Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3346/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Məhud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 İldırım oğlu və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh3 Məhud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh3 MMC), Cavabdeh1 İldırım oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 6166,44 manat krеdit bоrcu, 1292,54 manat faiz bоrcu və 446,47 manat cərimə borcu olmaqla, cəmi 7905,45 manat (yeddi min doqquz yüz beş manat qırx beş qəpik), 056R********** saylı krеdit razılaşması üzrə 11392,68 manat krеdit bоrcu, 1601,16 manat faiz bоrcu və 826,09 manat cərimə borcu olmaqla, cəmi 13819,93 manat, hər iki müqavilə üzrə ümumilikdə 21725,38 manat (iyirmi bir min yeddi yüz iyirmi beş manat otuz səkkiz qəpik) məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 155,18 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC-yə "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 056L**********17 saylı uzunmüddətli və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 MMC "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 056R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 MMC uzun müddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 MMC götürdüyü krеdit bоrcundan 3833,56 manat ödəmiş, onun 6166,44 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Cavabdeh3 MMC kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 362 gün üçün hesablanmış faiz borcu 1292,54 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,2%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 362 gün üçün hеsablanmış cərimə 446,47 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 MMC-nin "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 056R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 MMC uzun müddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 MMC götürdüyü krеdit bоrcundan 3607,32 manat ödəmiş, onun 11392,68 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Cavabdeh3 MMC kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 362 gün üçün hesablanmış faiz borcu 1601,16 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,2%i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 362 gün üçün hеsablanmış cərimə 826,09 manat təşkil edir. Uzunmüddətli krеdit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1 bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 MMC ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit və təminat müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Kredit verən qismində İddiaçı QSC, kredit alan qismində Cavabdeh3 MMC və zamin qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********17 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana ******* manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (2.4). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 31 avqust 2032-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur (2.2). Həmin müqavilənin 2.7-ci maddəsinə əsasən kredit alan hər bir kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.11-ci maddəsinə əsasən kredit alanın müqavilə üzrə öhdəlikləri bankın məqbul hesab etdiyi həcmdə girovlarla təmin edilməlidir. Həmin müqavilənin 2.13-cü maddəsinə əsasən zamin müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə əsasında kredit verilməsi və qaytarılması hər bir kredit sazişinə uyğun olaraq həyata keçirilir. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.9cu maddəsinə əsasən bank, kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir.
7. İddiaçı QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056R********** nömrəli Kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşmadan görünür ki, Cavabdeh3 MMC-yə 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 25% olan 10000 manat kredit verilməsi razılaşdırılmışdır.
8. AccessBank” QSC tərəfindən tərtib edilmiş kreditin verilməsi barədə aktdan məlum olur ki, 10000 manat məbləğindəki kredit Cavabdeh3 MMC-nin **********159270 nömrəli hesabına göndərilmişdir. Akt tərəflərin imzası və mühürü ilə təsdiq edilmişdir.
9. İddiaçı QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056R********** nömrəli Kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşmadan görünür ki, Cavabdeh3 MMC-yə 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 23% olan 15000 manat kredit verilməsi razılaşdırılmışdır.
10. AccessBank” QSC tərəfindən tərtib edilmiş kreditin verilməsi barədə aktdan məlum olur ki, 15000 manat məbləğindəki kredit Cavabdeh3 MMC-nin **********159270 nömrəli hesabına göndərilmişdir. Akt tərəflərin imzası və mühürü ilə təsdiq edilmişdir.
11. İş materiallarına İddiaçı QSC ilə Cavabdeh3 MMC arasında razılaşdırılmış ödəniş planları əlavə edilmişdir. Ödəniş Planları tərəflərin imzası ilə təsdiq edilmişdir.
12. İddiaçı QSC ilə Cavabdeh1 İldırım oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********17 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İldırım oğlu bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
13. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 118 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin 056R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə olan borcu 11392,68 manat əsas borc, 1601,16 manat faiz borcu, 826,09 manat cərimə borcu olmaqla, ümumilikdə 13819,93 manat təşkil edir.
14. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 122 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin 056R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə olan borcu 6166,44 manat əsas borc, 1292,54 manat faiz borcu, 446,47 manat cərimə borcu olmaqla, ümumilikdə 7905,45 manat təşkil edir.
15. İddiaçı QSC-nin Cavabdeh3 MMC, Cavabdeh1 İldırım oğlu və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda sadəcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərclərinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5319 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit sazişi üzrə banka ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə 931,02 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 6943,63 manat əsas borc təşkil edir. Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 056R********** nömrəli kredit sazişi üzrə Cavabdeh3 MMC-nin banka olan borcu xx.xx.2024-cü il tarixə 11453,28 manat əsas borc, 2722,06 manat faiz borcu təşkil edir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr üzrə öhdəliklərini icra etsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra olunmamış, kredit borcu və kredit faizləri müvafiq kredit sazişlərində müəyyən olunmuş qaydada, ödəniş planına uyğun olaraq banka tam qaytarılmamışdır.
20. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh3 MMC, Cavabdeh1 İldırım oğlu və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 6166,44 manat məbləğində krеdit bоrcu, 1292,54 manat məbləğində faiz bоrcu, 056R********** saylı krеdit razılaşması üzrə 11392,68 manat məbləğində krеdit bоrcu, 1601,16 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.
21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5319 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia hər iki müqavilə üzrə əsas borcun tutulması, 056R********** saylı krеdit razılaşması üzrə faiz borcunun tutulması hissələrində tam və 056R********** saylı krеdit razılaşması üzrə faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 MMC Cavabdeh1 İldırım oğlu və Cavabdeh2 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 6166,44 manat (altı min yüz altmış altı manat qırx dörd qəpik) krеdit bоrcu, 931,02 manat (doqquz yüz otuz bir manat iki qəpik) faiz bоrcu, 056R********** saylı krеdit razılaşması üzrə 11392,68 manat (on bir min üç yüz doxsan iki manat altmış səkkiz qəpik) krеdit bоrcu, 1601,16 manat (min altı yüz bir manat on altı qəpik) faiz bоrcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
22. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh3 MMC, Cavabdeh1 İldırım oğlu və Cavabdeh2 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 446,47 manat məbləğində cərimə borcu, 056R********** saylı krеdit razılaşması üzrə 826,09 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada tutulacaq cərimə məbləği azaldılaraq cavabdehlərdən birgə qaydada 056R********** saylı krеdit razılaşması üzrə 300 (üç yüz) manat məbləğində, 056R********** saylı krеdit razılaşması üzrə 550 (beş yüz əlli) məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 155,18 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 149,58 manat (yüz qırx doqquz manat əlli səkkiz qəpik) manat iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
27. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat hissəsi X1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada, 1,80 manat (bir manat iyirmi qəpik) hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 6166,44 manat (altı min yüz altmış altı manat qırx dörd qəpik) krеdit bоrcu, 931,02 manat (doqquz yüz otuz bir manat iki qəpik) faiz bоrcu və 300 (üç yüz) manat məbləğində cərimə olmaqla, cəmi 7397,46 manat (yeddi min üç yüz doxsan yeddi manat qırx altı qəpik), 056R********** saylı krеdit razılaşması üzrə 11392,68 manat (on bir min üç yüz doxsan iki manat altmış səkkiz qəpik) krеdit bоrcu, 1601,16 manat (min altı yüz bir manat on altı qəpik) faiz bоrcu və 550 (beş yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 13543,84 manat (on üç min beş yüz qırx üç manat səksən dörd qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi 149,58 manat (yüz qırx doqquz manat əlli səkkiz qəpik) olmaqla, ümumilikdə 21090,88 manat (iyirmi bir min doxsan manat doxsan səksən səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat hissəsi X1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada, 1,80 manat (bir manat iyirmi qəpik) hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova