Məhkəmə qərarları › İş №e-2-2(113)-3352/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3352/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3352/2025 04.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, dövlət rüsumu) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh3 qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Cavabdeh3 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və Cavabdeh3 25 may 2022-ci il tarixli, RB/KF-67 saylı Kredit müqaviləsi üzrə 5859,60 (beş min səkkiz yüz əlli doqquz manat 60 qəpik) manat cərimə və 13 iyun 2024-cü il tarixli, RB/KF-67/1 saylı Kredit müqaviləsi üzrə 59.596,16 (əlli doqquz min beş yüz doxsan altımanat 16 qəpik) manat əsas, 4336,83 (dörd min üç yüz otuzaltımanat 83 qəpik) manat faiz, cəmi 63932,99 (altmış üç min doqquz yüz otuz iki manat 99 qəpik) manat məbləğində pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin Bakı Ərazi İdarəsində bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat və dövlət rüsumu kimi ödənilmiş 300 manat pulun, İddiaçı ASC-nin xeyrinə tutulması; Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən Bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin 25 may 2022-ci il tarixli, RB/KF-67 saylı və 13 iyun 2024-cü il tarixli, RB/KF-67/1 saylı kredit müqavilələri üzrə cəmi 69792,59 (altmış doqquz min yeddi yüz doxsan iki manat 59 qəpik) manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 351 manat məbləğində pulun ödənilməsi; İpoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh2 MMC-dən və Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 may 2022-ci il tarixli, RB/KF-67saylı Kredit müqaviləsinə əsasən illik 14 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində cavabdehlərə dövriyyə vəsaitinin alınması üçün kredit verilmişdir (müqavilənin 1.1.1., 1.1.2. və 1.1.3. maddələri). Həmin kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və tam icra edilmədiyindən Bank tərəfindən məhkəməyə müraciət edilmiş, lakin bundan sonra cavabdehin müraciəti ilə Bankdaxili qaydalara əsasən 25 may 2022-ci il tarixli, RB/KF-67 saylı kredit müqaviləsi üzrə qalıq borcu resyruktrizasiya edilmişdir. Bununla da yenidən maliyyələşdirilən Cavabdeh2 MMC ilə Bank arasında Kredit məhsulları üzrə Bank xidmətlərinin göstərilməsinə dair Ümumişərtlər üzrə Kreditin verilməsinə dair Əsas şərtlər – Razılaşma № RB/KF67/1 saylı xx.xx.2024-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə borclu Cavabdeh2 MMCyə illik 14 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 70708,32 (yetmiş min yeddi yüzsəkkiz manat 32 qəpik) manat məbləğində dövriyyə vəsaitinin artırılması üçün kredit verilmişdir. 25 may 2022-ci il tarixli, RB/KF-67saylı və 13 iyun 2024-cü il tarixli, RB/KF-67/1 saylıkredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən Bağ evi İddiaçı ASC qarşısında İpoteka müqaviləsi ilə yüklü edilmiş, İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, ipoteka qoyanın arvadı X2 razılıqlarını vermiş və ipoteka dövlət qeydiyyatına alınmışdır. Həmin Kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 ilə İddiaçı ASC arasında 25 may 2022-ci il tarixli, RB/KF-67 saylı və 13 iyun 2024-cü il tarixli, RB/KF-67/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə Zaminlər öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh2 MMC və digər cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, o məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1.-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə RB/KF-67 saylı kredit verilməsinə dair müqailə bağlanmışdır. Kredit müqaviləsinə əsasən illik 14 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 200.000 manat məbləğində pul Cavabdeh2 MMC-yə verilmişdir.

10. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini olaraq İddiaçı ASC ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 arasında RB/KF-67 saylı zaminlik müqaviləsi bağlanmışdır.

11. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RB/KF-67 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə Cavabdeh3 (ipoteka qoyan) arasında xx.xx.2022-ci il tarixli RB/KF-67 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 52.90 kv.m olan bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

12. Daha sonra İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2024-cü il tarixli RB/KF-67/1 sylı kredit verilməsinə dair əsas şərtlər-razılaşmaya əsasən illik 14 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 70.708,32 manat məbləğində pul Cavabdeh2 MMC-yə kredit verilmişdir.

13. xx.xx.2024-cü il tarixli RB/KF-67/1 sylı kredit verilməsinə dair əsas şərtlərrazılaşma üzrə yaranmış öhdəliklərin icrasının təmini olaraq İddiaçı ASC ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh3 arasında RB/KF-67/1 saylı zaminlik müqaviləsi bağlanmışdır.

14. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli RB/KF-67/1 sylı kredit verilməsinə dair əsas şərtlərrazılaşma üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 52.90 kv.m olan bağ evi bank ilə Cavabdeh3 (ipoteka qoyan) arasındakı xx.xx.2024-cü il tarixli RB/KF-67/1 saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir

15. Kredit, zaminlik və ipoteka müqavilələri tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

19. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

20. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

21. İş materiallarından da göründüyü kimi, bankla Cavabdeh2 MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul sonuncuya verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı hazırda xx.xx.2022-ci il tarixdə RB/KF- 67 saylı kredit müqaviləsi üzrə yalnız cərimə borcunun, xx.xx.2024-cü il tarixli RB/KF-67/1 sylı kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə isə əsas və faiz borcunun cavabdehlərdən bankın xeyrinə tutulmasını tələb edir.

23. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışınlarından görünür ki, xx.xx.2025-ci il tarixə cavabdehlərin xx.xx.2022-ci il tarixdə RB/KF-67 saylı kredit müqaviləsi üzrə 5.859,6 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli RB/KF-67/1 sylı kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 59.596,16 manat əsas borcu, 4.336,83 manat faiz borcu vardır.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3352/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2944 nömrəli rəyinə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixinə (maliyə arayışında göstərilən tarixə) hesablanmış borc məbləği əsas borc üzrə 59.623,38 manat, faiz borcu üzrə 4.312,76, xx.xx.2025-ci il tarixə (qərardadda göstərilən tarixə) əsas borc üzrə 59.623,38 manat, faiz borcu üzrə 5.982,21 manat təşkil edir.

25. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.

26. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş, borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia xx.xx.2024-cü il tarixli RB/KF-67/1 sylı kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır, xx.xx.2024-cü il tarixli RB/KF-67/1 sylı kredit verilməsinə dair əsas şərtlər-razılaşmaya əsasən əsas borc üzrə 59.596,16 manat, faiz borcu üzrə 4.312,76 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə həmçinin hesab edir ki, iddia xx.xx.2022-ci il tarixdə RB/KF-67 saylı müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən əsaslıdır.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Hazırki işin hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə RB/KF-67 saylı kredit müqaviləsi üzrə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

31. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizaya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2026-cı il tarixli rəyə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən, 52.90 kv.m ümumi sahəsi olan bağ evinin bazar qiyməti 92.500 manat, likvid qiyməti 83.200 manat məbləğində müəyyən olunmuşdur.

33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli kredit müqavilələri üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və 52.90 kv.m ümumi sahəsi olan bağ evinə ilkin satış qiyməti 83.200 manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

34. Məhkəmə hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın “İpoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh2 MMC-dən və Cavabdeh3 tutulması” hissəsinin ayrıca təmin edilməsinə zərurət yoxdur.

35. Məhkəmə həmçinin qedir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 282,32 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

36. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq 51 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

37. İşdən də göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərci 150 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 150 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

38. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cərimə borcu üzrə 200 (iki yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 59.596 (əlli doqquz min beş yüz doxsan altı) manat 16 (on altı) qəpik, faiz borcu üzrə 4.312 (dörd min üç yüz on iki) manat 76 (yetmiş altı) qəpik olmaqla, ümumilikdə 63.908 (altmış üç min doqquz yüz səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli kredit müqavilələri üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və 52.90 kv.m ümumi sahəsi olan bağ evinə ilkin satış qiyməti 83.200 manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 282 (iki yüz səksən iki) manat 32 (otuz iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş pulun əvəzi olaraq 51 (əlli bir) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin əvəzi olaraq 150 (bir yüz əlli) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar