Məhkəmə qərarları › İş №e-2-2(113)-3338/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3338/2022

29.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3338/2022 29.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X4 İddiaçı “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı “S.Q.Kərimov adına X5 Zavodu” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zavoda dəymiş maddi zərərin 74 132,1 (yetmiş dörd min bir yüz iki manat on qəpik) manat məbləğində vəsaitin, habelə 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilən 312,4 (üç on iki manat qırx qəpik) AZN məbləğində dövlət rüsumunun, ümumilikdə cəmi 74844,5 (yetmiş dörd min səkkiz yüz qırx dörd manat əlli qəpik) AZN məbləğində vəsaitin Cavabdeh “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən əmək müqaviləsi bildirişindən görünür ki, (bundan sonra “Zavod” adlandırılacaq) ilə arasında xx.xx.2013-cü il tarixində bağlanmış əmək müqaviləsi əsasında əsas iş yeri üzrə direktor vəzifəsində çalışmışdır. Tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2018-ci il tarixində xitam verilmişdir. İşlədiyi müddət ərzində ciddi nöqsanlara yol verməklə müəssisəyə yüksək məbləğdə maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Belə ki, halhazırki iddia ərizəsi ilə birbaşa əlaqəli olan məhkəməişinin tarixçəsindən aşağıdakılar məlumdur. Zavoda hal-hazırki iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh qanunsuz hərəkətləri nəticəsində dəyən zərərin yaranma əsası qismində AR vətəndaşı X6 iddiası olmuşdur. İddiaçı X2 qarşı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağır Cinayətlər Məhkəməsinin 1(089)-42/2018 saylı 15 mart 2018-ci il tarixli icra sənədinə əsasən cinayət işi üzrə maddi sübut olan Neftçala rayonu “S.Q.Kərimov adına X5 Zavodu”nda saxlanılan 68 000 (altmış səkkiz min) ədəd canlı orqanizm müalicəvi tibbi zəlilər qanuni sahibi X7 qaytarılmalıdır. Göstərilən icra sənədi ilə bağlı 28 mart 2018-ci il tarixində Neftçala rayon İcra və X25 tərtib etmişdir. Aktdan görünür ki, 68 000 (altmış səkkiz min) ədəd müalicəvi tibbi zəlinin yerində olmadığı müəyyən olunmuşdur. Daha sonra aktda qeyd edilmişdir ki, zavodun direktoru vəzifəsini icra edən Cavabdeh bildirmişdir ki, tibbi zəlilər tələf olmağa başladığı üçün rəhbərliyinin şifahi göstərişinə əsasən Şirvan Milli Parkının ərazisində olan kanala buraxılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, 68 000 (altmış səkkiz min) ədəd canlı orqanizm müalicəvi zəlilərin qanuni sahibi odur. Hər bir zəlinin dəyəri 1 manatdır, həmin zəlilər ona qaytarılmalıdır. Zavodun rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində ona 68 000 manat dəyərində ziyan dəymişdir. Beləliklə saxlanılması üçün cavabdehə təhvil verilən tibbi zəlilər saxlanılmamış, zəlilərin ona qaytarılması mümkün deyildir, nəticədə ona 68 000 manat məbləğində ziyan dəymişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Nəticədə, iddia təmin edilmiş, cavabdeh zavoddan 68 000 (altmış səkkiz min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. (qətnamə №2-2(086)-50/2019, 21 avqust 2019-cu il). Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-1(106)-09/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, işdə olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1800-013/0xx-xx/004603 nömrəli məktubda qeyd edilmişdir ki, S.Q.Kərimov adına X5 Zavodu tərəfindən Şirvan Milli Parkına zəlilərin gətirilib təbiətə buraxılması faktı barədə parkda hər hansı bir məlumat yoxdur. Həmçinin məhkəmənin müəyyən etdiyi digər hal isə ondan ibarətdir ki,apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya məxsus zəlilər gömrük orqanı tərəfindən müsadirə edilmişdir. S.Q.Kərimov adına Kür X15 Zavodunda zəlilərin saxlanılması üçün heç bir münbit şərait yoxdur. Zavodun o zamankı direktoru Cavabdeh qanunsuz olaraq heç bir müqavilə bağlamadan və bu barədə müvafiq orqana, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermədən öz səlahiyyətlərini aşaraq qanunuz olaraq yalnız akt əsasında iddiaçıya məxsus zəliləri qəbul etmişdir. Halbuki qanunvericiliyə əsasən qeyd edilən mallar (indiki halda zəlilər) saxlanca qəbul edilərkən tərəflər arasında mülki hüquqi müqavilə bağlanmalı idi. Gömrük orqanının iddiaçıya məxsus əmlakın təhlükəsiz və heç bir zərərə məruz qalmadan saxlanması üçün lazım olan tədbirləri görmədən, yalnız heç bir hüquqi qüvvəsi olmayan akt əsasında təhvil verməsi gömrük orqanının öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməməsi və bunun nəticəsində iddiaçıya zərər vurulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, zəlilərin saxlanılması üçün münbit şərait olmadığı təqdirdə cavabdeh zəlilərin saxlanması üçün qəbulundan imtina edə bilərdi. Lakin cavabdeh imtina etməyərək zəliləri saxlanması üçün qəbul etmişdir. Həmçinin zəlilərin saxlanması üçün münbit şərait olmadığı və zəlilərin tələf olmağa başladığı təqdirdə dərhal aidiyyəti şəxslərə, cinayət prosesual fəaliyyəti həyata keçirən səlahiyyətli şəxslərə və zəlilərin sahibinə məlumat verməli və zəlilərin məhv olmaması üçün ağlabatan tədbirləri görməli idi. Lakin bu hallar iş materialı ilə öz təsdiqini tapmır. Həmçinin zəlilərin saxlanması üçün tərəflər arasında müqavilə bağlanmalı olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh zəlilərin qəbulundan imtina edərək müqavilənin bağlanmasını datələb edə bilərdi. AR Ali Məhkəməsinin mülki kollegiyası tərəfindən verilən qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müvafiq məhkəmə prosesləri müddətində zavodun investisiya müsabiqəsi yolu ilə alıcısı (yeni mülkiyyətçisi) “X26” MMC tərəfindən dəfələrlə həmin dövrdə bütün qeydiyyat sənədləri üzrə mülkiyyətçi qismində tanınan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət ünvanlanmış və mövcud qanunsuz iddiadan müdafiə üçün tədbirlərin görülməsi tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “X26” MMC-yə ünvanladığı 08 yanvar 2019-cu il tarixli **********03 nömrəli məktubunda qeyd edilir ki, sözügedən zavod “Dövlətəmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” AR Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən özəlləşdirməyə açıq elan olunan müəssisələr sırasına aid edilmiş və “Azəbaycan Respublikaında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılmışdır. Zavodun mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirməyə hazırlanması məqsədilə tərtib olunmuş özəlləşdirmə planında, habelə plana əlavə edilmiş maliyyə və mühasibat sənədlərində müəssisə tərəfindən 07 iyun 2017-ci il tarixində saxlanca müvafiq çəkidə (51 kq və 17.8 kq) canlı orqanizm -zəlilərin qəbul edilməsini (mədaxil), sonradan isə məxaric edilərək məhv edilməsini təsdiq edən sənədlər əksini tapmamışdır. Eyni zamanda, zavodun özəlləşdirmə tarixinə mövcud olan öhdəlikləri sırasında vətəndaş Azad Abdullayevə kreditor borcunun olmasına dair hər hansı sənəd mövcud olmamışdır. Qeyd olunanları nəzərə alıb hesab edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi göstərişi olmadan saxlanca qəbuledilmiş orqanizmlərin tələf olmasına görə vətəndaş A.Abdullayevin tələb etdiyi kompensasya Cavabdeh hərəkətləri ilə vurulmuş ziyanla bağlı olduğundan, vətəndaş tərəfindən müvafiq iddia zavoda deyil, fiziki şəxs kimi Cavabdeh qarşı qaldırılmalıdır. Yuxarıda barəsində danışılan məhkəmə proseslərinin həyata keçirildiyi müddət ərzində Zavodun özəlləşdirmə prosesində olması, heç bir fəaliyyətinin olmaması, maddi durumunun çox pis vəziyyətdə olması, həmçinin zavodun özəlləşdirmə prosesinin başa çatmış olmaması səbəbindən əvvəlki mülkiyyətçi və özəlləşdirmə dövründə bütün sənədləşmələrdə mülkiyyətçi qismində qeyd olunan, hüquq və vəzifələrə sahib olan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq işdə maraqlı olmamasından dolayı heç bir tədbir görməməsi, habelə investisiya qoyuluşu etmiş “X26” MMC tərəfindən özəlləşmə prosesinin başa çatmadığı üçün hər hansı tədbir görülməsinə səlahiyyəti olmadığından qeyd edilən bütün məhkəmə proseslərində düzgün hüquqi müdafiənin həyata keçirilməməsindən dolayı tam ədalətsiz və qanunsuz qərarlar qəbul edilmişdir. İşdə əsas səbəbkar olan Cavabdeh, habelə müvafiq dövlət orqanının səlahiyyətli nümayəndələri olmasına baxmayaraq dəymiş ziyanın ödənilməsi öhdəliyi zavoda müəyyən edilmişdir. 23 iyun 2017-ci il tarixində zavod daxilində əməkdaşların iştirakı ilə akt tərtib edilmişdir. HəminAkta əsasən müəyyən edilir ki, bu akt ondan ötrü tərtib edilmişdir ki, 06 iyun 2017-ci il tarixində X28 Məntəqəsinin əməkdaşları tərəfindən 71 (yetmiş bir) ədəd bağlamada olan “Zəli” təbiətə buraxılmaq üçün Şirvan Milli Parkının ərazisinə göndərilmişdir. Akt zavodun direktoru Cavabdeh imzası və möhürü ilə təsdiq edilmişdir, habelə aktda 23 nəfər əməkdaşın imzası da əlavə edilmişdir. Həmin şəxlərin imzası ilə onların müvafiq prosesdə olduqları müəyyən edilmişdir. Yuxarıda qeyd edilən siyahıdan da görünür ki, aktın tərtib edilməsinin məqsədi məhz saxta sənədlərin hazırlanması və əməllərin gizlədilməsidir. Hətta siyahının 8-ci və 19-cu bəndlərində eyni şəxsin adının təkrarən qeyd edilməsi, fərqli imza nümunələrinin daxiledilməsi bunun bariz nümunəsidir. 23 iyun 2017-ci il tarixindətərtib edilmiş aktda qeyd edilir ki, akt ondan ötrü tərtib edilmişdir ki, zavodun direktoru Cavabdeh, baş hüquqşünas X8, Şirvan Milli Park ərazisinin inspektoru X19, Zavodun dairəvi hovuzlar sexinin rəisi X13 və yem sexinin rəisi X3 06 iyun 2017-ci il tarixində X28 Məntəqəsinin əməkdaşları tərəfindən gətirilmiş 71 (yetmiş bir) ədəd bağlamada olan Zəli Şirvan Milli Parkının ərazisində buraxılışında iştirak etmişdirlər. Yuxarıda adı çəkilən şəxslər aktı öz imzaları ilə təsdiq etmişdirlər. Aktda həmin şəxslərin sırasında Şirvan Milli Park ərazisinin inspektorunun imzasının olmasına və aktın zəlilərin həmin Şirvan Milli Park ərazisinə buraxılmağını təsdiq məqsədilə orda iştirak edən şəxslər tərəfindən hazırlanmış olmasına baxmayaraq Şirvan Milli Parkına məsus hər hansı möhürlə təsdiq edilməmişdir. Habelə aktın nüsxəsi müvafiq olaraq Şirvan Milli Parkında saxlanılmamışdır. Bundan əlavə yuxarıda qeyd edilmiş olan hər iki aktı müqayisəli təhlil edərkən əyani şəkildə görmək mümkündür ki, hər iki aktda zavodun əməkdaşı olan E.Hüseynovanın iştirakçı kimi qeyd edilməsinə baxmayaraq müvafiq şəxsin imza nümunələri arasında fərq olduğu xüsusən də, imzanın başlanğıcı olan “H” hərfinin tamam fərqli texnikalarla yazıldığı görünə bilir. Bundan əlavə məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Azərbaycan Respublikası Ekologiya və X16 müavini Firdovsi Əliyevə ünvanladığı 06 iyun 2017-ci il tarixli, 153-13/xxxx/00746 saylı məktubun əsli zavodda saxlanılmışdır. Məktubun ünvanlandığı qurumun zavod deyil Ekologiya və Təbii Sərvətlər Nazirliyi olduğunu nəzərə alsaq həmin məktubun tərtibində saxtakarlığa yol verilmiş olduğunu, məktubun ünvanlandığı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumiyyətlə çatmadığı barədə ciddi şübhələrin yaranmasında əsas vardır. Məktuba əlavə olaraq qeyd edilmişdir ki, mətkubla yanaşı ona qoşma olaraq parça materialından olan 51 (əlli bir) ədəd torbalarda olmaqla, ümumi təqribiçəkisi 51 (əlli bir) kq təşkiledən zəlilər də göndərilir. X27 İdarəsinin rəisi gömrük xidməti polkovniki M.M.Miratayev tərəfindən imzalanmış, icraçısı isə Samir Mustafayev olmuşdur. Habelə həmin qurumun 06 iyun 2017-ci il tarixli, 153-13/xx-xx/000747 saylı Azərbaycan Respublikası Ekologiya və X16 müavini Firdovsi Əliyevə ünvanlanan növbəti məktubunda qeyd edilmişdir ki, Astara Gömrük İdarəsində gömrük nəzarəti zamanı Azərbaycan Respublikasından İran İslam Respublikasına aparılarkən saxlanılmış parça materialından olan 20 ədəd torbada olmaqla, torpaq qatqısı ilə birlikdə ümumi çəkisi 17 kq 800 q təşkiledən canlı orqanizm-zəlilərin növünün X1 daxil olub-olmamasının dəqiqləşdirilməsi, eyni zamanda saxlanca götürülməsi məqsədilə köməklik edilməsi xahiş edilir. Eyni qaydada məktubun qoşma hissəsində parça materialından olan 20 (iyirmi) ədəd torbada olmaqla ümumi təqribi çəkisi 17 kq 800 q təşkil edən zəlilərin də göndərildiyi qeyd olunur. Məktubun imzalanması eynilə M.M.Miratayev tərəfindən olmasına baxmayaraq icraçı qismində Ramil Balaşov qeyd edilmişdir. Belə ki, sözügedən məktubları təhlil edərkən aşağıdakı müəmmalı məsələlər ortaya çıxır: 1) Əgər məktubların hər ikisi eyni zamanda keçirilən əməliyyat zamanı əldə edilən zəlilərlə bağlı olmuşdursa niyə ümumilikdə cəmi 71 ədəd olan bağlamalar 51 və 20-yə ayrılmaqla ayrı-ayrı məktublarla onların aqibəti barədə müraciət hazırlanmışdır, məktubların yazılma tarixinin eyni olması nömrələrinin isə birbirini ardıcıl formada izləməsi isə bir daha müvafiq şübhələri artırır. 2) Məktubların hər ikisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlandığı halda, məktubla birlikdə göndərilməsi nəzərdə tutulan ümumi 71 ədəd bağlamada olan zəlilər aqibətinin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilməsi müəyyən edilmişdirsə, niyə həmin zəlilər birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil məhz zavoda gətirilmişdir? Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış olan məktubun əsli hansı səbəblərlə ünvanlandığı orqanda qeydiyyatdan keçirilməmiş, habelə surəti deyil, məhz əsli zavoda gətirilmişdir? 3) Növbəti diqqət çəkən nüans isə ondan ibarətdir ki, iş materiallarında qeyd edilmişdir ki, Cavabdeh zəlilərin geri qaytarılması barədə münasibətində onların bir hissəsinin məhv olduğu, digər hissəsinin isə Şirvan Milli Parkına göndərildiyi bildirilmişdir. Əgər həqiqətən də bir hissəsi, məhv olmuşdusa o zaman daxil olan zavoda təhvil verilən zəlilərin bağlama sayı 71 ədəd və məhv olunmuş zəlilərdən geri qalanların Şirvan Milli Parkına buraxılması zamanı tərtib edilmiş aktda qeyd edilən zəlilərin bağlamasayı 71 ədəd olması necə mümkün ola bilərdi? S.Q.Kərimov adına X5 Zavodu tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ünvan 3 ünvanlanmışdır. Həmin məktubda 23 iyun 2017-ci il tarixində sözügedən zəlilərin Şirvan Milli Parkına göndərilməsi barədə zavodun əməkdaşlarından ibarət 23 nəfərin və Şirvan Milli Parkının ərazisində zəlilərin təbiətə buraxılması ilə əlaqədar Şirvan Milli Parkının müfəttişi X10 iştirakı ilə 5 (beş) nəfərin imzası ilə akt tərtib edilmişdir. Məsələ ilə bağlı hadisənin həqiqətən də baş tutduğu barədə münasibət bildirməyi xahiş edilmişdir. Buna baxmayaraq Şirvan Milli Parkı tərəfindən 14 oktyabr 2019-cu il tarixli 224 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 23 iyun 2017-ci il tarixində S.Q.Kərimov adına Kür X15 zavodu tərəfindən Şirvan Milli Parkınazəli gətirilib təbiətə buraxılması faktı barədə Şirvan Milli Parkında hər hansı məlumat mövcud deyildir. Qeyd edilməlidir ki, zavodda zəlilərin saxlanılması üçün heç bir münbit şərait olmamışdır və zavodun o zamankı direktoru Cavabdeh qanunsuz olaraq heç bir müqavilə bağlamadan və bu barədə müvafiq orqana, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermədən, yəni öz səlahiyyətlərini aşaraq qanunuz olaraq yalnız akt əsasında iddiaçıya məxsus zəliləri qəbul etmişdir. Halbuki qanunvericiliyə əsasən qeyd edilən mallar saxlanca verilərkən tərəflər arasında mülki hüquqi müqavilə bağlanmalı və qeyd edilən müqavilə əsasında hər bir tərəf öz üzərinə düşən öhdəliyi icra etməli idi. AR Mülki Məcəlləsinin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Birinci instansiya məhkəməsi məsuliyyət məsələsini müəyyən edərkən tərəflər arasında müqavilə münasibətlərinin olmamasını nəzərə almamışdır. Zavodun əvvəlki mülkiyyətçisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 75 №-li Sərəncam ilə 19 aprel 2019-cu il tarixində təsdiq edilmiş “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin nizamnaməsinin 2.1-ci bəndindən görünür ki, cəmiyyətin fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir: “balıq ehtiyatlarının süni yolla artırılması, yetişdirilməsi, bərpası, iqlimləşdirilməsi, balıqçılıq əhəmiyyətlisu hövzələrinə balıq körpələrinin köçürülməsi ilə həmin su hövzələrininməhsuldarlığının artırılmasına yönəldilən tədbirlərin təşkili və həyata keçirilməsi. ”Nizamnamənin 4.2.2-ci bəndinə əsasən direktor cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşıyır. Belə ki, Cavabdeh hərəkətləri zəliləri zavodda saxlanılması üçün qəbul etməsi onun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlərinə tamamilə ziddir. AR Nazirlər Kabinetinin 03 may 2013-cü il tarixli 73 saylı Qərarının 5.1-ci bəndinə əsasən anbar sahibi anbarda yerləşdirilmiş malların uçotunu aparmalı və bu Tələblərin 5.2-ci bəndinə uyğun olaraq, mallar üzərində hesabatı kağız üzərində yazılı və ya elektron formada gömrük nəzarətini həyata keçirən gömrük orqanına təqdim etməlidir. Həmin Qərarın 5.2-ci bəndinəəsasən anbarda yerləşdirilənmallar üzrə hesabat 3 (üç)ayda bir dəfədən az olmayaraq gömrük orqanına təqdim edilir. Göründüyü kimi qeyd edilən qərarın tələblərinə müvafiq olaraq gömrük orqanı müvəqqəti saxlanca təhvil verilmiş maddi sübutlarla bağlı saxlanc təşkilatı ilə müqavilə bağlamamış, sonradan istintaq müddəti ərzində davamlı olaraq mallar üzrə hesabatın təqdim edilməsini tələb etməmişdir. Bununla yanaşı AR Nazirlər Kabinetinin müvafiq qərarının tələbləri həm zavodun direktoru tərəfindən, həm də müvafiq prosesin həyata keçirilməsini tələb edən qurum (Gömrük orqanı) tərəfindən kobud şəkildə pozulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, dövlət orqanlarının müvafiq səlahiyyətli şəxslərinin qanunsuz göstərişlər verməsi, sənədlərin saxtalaşdırılmasında iştirak etməsi və xüsusilə də bütün bunlara göz yummaq və qanunsuz hərərkətlər etməklə zavoda müvafiq məbləğdə ziyanın vurulmasına səbəbkar Cavabdeh olmasına baxmayaraq bütün bu zərərin əvəzi zavod tərəfindən ödənilmişdir. Həmçinin bildirilməlidir ki, sözügedən cinayət işi üzrə hökmlə əlaqədar S.Q.Kərimov adına X31 Balıqartırma zavodu tərəf olmamışdır, habelə X7 qaytarılmalı olan zəlilərlə bağlı məsuliyyət məhz onları təhvil alan gömrük orqanına məxsus olmuşdur. Məhkəmələrin belə qənaətə gəlməsi düzgün qanunazidd olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 21 aprel 2019-cu il tarixli 2-2(086)-50/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Zavoddan 68 000 (altmış səkkizmin) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı X7 ödənilməsi müəyyən edilmişdir. Bundan əlavə həmçinin dəyən zərər 68 030 manatla yekunlaşmamışdır, əlavə edilən 161 nömrəli, xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, həmçinin zavod tərəfindən İcra sənədinin ümumi dəyərinin 7 (yeddi) faizi miqdarında olan 4 762,1 (dörd min yeddi yüzaltmış ikimanat on qəpik) AZN məbləğində pul vəsaiti, icra ödənişi Neftçala rayon İcra və Probasiya şöbəsinin müvafiq bank hesabına köçürülmüşdür. Zavodun müraciəti üzrə Ali Məhkəmədə hüquqların müdafiəsi məqsədilə onun (zavodun) səlahiyyətli nümayəndəsi – direktoru X14 ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 8 saylı Vəkil Bürosununun vəkili X11 arasında xx.xx.2020-ci il tarixində bağlanmış müqaviləyə əsasən, zavoda hüquqi yardımın göstərilməsi, müvafiq məhkəmə mübahisələrində zavodun hüquqlarının müdafiəsi məqsədilə ayrı-ayrılıqda 670 (altı yüz yetmiş), 660 (altı yüzaltmış) və 10 (on) manat olmaqla ümumilikdə cəmi 1340 (bir min üç yüz qırx) manat məbləğində pul vəsaiti vəkilin xidmət haqqı olaraq ödənilmişdir. Belə ki, Zavoda Cavabdeh hərəkətləri nəticəsində ümumilikdə cəmi 74 132,1 AZN məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(086)-50/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X6 cavabdeh S.Q.Kərimov adına Kür X15 zavoduna qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iş üzrə iddia təmin edilmiş, cavabdeh S.Q.Kərimov adma X30 Bəlıqartırma zavodundan 68.000 (altmış səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(086)-50/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(106)-09/2020 qətnaməsi ilə cavabdeh S.Q.Kərimov adına X5 zavodunun prosessual hüquq varisi “S.Q.Kərimov adına X5 zavodu” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan inzibati-lqtisadi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2-2(086)-50/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 yanvar tarixli, 2-2(106)-09/2020 saylı qətnaməsindən “S.Q.Kərimov adına X5 zavodu” MMC tərəfindən apellyasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-4/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 yanvar tarixli, 2-2(106)-09/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin olunmamışdır. Həmin qərarda qeyd olunmuşdur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə cinayət işi üzrə sübut qismində tanınmış Neftçala rayonu, S.Q.Kərimov adına X5 zavodunda saxlanılan 68.000 ədəd canlı orqanizm-müalicəvi tibbi zəlinin qanuni sahibi X7 qaytarılması qərara alınmış, hökm əsasında icra vərəqəsi verilərək, icra edilməsi üçün Neftçala rayon İcra və Probasiya göndərilsə də, icra qurumu tərəfindən müalicəvi tibbi zəlilərin yerində olmadığı aşkar edilmişdir. Zəlilərin saxlanması üçün münbit şəraiti olmadığı təqdirdə cavabdeh zəlilərin saxlanması üçün qəbulundan imtina edə bilərdi. Lakin cavabdeh imtina etməyərək, zəliləri saxlanması üçün qəbul etmişdir. Zəlilərin saxlanması üçün münbit şəraiti olmadığı və zəlilərin tələf olmağa başladığı təqdirdə dərhal aidiyyəti şəxslərə, cinayət prosessual fəaliyyəti həyata keçirən səlahiyyətli şəxslərə və zəlilərin sahibinə məlumat verməli və zəlilərin məhv olmaması üçün ağlabatan tədbirlər görməli idi. Həmçinin cavabdeh zəlilərin qəbulundan imtina edərək, müqavilənin bağlanmasını da tələb edə bilərdi. Lakin iş materialları ilə bu hallar öz təsdiqini tapmamışdır. Zavodun o vaxtkı direktorunun öz səlahiyyətlərini aşaraq zəliləri qəbul etməsi barədə şikayətin dəlilləri ilə bağlı həmçinin qeyd edilməlidir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir, işçinin təqsiri müəyyən edilərsə, cavabdehin işçisindən vurduğu zərərin ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqres) hüququ vardır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 4.762,10 manat “S.Q.Kərimov adına X5 zavodu” MMC tərəfindən Neftçala Rayon İcra və Probasiya Şöbəsinin bank hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 400 manat Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “S.Q.Kərimov adına X5 Zavodu”nda direktor vəzifəsində işləmiş, işlədiyi dövr ərzində X7 məxsus 68.000 manat dəyərində tibbi zəliləri, onlar üçün saxlama şəraiti olmadan saxlamağa qəbul etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə 68.000 manat dəyərində tibbi zəlilərin X7 qaytarılması qət edilsə də qaytarmaq mümkün olmamış, X12 ilə “S.Q.Kərimov adına X5 Zavodu” MMC arasında bununla bağlı mülki iddia qaydasında məhkəmə mübahisələri olmuş, “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin X7 dəymiş zərəri ödəmək vəzifəsi müəyyənləşdirilmişdir. Qeyd olunan zərər ödənilmişdir. Belə olan halda məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, yuxarıda sadalanan maddi hüquq normalarından da məlum oldu ki, başqa şəxsin vurmuş olduğu zərərin əvəzini ödəmiş şəxsin həmin zərəri ödənilmiş əvəz miqdarında geriyə tələb etmə hüququ var. Bununla bağlı olaraq, “S.Q.Kərimov adına X5 Zavodu” MMC tərəfindən X7 ödənilmiş 68.030 manatın Cavabdeh hərəkətəri səbəbindən baş verməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməlidir. İddiaçı iddia tələbində Şirvan Kommersiya Məhkəməsinin 21 aprel 2019-cu il tarixli 2- 2(086)-50/2019 nömrəli icra vərəqəsi üzrə icra sənədinin ümumi dəyərinin 7% miqdarında olan 4.762 manat məbləğində ödənişi eləcə də Ali məhkəmədə zavodun hüquqularının müdafiəsi ilə əlaqədar vəkilə ödənilmiş ümumilkdı 1.340 manat ödənişi də tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında Qanunun” 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qeyd olunan hüquq normasından da məlum olur ki, icra sənədinin 7%-i miqdarında ödəniş icra sənədinin könüllü icra edilməməsi ilə bağlıdır. İddiaçı icra sənədini qanunda nəzərdə tutulmuş müddətdə icra etmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Digər tərəfdən məhkəmə iddiaçı tərəfindən məhkəmə mübahisəsi ilə bağlı vəkilə ödənilmiş pulun tələb edilməsinə münasibətdə qeyd edir ki, hüquqi yardımla bağlı vəkilə ödənilmiş ödəniş hazırki məhkəmə mübahisəsi ilə bağlı olmamışdır. Belə ola halda isə iddia tələbinin qeyd olunan hissədə təmin ediməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 312,4 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 68.030 (altımış səkkiz min otuz manat), 400 manat mediasiya xərci, 312,4 manat dövlət rüsumu tutularaq, “S.Q.Kərimov adına X5 Zavodu” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar