Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-33/2022 14.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi İdidaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 MMC, Cavabdeh10 qarşı müqavilələr üzrə pul tələbi tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh9 MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7: - 02.07.2019-cu il tarixli 2019-547LG saylı bank qarantiyasına əsasən 94,496.93 (doxsan dörd min dörd yüz doxsan altı manat doxsan üç qəpik) manat əsas borc, 674.20 (altı yüz yetmiş dörd manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 95,171.13 (doxsan beş min yüz yetmiş bir min on üç qəpik) manat borcun, - 03.03.2020-ci il tarixli K2019-547LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23,379.89 (iyirmi üç min üç yüz yetmiş doqquz manat səksən doqquz qəpik) manat əsas borc, 194.83 (yüz doxsan dörd manat səksən üç qəpik) manat faiz borcu, 1,948.32 (bir min doqquz yüz qırx səkkiz manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 25,523.04 (iyirmi beş min beş yüz iyirmi üç manat sıfır dörd qəpik) manat borcun, 13.04.2020-ci il tarixli K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4,035.60 (dörd min otuz beş manat altmış qəpik) manat əsas borc, 10.43 (on manat qırx üç qəpik) manat faiz borcu, 80.71 (səksən manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,126.74 (dörd min yüz iyirmi altı manat yetmiş bir qəpik) manat borcun, - 02.07.2019-cu il tarixli 2019-548LG saylı bank qarantiyasına əsasən 200,000.00 (iki yüz min) manat əsas borc, 1,344.44 (bir min üç yüz qırx dörd manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 201,344.44 (iki yüz bir min üç yüz qırx dörd manat qırx dörd qəpik) manat borcun, - 02.07.2019-cu il tarixli 2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat borcun, - 01.05.2020-ci il tarixli K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300,000.00 (üç yüz min) manat əsas borc, 2,500 (iki min beş yüz) manat faiz borcu, 6,666.67 (altı min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 309,166.67 (üç yüz doqquz min yüz altmış altı manat altmış yeddi qəpik) manat borcun, - 21.06.2019-cu il tarixli K2912/01 saylı kredit müqaviləsinə əsasən 693,436.24 (altı yüz doxsan üç min dörd yüz otuz altı manat iyirmi dörd qəpik) manat əsas borc, 31,262.78 (otuz bir min iki yüz altmış iki manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 2,679.35 (iki min altı yüz yetmiş doqquz manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 727,378.37 (yeddi yüz iyirmi yeddi min üç yüz yetmiş səkkiz manat otuz yeddi qəpik) manat borcun, - 29.01.2020-ci il tarixli K2912/02 saylı kredit müqaviləsinə əsasən 3,000,000 (üç milyon) manat əsas borc, 156,811.46 (bir yüz əlli altı min səkkiz yüz on bir manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3,156,811.46 (üç milyon bir yüz əlli altı min səkkiz yüz on bir manat qırx altı qəpik) manat borcun, - 26.12.2019-cu il tarixli 2019-1051LG saylı bank qarantiyasına əsasən 50,000 (əlli min manat) manat əsas borc, 379.17 (üç yüz yetmiş doqquz manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 50,379.17 (əlli min üç yüz yetmiş doqquz manat on yeddi qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, Tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisəyə və Əliyeva (Lahıczadə) Günel Elçin qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiyməti 4 458 890,00 (dörd milyon dörd yüz əlli səkkiz min səkkiz yüz doxsan) manat məbləğində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 360 500,00 (üç yüz altmış min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh9 MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMCdən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə cavabdeh "MƏTBƏX ALƏMİ” MMC və Cavabdeh1 MMC arasında 27.09.2018-ci il tarixli, GTC-549LE/2018 saylı və 10.12.2018-ci il tarixli, GTC-993LE/2018 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X5 (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmçinin bankla cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında 28.11.2018-ci il tarixli, GL2912 nömrəli Kredit Limiti Müqaviləsi imzalanmış və bank tərəfindən borcalanlara 28.11.2021-ci il tarixinədək illik faiz dərəcəsi 25% (gecikdirilmiş əsas məbləğə tətbiq olunan faiz 40%-dək, gündəlik faiz dərəcəsi 0.1111%) olmaqla, 10,000,000 (on milyon) manat məbləğində krеdit limiti açılmışdır. GL2912 nömrəli Kredit Limiti Müqaviləsi çərçivəsində Bankla Borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında 03.12.2018-ci il tarixli, K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi imzalanmış və Borcalanlara 31.12.2021-ci il tarixinədək illik faiz dərəcəsi 25% (gecikdirilmiş əsas məbləğə tətbiq olunan faiz 40%-dək, gündəlik faiz dərəcəsi 0.1111%) olmaqla, 4,000,000 (dörd milyon) manat məbləğində maksimal borclanma limiti xətti açılmışdır. Daha sonra tərəflər arasında K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsinə 29.01.2020-ci il tarixli, №01 nömrəli əlavə imzalanaraq kreditin məbləği 5,000,000 (beş milyon) manat məbləğinədək artırılmışdır. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə Bank arasında 21.06.2019-cu il tarixli 01 №li Kredit Razılaşması imzalanmış, razılaşmaya əsasən Bank tərəfindən Borcalana 21.06.2021-ci il tarixədək Kareliya şəhərində yerləşən DSP zavodunun əsas vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 13% (illik cərimə faizi 15% ) olmaqla, 1,000,000 (bir milyon) manat məbləğində krеdit verilmişdir. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə Bank arasında 29.01.2020ci il tarixli 02 №-li Kredit Razılaşması imzalanmış, razılaşmaya əsasən bank tərəfindən Borcalana 29.01.2021-ci il tarixədək dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 13% (illik cərimə faizi 15% ) olmaqla, 3,000,000 (üç milyon) manat məbləğində krеdit verilmişdir. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə “Bank” arasında imzalanmış 26.12.2019-cu il tarixli 2019-1051LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 26.12.2020-ci ilədək illik faiz dərəcəsi 3%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 18%, illik cərimə faizi 33%, gündəlik dəbbə pulu 0.0917%) olmaqla 50,000 (əlli min) manat məbləğində bank qarantiyası vermişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış, K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh1 MMC-yə aşağıdakı Bank qarantiyaları verilmişdir: - 02.07.2019-cu il tarixli 2019-547LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 02.07.2020-ci ilədək illik faiz dərəcəsi 2%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3%, illik cərimə faizi 18%) olmaqla 200,000 (iki yüz min) manat məbləğində bank qarantiyası, - 02.07.2019-cu il tarixli 2019-548LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 02.07.2020-ci ilədək illik faiz dərəcəsi 2%, ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik cərimə faizi 18%) olmaqla 200,000 (iki yüz min) manat məbləğində bank qarantiyası, - 02.07.2019-cu il tarixli 2019-549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 31.12.2019-cu ilədək illik faiz dərəcəsi 2 % (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% kreditin illik cərimə faizi 18%) olmaqla 300,000 (üç yüz min) manat məbləğində bank qarantiyası vermiş, sonradan 2019-549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına 28.12.2019-cu il tarixli 1 saylı əlavə imzalanaraq, ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti isə 31.12.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə birgə borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış 28.11.2018-ci il tarixli, GL2912 nömrəli Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: - "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 03 dekabr 2018-ci il tarixli İ2657 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 20.12.2018-ci il tarixli RX seriyalı, ******* saylı (Reyestr nömrəsi: **********14-12301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. - Əliyeva (Lahıczadə) Günel Elçin qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 iyun 2019-cu il tarixli İ2917 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 28.10.2019-cu il tarixli (Reyestr nömrəsi: **********86-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış 28.11.2018-ci il tarixli, GL2912 nömrəli Kredit Limiti Müqaviləsi üzrə Borcalanların Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh10 (bundan sonra “Zamin”) arasında 28.11.2018-ci il tarixli, Z3011 saylı, Cavabdeh6 (bundan sonra “Zamin”) arasında 03.12.2018-ci il tarixli Z3012 saylı, Cavabdeh8 (bundan sonra “Zamin”) arasında 03.12.2018-ci il tarixli Z3013 saylı, Cavabdeh2 (bundan sonra “Zamin”) arasında 03.12.2018-ci il tarixli Z3022 saylı və Cavabdeh7 (bundan sonra “Zamin”) arasında 07.04.2020-ci il tarixli Z3946 saylı zaminlik müqavilələri bağlanmışdır. X1 üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalanlar Cavabdeh9 MMC-nə, Cavabdeh1 MMC-nə "xxxx" MMC-nə və Cavabdeh4 MMC-nə, PBCOS- 772, 776, 1107, 1108 saylı xəbərdarlıq məktubları, Zaminlərə isə PBCOS- 767, 768, 769, 770, 771, 773, 774, 775, 776, 777 saylı bildiriş məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlar "xxxx" MMC-nə və Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdırlar. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu, ipoteka bildirişlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı ödəmişdir. Borcalan Cavabdeh1 MMC-nin 03 iyul 2020-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 02.07.2019-cu il tarixli 2019-547LG saylı bank qarantiyasına əsasən 94,496.93 (doxsan dörd min dörd yüz doxsan altı manat doxsan üç qəpik) manat əsas borc, 674.20 (altı yüz yetmiş dörd manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 95,171.13 (doxsan beş min yüz yetmiş bir min on üç qəpik) manat, gecikmə gününün sayı – 62 gündür. - 03.03.2020-ci il tarixli K2019-547LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23,379.89 (iyirmi üç min üç yüz yetmiş doqquz manat səksən doqquz qəpik) manat əsas borc, 194.83 (yüz doxsan dörd manat səksən üç qəpik) manat faiz borcu, 1,948.32 (bir min doqquz yüz qırx səkkiz manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 25,523.04 (iyirmi beş min beş yüz iyirmi üç manat sıfır dörd qəpik) manat, gecikmə gününün sayı – 121 gün. - 13.04.2020-ci il tarixli K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4,035.60 (dörd min otuz beş manat altmış qəpik) manat əsas borc, 10.43 (on manat qırx üç qəpik) manat faiz borcu, 80.71 (səksən manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,126.74 (dörd min yüz iyirmi altı manat yetmiş bir qəpik) manat, gecikmə günün sayı – 80 gün. - 02.07.2019-cu il tarixli 2019-548LG saylı bank qarantiyasına əsasən 200,000.00 (iki yüz min) manat əsas borc, 1,344.44 (bir min üç yüz qırx dörd manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 201,344.44 (iki yüz bir min üç yüz qırx dörd manat qırx dörd qəpik) manat, gecikmə günün sayı – 62 gün. - 02.07.2019-cu il tarixli 2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat , gecikmə günün sayı – 62 gün. - 01.05.2020-ci il tarixli K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300,000.00 (üç yüz min) manat əsas borc, 2,500 (iki min beş yüz) manat faiz borcu, 6,666.67 (altı min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 309,166.67 (üç yüz doqquz min yüz altmış altı manat altmış yeddi qəpik) manat təşkil edir, gecikmə gününün sayı – 31 gün. Eyni zamanda Cavabdeh9 MMC-nin 03 iyul 2020-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri isə aşağıdakı kimidir: - K2912/01 saylı kredit müqaviləsinə əsasən 693,436.24 (altı yüz doxsan üç min dörd yüz otuz altı manat iyirmi dörd qəpik) manat əsas borc, 31,262.78 (otuz bir min iki yüz altmış iki manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 2,679.35 (iki min altı yüz yetmiş doqquz manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 727,378.37 (yeddi yüz iyirmi yeddi min üç yüz yetmiş səkkiz manat otuz yeddi qəpik) manat, gecikmə günün sayı – 95 gün. - K2912/02 saylı kredit müqaviləsinə əsasən 3,000,000 (üç milyon) manat əsas borc, 156,811.46 (bir yüz əlli altı min səkkiz yüz on bir manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3,156,811.46 (üç milyon bir yüz əlli altı min səkkiz yüz on bir manat qırx altı qəpik) manat, gecikmə günün sayı – 94 gün. - 2019-1051LG saylı bank qarantiyasına əsasən 50,000 (əlli min manat) manat əsas borc, 379.17 (üç yüz yetmiş doqquz manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 50,379.17 (əlli min üç yüz yetmiş doqquz manat on yeddi qəpik) manat təşkil edir, gecikmə günün sayı – 62 gün. Göstərilənlərdən də göründüyü kimi Birgə Borcalanlar tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmişdir. Bu səbəbdən Bankın öhdəliklərin vaxtından əvvəl icra olunmasını tələb etmək hüququ yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh9 MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 K2019- 547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23,379.89 (iyirmi üç min üç yüz yetmiş doqquz manat səksən doqquz qəpik) manat əsas borc, 194.83 (bir yüz doxsan dörd manat səksən üç qəpik) manat faiz borcu, 7,111.38 (yeddi min yüz on bir manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,686.10 (otuz min altı yüz səksən altı manat on qəpik) manat borcun, K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4,035.60 (dörd min otuz beş manat altmış qəpik) manat əsas borc, 10.43 (on manat qırx üç qəpik) manat faiz borcu, 889.94 (səkkiz yüz səksən doqquz manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,935.97 (dörd min doqquz yüz otuz beş manat doxsan yeddi qəpik) manat borcun, 2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat borcun, K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 (üç yüz min) manat əsas borc, 2,500 (iki min beş yüz) manat faiz borcu, 116,458.33 (bir yüz on altı min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 418,958.33 (dörd yüz on səkkiz min doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) manat borcun, K2912/01 saylı kredit müqaviləsinə əsasən 693,436.24 (altı yüz doxsan üç min dörd yüz otuz altı manat iyirmi dörd qəpik) manat əsas borc, 110,391.55 (bir yüz on min üç yüz doxsan bir manat əlli beş qəpik) manat faiz borcu, 53,076.33 (əlli üç min yetmiş altı manat otuz üç qəpik) manat cəıimə borcu olmaqla, cəmi 856,904.12 (səkkiz yüz əlli altı min doqquz yüz dörd manat on iki qəpik) manat borcun, K2912/02 saylı kredit müqaviləsinə əsasən 3,000,000 (üç milyon) manat əsas borc, 379,978.13 (üç yüz yetmiş doqquz min doqquz yüz yetmiş səkkiz manat on üç qəpik) manat faiz borcu, 176,674,21 (bir yüz yetmiş altı min altı yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,556,652,34 (üç milyon beş yüz əlli altı min altı yüz əlli iki manat otuz dörd qəpik) manat borcun, 2019-1051LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 1.100 (bir min yüz) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisəyə və Əliyeva (Lahıczadə) Günel Elçin qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiymətinin 4 400,000 (dörd milyon dörd yüz min) manat məbləğində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evinə hərracdan ilkin satış qiymətinin 250,000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh9MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyinni) manat dövlət rüsumunun və 40 (qırx) manat məbləğində xidmət haqqının cavabdehləıdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında qeyd etmişdir ki, bank tərəfindən kreditin ayrılmasının təyinatı dövriyyənin artırılması məqsədilə olmuşdur. Lakin kredit müqaviləsi təyinatı üzrə verilməmişdir. Bununla bağlı olaraq Baş Prokurorluğa müraciət olunmuş, müraciətə baxıldıqdan sonra araşdırılması üçün materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Belə ki, ayrılmış kreditlər Rusiyada yerləşən zavodun dövriyyəsinin artrılması ilə bağlı verilsə də heç bir dövriyyə artımı olmamış, nəticədə zavod iflas etmiş, bağlanmış müqavilələr ləğv edilmişdir. Hazırda bununla bağlı Rusiya Federasiyasında da məhkəmə çəkişmələri davam etməkdədir. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, ayrılan kredit məbləği bank tərəfindən başqa bank hesblarına yox, elə birbaşa kredit alan şəxslərin İddiaçı ASC-də olan hesablarına köçürülmüşdür. Əlavə olaraq ayrılan kredit məbləğləri ofşor şirkətlərə göndərilən zaman Türkiyədən həmin şirkətlərin ofşor şirkətlər olması və heç bir fəaliyyət göstərməmələri barədə məlmat verilsə də pulların köçürülməsi davam etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC “kredit verən” Cavabdeh9 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC “kredit alan” olmaqla imzalanmış 28 noyabr 2018-ci il tarixli GL2912 saylı kredit limiti müqaviləsinə əsasən 10.000.000 manat kredit məbləği, illik 25% Bu Müqavilə Kredit alanla Kredit verənin uzunmüddətli əməkdaşlıq niyyətindən irəli gələrək, ümumi öhdəlik limitinin müəyyən edilməsi məqsədi ilə həmin limit üzrə ümumi şərtləri müəyyən edir. İddiaçı ASC “kredit verən” Cavabdeh9 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC “kredit alan” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli K2912 saylı kredit xətti müqaviləsinə əsasən 4.000.000 manat kredit məbləği, illik 25% olmaqla kredit verən müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər (qarantiya/overdraft/akkreditiv və s. öhdəliklər) üçün (bundan sonra “kredit” adlandırılacaq) “Kredit alan”a Müqavilənin 1.1. və 1.2. bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti” adlandırılacaq) açır. Kreditlər tərəflər arasında yalnız bir Kredit alan olmaqla bağlanmış ayrıca “Maliyyələşdirmə üçün Ərizə” və ya birdən çox Kredit alanla imzalandıqda razılaşma (bundan sonra “Kredit Razılaşması”) əsasında veriləcək. 2.4-cü bəndə əsasən müqavilə üzrə kredit alana dair öhdəlik ümumidir. Yəni Kredit Razılaşmasının bir kredit alan tərəfindən imzalanmasından asılı olmayaraq, həmin öhdəlik bütün kredit alanlar üçün yaranır və heç birini öhdəliyin icrasından azad etmir. 2.6 bəndə əsasən bu müqavilə çərçivəsində 3,000,000.00 (üç milyon) Azərbaycan manatı məbləğindəki vəsait təyinatı nağd əməliyyatlar, 1,000,000.00 (bir milyon) Azərbaycan manatı məbləğində vəsait isə təyinatı sənədli (qeyri-nağd) əməliyyatlar olmaqla, istifadə ediləcəkdir. GL2912 nömrəli Kredit Limiti Müqaviləsi çərçivəsində Bankla Borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında 03.12.2018-ci il tarixli, K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi imzalanmış və Borcalanlara 31.12.2021-ci il tarixinədək illik faiz dərəcəsi 25% (gecikdirilmiş əsas məbləğə tətbiq olunan faiz 40%-dək, gündəlik faiz dərəcəsi 0.1111%) olmaqla, 4,000,000 (dörd milyon) manat məbləğində maksimal borclanma limiti xətti açılmışdır. Daha sonra tərəflər arasında K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsinə 29.01.2020- ci il tarixli, № 01 nömrəli əlavə imzalanaraq kreditin məbləği 5,000,000 (beş milyon) manat məbləğinədək artırılmışdır. İddiaçı ASC “kredit verən” Cavabdeh9 “kredit alan” olmaqla imzalanmış 21 iyun 2019-cu il tarixli 03 dekabr 2018-ci il tarixli tarixli K2912 №-li Kredit xətti müqaviləsi üzrə kredit Razılaşması № 01-ə əsasən 1.000.000 manat məbləğində kredit illik 13 faiz olmaqla Kareliya şəhərində yerləşən DSP zavodunun əsas vəsaitlərinin artırılması məqsədilə imzalanmışdır. İddiaçı ASC “kredit verən” Cavabdeh9 “kredit alan” olmaqla imzalanmış 29 yanvar 2020-ci il tarixli 03 dekabr 2018-ci il tarixli tarixli K2912 №-li Kredit xətti müqaviləsi üzrə kredit Razılaşması № 02-ə əsasən 3.000.000 manat məbləğində kredit illik 13 faiz olmaqla dövriyyə vəsaitlərinin artırılması (kredit alanın malgöndərəni qarşısında öhdəliklərinin icrası) məqsədilə imzalanmışdır. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə “Bank” arasında imzalanmış 26.12.2019-cu il tarixli 2019-1051LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən Bank Borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 26.12.2020-ci ilədək illik faiz dərəcəsi 3%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 18%, illik cərimə faizi 33%, gündəlik dəbbə pulu 0.0917%) olmaqla 50,000 (əlli min) manat məbləğində bank qarantiyası vermişdir. "xxxx" Bank ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış, K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh1 MMC-yə aşağıdakı Bank qarantiyaları verilmişdir: - 02.07.2019-cu il tarixli 2019-547LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən Bank Borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 02.07.2020-ci ilədək illik faiz dərəcəsi 2%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3%, illik cərimə faizi 18%) olmaqla 200,000 (iki yüz min) manat məbləğində bank qarantiyası, - 02.07.2019-cu il tarixli 2019-548LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 02.07.2020-ci ilədək illik faiz dərəcəsi 2%, ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik cərimə faizi 18%) olmaqla 200,000 (iki yüz min) manat məbləğində bank qarantiyası, - 02.07.2019-cu il tarixli 2019-549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 31.12.2019-cu ilədək illik faiz dərəcəsi 2 % (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% kreditin illik cərimə faizi 18%) olmaqla 300,000 (üç yüz min) manat məbləğində bank qarantiyası vermiş, sonradan 2019-549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına 28.12.2019-cu il tarixli 1 saylı əlavə imzalanaraq, ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti isə 31.12.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC “bank” Cavabdeh10 “zamin” olmaqla imzalanmış 28 noyabr 2018-ci il tarixli Z3011 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh6 “zamin” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli Z3012 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh7 Əziz oğlu “zamin” olmaqla imzalanmış 07 aprel 2020-ci il tarixli Z3946 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh2 “zamin” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli Z3022 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh8 “zamin” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli Z3013 saylı zaminlik müqavilərinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1-ci bəndə əsasən 28.11.2018-ci il tarixli GL2912 saylı kredit limiti müqaviləsi zaminliklə təmin olunmuşdur. 3-cü bəndə əsasən zamin, bank qarşısında borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borclan, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti (Maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. İddiaçı ASC “ipoteka saxlayan” Cavabdeh3, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh9 MMC, "xxxx" MMC “borcalan” olmaqla imzalanmış 24 iyun 2019-cu il tarixli İ2917 saylı ipoteka müqaviləsinə əsasən bu müqavilə “Kredit alan”ın “ipoteka saxlayan” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “ipoteka qoyan”ın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi “Kredit alan” tərəfindən müqavilənin 2.8. bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1. bəndilə müəyyənləşdirilən hallarda “ipoteka saxlayan"nın “Kredit aian”a qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. 1.2 bəndə əsasən ipoteka predmeti “İpoteka qoyan”ın mülkiyyətindədir, üçüncü şəxslərin hüquqları ilə yüklü, həbs və müsadirə altında deyil. 2-ci bəndə əsasən ipoteka predmeti ünvan 1 ünvanında fərdi yaşayış evidir. 2.3-cü bəndə əsasən AR ƏMDK vanında DƏDRX tərəfindən 06.02.2018ci il tarixində qeydiyyata alınmış Çıxarış (Seriya RX № 1242927, Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********86-10301) təsdiqləyici sənəddir. İddiaçı ASC “ipoteka saxlayan”, "xxxx" MMC "ipoteka qoyan", Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh9 MMC, "xxxx" MMC “borcalan” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli İ2657 saylı ipoteka müqaviləsinə əsasən bu müqavilə “Kredit alan”ın “ipoteka saxlayan” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “ipoteka qoyan”ın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi “Kredit alan” tərəfindən müqavilənin 2.8. bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1. bəndilə müəyyənləşdirilən hallarda “ipoteka saxlayan"nın “Kredit aian”a qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. 1.2 bəndə əsasən ipoteka predmeti “İpoteka qoyan”ın mülkiyyətindədir, üçüncü şəxslərin hüquqları ilə yüklü, həbs və müsadirə altında deyil. 2-ci bəndə əsasən ipoteka predmeti ünvan 2 ünvanında əmlak kompleksidir. 2.3-cü bəndə əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən 16.01.2010-cu il tarixində qeydiyyata alınmış Çıxarış (Seriya MA № 0027100, Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********14-12301) təsdiqləyici sənəddir. Əmak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin portalından Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə çıxarışa əsasən ********** saylı ərizə üzrə 10 manat məbləğində dövlət rüsumu, 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Əmak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında fərdi yaşayış evi 28.11.2021-ci il tarixinədək İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əmak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi 46B/ Əmlak kompleksi kimi müəssisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 253 ünvanında fərdi yaşayış evi 28.11.2021-ci il tarixinədək İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə mühasiatlıq ekspertizası keçirilmiş 26 aprel 2021-ci il tarixli 9/5222 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 02.07.2019-cu il tarixli 2019-547LG saylı bank qarantiyası üzrə, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 02.07.2019-cu il tarixli, 2019-547LG saylı maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 95.171,13 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020-ci il tarixə: əsas borc üzrə 94.496,93 manat, faiz borcu üzrə 674,20 manat. 03.03.2020-ci il tarixli K2019-547LG_01 saylı kreditə çevrilmiş bank qarantiyası üzrə Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 02.07.2019-cu il tarixli, 2019-547LG saylı maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 03.03.2020-ci il tarixli K2019-547LG_01 saylı kreditə çevrilmiş bank qarantiyası üzrə 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz və cərimə borcu 25.523,04 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020-ci il tarixə: əsas borc üzrə 23.379,89 manat, faiz borcu üzrə 194,83 manat, cərimə borcu üzrə 1.948,32 manat. 13.04.2020-ci il tarixli K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyası üzrə. Cavabdeh1 MMCnin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 02.07.2019-cu il tarixli, 2019-547LG saylı maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 13.04.2020-ci il tarixli K2019-547LG 02 saylı kreditə çevrilmiş bank qarantiyası üzrə 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz və cərimə borcu 4.126,74 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020-ci il tarixə əsas borc üzrə 4.035,60 manat, faiz borcu üzrə 10,43 manat, cərimə borcu üzrə 80,71 manat. 02.07.2019-cu il tarixdə, 2019-548LG saylı bank qarantiyası üzrə. Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 02.07.2019-cu il tarixdə, 2019-548LG saylı maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 201.344,44 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020- ci il tarixə: əsas borc üzrə 200.000,00 manat, faiz borcu üzrə 1.344,44 manat. 02.07.2019-cu il tarixdə, 2019-549LG saylı bank qarantiyası üzrə. Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 02.07.2019-cu il tarixdə, 2019-549LG saylı maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMCnin 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan faiz borcu 393,31 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020-ci il tarixə: əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 393,31 manat. 01.05.2020-ci il tarixli K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyası üzrə. İş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 02.07.2019-cu il tarixdə, 2019-549LG saylı maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 01.05.2020-ci il tarixli K2019- 549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyası üzrə 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz və cərimə borcu 309.166,67 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020- ci il tarixə: əsas borc üzrə 300.000,00 manat, faiz borcu üzrə 2.500,00 manat, cərimə borcu üzrə 6.666,67 manat. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh9 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 03.12.2018-ci il tarixli K2912 saylı kredit xətti müqaviləsi, 21.06.2019-cu il tarixli 01 №-li Kredit Razılaşması şərtləri nəzərə alınmaqla Cavabdeh9 MMC-nin 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz cərimə borcu 728.675,11 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020-ci il tarixə: əsas borc üzrə 693.866,24 manat, faiz borcu üzrə 32.129,52 manat, cərimə borcu üzrə 2.679,35 manat. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh9 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 03.12.2018-ci il tarixli K2912 saylı kredit xətti müqaviləsi, 29.01.2020-ci il tarixli 02 №-li Kredit Razılaşması şərtləri nəzərə alınmaqla Cavabdeh9 MMC-nin 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz cərimə borcu 3.156.811,46 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020-ci il tarixə əsas borc üzrə 3.000.000,00 manat, faiz borcu üzrə 156.811,46 manat. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh9 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 26.12.2019-cu il tarixli, 2019-1051LG saylı maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh9 MMC-nin 03.07.2020-ci il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 50.379,17 manat məbləğində müəyyən edilir, o cümlədən: 03.07.2020-ci il tarixə əsas borc üzrə 50.000 manat, faiz borcu 379,17 manat. İş üzrə əmlakların qiymətləndirilməsi keçirilmiş "xxxx" MMC tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli rəydə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi 46B/ Əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 4.550.000 (dörd milyon beş yüz əlli min) manat, likvid dəyəri 4.400.000 (dörd milyon dörd yüz min) manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin bazar dəyəri 380.000 manat, likvid dəyəri 338.000 manat qeyd olunmuşdur. İş üzrə əmlakın təkrar qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli rəydə Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin bazar dəyəri 280.000 manat, likvid dəyəri 250.000 manat qeyd olunmuşdur. № PB/PBL-OUT-01994-2021 saylı 29.12.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 MMC-nin 17 dekabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir; - K2019-547LG .01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23,379.89 (iyirmi üç min üç yüz yetmiş doqquz manat səksən doqquz qəpik) manat əsas borc, 194.83 (yüz doxsan dörd manat səksən üç qəpik) manat faiz borcu, 7,111.38 (yeddi min yüz on bir manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,686.10 (otuz min altı yüz səksən altı manat on qəpik) manat, gecikmə gününün sayı - 654 gün. - K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4,035.60 (dörd min otuz beş manat altmış qəpik) manat əsas borc, 10.43 (on manat qırx üç qəpik) manat faiz borcu, 889.94 (səkkiz yüz səksən doqquz manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,935.97 (dörd min doqquz yüz otuz beş manat doxsan yeddi qəpik) manat, gecikmə günün sayı - 613 gün. - 2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat, gecikmə günün sayı - 803 gün. - K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 (üç yüz min) manat əsas borc, 2,500 (iki min beş yüz) manat faiz borcu, 116,458.33 (bir yüz on altı min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 418,958.33 (dörd yüz on səkkiz min doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) manat təşkil edir, gecikmə gününün sayı - 564 gün. № PB/PBL-OUT-01994-2021/2 saylı, 29.12.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh9 MMC-nin 17 dekabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: K2912/01 saylı kredit müqaviləsinə əsasən 693,436.24 (altı yüz doxsan üç min dörd yüz otuz altı manat iyirmi dörd qəpik) manat əsas borc, 110,391.55 (yüz on min üç yüz doxsan bir manat əlli beş qəpik) manat faiz borcu (müqavilə müddəti bitən tarixə), 53,076.33 (əlli üç min yetmiş altı manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 856,904.12 (səkkiz yüz əlli altı min doqquz yüz dörd manat on iki qəpik) manat təşkil edir, gecikmə günün sayı - 628 gün. K2912/02 saylı kredit müqaviləsinə əsasən 3,000,000 (üç milyon) manat əsas borc, 379,978.13 (üç yüz yetmiş doqquz min doqquz yüz yetmiş səkkiz manat on üç qəpik) manat faiz borcu (müqavilə müddəti bitən tarixə), 176,674.21 (bir yüz yetmiş altı min altı yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,556,652.34 (üç milyon beş yüz əlli altı min altı yüz əlli iki manat otuz dörd qəpik manat təşkil edir, gecikmə günün sayı - 627 gün. 2019-1051LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 1,100 (bir min yüz) manat təşkil edir, gecikmə günün sayı - 803 gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC arasında kredit müqavilələri və bank qarantiyası müqavilələri imzalanmış həmin müqavilələr üzrə Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 zamin olmuşdur. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə iddiaçının cavabdehlərə olan borcu tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 kredit və zaminlik müqavilələri üzrə İddiaçı ASC-nə borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair İddiaçı ASC-nin iddiası əsaslı olmaqla təmin edilməli, -K2019-547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23,379.89 (iyirmi üç min üç yüz yetmiş doqquz manat səksən doqquz qəpik) manat əsas borc, 194.83 (bir yüz doxsan dörd manat səksən üç qəpik) manat faiz borcu, -K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4,035.60 (dörd min otuz beş manat altmış qəpik) manat əsas borc, 10.43 (on manat qırx üç qəpik) manat faiz borcu, -2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat, - K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 (üç yüz min) manat əsas borc, 2,500 (iki min beş yüz) manat faiz borcu, -K2912/01 saylı kredit müqaviləsinə əsasən 693,436.24 (altı yüz doxsan üç min dörd yüz otuz altı manat iyirmi dörd qəpik) manat əsas borc, 110,391.55 (bir yüz on min üç yüz doxsan bir manat əlli beş qəpik) manat faiz borcu, -K2912/02 saylı kredit müqaviləsinə əsasən 3,000,000 (üç milyon) manat əsas borc, 379,978.13 (üç yüz yetmiş doqquz min doqquz yüz yetmiş səkkiz manat on üç qəpik) manat faiz borcu, -2019-1051LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 1100 (bir min yüz) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Əlavə olaraq iddia ərizəsindən məlum olur ki, iddiaçı həm də müqavilələr üzrə cərimə borcunu da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 - K2019-547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 2.337,90 (iki min üç yüz otuz yeddi manat, doxsan qəpik) manat cərimə borcu - K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 889.94 (səkkiz yüz səksən doqquz manat doxsan dörd qəpik) manat cərimə borcu - K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 30.000 (otuz min manat) manat cərimə borcu - K2912/01 saylı kredit müqaviləsinə əsasən 53,076.33 (əlli üç min yetmiş altı manat otuz üç qəpik) manat cəıimə borcu - K2912/02 saylı kredit müqaviləsinə əsasən, 176,674,21 (bir yüz yetmiş altı min altı yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat cərimə borcunun tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi 46B/ Əmlak kompleksi, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi 46B/ Əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi zamanı müəyyən olunmuş məbləğdə yəni, 4.400.000 (dörd milyon dörd yüz min) manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin dəyəri isə 250.000 (iki yüz əlli min manat) manat məbləğində müəyyən edilməlidir. Qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı, satışdan artıq qalan məbləğ cavabdehlərə qaytarılmalı, əmlaklar satıldıqdan 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməlidir. İddia tələbinin ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh9MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddia təlbi həmin hissədə təmin edilməməldir. Belə ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində "İcra haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirilə bilər. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin icraya yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) manat məbləğində xidmət haqqı cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş 26 aprel 9/5222 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 (iki yüz) manat, 25 avqust 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan 150 (bir yüz əlli) manat, 27 yanvar 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan 600 (altı yüz) manat cavabdehlərdən tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC-nin bank hesabı rekvizitləri aşağıdakılardır: VÖEN: **********, ABB Nərimanov filialı kod 805540, M/H: AZE03NABZ**********000002944 SWİFT: İBAZAZ2X, İBAN: AZ61İBAZ********************. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mətbəx Aləmi” MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 -K2019- 547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23,379.89 (iyirmi üç min üç yüz yetmiş doqquz manat səksən doqquz qəpik) manat əsas borc, 194.83 (bir yüz doxsan dörd manat səksən üç qəpik) manat faiz borcu, -K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4,035.60 (dörd min otuz beş manat altmış qəpik) manat əsas borc, 10.43 (on manat qırx üç qəpik) manat faiz borcu, -2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat, - K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 (üç yüz min) manat əsas borc, 2,500 (iki min beş yüz) manat faiz borcu, -K2912/01 saylı kredit müqaviləsinə əsasən 693,436.24 (altı yüz doxsan üç min dörd yüz otuz altı manat iyirmi dörd qəpik) manat əsas borc, 110,391.55 (bir yüz on min üç yüz doxsan bir manat əlli beş qəpik) manat faiz borcu, -K2912/02 saylı kredit müqaviləsinə əsasən 3,000,000 (üç milyon) manat əsas borc, 379,978.13 (üç yüz yetmiş doqquz min doqquz yüz yetmiş səkkiz manat on üç qəpik) manat faiz borcu, -2019-1051LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 1100 (bir min yüz) manat - K2019-547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 2.337,90 (iki min üç yüz otuz yeddi manat, doxsan qəpik) manat cərimə borcu - K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 889.94 (səkkiz yüz səksən doqquz manat doxsan dörd qəpik) manat cərimə borcu - K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 30.000 (otuz min manat) manat cərimə borcu - K2912/01 saylı kredit müqaviləsinə əsasən 53,076.33 (əlli üç min yetmiş altı manat otuz üç qəpik) manat cərimə borcu - K2912/02 saylı kredit müqaviləsinə əsasən, 176,674,21 (bir yüz yetmiş altı min altı yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat cərimə borcu İddiaçı ASC-nin xeyrinə tutulsun. "Sfera-96” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi 46B/ Əmlak kompleksi, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılsın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın. "Sfera-96” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi 46B/ Əmlak kompleksinin ilkin satış qiyməti 4.400.000 (dörd milyon dörd yüz min) manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin ilkin satış qiyməti isə 250.000 (iki yüz əlli min manat) manat məbləğində müəyyən edilsin. Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 MMC, Cavabdeh10 iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat məbləğində xidmət haqqı müştərək qaydada İddiaçı ASC-nin, iş üzrə keçirilmiş 26 aprel 9/5222 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 (iki yüz) manat Məhkəmə Ekspertiza Mərkəzinin, 25 avqust 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 150 (bir yüz əlli) manat və 27 yanvar 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 600 (altı yüz) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-33/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-33/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver