Məhkəmə qərarları › İş №e-2-2(113)-3339/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3339/2025

23.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3339/2025 23.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Əlamdar oğlunun, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh SeyidzadəTəhminə Əkrəm qızına qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Əlamdar oğlu iddia ərizəsinin qarşı tərəfin ünvanına poçt vasitəsi ilə göndərilmiş olduğunu, lakin zərfin geri qayıtdığını bildirdi. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin elektron formada cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi və iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etdiyini, iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən heç bir sübut təqdim etmədiyini bildirdi. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasının tələb etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı cavabdeh SeyidzadəTəhminə Əkrəm qızına qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 100.0 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar