Məhkəmə qərarları › İş №e-2-2(113)-3339/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3339/2020

03.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3339/2020 03.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “Panoram Developments LTD”, Cavabdeh3 və Cavabdeh1 (üçüncü şəxs Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) qarşı “şirkətin direktoru vəzifəsindən çıxarılması ilə əlaqədar müvafiq qərarın verilməsi və təsisçilərin X1 Dövlət Qeydiyyatı İdarəsinə müvafiq dəyişikliyin aparılması üçün müraciətin edilməsi öhdəliyinin üzərlərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Fireland Vineyards MMC-nin təsisçiləri – Panoram Developments LTD, Cavabdeh3 və Cavabdeh1 arasında heç bir hüquq münasibətinin və heç bir müqavilənin olmaması səbəbindən, təsisçilərin – Panoram Developments LTD, Cavabdeh3 və Cavabdeh1 üzərinə, onu şirkətin direktoru vəzifəsindən çıxarılması ilə əlaqədar müvafiq qərarın verilməsi və təsisçilərin X1 Dövlət Qeydiyyatı İdarəsinə müvafiq dəyişikliyin aparılması üçün müraciətin edilməsi öhdəliyinin üzərlərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirilərkən, iddia ərizəsinin işdə iştirak edən digər şəxslər (cavabdehlər, üçüncü şəxs) tərəfindən almasını təsdiq edən sənəd aşkar edilməmişdir. Belə ki, iddiaçı iki cavabdehə münasibətdə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslər tərəfindən alınması haqqında sənədi deyil, sənədlərin göndərilməsini təsdiq edən sənəd əlavə etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxsə isə ümumiyyətlə iddia ərizəsi göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 11.2-ci maddəsinin tələblərinə görə işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin İddiaçı diqqətinə çatdırılır ki, cavabdehlər “Panoram Developments LTD” və Cavabdeh3 Böyük Britaniyada qeydiyyata alınan xarici hüquqi şəxslər olduğundan iddia ərizəsi ingilis dilinə tərcümə edilərək onlara göndərilməli və cavabdehlər tərəfindən həmin sənədi almasını təsdiq edən sübüt, eyni zamand iddia ərizəsinin tərcümə edilmiş sürəti iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin eyni qaydada iddia ərizəsinin çatdırılması müstəqil tələb irəli sürməyən üçüncü şəxs Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Trade LLP və Cavabdeh1 (üçüncü şəxs Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) qarşı “şirkətin direktoru vəzifəsindən çıxarılması ilə əlaqədar müvafiq qərarın verilməsi və təsisçilərin X1 Dövlət Qeydiyyatı İdarəsinə müvafiq dəyişikliyin aparılması üçün müraciətin edilməsi öhdəliyinin üzərlərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin işdə iştirak edən digər şəxslər (cavabdehlərdən ikisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs) tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sənəd (poçt qəbzi ya digər mötəbər sübut) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət oluna bilər. Həmçinin İddiaçı diqqətinə çatdırılsın ki, iddia ərizəsinin surəti cavabdehlər “Panoram Developments LTD” və Cavabdeh3 ingilis dilində tərtib edilərək çatdırılması təmin edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar