Məhkəmə qərarları › İş №e-2-2(113)-3350/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3350/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3350/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 MMC, X3, Cavabdeh7, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC, X3, Cavabdeh7, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 005-MBK-0001-19 saylı Kredit müqaviləsinin ləğv edilməsi; cavadehlər Cavabdeh2 MMC, X3, Cavabdeh7, X4 və Cavabdeh3 müştərək qaydada əsas borc 33654.35 manat, faiz borcu 5570,93 manat, cərimə borcu 912,69 manat, ƏMDX yanında DƏDRX-də ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildirişin qeydiyyatı ilə bağlı 30 manat ödənişin, iddiа ərizəsinə görə ödənilmiş 30,40 mаnаt dövlət rüsumunun, ümumilikdə 40198,37 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması; tutmanın ilkin satış qiyməti 73500 manat məbləğində müəyyən edilməklə, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 99/1 saylı evin 8 saylı mənzilinə yönəldilməsi; mənzilə tutma yönəldildikdə və o satıldıqda, Cavabdeh4, ipoteka qoyan Cavabdeh1 və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi; borcun tutma əmlakının açıq hərracdan satılması hesаbınа ödənilməsi bаrədə qətnamə qəbul еdilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi İ.Abdullayev 30.08.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək hazırkı iş üzrə cavabdehlə məhkəmədən kənar qarşılıqlı razılığa gəlindiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə, iddia ərizəsinin qaytarılması barədə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 MMC, X3, Cavabdeh7, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar