Məhkəmə qərarları › İş №e-2-2(113)-3359/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3359/2020

06.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3359/2020 06.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Firmasının cavabdeh LPO "Cavabdeh" ASC-yə qarşı borcun girov qoyulmuş pul vəsaitinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" ASC ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış ******* ABŞ dolları məbləğində borcu həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron informasiya sistemində yerləşdirilmiş və tərtib edilmiş iddia ərizəsini nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, elektron informasiya sistemində iddia tələbi müflis elan olunan ləğv prosesində olan "Cavabdeh" ASC-yə qarşı qaldırılmış, həmçinin iddia ərizəsi də "Cavabdeh" ASC-nin yerləşdiyi ünvana göndərilmiş, halbuki,iflas proseduruna başlanılan banka qarşı bütün tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında göstərilir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, hazırki tələbə kommersiya məhkəməsində baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "İddiaçı" Firmasının cavabdeh LPO "Cavabdeh" ASC-yə qarşı borcun girov qoyulmuş pul vəsaitinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar