Məhkəmə qərarları › İş №e-2-2(113)-3300/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3300/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3300/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 qarşı pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 23 May 2022-ci il tarixli, RB/KM-150sa4ylı kredit müqaviləsi üzrə əsas borca görə 12391,11 manat, faiz borcuna görə 774,25 manat, cərimə borcuna görə 2922,21 manat, cəmi 16087,57 manat, 23 May 2022-ci il tarixli, RB/KM-1504/01saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 50 000 manat, faiz borcuna görə 14 029,65 manat, cərimə borcuna görə 142,78 manat, cəmi 64 172,43 manat olmaqla, ümumilikdə 80 260 manat məbləğində pulun və ödənilmiş 331 manat məbləğində dövlət rüsumu pulun onun xeyrinə tutulması, tələbin cavabdeh FEB-222 TİXS MMC-yə məxsus 2022-ci il buraxılışlı, şassi nömrəsi LZZ5DYSD1MW959970 olan, qırmızı rəngli, ** JA *** qeydiyyat nişanlı, HOWO ZZ3407S3267E yük markalı özüboşaldan nəqliyyat vasitəsinə və Cavabdeh1 məxsus 2022-ci il buraxılışlı, ban JTMEW3FV8NJ054964 olan, ağ mirvari dam qara rəngli, ** GG *** qeydiyyat nişanlı, Toyota Rav-4 markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına 23 May 2022-ci il tarixli, RB/KM-1504saylı kredit müqaviləsi və 23 May 2022-ci il tarixli, RB/KM-1504/01saylı kredit xətti müqaviləsi üzrə ümumilikdə 80260 manat və ödənilmiş dövlət rüsumu 331 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, poteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 23 May 2022-ci il tarixli, RB/KM-1504saylı kredit müqaviləsi və 23 May 2022-ci il tarixli, RB/KM- 1504/01saylı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər FEB-222 TİXS MMC-dən və Cavabdeh3 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 qarşı pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar