Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-333/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə ƏDV daxil 3274,50 manat (üç min iki yüz yetmiş dörd manat əlli qəpik) və dəbbə pulu üzrə 1901,59 manat (bir min doqquz yüz bir manat əlli doqquz qəpik) məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 100 (bir yüz) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq olmaqla, cəmi 5276,09 manat (beş min iki yüz yetmiş altı manat doqquz qəpik) məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, sahəsi 30 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 07 yanvar 2020-ci il tarixli, 20/061 nömrəli müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 2.2-ci bəndinə və 3.1-ci bəndinin birinci cümləsinə əsasən icarə haqqı ödənişinə başlama tarixi 07 aprel 2020-ci il tarixi olaraq nəzərdə tutulsa da, sonradan tərəflər arasında imzalanmış icarə müqaviləsinə dəyişikliklərin edilməsinə dair 06 aprel 2020-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşmaya uyğun olaraq icarə müddətinin və icarə haqqı ödənişinin hesablanmasına başlanılması 21 may 2020-ci il tarixi olaraq razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq müqavilə üzrə başlama tarixi kimi müəyyənləşdirilmiş 21 may 2020-ci il tarixindən etibarən icarəyə verilən əmlak(lar) üçün ƏDV xaric 750 (yeddi yüz əlli) manat təşkil edən aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində cavabdeh icarəyə verilən əmlak(lar)da istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.8-ci bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş ödənişlər hər cari ayın ilk 3 (üç) iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının müvafiq bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7.3-cü bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində iddiaçıya dəbbə pulu ödəmək öhdəliyini daşıyır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (02 noyabr 2020-ci il tarixli, FMG-01/20/404 nömrəli rəsmi bildiriş, 16 noyabr 2020-ci il tarixli, FMG-01/20/430 nömrəli pretenziya bildirişi, 04 may 2021-ci il tarixli, FMG-01/21/232 nömrəli rəsmi bildiriş, o cümlədən 21 iyun 2021-ci il tarixli, FMG-01/21/299 nömrəli pretenziya bildirişi təqdim edilmişdir), cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə müqaviləsinin 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 31 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 23 dekabr 2020-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlak(lar)ın iddiaçıya təhvil verildiyi xitam tarixinədək bu Razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş borc öhdəliyi istisna olmaqla, yerinə yetirməli olduğu bütün öhdəliklərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndində cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 3952,52 manat (üç min doqquz yüz əlli iki manat əlli iki qəpik) təşkil etməsi təsbit edilmişdir və cavabdehin müvafiq borc məbləğinin 50%-ni 01 aprel 2021-ci il tarixinədək, qalan 50%-ni isə 01 iyul 2021-ci il tarixinədək ödəməklə, xitam tarixindən etibarən 6 (altı) ay ərzində borc öhdəliyinin tam həcmdə icrasını təmin etməsinə dair öhdəlik müəyyənləşdirilsə də, toplanmış borc məbləğinin ödənişi təmin edilməmişdir. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Göründüyü kimi, iddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün cavabdehə bütün güzəştlər edilmiş və borcu hissə-hissə ödəməklə, cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin iddiaçının tərəflər arasında yaranmış mübahisəni mövcud olan əməkdaşlıq münasibətləri çərçivəsində könüllü şəkildə həll etməsi səylərinə cavabdeh tərəfindən əməli tədbir şəklində heç bir müsbət yönümlü cavab verilməmiş və onun üçün yaradılmış bu fürsətlər dəyərləndirilməmişdir. Həmçinin bütün icarə müddəti ərzində iddiaçı tərəfindən cavabdeh barəsində icarə haqqının ödənişində davamlı güzəştlər edilməklə, icarə müddətinin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığını əhatə edən dövrü üzrə icarə haqqının 100%-i həcmində, 2020-ci ilin iyun ayı üzrə icarə haqqının 50%-i həcmində, 2020-ci ilin iyul ayı üzrə icarə haqqının 100%-i həcmində, 2020-ci ilin avqust ayı üzrə icarə haqqının 50%-i həcmində, 2020-ci ilin oktyabr və noyabr ayları üzrə icarə haqqının 25%-i həcmində, 2020ci ilin dekabr ayı üzrə icarə haqqının 80%-i həcmində silsilə endirimlər tətbiq edilmişdir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 21 iyun 2021-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-01/21/299 nömrəli pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 1 il 11 aya yaxın bir müddətin keçməsinə baxmayaraq, müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bununla da, iddiaçı yuxarıda istinad edilən icarə müqaviləsinin 7.3-cü bəndində təsbit olunmuş dəbbə pulu tətbiq etmək hüququndan istifadə edərək, əsas borc məbləğindən əlavə 28 iyul 2022-ci il tarixinə kimi 1901,59 manat (bir min doqquz yüz bir manat əlli doqquz qəpik) məbləğində dəbbə pulu hesablamışdır və cavabdeh tərəfindən dəbbə pulu məbləğinin ödənişi əsas borc məbləğinə əlavə olaraq təmin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, iş materiallarından görünür ki: - İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 07 yanvar 2020-ci il tarixdə 20/061 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binada aşağıdakı qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib, icarə haqqını bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür: 1.1.1. Binanın 1-ci mərtəbəsində yerləşən, 30 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verənin əvvəlcədən alınmış yazılı razılığı olmadan icarəçi icarəyə verilən əmlakı subicarəyə verə bilməz. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə icarə haqqı 07 aprel 2020-ci il tarixindən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: 3.1.1. Bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlaka görə ƏDV xaric 750 (yeddi yüz əlli) manat aylıq icarə haqqı. - İddiaçı MMC ilə Cavabdeh arasında 06 aprel 2020-ci il tarixli (qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 07 yanvar 2020-ci il tarixdə 20/061 nömrəli müqaviləyə dəyişiklər edilməsi barədə) 1 nömrəli Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən icarə müqaviləsinin 2.2-ci yarımbəndi dəyişdirilərək aşağıdakı redaksiyada təsdiq edilsin: “2.2. İcarə müddəti 21 may 2020-ci il tarixindən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 06 yanvar 2025-ci il tarixində, saat 23:59-da başa çatır.” Həmin Razılaşmanın 6-cı bəndinə əsasən bu Əlavə Razılaşma aid olduğu icarə müqaviləsinin tərkib hissəsidir və tərəflərin imza və təsdiqindən sonra 06 aprel 2020-ci il tarixindən qüvvəyə minir. - İddiaçı MMC ilə Cavabdeh arasında 23 dekabr 2020-ci il tarixli (qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 07 yanvar 2020-ci il tarixdə 20/061 nömrəli müqaviləyə xitam verilməsi barədə) Razılaşma bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə Müqaviləsinə 31 dekabr 2020-ci il tarixində xitam veriləcəkdir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən icarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək bu Razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş borc öhdəliyi istisna olmaqla, yerinə yetirməli olduğu bütün öhdəliklərin həyata keçirilməsini təmin etməlidir. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 3952,52 manat (üç min doqquz yüz əlli iki manat əlli iki qəpik) təşkil edir. İcarəçi bu bənddə qeyd edilmiş borc məbləğinin 50%-ni 01 aprel 2021-ci il tarixinədək, qalan 50%-ni isə 01 iyul 2021-ci il tarixinədək ödəyərək, xitam tarixindən etibarən 6 (altı) ay ərzində borc öhdəliyinin tam həcmdə icrasını təmin etməlidir. Həmin Razılaşmanın 9-cu bəndinə əsasən Razılaşma tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, 31 dekabr 2020-ci il tarixində icra olunur. - İddiaçı MMC (idarə edən) ilə "xxxx" MMC (mülkiyyətçi) arasında 06 yanvar 2020-ci il tarixdə RQL-06/01/20-101 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə mülkiyyətçinin obyekt(lər)i idarə edənə idarəetməyə və icarəyə verməsinin əsas şərtlərini müəyyən edir və idarə edən tərəfindən obyekt(lər)in istifadə edilməsi və ya üçüncü şəxslərin idarəetməsinə, icarəsinə, kirayəsinə və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəsinə verilməsi, yaxud birgə istifadə edilməsi, həmçinin idarə edilməsi qaydalarını və müvafiq səlahiyyətlərdən irəli gələn digər hüquqlarını təsbit edir. İdarə edənin idarəetmə hüququ obyekt(lər)in istismarı, saxlanması, xidmət göstərilməsi, mühafizəsi və üçüncü şəxslərə qanunvericiliklə müəyyən edilmiş əsaslarda istifadəyə və idarəetməyə verilməsi və bundan irəli gələn bütün digər hüquq və səlahiyyətlərini əhatə edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən idarə edən obyekt(lər)in və onun istifadəçilərinin keyfiyyətli idarə etmə və digər müvafiq xidmətlərlə təchiz olunmasını təmin edəcək. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən mülkiyyətçi qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən, müvafiq norma və standartlara uyğun olan, inşası tamamilə başa çatdırılmış, qurğu və avadanlıqları ilə birlikdə təyinatı üzrə istifadəyə yararlı obyekt(lər)i idarə edənə təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən idarə edənin uzunmüddətli (1 (bir) il və ya daha çox müddətli) idarəetmə/sub-icarə və digər icarə/kirayə müqavilələri bağlamış istifadəçilərin ehtiyaclarını nəzərə alaraq obyekt(lər)ə lazımi qeyri-struktur dəyişiklikləri etmək hüququ vardır. İdarə edən obyekt(lər)ə ediləcək hər hansı daimi dəyişikliklər haqqında mülkiyyətçini yazılı formada məlumatlandıracaqdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən idarə edən obyekt(lər)in saxlanılması və on(lar)a xidmət göstərilməsi məqsədilə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərlə müqavilələr bağlaya bilər. Həmin müqavilənin 2.3-ci bəndinə əsasən bu müqavilə və ya onun müvafiq əlavələri ilə müəyyən edilmiş icarə və idarəetmə haqqı çərçivəsində idarə edən öz orqan və ya struktur bölmələrini həmin obyekt(lər)də və ya onun müəyyən hissəsində tam və ya qismən yerləşdirə, xidməti, köməkçi otaqları və ya sahələri istifadə edə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən obyekt(lər)in bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya sub-icarəçilərə ikinci əldən icarəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur. - İddiaçı MMC ilə "xxxx" MMC arasında 12 yanvar 2020-ci il tarixli ("xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış Daşınmaz əmlakın idarə etməyə verilməsi haqqında 06 yanvar 2020-ci il tarixli, RQL- 06/01/20-101 nömrəli müqaviləyə) 2 nömrəli Əlavə bağlanmışdır. Həmin Əlavənin 1.1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əsas göstəriciləri, o cümlədən ünvan və sahəsi aşağıdakı cədvəldə ("Cədvəl") göstərilmiş obyekt (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71) 12 yanvar 2020-ci il - 14 yanvar 2025-ci il (daxil olmaqla) tarixləri aralığında olan dövr ("İdarəetmə Müddəti") üçün mülkiyyətçi tərəfindən idarə edənin idarəetməsinə verilsin. Həmin Əlavənin 2-ci bəndinə əsasən idarə edən cədvəldə nəzərdə tutulmuş obyekt üçün mülkiyyətçiyə 15 dekabr 2020ci il tarixindən hesablanmaqla, aşağıdakı qaydada aylıq icarə haqqı ödəyəcəkdir. Həmin Əlavənin 2.1-ci bəndinə əsasən xx.xx.2020-ci il-xx.xx.2021-ci il tarixləri aralığında olan dövrün hər ayı üçün ƏDV xaric 1196,64 manat (bir min yüz doxsan altı manat altmış dörd qəpik) məbləğində aylıq icarə haqqı; 2.2-ci bəndinə əsasən xx.xx.2021-ci il - xx.xx.2022-ci il tarixləri aralığında olan dövrün hər ayı üçün ƏDV xaric 2448,26 manat (iki min dörd yüz qırx səkkiz manat iyirmi altı qəpik) məbləğində aylıq icarə haqqı; 2.2-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən idarəetmə müddətinin sonunadək hər ay üçün ƏDV xaric 6258,13 manat (altı min iki yüz əlli səkkiz manat on üç qəpik) məbləğində aylıq icarə haqqı. Həmin Əlavənin 3-cü bəndinə əsasən icarə haqqı hər cari ayın sonunda müvafiq hesab-faktura təqdim olunan tarixdən 10 (on) təqvim günündən gec olmayaraq idarə edən tərəfindən mülkiyyətçiyə ödəniləcəkdir. Həmin Əlavənin 4-cü bəndinə əsasən idarə edən obyekt(lər) üçün qaz, işıq, su və sair kommunal xərclərin kompensasiya olunmasını təmin edəcək. Həmin Əlavənin 5-ci bəndinə əsasən mülkiyyətçi obyekt(lər)ə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq əmlak vergisinin ödənilməsi öhdəliyini daşıyacaq. Həmin Əlavənin 6-cı bəndinə əsasən idarəetmə müddətinin başa çatmasına 1 (bir) təqvim ayı qalanadək tərəflərdən heç biri hazırkı Əlavəyə idarəetmə müddəti başa çatdığı tarixdə xitam verilməsi barədə digər tərəfə yazılı bildiriş təqdim etmədikdə idarəetmə müddəti müqavilədə müəyyən edilmiş ilkin müddəti aşmamaq şərti ilə, hər dəfə növbəti 1 (bir) il müddət(lər)inə artırılmış hesab olunacaqdır. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 840752 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 442,50 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 560990 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 442,50 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 683780 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 885 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 802993 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 885 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 069977 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 885 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 286219 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 177 (ƏDV daxil) manat təşkil edir. - Qeyd olunan olunan elektron qaimələrin əsasında dayanan hesab fakturalar məhkəməyə təqdim edilmişdir. - 24 oktyabr 2022-ci il tarixli (07 yanvar 2020-ci il tarixdə 20/061 nömrəli icarə müqaviləsi üzrə qalıq borc haqqında) cədvəldən görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu 3274,50 manat (üç min iki yüz yetmiş dörd manat əlli qəpik) təşkil edir. - 07 yanvar 2020-ci il tarixdə 20/061 nömrəli icarə müqaviləsi üzrə dəbbə pulunun hesablanması haqqında cədvəldən görünür ki, Cavabdeh 1901,59 manat (bir min doqquz yüz bir manat əlli doqquz qəpik) məbləğində cərimə hesablanmışdır. - İddiaçı MMC 02 noyabr 2020-ci il tarixli, FMG-01/20/404 nömrəli rəsmi bildiriş, 16 noyabr 2020-ci il tarixli, FMG-01/20/430 nömrəli pretenziya bildirişi, 04 may 2021-ci il tarixli, FMG-01/21/232 nömrəli rəsmi bildiriş, o cümlədən 21 iyun 2021-ci il tarixli, FMG- 01/21/299 nömrəli pretenziya bildirişi ilə Cavabdeh müraciət edərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən borcun İddiaçı MMC-yə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Qeyd olunan borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini cavabdehdən əsas borc üzrə ƏDV daxil 3274,50 manat (üç min iki yüz yetmiş dörd manat əlli qəpik) məbləğində pul vəsaitinin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, cavabdehin müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsi, iddaçının isə cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, müəyyənləşdirilmiş icarə haqqının ödənilməsini tələb etmək hüququ olduğundan iddia icarə haqqnın tutulması hissəsində tam təmin edilməli və cavabdehdən 31 dekabr 2020-ci il tarixə yaranmış ƏDV daxil 3274,50 manat (üç min iki yüz yetmiş dörd manat əlli qəpik) məbləğində icarə haqqı borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 1901,59 manat (bir min doqquz yüz bir manat əlli doqquz qəpik) dəbbə pulunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli, 20/061 saylı müqavilənin 7.3cü maddəsinə görə müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqını və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində icarəyə verənə dəbbə pulu ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. İddiaçı 100 (yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2020-ci il tarixli, 20/061 saylı müqavilə üzrə 31 dekabr 2020-ci il tarixə yaranmış ƏDV daxil 3274,50 manat (üç min iki yüz yetmiş dörd manat əlli qəpik) məbləğində əsas borc, 300 (üç yüz) manat cərimə, 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 3674,50 manat (üç min altı yüz yetmiş dörd manat əlli qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-333/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-333/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver