Məhkəmə qərarları › İş №e-2-2(113)-336/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-336/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-336/2022 05.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4 MMC-dən və Cavabdeh3 birgə qaydada: - K2493 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə 1,587,911.44 (bir milyon beş yüz səksən yeddi min doqquz yüz on bir manat qırx dörd qəpik) manat əsas borc, 2,404.18 (iki min dörd yüz dörd manat on səkkiz qəpik) manat faiz borcu, 583.21 (beş yüz səksən üç manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,590,898.83 (bir milyon beş yüz doxsan min səkkiz yüz doxsan səkkiz manat səksən üç qəpik) manat borcun; - K3475 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə 8,831.73 (səkkiz min səkkiz yüz otuz bir manat yetmiş üç qəpik) manat əsas borc, 134.15 (yüz otuz dörd manat on beş qəpik) manat faiz borcu, 8.60 (səkkiz manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,974.48 (səkkiz min doqquz yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat borcun; - K4223 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə 239,250 (iki yüz otuz doqquz min iki yüz əlli) manat əsas borc, 5,183.76 (beş min yüz səksən üç manat yetmiş altı qəpik) manat faiz borcu, 3,163.42 (üç min yüz altmış üç manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 247,597.18 (iki yüz qırx yeddi min beş yüz doxsan yeddi manat on səkkiz qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 MMC-nin mülkiyyətində olan Şəki rayonu Orta Zəyzid kəndində kənd təsərrüfatı təyinatlı 10.0 ha torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.7830 ha istifadədə olan torpaq sahəsi və 2887 kv.m əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh1 MMC-nin 12.03.2015-ci il tarixli 3M-01/82 saylı icarə müqaviləsindən yaranan torpaq sahəsi üzərindəki icarə hüququna (12.03.2015-ci il tarixindən başlayaraq 25 il müddətinə götürülmüş Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 49.07 ha), Cavabdeh1 MMC-nin 12.03.2015-ci il tarixli 3M-01/83 saylı icarə müqaviləsindən yaranan torpaq sahəsi üzərindəki icarə hüququna (12.03.2015-ci il tarixindən başlayaraq 25 il müddətinə götürülmüş Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 16,6 ha) yönəldilməsi, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Şəki rayonu Orta Zəyzid kəndində kənd təsərrüfatı təyinatlı 10.0 ha torpaq sahəsinin hərracdan ilkin satış qiyməti 80 000 (səksən min) manat məbləğində, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.7830 ha istifadədə olan torpaq sahəsi və 2887 kv.m əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiyməti 1,421,000 (bir milyon dörd yüz iyirmi bir min) manat məbləğində, Cavabdeh1 MMC-nin 12.03.2015-ci il tarixli 3M-01/82 saylı icarə müqaviləsindən yaranan torpaq sahəsi üzərindəki icarə hüququnun (12.03.2015-ci il tarixindən başlayaraq 25 il müddətinə götürülmüş Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 49.07 ha)hərracdan ilkin satış qiyməti 41 000 (qırx bir min) manat məbləğində, Cavabdeh1 MMC-nin 12.03.2015-ci il tarixli 3M-01/83 saylı icarə müqaviləsindən yaranan torpaq sahəsi üzərindəki icarə hüququnnun (12.03.2015-ci il tarixindən başlayaraq 25 il müddətinə götürülmüş Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 16,6 ha) hərracdan ilkin satış qiyməti 14 000 (on dörd min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun “Cavabdeh1MMC-dən, Cavabdeh4 MMC-dən və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 240 (iki yüz qırx) manat məbləğində xidmət haqqının və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Tərəflərin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli və ərizə aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar