Məhkəmə qərarları › İş №e-2-2(113)-3287/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3287/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3287/2021 09.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair e-2-2(113)-3244/2021 saylı iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin üç aylıq icarə haqqı məbləğini təşkil edən 60180 manat məbləğində pul (ƏDV daxil olmaqla), 2021-ci ilin may ayı üçün ödənilməmiş 5000 manat məbləğində icarə haqqı, 100 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.06.2021-ci il tarixdə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab olunması” tələbi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07.01.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı vəsatət təqdim edərək həmin işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Cəfərzadə işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini, lakin hazırkı iş üzrə icraatın digər mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalı olduğunu, verdiyi vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş onunla əlaqəli iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair e-2- 2(113)-3244/2021 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməli, cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair e-2-2(113)-3287/2021 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair e-2-2(113)- 3244/2021 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə 2(103)-3244/2021 nömrəsi verilsin. Mülki işə baxılması 28 iyul 2021-ci il tarixə, saat 11:15-ə təxirə salınsın. Cavabdeh MMC tərəfindən verilmiş vəsatət təmin edilmə Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar