Məhkəmə qərarları › İş №e-2-2(113)-334/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-334/2023

15.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-334/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi İddiaçı iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə iddiaçı Səı̇ dov Elmar Çı̇ ngı̇ z oğlunun cavabdeh Mehdı̇ yeva Qalı̇ na Yuryevna, Cavabdeh2 MMC, Cavabdeh3nə (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səı̇ dov Elmar Çı̇ ngı̇ z oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qanuni təmsilçiliyə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) barədə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin vergi orqanınına təqdim edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və xx.xx.2006-cı il tarixdə ******* nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış Cavabdeh3nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2007-ci il tarixdə Azərbaycana Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnamə kapitalındakı paylar 15%- Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1, 38%- xx.xx.2006-cı il tarixdə OC320890 nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış “Bossdale Trade LLP” şirkətinə və 47% -xx.xx.2006-cı il tarixdə ******* nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış Cavabdeh3nə məxsusdur. Cavabdeh2 MMC-nin təsisçiləri ilə bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin xx.xx.2018 tarixinədək qanuni təmsilçisi olmuşdur. xx.xx.2018 tarixində təsisçilərə müraciət edərək, səhhətilə əlaqəli olaraq vəzifədən azad edilməsini xahiş etmiş və təsisçilərin qəbul etdikləri qərar əsasında Cavabdeh2 MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Vəzifədən azad edilərkən cavabdeh MMC-yə məxsus möhürü və hüquqi sənədləri yeni direktora təhvil verməklə, cavabdeh MMC ilə bütün hüquq münasibətləri bitmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018 tarixində verilən çıxarışa əsasən, Cavabdeh2 MMC-nin yeni qanuni təmsilçisi qismində X1 qeyd olunmuşdu. Lakin, keçən il məlum olmuşdur ki, Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018 tarixli qətnaməsinə əsasən, Cavabdeh2 MMC-nin ümumi yığıncağının bir sıra qərarları etibarsız hesab edildiyindən, o, cəmiyyətin direktoru vəzifəsinə bərpa edilmişdir. Hər-bir halda Cavabdeh2 MMC arasında olan əmək müqaviləsinə də xitam verilmişdir. Həmin vaxtdan bugünə qədər cavabdeh şirkəti təmsil etməmiş, heç bir sənəd imzalamamış və cavabdeh MMC ilə heç bir hüquq münasibəti bağlamır. Birləşmiş Krallığın şirkətlərin qeydiyyatını aparan orqanın rəsmi internet səhifəsində (https://find-and-updatecompanyinformation.service.gov.uk/company/OC320890) yerləşdirilmiş məlumata əsasən xx.xx.2006-cı il tarixdə OC320890 nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış “Bossdale Trade LLP” şirkəti xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərindən birinin sıradan çıxması, Cəmiyyətin təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi məsələsinin həll edilməsi, o cümlədən, cəmiyyətin qanuni təmsilçisi olaraq direktoru vəzifəsindən azad edilməyilə bağlı ərizənin müzakirəsi üçün cəmiyyətin növbədən kənar ümumi yığıncağının çağırılması zəruri olduğundan, xx.xx.2022-ci il tarixdə saat 15:00-a Cavabdeh2n təsisçilərinin növbədənkənar ümumi yığıncağının çağırılması barədə bildiriş fəaliyyətdə olan hər iki təsisçiyə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Qeyd olunan tarixdə cavabdeh olan təsisçilər ümumi yığıncağa gəlmədiklərindən, gündəlikdəki məsələlər dəyişdirilmədən xx.xx.2022-ci il tarixdə saat 15:00-a təkrar nöövbədənkənar ümumi yığıncağın çağırılması barədə bildiriş fəaliyyətdə olan hər iki təsisçiyə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Yuxarıda qeyd olunan tarixdə cavabdeh təsisçilər təkrar növbədənkənar ümumi yığıncağa gəlmədiklərindən, gündəlikdəki məsələlər dəyişdirilmədən xx.xx.2022-ci il tarixdə saat 15:00-a təkrar növbədənkənar ümumi yığıncağın çağırılması barədə bildiriş fəaliyyətdə olan hər iki təsisçiyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə olmaqla göndərilmişdir. Lakin, yenə də qeyd olunan tarixdə cavabdeh təsisçilər növbədənkənar ümumi yığıncaqda iştirak etmədiklərindən iclas baş tutmamış və qaldırılan məsələlər müzakirəsiz qalmışdır. Nəticədə isə əmək hüquqları kobud şəkildə pozulmaqla, hər hansı əmək müqaviləsi bağlanmadan, əmək haqqı ödənilmədən formal şəkildə cəmiyyətin direktoru vəzifəsində qalmaqla məcburi əməyə cəlb olunur. Əmək müqaviləsi bağlanılmadığı, eləcə də əmək münasibətlərinə cəlb edilmədiyi halda, adının formal olaraq hüquqi şəxslərin dövlət reyestrində qalması və fəaliyyətdə olan təsisçilərin qanunvericiliyin tələblərinə uyğun olaraq bu barədə hər hansı tədbir görməməsi hüquqlarının pozulmasına səbəb olur. Cəmiyyətlə hər hansı bir əlaqə olmadığı halda, təsisçilərdən birinin ləğv olunmqla sıradan çıxdığı üçün təşkilatın digər iki təsisçisinin və ya onların səlahiyyətli nümayəndələrinin ali idarəetmə orqanı olan ümumi yığıncağın iclaslarına gəlməmələri faktiki olaraq həmin Cəmiyyətdə əmək münasibətlərinə məcbur edilməsinə səbəb olur. Cavabdeh2 MMC-də faktiki işləmədi halda formal olaraq adı hüquqi şəxslərin dövlət reyestrində saxlanılmışdır. Bu isə hüquqların pozulmasına səbəb olur. Belə ki, formal da olsa məhz hüquqi şəxslərin dövlət reyestrində şirkətin qanuni təmsilçisi olmağına dair qeydiyyatın olmasına görə şirkətin fəaliyyəti ilə əlaqədar yaranan vergi və digər borclarınının ödənilməməsi səbəbindən ölkədən kənara getmək hüququm məhdudlaşdırılmışdır. Ona görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinə ərizə ilə müraciət edərək şirkətin ümumi yığıncağının çağrılaraq təsis sənədlərində dəyişiklik edilməsi və direktor vəzifəsindən azad edilməsi və adının hüquq şəxslərin dövlət reyestrində "xxxx" MMC-nin qanuni təmsilçiliyindən çıxarılması barədə müvafiq qərarın qəbul edilməsini xahiş etsə də müraciəti cavabsız qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqəşdirilməsinə dair ərizə verərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) məsələsinə baxılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ümumi Yığıncağının keçirilməsi, qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) barədə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin vergi orqanınına təqdim edilməsi öhdəliyinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və xx.xx.2006-cı il tarixdə ******* nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış Cavabdeh3nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə izahatında qeyd etmişdir ki, 236.000 manat vergi borcu direktor olduğu müddətdə yarandığından ölkədən getməsi məhdudlaşdırılmış, məcbur olub vergi borcunu ödəmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərə ümumi yığıncağın keçirilməsi barədə 3 dəfə müraciət edilməsinə baxmayaraq, heç bir reaksiya verilməmişdir. 2018-ci ilə kimi zavod normal fəaliyyət göstərmişdir. Bu gün cavabdehlər qəsdən iddiaçının direktor kimi vəzifədə qalmasında maraqlıdırlar. 6-7 ay əvvəl vergi orqanından çağırılmış, 236.000 manat vergi borcunu ödəmişdir. İddiaçının sərbəst hərəkət etmə hüququ məhdudlaşdırılmışdır. 2018-ci ildə ümumi yığıncaq keçirilmiş, "xxxx" MMC təsis edilmiş, Cavabdeh2 MMC-nin gəlirlərindən faydalanır. Tərəflər arasında əmək münasibətləri yoxdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh2 MMC-nin direktoru İddiaçı xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağın təkrar çağırılması barədə bildirişlə Cavabdeh1 Yuriyevna, Cavabdeh3nə müraciət edərək, xx.xx.2022 tarixində Cavabdeh2 MMC-nin növbədənkənar ümumi yığıncağının keçiriləcəyini, ümumi yığıncağın gündəliyinə “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi ilə əlaqədar yeni nizamnamənin qəbul edilməsi məsələsi, İddiaçı Cavabdeh2n direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinin müzakirəsinin daxil edildiyini qeyd etmişdir. Cavabdeh2 MMC-nin direktoru İddiaçı xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağın təkrar çağırılması barədə bildirişlə Cavabdeh1 Yuriyevna, Cavabdeh3nə müraciət edərək, xx.xx.2022 tarixində Cavabdeh2 MMC-nin təkrar növbədənkənar ümumi yığıncağının keçiriləcəyini, ümumi yığıncağın gündəliyinə, “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi ilə əlaqədar yeni nizamnamənin qəbul edilməsi məsələsi, İddiaçı Cavabdeh2 MMC-nin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinin müzakirəsinin daxil edildiyini qeyd etmişdir. Cavabdeh2 MMC-nin direktoru İddiaçı xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağın təkrar çağırılması barədə bildirişlə Cavabdeh1 Yuriyevna, Cavabdeh3nə müraciət edərək, xx.xx.2022 tarixində Cavabdeh2 MMC-nin təkrar növbədənkənar ümumi yığıncağının keçiriləcəyini, ümumi yığıncağın gündəliyinə, “Bossdale Trade LLP” şirkətinin ləğv edilməsi nəticəsində Cavabdeh2n təsisçilərinin və nizamnamə kapitalının dəyişdirilməsi ilə əlaqədar yeni nizamnamənin qəbul edilməsi məsələsi, İddiaçı Cavabdeh2n direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinin müzakirəsisinin daxil edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxsin Dövlət Qeydiyyatı haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 MMC 26 yanvar 2007-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2018-ci il tarixli çıxarışından məlum olur ki, Cavabdeh2 MMCnin təsisçisi 99.9999% payla "xxxx" MMC və Bossdale Trade LLP (X2 və Uels) 0.0001% pay. xx.xx.2018-ci il tarixə olan çıxarışda İddiaçı əvvəlki, X1 hazırki qanuni təmsilçi qeyd edilmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsindən xx.xx.2018-ci il tarixə verilmiş çıxarışda Cavabdeh2 MMC-nin əvvəlki təsisçiləri "xxxx" MMC 99.9999% və Bossdale Trade LLP 0.0001%, hazırki təsisçilər Cavabdeh1 Yuriyevna 15%, “Panoram Developments Limited” (X2 və Şimali İrlandiya) – 47% və Bossdale Trade LLP (X2 və Şimali İrlandiya) -38%. Qanuni təmsilçi İddiaçı qeyd olunmuşdur. “Bossdale Trade LLP” şirkəti barədə məlumatdan məlum olur ki, şirkət xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. 26 yanvar 2007-ci il tarixində təsdiq edilmiş Cavabdeh2 MMC-nin nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin təsisçiləri Mehdı̇ yeva Qalı̇ na Yuryevna, Cavabdeh2 MMC, “Panoram Developments Limited” LLC qeyd edilmişdir. 9.1.1-ci bəndə əsasən cəmiyyətin ali idarəetmə orqanı iştirakçılann ümumi yığıncağıdır, iştirakçı bir şəxs olduqda cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri həmin iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar onun tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 9.1.2.1-ci bəndə əsasən cəmiyyətin nizamnaməsini ve onun nizamnamə kapitalının miqdannı dəyişdirmək; 9.1.2.2-ci bəndə əsasən cəmiyyətin icra orqanlannı yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və vəzifədən azad etmək cəmiyyətin iştlrakçılannın ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. 9.1.6-cı bəndə əsasən cəmiyyətin İştirakçılannın növbədənkənar ümumi yığıncağı icra orqanının öz təşəbbüsü, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağrılır. Ləğvetme prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı leğvetmə komissiyası tərəfindən çağırılır. 9.2.3-cü bəndə əsasən cəmiyyət və direktor arasında müqavilə həmin şəxsin seçildiyi (teyin edildiyi) ümumi yığıncaqda sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilə müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. 14.1-ci bəndə əsasən cəmiyyətdə işəgötürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün emək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə iddiaçı Cavabdeh2ndə qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) məsələsinə baxılması üçün Cavabdeh2 Ümumi Yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və xx.xx.2006-cı il tarixdə ******* nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış Cavabdeh3nə həvalə edilməsidir. İkinci hissədə qanuni təmsilçiliyinə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) barədə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin vergi orqanınına təqdim edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və xx.xx.2006-cı il tarixdə ******* nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış Cavabdeh3nə həvalə edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi Cavabdeh2ndə qanuni təmsilçiliyə xitam verilməsi (direktor vəzifəsindən azad edilməsi) məsələsinə baxılması üçün Cavabdeh2 ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarından məlum oldu ki, iddiaçı daha əvvəl Cavabdeh2 MMC-nin ümumi yığıncağının keçirilməsi barədə təsisçilərə müraciət etmiş, bununla belə ümumi yığıncaq keçirilməmişdir. Eyni zamanda hazırda cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru) kimi İddiaçı çıxış edir. Belə olan halda məhkəmə iddiaçının daha əvvəl direktor vəzifəsindən azad edilməsi barədə müraciətini nəzərə alaraq hesab edir ki, qanuni təmsilçi kimi vəzifədə qalması iddiaçının əmək hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda Cavabdeh2ndə ümumi yığıncağın keçirilməsi təsisçilər olan Cavabdeh1 Yuriyevna, Cavabdeh3 üzərinə qoyulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən direktor vəzifəsindən azad olunması üçün ümumi yığıncağın çağırılması tələbi qanuna uyğundur, cavabdehlər ümumi yığıncağın keçirilməsindən hazırki iddia qaldırana qədər yayınmış və ümumi yığıncağın çağırılması işdən göründüyü kimi bugünədək təmin edilməmişdir. Göründüyü kimi iddia məhz cavabdehlərin ümumi yığıncağın çağırılmasından və iştirakından yayınması iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmə müdafiə hüququndan istifadə etmişdir. Digər tərəfdən iddiaçı iddia tələbində eyni zamanda (direktor vəzifəsindən azad edilmə barədə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin vergi orqanınına təqdim edilməsi öhdəliyinin də cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və xx.xx.2006-cı il tarixdə ******* nömrəsi ilə İngiltərə və Uels qanunvericiliyi əsasında yaradılmış Cavabdeh3nə həvalə edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan eyni zamanda, iş materiallarından məlum olur ki, iddiaçının direktor vəzifəsindən azad edilməsində maneə ümumi yığıncağın çağırılmamasıdır. Bundan əlavə iş materiallarında olan Cavabdeh2 nizamnaməsindən eləcə də mülki qanunvericiliyin tələblərindən məlumdur ki, direktor vəzifəsindən azad edilmə cəmiyyətin ümumi yığıncağından asılıdır. Bu baxımdan məhkəmə iddiaçının direktor kimi vəzifədə qalıb-qalmaması barədə məsələ həll edilmədən bu barədə dəyişikliyin müvafiq dövlət orqanında aparılması vəzifəsini cavabdehlərin üzərinə qoya bilməz. Belə ki, iddiaçının iddia tələbi yalnız o halda əsaslı hesab olunardı ki, o ümumi yığıncaq qərarı əsasında direktor vəzifəsindən azad edilərdi, lakin bu barədə müvafiq dövlət orqanında hərhansı qeydiyyat aparılmazdı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh2ndə qanuni təmsilçiliyə xitam verilməsi (direktor vəzifəsindən azad edilmə) məsələsinə baxılması üçün Cavabdeh2 ümumi yığıncağının keçirilməsi öhdəliyi Cavabdeh2 MMC-nin təsisçilərinin (Cavabdeh1 və Cavabdeh3) üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar