Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3340/2022 09.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN №**********) ümumilikdə - 8929,50 manat (29.12.2019cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqı – 3965,47 manat, 29.12.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqından 18% ƏDV –713,78 manat və 29.12.2019-cu il tarixli ödəniş tapşırığına əsasən sadələşdirilmiş vergi – 4250,25, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqı və ödənilmiş 125 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (VÖEN №**********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Kiçik iddia üzrə sadələşdirilmiş qaydada ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı ASC-nin “AZEMİS” məhkəmə elektron sisteminə əlavə etdiyi sənədlərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-658/2021 nömrəli 29.04.2021-ci il tarixli qətnaməyə əsasən "xxxx" MMC-nin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli 03/02 saylı protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89,6 m2 yaşayış, 89,3 m2 köməkçi sahədən ibarət 2b saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş 20.02.2020-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir, lakin həmin qətnamənin qanuni qüvvəyə minməsi barədə sənəd və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışın ləğv edilməsi barədə arayış “AZEMİS” məhkəmə elektron sisteminə iddiaçı tərəfindən yüklənilməmişdir. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizənin qəbul edilməsindən imtina edilməsinə baxmayaraq iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Bundan əlavə məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddiaçı verdiyi ərizədə cavabdehdən 125 manat məbləğində dövlət rüsumu tələb etsə də, 125 manatdan yalnız 15 manatı dövlət rüsumudur, qalan 110 manat isə dövlət rüsumu deyil, ilkin mediasiya sessiyası zamanı ödənilən mediasiya xərcidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 nömrəli 29.04.2021-ci il tarixli qətnamənin qanuni qüvvəyə minməsi barədə sənəd və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışın ləğv edilməsi barədə arayış “AZEMİS” məhkəmə elektron sisteminə yüklənilmədiyindən İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 15 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 03.06.2022-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı ASC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3340/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3340/2022
09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver