Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3295/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca icra olunmaması, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli bank hesabı və universal debit kart müqaviləsinə əsasən 5256,28 manat (beş min iki yüz əlli altı manat iyirmi səkkiz qəpik) və ödənilmiş dövlət rüsumuna görə 72,97 manat (yetmiş iki manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli korporativ kart müqaviləsinə əsasən bank 36 ay (otuz altı) müddətinə istifadə edilməsi üçün koorporativ kart verməyi, əməliyyatları icra etməyi öhdəsinə götürmüş, müştəri kartın dəyərini və bankın kart üzrə göstərdiyi ayrı-ayrı xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC-yə banka məxsus 5256,28 manat (beş min iki yüz əlli altı manat iyirmi səkkiz qəpik) pul cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək, həmin məbləğlərin geri qaytarılması tələb edilsə də, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməyi gecikdirmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1096, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi.
7. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli koorporativ kart müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə üzrə bank müştərinin müraciəti əsasında ona 36 ay müddətinə idtifadə edilməsi üçün koorporativ kart verməyi, müştəri kartı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən bank müştəriyə AZ60TURA**********100219944 nömrəli hesab açır və koorporativ kart verir. Bank hesabının açılması bu müqavilənin imzalandığı tarixdə, hesab üzrə koorporativ kartın verilməsi isə 5 iş günü ərzində təmin ediləcəkdir. Hesabın açılması müştəri tərəfindən bilavasitə banka gəlməklə və ya gücləndirilmiş elektron imza və video zəng müraciət etməklə məsafədən həyata keçirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı ASC tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, 12 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin bağlanmış AZ60TURA******************** saylı koorporativ kart hesablaşma müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə olan borcu 5256,28 manat təşkil edir.
9. İddiaçı ASC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, 5256,28 manat borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
10. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3124 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan, bankın xx.xx.2025-ci il tarixli, 12 nömrəli arayış məlumatlarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli koorporativ kart müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə (pretenziya məktubunda və maliyyə arayışında qeyd olunan tarix) və xx.xx.2025-ci il tarixə (məhkəməyə müraciət olunan tarix) olan borcu 5256,28 manat məbləğində müəyyən edilir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
14. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli koorporativ kart müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə bank müştərinin müraciəti əsasında ona 36 ay müddətinə istifadə edilməsi üçün koorporativ kart verməyi, müştəri kartı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür; 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən bank müştəriyə AZ60TURA**********100219944 nömrəli hesab açır və koorporativ kart verir. 2.8- 2.9-cu bənlərinə əsasən bank hesabı üzrə əməliyyatlar yalnız kart vasitəsilə aparılır. İstisna hallarda bankın razılığı əsasında debit kart olmadan məxaric əməliyyatı aparıla bilər. Bank müştərinin bank hesabındakı vəsaitinə görə ona faiz ödəmir. Bank birtərəfli qaydada müştərinin hesab qalığına öz mülahizəsinə əsasən faizlər ödəyə və ya faiz hesablanmasını ləvğ edə bilər. “xx.xx.2024-cü il tarixli korporativ kart müqaviləsinin bəndlərində faiz dərəcəsi göstərilməmişdir. Müəyyən olunur ki, xx.xx.2024-cü il tarixindən sonra hec bir əməliyyat aparılmamışdır. Ekspert rəyi ilə DT dövriyyə 200416,33 manat, KT dövriyyə 195160,05 manat, qalıq borcun məbləği isə 5256,28 manat olaraq müəyyən edilmişdir. Beləliklə, İddiaçı ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
15. İddia tələbini Cavabdeh MMC-dən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli bank hesabı və universal debit kart müqaviləsinə əsasən 5256,28 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir.
16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3124 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdehndən xx.xx.2024-cü il tarixli, Bank hesabı və universal debit kart müqaviləsi üzrə 5256,28 manat (beş min iki yüz əlli altı manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
17. Həmçinin iddiaçı cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,97 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir.
18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,97 manat (yetmiş iki manat doxsan yeddi qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, Bank hesabı və universal debit kart müqaviləsi üzrə 5256,28 manat (beş min iki yüz əlli altı manat iyirmi səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,97 manat (yetmiş iki manat doxsan yeddi qəpik) olmaqla, cəmi 5329,25 manat (beş min üç yüz iyirmi doqquz manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova