Məhkəmə qərarları › İş №e-2-2(113)-3314/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3314/2020

17.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3314/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, Cavabdeh qanuni təmsilçisi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Cavabdehnə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması xx xxxx 2020-ci il tarixə saat 14:30-a təyin edilmişdir. İddiaçı elektron qaydada məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qanuni təmsilçisi iddia ərizəsinin geri qaytarılması barədə ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmaıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar