Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-336/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X5rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X10 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X5rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı X6 (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X9 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair 021539 nömrəli abonent kodu üzrə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən məndən tələb edilən 15 786 manat debitor borcun əsassız hesab edilərək, silinməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o fərdi sahibkarlıqla məşğul olur və bu məqsədlə Zeytun Sovxozu ərazisində 2 ha torpaq sahəsi almış və orada istixanalar inşa etməyi planlaşdırsa da müəyyən səbəblərdən planlarıma baş tutmamış istixanalar inşa edə bilməmişdir. Həmin zamanlar, yəni 12 avqust 2014-cü ildə iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında həmin obyektin su ilə təchiz edilməsi barədə “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə” bağlanmış və həmin müqaviləyə əsasən həmin qeyri yaşayış sahəsinə 021539 nömrəli abonent kodu verilərək həmi obyekt su ilə təchizedilmişdir. Həmin sahəyə dair mənimlə sudan istifadə barədə müqavilə bağlansa da, orada mən hər hansı bir fəaliyyətlə məşğul olmadığıma görə sudan istifadə etməmiş, buna baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sudan qanunsuz istifadə edilməsi barədə 14 aprel 2023-cü il tarixli akt tərtib edilmişdir. Belə ki,cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (o zaman "xxxx" ASC-nin) əməkdaşlarımənim xəbərim olmadan mənə məxsus obyektə gələrək sudan qanunsuz istifadə edilməsi ilə əlaqədar 14 aprel 2023-cü il tarixli akt tərtib etmiş, həmin aktda göstərilmişdir ki, “obyektə baxış keçirilən zaman məlum oldu ki, abonent tərəfindən özbaşına olaraq sayğac sökülmüş və qeyri qanuni sayğacdan kənar qoşulma edərək, sudan birbaşa istifadə etmişdir”. Həmin akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün mənə 15 786 manat borc hesablanmışdır. Baxmayaraq ki, mən heç bir zaman sayğacıçıxarmamış, sayğacdan kənar sudan istifadə etməmişəm.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 021539 nömrəli abonent kodu üzrə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən məndən tələb edilən 15 356 manat debitor borcun əsassız hesab edilərək, silinməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı X6 cavabdeh "xxxx" ASC (hazırki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X11) arasında xx.xx.2014-cü il tarixli, 021539 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə” bağlanılmışdır.
10. 14 aprel 2023-cü il tarixli AKT R № 601890 saylı aktdan görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı X2 istifadəsində olan “Su təchizatı və tullantı suları”Qanunun tələblərinə uyğun olaraq Zeytun Sovxozu,ev 25 ünvanında yerləşən istixananın su təchizatı və kanalizasiya sisteminə baxış keçirmiş və baxışın nəticəsi olaraq məlum olmuşdur ki,abonent tərəfindən özbaşına sayğac sökülmüş və qeyriqanuni sayğacdan kənar d=50 mm qoşulma edərək sudan birbaşa istifadə edir.
11. X2 abunə haqqında məlumatından görünür ki, abonentə 01 oktyabr 2023-cü il tarixdə 15786 manat (430 manat sərfiyyat borcu və 15356 manat sudan qanunsuz istifadəyə görə borc) məbləğində borc hesablanmışdır.
12. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq hazırki iş üzrə sahibkarlıq suyektinin keçirilmiş yoxlamanın qeydiyyata alınmadığını bildirmişdir.
V. Tətbiq edilən hüquq:
13. Mülki Məcəllənin: -385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. VI. Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X11 ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
20. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X8 əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda sözügedən yoxlamanın qeydiyyata alınması müəyyən edilmir.
21. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
22. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X11 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 601890 saylı akt əsasən iddiaçı X3 hesablanmış 15356 manat məbləğində borc silinməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
25. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X11 (əvvəlki "xxxx" ASC) tərəfindən 14 aprel 2023-cü il tarixli AKT R № 601890 saylı akt əsasında hesablanmış 15356 manat (on beş min üç yüz əlli altı) məbləğində borc X2 abonent hesabından silinsin. Dövlət rüsumu olaraq ödənilmiş 136 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova