Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3333/2021 14.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "" Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "" Səhmdar Cəmiyyəti cavabdeh "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı 498990 ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, işin məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 15.12.2017-ci il tarixli, 13352-2017 nömrəli avadanlığın icarə müqaviləsinin 6.10-cu bəndində qeyd edilmişdir ki, tərəflər bu müqavilədən və ya bununla əlaqədar yarana biləcək mübahisələri danışıqlar yolu ilə həll etmək üçün bütün tədbirləri görəcəklər. Bu müqavilə başqa bir qanunun müddəalarının tətbiq edilməsinə səbəb ola biləcək hər hansı bir seçim və ya ziddiyyətli qanun müddəası və ya qaydasına təsir etmədən İngiltərə və Galler qanunları ilə tənzimlənəcəkdir. Bir tərəf digər tərəfə bu müqavilə ilə əlaqədar mübahisəni, ziddiyyəti və ya iddianı danışıqlar yolu ilə həll etmək istədiyi barədə yazılı bildiriş verirsə və bu mübahisə, ziddiyyət və ya iddia bu cür bildiriş verildikdən sonra 30 (otuz) təqvim günü ərzində həll olunmazsa, o zaman bu müqavilənin mövcudluğu, etibarlılığı və ya ləğvi ilə bağlı hər hansı bir məsələ daxil olmaqla bu cür mübahisə, ziddiyət və ya iddia, məcburi arbitraj yolu ilə sövq ediləcək və nəhayət həll ediləcəkdir. Bu müqavilədən irəli gələn və ya bununla əlaqədar olaraq müqavilənin qüvvədə olduğu müddət ərzində və ya bitdikdən sonra tərəflərin danışıqları yolu ilə həll edilə bilməyən hər hansı mübahisələri və ziddiyətləri, X1 Məhkəməsinin (LCİA) qaydalarına uyğun olaraq Londonda (İngiltərə) ingilis dilində arbitraj yoluyla həll ediləcəkdir. Yuxarıda göstərilən məhkəmənin qərarı hər iki tərəf üçün qəti və məcburidir. Göründüyü kimi, 15.12.2017-ci il tarixli, 13352-2017 nömrəli müqavilə əsasında tərəflərin razılığı ilə mübahisəli işin aidiyyəti müəyyən edilmişdir və mübahisəyə hazırkı məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "" Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "" Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3333/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3333/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver