Məhkəmə qərarları › İş №e-2-2(113)-3349/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3349/2022

16.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3349/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2020-ci il mart ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il aprel ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il may ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyun ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyul ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il avqust ayı üçün 2405 (ikimin dörd yüz beş) manat, 2020-ci il sentyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il oktyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il noyabr ayı üçün 1572,50 manat (min beş yüz yetmiş iki manat əlli qəpik) olmaqla, cəmi 20812,50 (iyirmi min səkkiz yüz on iki manat əlli qəpik) manat əsas borcun, əlavə olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 1041 (min qırx bir) manat olmaqla, ümumilikdə 21853 (iyirmi bir min səkkiz yüz əlli üç) manat məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə ASFX18/389 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında "xxxx" ASC-də fəaliyyət göstərən fərdi sahibkar İddiaçı bəzi aylarda göstərdiyi xidmətlərin əvəzi ödənilməmişdir. "xxxx" ASC-nin baş direktoru tərəfindən tərtib olunan 2.11.2020-ci il tarixli aktda da 2020-ci ilin martoktyabr tarixləri aralığında İddiaçı xidməti haqqının ödənilmədiyi göstərilmişdir. Əlavə olaraq, 02 noyabr 2020-ci il tarixli aktda qeyd olunmasa belə, xidməti haqq noyabr ayında da ödənilməmiş və "xxxx" ASC-nin iddiaçıya xidmət haqqı borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya cəmi 20812,50 (iyirmi min səkkiz yüz on iki manat əlli qəpik) manat əsas borc, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilməsinə görə illik 5 faizi miqdarında, yəni 1041 (min qırx bir) manat olmaqla, ümumilikdə 21853 (iyirmi bir min səkkiz yüz əlli üç) manat məbləğində pul ödənilməlidir. Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən aidiyyəti üzrə borcun mövcud olub olmamasına dair Maliyyə departmanentinə sorğu verilmişdir. Hazırda sorğu cavablandırılmadığı üçün sorğunun nəticəsi əlavə olaraq sonradan iş materiallarına əlavə ediləcəkdir. Təqdim edilmiş iddia ərizəsinə iddiaçı təqdim etdiyi müqavilələr üzrə borcu təsdiq edən hər-hansı e-qaimə əlavə etməmişdir. Müqavilələrin əsilləri və təhvil-təslim aktları məhkəməyə təqdim edilməlidir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 01 aprel 2017-ci il tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 1 yanvar 2018-ci il tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. Göründüyü kimi iddiaçı nə hesab faktura, nə də tələb etdiyi məbləğə uyğun təhvil-təslim aktı təqdim etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses işitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə iş materiallarından görünür ki: - "xxxx" qismində "xxxx" ASC ilə “İcraçı” qismində “İddiaçı” arasında 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsi bağlanmışdır. - "xxxx" ASC ilə fərdi sahibkar İddiaçı arasında üzləşməyə dair 02 noyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bir tərəfdən "xxxx" ASC-nin nümayəndələri, digər tərəfdən fərdi sahibkar İddiaçı bu aktı imzaladılar ondan ötəri ki, həqiqətən də "xxxx" ASC ilə İddiaçı arasında 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli xidmət müqaviləsi qüvvədə olmuşdur və xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri üzrə xx.xx.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətlər qarşılığında "xxxx" ASC fərdi sahibkar İddiaçı aşağıda göstərilən məbləği ödəməmişdir və fərdi sahibkar İddiaçı aşağıda qeyd olunan məbləği borcludur: 2020-ci il mart ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il aprel ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il may ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyun ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyul ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il avqust ayı üçün 2405 (ikimin dörd yüz beş) manat, 2020-ci il sentyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il oktyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat olmaqla, cəmi ödənilməli məbləğ 19240 (on doqquz min iki yüz qırx) manat təşkil edir. Akt hər iki tərəfin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 yanvar 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 29 fevral 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 mart 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 aprel 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 may 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 iyun 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 iyul 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 avqust 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 oktyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 sentyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2405 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 noyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli, ASFX18/389 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 1572,50 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin tikinti Baş İcraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli, 382/2022 pretenziya məktubundan görünür ki, "xxxx" ASC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 01 may 2019-cu il tarixli xidmət müqavisindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, belə olan halda isə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilənin əsli deyil, surəti məhkəməyə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıya müqavilənin əslinin məhkəməyə təqdim olunmasını təklif etsə də, müqavilənin əsli təqdim olunmamışdır. İddiaçının nümayəndəsi bunu müqavilənin əslinin onlarda olmaması ilə izah etmişdir. Lakin həmin müqavilənin mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, yuxarıda qeyd olunan görülmüş işlərin təhvil-təslimi barədə aktlarda, eləcə də üzləşmə aktında da qeyd olunan müqaviləyə istinad olunmuşdur. İddia tələbinin bir hissəsini cavabdehdən 2020-ci il mart ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il aprel ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il may ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyun ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyul ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il avqust ayı üçün 2405 (ikimin dörd yüz beş) manat, 2020-ci il sentyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il oktyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il noyabr ayı üçün 1572,50 (min beş yüz yetmiş iki manat əlli qəpik) manat olmaqla, cəmi 20812,50 (iyirmi min səkkiz yüz on iki manat əlli qəpik) manat əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdeh "xxxx" ASCdən 2020-ci il mart ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il aprel ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il may ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyun ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il iyul ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il avqust ayı üçün 2405 (ikimin dörd yüz beş) manat, 2020-ci il sentyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il oktyabr ayı üçün 2405 (iki min dörd yüz beş) manat, 2020-ci il noyabr ayı üçün 1572,50 (min beş yüz yetmiş iki manat əlli qəpik) manat olmaqla, cəmi 20812,50 (iyirmi min səkkiz yüz on iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Eləcə də qeyd olunmalıdır ki, cavabdehin etirazda göstərdiyi elektron qaimələrin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmaması hazırkı iddianın rədd olunması üçün əsas ola bilməz. İddia tələbinin digər hissəsini cavabdehdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 1041 (min qırx bir) manat fazi borcunun tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və həmin hissədə də iddia təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən cəmi 21853 (iyirmi bir min səkkiz yüz əlli üç) manat (2020-ci il mart-noyabr ayları üzrə ödənilməmiş əsas borc və əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında pul məbləği daxil olmaqla) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən cəmi 21853 (iyirmi bir min səkkiz yüz əlli üç) manat (2020-ci il mart-noyabr ayları üzrə ödənilməmiş əsas borc və əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında pul məbləği daxil olmaqla) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar