Məhkəmə qərarları › İş №e-2-2(113)-3347/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3347/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3347/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2nə qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, banka olan 22,885.71 manat əsas, 259.37 manat faiz, 63,110.47 manat cərimə borcu olmaqla, cəmi 86,255.55 manat məbləğində, xx.xx.2022-ci ci il tarixli BK №4428/F-22 saylı kredit müqaviləsi üzrə 28,526.92 manat əsas, 1,989.95 manat faiz, 11,197.04 manat cərimə borcu olmaqla, cəmi 41,713.91 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 102 manat məbləğində rüsumun, 417.97 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Soymaks MMC, ipoteka qoyan – Cavabdeh3 Elşad oğlu, Cavabdeh1, zamin – Cavabdeh4) tutularaq TuranBank ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən), Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küç, ev 27A, mənzil 366 (Yeni qaydalarlaünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.90 kv.m xüsusi mülkiyyətdə olan mənzil və Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 118.7 kv.m, yardımçı sahəsi 48.4 kv.m yaşayış sahəsi 70.3 kv.m, otaqlarının sayı 3 olan mənzillərin yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi və həmin əmlakların hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Soymaks MMC, ipoteka qoyan – Cavabdeh3 Elşad oğlu, Cavabdeh1, zamin – Cavabdeh4) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə EMİS vasitəsi ilə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı TuranBank ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 oğuna qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair e-2-2(113)-3347/2024 saylı mülki iş sizin icraatınızdadır. İş üzrə tərəflər arasında razılıq əldə edildiyindən məhkəmə işinin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehlərə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2nə qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 417,97 manat məbləğində dövlət rüsumunu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar