Məhkəmə qərarları › İş №e-2-2(113)-3337/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3337/2025

20.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3337/2025 20.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN: **********) müqavilə üzrə 3771,19 manat əsas borcun, 147612,16 manat qalıq borc üzrə əlavə hesablanmış cərimə məbləğinin, 444,38 manat iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pulun, ümumilikdə 151383,35 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdеh Cavabdeh MMC arasında 25 yanvar 2024-cü il tariхdə 04/24 saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin şərtlərinə şamil edilən eyni tarixdə tərəflər tərəfindən imzalanan “X2”na olunan 1 nömrəli Əlavənin 6-cı bəndinin tələbinə əsasən isə müqavilə üzrə ödəmələr vaxtında həyata keçirilmədiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 10%-i miqdarında cərimə hesablanaraq “Alici” tərəfindən “Satıcı”ya ödənilməlidir. Həmin müqavilənin 3-cü maddəsinin 3.3-cü bəndinin tələbinə əsasən bu Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” Qaimə-Fakturada göstərilən mallarla “Alıcı”nı təchiz etməyi öz öhdəsinə götürür, “Alıcı” isə ona təhvil verilmiş malların dəyərini ödəməyi qəbuledir. Müqavilənin 3.5-ci bəndinə əsasən mallar təqdim olunmuş Qaimə-Fakturaya uyğun olaraq “Alıcı”nın ünvanına çatdırıldıqdan sonra “Satıcı” tərəfindən təhvil verilmiş, “Alıcı” tərəfindən qəbuledilmiş hesab olunur. Müqavilənin şərtlərinə əsasən “Alıcı” müqavilə üzrə malların kеyfiyyətini yoхladıqdan sonra onların dəyərini müqavilə və qiymətlərin razılaşma protokolunda göstərilən şərtlər əsasında satıcıya ödəmək Cavabdeh MMC öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə alqı-satqı müqaviləsinin prеdmеti olmuş avadanlıqlar 26 iyul 2024-cü il tarixli EBEE 929882 saylı elektron-qaimə faktura və **********9 saylı təhvil-təslim aktı əsasında Cavabdeh MMC-yə təhvil vеrilmiş və Cavabdeh MMC tərəfindən müqavilənin şərtlərinə uyğun ilkin olaraq ƏDV ödənilmədən 17000 manat məbləğ İddiaçı MMC-nə ödənilmiş, 6771,19 manat isə heç bir səbəb göstərilmədən bu günə kimi əsassız olaraq şirkətə hələ də ödənilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən sonuncu ödəniş 29 iyul 2024-cü il tarixində edildiyindən, müqaviləyə edilən Əlavənin şərtlərinə əsasən həmin tarixdən gecikdirilmiş məbləğin 10 faizi hesablanmış və ödənilməyən cərimənin məbləği 147612,16 manat təşkil edir ki, bu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə cavabdеh Cavabdeh MMC-nin bu günə İddiaçı MMC-nə olan əsas borcu ƏDV-siz 6771.19 manat, müqavilə üzrə ödəmələr vaxtında həyata keçirilmədiyindən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 10 faizini təşkil edən 147.612.16 manat İddiaçı MMC-nə bu günədək ödənilməmişdir. Göstərilən səbəbə görə də İddiaçı MMC tərəfindən prеtеnziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunmuş, lakin naməlum səbəblərdən ödənişlər hələ də həyata keçirilməmişdir. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. İddiaçı MMC ilə cavabdеh Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin avadanlıqların onun tərəfindən əldə еdilməsi hüququna malik olduğu kimi, еyni zamanda həmin avdanlıqların dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin, cavabdеh Cavabdeh MMC avadanlıqları qəbul еtsə də, avadanlıqların dəyərini ödəməməklə müqavilə öhdəlyini pozmuşdur. Buna görə də İddiaçı MMC mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtməkdə haqlı olduğunu hesab etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edib iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra xx.xx.2025-ci il tarixdə cavabdeh tərfindən nağd şəkildə 3000 manat ödəniş edilmiş, buna görə də iddia tələbinin həcmi azaldılmışdır. Sonda o, 3771,19 manat əsas borcun, 147612,16 manat cərimə məbləğinin, 444,38 manat iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pulun, ümumilikdə 151383,35 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04/24 saylı müqavilədən görünür ki, bu müqavilənin predmeti, bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, "Alıcı” tərəfindən malın dəyərini ödəmək, “Satıcı” tərəfindən isə “Alıcı”ya əlavədə göstərilən malların zəmanətli və tam işlək təhvil vermək öhdəliklərindən ibarətdir. Müqavilənin 2-ci maddəsinə əsasən, Müqavilənin dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan X3 ilə tənzimlənir və köçürmə yolu ilə “Alıcı” tərəfindən “Satıcı” ya ödənilir. Malın qiyməti bu müqaviləyə ediləcək əlavələrdə göstəriləcək qiymət razılaşdırma protokolu ilə müəyyənləşdirilir. Müqavilə üzrə qiymətlər xarici valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən müqavilənin tarixinə müəyyən olunmuş məzənnəsi əsasında hesablanmışdır və ödəniş AZN ile ediləcəkdir. Rəsmi məzənnə bu müqavilənin tarixi məzənnəsinə nisbətdə 5% (beş faiz)-dən çox artdığı təqdirdə müqavilənin qalıq dəyəri həmin artıma mütənasib olaraq artır. Müqavilənin 3-cü maddəsinə əsasən, bu Müqavilə üzrə malların adı, miqdarı və qiyməti “Satıcı” tərəfindən tərtib və təqdim olunan Qaimə-Faktura və Hesab-Fakturada göstərilir. “Alıcı” bu Müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və “Satıcıya vaxtında çatdırılmasına təminat verir. Bu Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” Qaimə-Fakturada göstərilən mallarla “Alıcı”nı təchiz etməyi öz öhdəsinə götürür, “Alıcı” isə ona təhvil verilmiş malların deyərini ödəməyi qəbul edir. “Alıcı” Qaimə-faktura üzrə göndərilmiş malların təxirə salınmadan (aşkar olunan qüsurların “Satıcı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında apanlmasını öhdəsinə götürür. Mallar, təqdim olunmuş Qaimə-Fakturaya uyğun olaraq, “Alıcı”nın ünvanına çatdırıldıqdan sonra “Satıcı” tərəfindən təhvil verilmiş, "Alıcı" tərəfindən isə qəbul edilmiş hesab olunur. Avadanlıqlar “Alıcı” tərəfindən qəbul edildikdə qüsur aşkar edilərsə, bu barədə 10 təqvim gün ərzində qüsur göstərməklə dərhal “Satıcıya” yazılı məlumat verilməlidir. Bundan sonra qüsurlu avadanlıq “Satıcı” tərəfindən yenisi ilə əvəz olunmalıdır. Müqavilənin 7-ci maddəsinə əsasən, müqavilə xx.xx.2025-ci il müddətinədək qüvvədədir. Müqavilənin 8-ci maddəsinə əsasən, Müqavilə üzrə ödəmələr vaxtında həyata keçirilmədiyi halda hər gecikdirilən gün üçün geçikdirikmiş məbləğin 10%-i miqdarında cərimə hesablanaraq “Alıcı” tərəfindən “Satıcı”ya ödənilməlidir. xx.xx.2024-cü il tarixli 04/24 saylı Alqı-Satqı Müqaviləsi üzrə Əlavə 1 X1 əsasən 1 ədəd DEL2045D cəmi 18% ƏDV daxil 16500 ABŞ Dollar olması razılaşdırılmışdır. Həmin protokolun 6-cı bəndinə əsasən müqavilə üzrə ödənişlər vaxtında həyata keçirilmədiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 10% miqdarında cərimə hesablanaraq “Alıcı” tərəfindən “Satıcıya” ödənilməlidir. xx.xx.2024-cü il tarixli **********9/2024 saylı X6 üzrə İddiaçı MMC tərəfindən 1 ədəd DEL2045D avadanlığını Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verilmişdir. EBEE seriyalı, 929882 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 28050 manat dəyərində DEL2045D avadanlıq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. FT/24206/FWYHM saylı mədaxil qəbzindən görünür ki, 24 iyul 2024-cü il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 8500 manat daxil olmuşdur. FT/24211/Q7259 saylı mədaxil qəbzindən görünür ki, 29 iyul 2024-cü il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 8500 manat daxil olmuşdur. İddiaçı MMC tərəfindən tərtib edilmiş PRF86/24-12 saylı, xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, ödənişlərə görə sonuncu ödəniş Alıcı tərəfindən xx.xx.2024-cü il tarixində edildiyindən, həmin tarxidən gecikdirilmiş məbləğin 10 faizi hesablanmalıdır. Belə olan halda ödənilməyən cərimənin məbləği 134746.80 manat təşkil edir. Ödənişin aparılmaması ilə bağlı Satıcı şirkətə heç bir məlumat təqdim olunmamışdır. Dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq, pretenziyanın tərtib olunduğu günə qədər müsbət nəticə əldə edilməmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli 04/24 saylı Müqavilə üzrə Alıcıın üzərinə düşən öhdəliklərin dərhal icra edilməsi, ödənilməmiş məbləğ 6771.19 AZN (Altı min yeddi yüz yetmiş bir Manat 19 qəpik ƏDV-siz) və ödənilməyən cərimənin məbləğini təşkil edən 147612.16 AZN məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixində tərəflərin tərtib etdiyi əlyazma aktına əsasən, İddiaçı MMC tərəfindən X4 Cavabdeh MMC tərəfindən Nümayəndə 04/24 saylı Alqı-Satqı müqaviləsinə əsasən 3000 AZN (üç min manat) məbləğində girov təhvil almışdır. 29 dekabr 2024-cü il tarixli, **********37 nömrəli qəbzdən məlum olur ki, iddiaçı tərəfindən 88 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə avadanlıq təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı avadanlığın dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı və elektron qaimə) öz təsdiqini tapmışdır. Həmçinin məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən əsas borcdan 3000 manat ödənilməsi də cavabdehin dolayısı ilə əsas borcu qəbul etdiyini təsdiq edir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı avadanlığın dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı avadanlığın dəyərini tam ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı avadanlığın dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdeh tərəfindən avadanlığın dəyərinin çox hissəsinin ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehdən 3777,19 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli, 04/24 saylı Alqı-Satqı Müqaviləsi üzrə 147612,16 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 200 manat məbləğində müəyyən olunmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 444,38 manat dövlət rüsumunun 59,72 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 3771,19 manat əsas borc, 200 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3971 (üç min doqquz yüz yetmiş bir) manat 19 (on doqquz) qəpik pul vəsaiti, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 500 (beş yüz) manatın və ödənilmiş dövlət rüsumunun 59 (əlli doqquz) manat 72 (yetmiş iki) qəpiyinin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar