnız 170226,02 ABŞ dolları məbləğində malın şirkətə göndərilməsini təmin etmişdir. Hal-hazırda Cavabdeh MMC şirkətə 22310 ABŞ dolları məbləğində pulu özündə saxlamaqla, həmin vəsaiti şirkətə qaytarmaqdan imtina edir. Cavabdeh MMC, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların satış müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, şirkətə aid 22310 ABŞ dolları məbləğində pulu qaytarmaqdan imtina etdiyi üçün şirkət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maddi hüquq normalarının tələblərinin hazırkı mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh MMC-nin iddiaçı şirkət qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur ki, həmin öhdəliklərə görə o, şirkət qarşısında məsuliyyət daşıyır. Odur ki, hesab edilir ki, iddiaçı şirkət xx.xx.2022-ci il tarixli malların satış müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində Cavabdeh MMCdən 22310 ABŞ dolları məbləğində pul tutulmasını tələb etməkdə haqlıdır. 22310 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı şirkətə ödənilməlidir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh MMC, 22310 ABŞ dolları məbləğində pulu şirkətə qaytarmamışdır. Belə olan halda, həmin məbləğinin ödənilməsini gecikdirdiyinə görə Cavabdeh MMC-yə faiz borcu hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Cavabdeh MMC-nin şirkətə qaytarmadığı vəsait 22310 ABŞ dolları, qaytarılmadığı müddət isə 3 il (2022-2025-ci illər) təşkil edir. Bu qaydada hesablama aparıldıqda, müəyyən edilir ki, illik 5% olmaqla Cavabdeh MMC-dən 3346,5 ABŞ dolları (22310 ABŞ dolları x 5% x 3 il) məbləğində faiz borcu tutularaq iddiaçı şirkətə ödənilməlidir. Bundan başqa, hesab edilir ki, Cavabdeh MMC-dən iddiaçı şirkətin xeyrinə 1000 ABŞ dolları məbləğində dəbbə pulu da tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 8.4cü bəndinə əsasən göstərilən mallar Cavabdeh MMC tərəfindən çatdırılma tarixində çatdırılmazsa, o, şirkətə cərimə olaraq 1000 ABŞ dolları ödəməlidir. Göstərilənlərə əsasən hesab edilir ki, dəbbə pulu olaraq 1000 ABŞ dolları məbləğində pulun tutulması barədə şirkətin Cavabdeh MMC-yə qarşı tələbi əsaslıdır və təmin edilməlidir. Bunlardan əlavə bildirilir ki, iddiaçı “X2 Sanayi və Ticaret Anonim Şirketi”, hazırkı mübahisə ilə bağlı hüquqi dəstək almaq məqsədilə "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixdə hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlamışdır. Tərəflərin razılaşmasına görə müqavilənin qiyməti 2000 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, X2 Sanayi və Ticaret Anonim Şirketi hazırkı iddia ərizəsinin verilməsi üçün 227 manat məbləğində dövlət rüsumu ödəmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 425.1, 425.3, 442, 445.1, 445.7, 448.2, 462.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Hüseyn qızı ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən məhkəmədə iştirak edə bilməyəcəyini qeyd etmiş və işə onun iştirakı olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində “X1 Sanayi və Ticarət Anonim Şirkəti” ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli malların satış müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya mal verməyə razılaşır, alıcı isə belə malları qəbul etməyə və satıcıya ödəməyə razıdır; 1.5-ci bəndinə əsasən müqavilə çərçivəsində satıcı, alıcının göstərdiyi çatdırılma ünvanına cəmi ***-**** ədəd olan 1 yük maşını dolu palet təhvil verəcək; 4.2-ci bəndinə əsasən çatdırılma tarixi: müqavilənin imzalandığı tarixdən iki həftə sonra; 4.3-cü bəndinə əsasən məhsulların göstərilən çatdırılma tarixində çatdırılmazsa, satıcı əvvəlcədən aldığı ödənişi dərhal geri qaytaracaq. 5.1-ci bəndinə əsasən qeyd olunan malların qiyməti 1 ədədi 7,5 dollar, ümumi qiyməti isə 150000 ABŞ dollarıdır; 5.2-ci bəndinə əsasən malların ödənişi satıcı malı hazırladıqdan və gömrük sənədlərini, çıxış sənədlərini və konosamenti təqdim etdikdən sonra həyata keçiriləcək; 8.1-ci bəndinə əsasən malların daşınması və çatdırılması Beynəlxalq Ticarət Palatasının müəyyən etdiyi yerdə çatdırılma şərtlərinə uyğun olaraq həyata keçiriləcək; 8.4-cü bəndinə əsasən mallar göstərilən çatdırılma tarixində çatdırılmazsa, satıcı alıcıya cərimə kimi 1000 ABŞ dolları ödəməyə razıdır; 11.1-ci bəndinə əsasən satıcı müqavilədən irəli gələn öhdəliklərini müqavilədə göstərilən tarixlərdə yerinə yetirmədikdə, alıcı heç bir vaxt vermədən müqaviləni ləğv edə bilər. Bu halda, alıcı satıcıdan hər hansı itkilərə görə kompensasiya tələb edə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. “VakıfBank” T.A.O tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 22500 ABŞ dolları ödəniş edilmişdir.
8. “VakıfBank” T.A.O tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 15036,02 ABŞ dolları ödəniş edilmişdir.
9. “VakıfBank” T.A.O tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 15000 ABŞ dolları ödəniş edilmişdir.
10. “VakıfBank” T.A.O tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 50000 ABŞ dolları ödəniş edilmişdir.
11. “VakıfBank” T.A.O tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 15000 ABŞ dolları ödəniş edilmişdir.
12. “QNB Bank” A.Ş. tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 15000 ABŞ dolları ödəniş edilmişdir.
13. “QNB Bank” A.Ş. tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 30000 ABŞ dolları ödəniş edilmişdir.
14. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş hesabatın məzmunundan müəyyən olunur ki, “X1 Sanayi ve Ticaret Anonim Şirketi”ndən Cavabdeh MMC tərəfindən qəbul edilməli malların ümumi dəyəri 192536,02 ABŞ dolları (bankdan köçürmə qəbzi ilə göndərilən vəsait: 15000+22500+15036,02+15000+50000+15000+15000+15000+15000+30000=192536,02 ), alış fakturası əsasında qəbul edilmiş malların ümumi dəyəri 170226,02 ABŞ dolları (15000+14025+7500+13500+6172,5+5992,5+6000+6750+6300+6750+6750+6000+36,02 +6000+12180+6000+6750+13500+4770+13500+6750=170226,02), qəbul ediləcək malların ümumi dəyəri 22310 ABŞ dolları təşkil edir.
15. xx.xx.2022-ci il tarixli, 01 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 823 ədəd taxta altlıq; çəkisi: 18200 kq).
16. xx.xx.2022-ci il tarixli, 01 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 900 ədəd taxta altlıq; çəkisi: 21000 kq).
17. xx.xx.2022-ci il tarixli, 01 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 799 ədəd taxta altlıq; çəkisi: 18000 kq).
18. xx.xx.2022-ci il tarixli, 01 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 1000 ədəd taxta altlıq; çəkisi: 21000 kq).
19. xx.xx.2022-ci il tarixli, 02 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 800 ədəd taxta altlıq; çəkisi: 20000 kq). Sənəd Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2022-ci il tarixli, 02 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 812 ədəd taxta altlıq; çəkisi: 18000 kq). Sənəd Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. xx.xx.2022-ci il tarixli, 02 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 840 ədəd taxta altlıq; çəkisi: 20000 kq). Sənəd Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2022-ci il tarixli, 02 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 900 ədəd taxta altlıq; çəkisi: 21000 kq). Sənəd Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. xx.xx.2022-ci il tarixli, 03 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 900 ədəd taxta altlıq; çəkisi: 21000 kq). Sənəd Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. xx.xx.2023-cü il tarixli, 02 saylı “hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nə göndərilməli olan məhsulların ümumi dəyəri 75000 ABŞ dolları təşkil edir (məhsul: 800 ədəd taxta altlıq; çəkisi: 18000 kq). Sənəd Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. Cavabdeh tərəfindən iş materiallarına malların daşınmasını təsdiq edən gömrük sənədləri, gömrük bəyannamələri və gömrük rüsumlarının təyin edilməsi və ödənilməsini təsdiq edən sənədlər əlavə edilmişdir.
26. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışın məzmunundan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixdə 14963.98 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 22500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15036.02 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 14990 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 14974,8 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 29974.98 ABŞ dolları olmaqla, ümumilikdə 192439,78 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
27. “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
30. Əvvəla nəzərə alınmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 12.1-ci bəndinə əsasən bu müqavilədən və ya müqavilənin maddələrinin şərhindən irəli gələn mübahisələr qarşılıqlı danışıqlar yolu ilə həll ediləcəkdir. Mübahisə danışıqlar yolu ilə həll edilə bilmədikdə Azərbaycan Respublikası və ya Türkiyə Respublikası məhkəmələrində həll oluna bilər.
31. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər icra olunsa da, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, ödəniş məbləğini almış satıcı-cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini tam icra etməmiş, malların böyük qismi iddiaçıya çatdırılsa da, müəyyən qismi təhvil verilməmişdir. Ona görə də alıcı-iddiaçının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmin hallar iş materialları ilə öz təsdiqini tapır.
32. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli malların satış müqaviləsi üzrə cavabdehə ödənilmiş pul vəsaitindən qaytarılmamış 22310 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması təşkil edir.
33. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyini, yəni əşyanı iddiaçıya vermək vəzifəsini tam icra etmədiyini, belə olan halda isə iddiaçının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 22213,76 ABŞ dolları (iyirmi iki min iki yüz on üç ABŞ dolları yetmiş altı sent) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq iddiaçıya ödənilməlidir (iddiaçı manatın ödəniş gününə məzənnə nisbəti ilə tutulmasını xahiş etmişdir). Belə ki, “X2 Sanayi və Ticaret Anonim Şirketi” tərəfindən tərtib edilmiş maliyyə arayışında iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına ödənilən məbləğin 192536,02 ABŞ dolları olduğu qeyd olunsa da, "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, “X1 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən Cavabdeh MMC-nin bank hesabına ümumilikdə 192439,78 ABŞ dolları ödəniş edilmişdir. Alış fakturası əsasında qəbul edilmiş malların ümumi dəyəri 170226,02 ABŞ dolları təşkil etdiyindən, təhvil verilməmiş mallara görə ödənilmiş məbləğ 22213,76 ABŞ dolları (192439,78-170226,02=22213,76) təşkil edəcək. Ona görə də iddia həmin hissədə qismən təmin edilməli, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
34. Qeyd edilməlidir ki, mübahisələndirilən məbləğin əvəzində malların iddiaçıya təhvil verilməsini, öhdəliklərin yerinə yetirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
35. Bundan əlavə, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3346,5 ABŞ dolları pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini tələb etməkdə haqlıdır, ona görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 3332,06 ABŞ dolları faiz məbləği iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğğundan təmin olunmamalıdır. Belə ki, ödəniş sənədlərindən göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan pul vəsaiti cavabdehə artıq 3 ildən artıq müddətdir ki, ödənilmişdir. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcu (22213,76x5/100)x3=3332,06 ABŞ dolları olacaqdır.
37. İddia tələbinin digər hissəsini cavabdehdən 1000 manat cərimə borcunun tutulması təşkil edir.
38. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
39. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə azaldılaraq 500 (beş yüz) ABŞ dolları məbl\əğində müəyyən edilməli, həmin məbləğ manatın ödəniş gününə məzənnə nisbəti ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin edilməməlidir.
40. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumun əvəzi olaraq 227 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 2000 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
41. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, ödənilmiş dövlət rüsumuna görə 221,70 manat (iki yüz iyirmi bir manat yetmiş qəpik), həmçinin hüquqi yardıma görə ağlabatan məbləğ olaraq 700 (yeddi yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 22213,76 ABŞ dolları (iyirmi iki min iki yüz on üç ABŞ dolları yetmiş altı sent) məbləğində pul vəsaiti, 500 (beş yüz) ABŞ dolları dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 3332,06 ABŞ dolları (üç min üç yüz otuz iki dollar altı sent) faiz məbləği olmaqla, cəmi 26045,82 ABŞ dolları (iyirmi altı min qırx beş ABŞ dolları səksən iki sent) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə, 700 (yeddi yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 221,70 manat (iki yüz iyirmi bir manat yetmiş qəpik) məbləğində pul vəsaiti X2 Sanayi və Ticaret Anonim Şirketinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova