Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3336/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Firmasının Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Firması Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Komfort Firması və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-838/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş Barışıq Sazişindən İddiaçının imtina etməsi səbəbindən İddiaçı firmasının əmlak kompleksi olaraq müəssisə kimi ünvan 1 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarşına əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis” qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan hissəyə Cavabdeh mülkiyyət hüququna xitam verilməsi və ona verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Firmasının Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı Firmasına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3336/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3336/2024
11.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver