Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3338/2021 02.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17.12.2020-ci il tarixdə 06/3553/YDLİZ nömrəli X1 müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17.12.2020-ci il tarixdə 06/3553/YDLİZ nömrəli X1 müqaviləsinə əsasən yaranmış 19.420 manat əsas borc, 2.282,93 manat mükafat borcu və 583,38 cərimə faizi cəmi: 22.286.31 manat lizinqi borcu məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17.12.2020-ci il tarixdə 06/3553/YDLİZ nömrəli X1 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1(bir) ədəd, 2011-ci il buraxlışı olan, “Shacman yük özüboşaldan” markalı, mühərrik n/z-silinmə, ban n/z-silinmə nəqliyyat vasitəsini Cavabdeh MMC-nin istifadəsinə vermişdir. Cavabdeh MMC sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 22529 manat təşkil edir. Bu ümumi məbləğdən 3109 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 1501.96 manat ödəniş etməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 18.01.2021-ci il tarixdən etibarən hər ay 1501.96 manat olmaqla ödəniş etməli olduğu təqdirdə hazıradək heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-AE-*** dövlət qeydiyyat nişanlı “Shacman yük özüboşaldan” yük avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hüquqi ünvanı olan ünvan 1ərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və iddia həcminin artırılmasına dair ərizə verərək, 19.420 (on doqquz min dörd yüz iyirmi) manat əsas borc, 2.679,96 (iki min altı yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat mükafat borcu, 583.38 manat gecikdirilmiş cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, cavabdehin istifadəsində olan “Shacman yük özüboşaldan” **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 17.12.2020-ci il tarixdə 06/0553/DLİZ nömrəli X1 müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə izahatında qeyd etmişdir ki, 17.12.2020-ci il tarixində 20.000 manat ilkin ödəniş etməklə İddiaçı MMC-də qeydiyyatda olan yük avtomobilini almışdır. Yük avtomobili daha əvvəl başqa şirkətin istifadəsində olmuş vaxtı-vaxtında ödənişləri olmuşdur. Müqavilə ilə yük avtmobilini öz istifadələrinə götürdükdən sonra yanvar ayının 7də mühərriki dağılmışdır. Bununla bağlı olaraq qarşı tərəfə məlumat verilmiş, 12.100 manat məbləğində olan mühərriki Çin Xalq Respublikasından gətirtmişdir. Hazırda ödənişlərlə bağlı 7 aylıq gecikməsi mövcuddur. Bununla bağlı olaraq möhlət verilməsini xahiş edir. Yük avtomobili hazırda servisdədir təxminən 10 gün sonra hazır olacaq, daha sonra ödənişlərini edəcəkdir. Məhkəmə iclası barədə tərəflər lazımi qaydada xəbərdar edilsələrdə iddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: “lizinq verən” İddiaçı MMC, “lizinq alan” Cavabdeh MMC olmaqla imzalanmış 17 dekabr 2020-ci il tarixli 06/3553/YDLİZ saylı X1 müqaviləsinə əsasən Tərəflər arasında imzalanmış Maliyyə Lizinqi müqaviləsinə əsasən “Lizinq verən” əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “Lizinq alan” tərəfindən seçilmiş, “Lizinq verən” lə “satıcı” arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd, 2011-ci il buraxılışlı olan, “Shacman yük özüboşaldan” minik markalı, mühərrik N/Z-SİLİNMƏ, ban № N/Z-SİLİNMƏ nəqliyyat vasitəsini “lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə «Lizinq verən»ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. 17.12.2020-ci il tarixli təhvil-təslim aktına əsasən” İddiaçı MMC-yə məxsus “Shacman yük özüboşaldan” minik markalı, mühərrik N/Z-SİLİNMƏ şassi, N/Z-SİLİNMƏ mühərrik 20- AeE-678 qeydiyyat nişanlı avtomobil müştəriyə təhvil verilmişdir. 23.07.2021-ci il tarixli 06/3553/DLİZ saylı maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17.12.2020-ci il tarixli 06/3553/DLİZ X1 müqaviləsinə əsasən heçbir ödəniş aparılmamışdır. Cavabdeh MMC ilə bağlanmış 17.12.2020-ci il tarixli 06/3553/DLİZ nömrəli X1 müqaviləsinə əsasən 23.07.2021-ci il tarixə yaranmış 19.420 manat əsas borc, 2.679,96 manat mükafat borcu, 583,38 manat cərimə məbləği cəmi 22.683,34 manat lizinq borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında lizinq müqaviləsi bağlanmış, 1 (bir) ədəd, 2011-ci il buraxılışlı olan, “Shacman yük özüboşaldan” minik markalı, mühərrik N/Z-SİLİNMƏ, ban № N/Z-SİLİNMƏ nəqliyyat vasitəsi Cavabdeh MMC-yə lizinqə verilmişdir. İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.3-cü maddəyə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülkin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericilik lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur və cavabdehin iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 17.12.2020-ci il tarixdə 06/0553/DLİZ nömrəli X1 müqaviləsi ləğv edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli 06/3553/YDLİZ saylı X1 müqaviləsinə əsasən lizinq obyekti olan 1 (bir) ədəd, 2011-ci il buraxılışlı olan, “Shacman yük özüboşaldan” minik markalı, mühərrik N/Z-SİLİNMƏ, ban № N/Z-SİLİNMƏ nəqliyyat vasitəsi avtomobilin mülkiyyətçisi olan İddiaçı MMC-yə qaytarılmalı, 19.420 (on doqquz min dörd yüz iyirmi) manat əsas borc, 2.679,96 (iki min altı yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat mükafat borcu, 583.38 manat gecikdirilmiş cərimə borcu Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 17.12.2020-ci il tarixdə 06/0553/DLİZ nömrəli X1 müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 1 (bir) ədəd, 2011-ci il buraxılışlı olan, “Shacman yük özüboşaldan” minik markalı, mühərrik N/Z-SİLİNMƏ, ban № N/Z-SİLİNMƏ nəqliyyat vasitəsi alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh MMC-dən 19.420 (on doqquz min dörd yüz iyirmi) manat əsas borc, 2.679,96 (iki min altı yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat mükafat borcu, 583.38 manat gecikdirilmiş cərimə borcu Azərilizinq” MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2-2(113)-3338/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3338/2021
02.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver