Məhkəmə qərarları › İş №e-2-2(113)-3300/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3300/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3300/2022 07.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan iddiaçı “X1” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 16198,67 manat məbləğində kredit borcunun - bundan 11724,33 manat əsas, 2604,73 manat müqavilə müddətinin sonuna hesablanan faiz və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 1869,61 manat faiz və iş üzrə ilkin mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 210 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulmasını, tutmanın ipoteka predmeti Bərdə rayon Güloğlular kəndində yerləşən ümumi sahəsi 277,1 m2, yaşayış sahəsi 55,9 m2, yardımçı sahəsi 221,2 m2 olan 3 otaqlı fərdi yaşayış evinə tam mülkiyyət üzrə 0,054 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı ləğv prosesində olan iddiaçı “X1” ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, cavabdehlərdən Cavabdeh2 qeydiyyat ünvanı Bərdə rayonu, Mollalı kəndi, digər Cavabdeh1 isə ünvan 2i ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı ləğv prosesində olan iddiaçı “X1” ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı ləğv prosesində olan “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ləğv prosesində olan “X1” ASC-yə izah edilsin ki, hazırki iddia ərizəsi ilə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar