Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3290/2020 20.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17002- 0051/174788 nömrəli kredit müqaviləsinin, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 nömrəli Əlavənin, xx.xx.2019-cu il tarixli 2 nömrəli Əlavənin və xx.xx.2020-ci il tarixli 3 nömrəli Əlavənin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 653183.72 manat əsas kredit borcunun, 56566.48 manat faiz borcunun, 247.89 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 710028.09 manat pulun tutulması, tutmanın Cavabdeh1nə məxsus girov predmeti olan beton hazırlayan avadanlığa yönəldilməsi, həmin avadanlığın açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 710028.09 manat pulun iddiaçıya ödənilməsi, girov predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17002- 0051/174788 nömrəli kredit müqaviləsinin, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 nömrəli Əlavənin, xx.xx.2019-cu il tarixli 2 nömrəli Əlavənin və xx.xx.2020-ci il tarixli 3 nömrəli Əlavənin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 653183.72 manat əsas kredit borcunun, 56566.48 manat faiz borcunun, 247.89 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 710028.09 manat pulun tutulması, tutmanın Cavabdeh1nə məxsus girov predmeti olan beton hazırlayan avadanlığa yönəldilməsi, həmin avadanlığın açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 710028.09 manat pulun iddiaçıya ödənilməsi, girov predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: Tərəflər: bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı ASC-nin adından etibarnaməyə əsasən nümayəndəsi Nümayəndə; bundan sonra “Cavabdehlər” adlandırılacaq Cavabdeh1 MMC-nin adından X2 və Cavabdeh2 aşağıdakı şərtlərlə razılığa gəldilər: Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3290/2020 saylı iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər. İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli 17002-0051/174788 №-li kredit müqaviləsinə, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 №-li, xx.xx.2019-cu il tarixli 2 №-li və xx.xx.2020-ci il tarixli 3 №-li əlavələrə əsasən borcalan - Cavabdeh1 MMC bu Sazişin imzalandığı tarixə İddiaçıya olan 540812.70 manat (beş yüz qırx min səkkiz yüz on iki manat 70 qəpik) məbləğində əsas borcunu 2020-ci ilin noyabr ayından başlayaraq xx xxxx 2024-cü ilə qədər 45 (qırx beş) ay müddətində, illik 12 (on iki) faiz ödəmək şərtilə hissəhissə (hər təqvim ayının ayın sonuncu iş günündə 14985 AZN (on dörd min doqquz yüz səksən beş manat) olmaqla ödəməyi öhdəsinə götürür. Cavabdeh2 xx.xx.2017-ci il tarixli 17002-0051/174788Z №-li zaminlik müqaviləsinə əsasən onun zaminliyi ilə təmin olunan kredit müqaviləsi üzrə öhdəliyin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bəyan edir və həmin öhdəliyi bu Sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə İddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Cavabdeh1 MMC xx.xx.2017-ci il tarixli 17002-0051/174788/SG №-li girov müqaviləsinə əsasən beton hazırlayan avadanlığın girovu ilə təmin olunan kredit müqaviləsi üzrə öhdəliyin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bəyan edir. Cavabdeh1 MMC bu Sazişin 2-ci bəndində göstərilən öhdəliyi vaxtında və tam icra etmədikdə həmin borcun təminatı kimi girov qoyulmuş beton hazırlayan avadanlıq hərracda satılacaq və satışdan əldə olunan pul vəsaiti Sazişin 2-ci bəndində göstərilən borcun qalıq hissəsinin ödənilməsinə yönəldiləcək. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 5 (beş) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı Kommersiya Məhkəməsinə təqdim olunur, ikisi İddiaçıda, digərləri isə hər birində bir nüsxə olmaqla Cavabdehlərdə saxlanılır. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Habelə tərəflər iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Hakim iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 aralarında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Tərəflər: bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı ASC-nin adından etibarnaməyə əsasən nümayəndəsi Nümayəndə; bundan sonra “Cavabdehlər” adlandırılacaq Cavabdeh1 MMC-nin adından X2 və Cavabdeh2 aşağıdakı şərtlərlə razılığa gəldilər: Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3290/2020 saylı iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər. İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli 17002-0051/174788 №-li kredit müqaviləsinə, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 №-li, xx.xx.2019-cu il tarixli 2 №-li və xx.xx.2020-ci il tarixli 3 №-li əlavələrə əsasən borcalan - Cavabdeh1 MMC bu Sazişin imzalandığı tarixə İddiaçıya olan 540812.70 manat (beş yüz qırx min səkkiz yüz on iki manat 70 qəpik) məbləğində əsas borcunu 2020-ci ilin noyabr ayından başlayaraq xx xxxx 2024-cü ilə qədər 45 (qırx beş) ay müddətində, illik 12 (on iki) faiz ödəmək şərtilə hissəhissə (hər təqvim ayının ayın sonuncu iş günündə 14985 AZN (on dörd min doqquz yüz səksən beş manat) olmaqla ödəməyi öhdəsinə götürür. Cavabdeh2 xx.xx.2017-ci il tarixli 17002-0051/174788Z №-li zaminlik müqaviləsinə əsasən onun zaminliyi ilə təmin olunan kredit müqaviləsi üzrə öhdəliyin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bəyan edir və həmin öhdəliyi bu Sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə İddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Cavabdeh1 MMC xx.xx.2017-ci il tarixli 17002-0051/174788/SG №-li girov müqaviləsinə əsasən beton hazırlayan avadanlığın girovu ilə təmin olunan kredit müqaviləsi üzrə öhdəliyin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bəyan edir. Cavabdeh1 MMC bu Sazişin 2-ci bəndində göstərilən öhdəliyi vaxtında və tam icra etmədikdə həmin borcun təminatı kimi girov qoyulmuş beton hazırlayan avadanlıq hərracda satılacaq və satışdan əldə olunan pul vəsaiti Sazişin 2-ci bəndində göstərilən borcun qalıq hissəsinin ödənilməsinə yönəldiləcək. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 5 (beş) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı Kommersiya Məhkəməsinə təqdim olunur, ikisi İddiaçıda, digərləri isə hər birində bir nüsxə olmaqla Cavabdehlərdə saxlanılır. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3290/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3290/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver