Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3364/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, , İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməmiş 6.224,60 manat məbləğində əsas borcun Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Satıcı” qismində çıxış edən İddiaçı MMC və “Alıcı” qismində çıxış edən Cavabdeh MMC arasında 447 №-li xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə tərəfləri aşağıdakı şərtlər üzrə razılığa gəlmişlər: 1.1. “Satıcı” bu Müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları və onun dəyərini ödəməyi öz üzərinə götürür. 1.2. Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və Elektron QaiməFakturada əksini tapır. 1.3. “Alıcı” və Satıcı” arasında yaranmış borc qalıqları mütamadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. 3.1. Malların qiymətləri bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokolunda və Elektron Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir. 3.2. “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. 5.2., 5.2.3. “Alıcı” malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. 6.1. Bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 6.2. Bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. 8.1. Müqavilə 1 il müddətinə bağlanılır. 8.5. Müqavilə müddətinin bitməsi və ya ona vaxtından əvvəl xitam verilməsi “Alıcı”nı malların dəyərini tam şəkildə ödəmək vəzifəsindən azat etmir. İş üzrə tərəflər arasında bağlanmış 447 №-li xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, hazırki iddia ərizəsinə əlavə olunmuş 447 №-li xx.xx.2022-ci il tarixli müqavilələyə 1 №-li Əlavədən (0403 hesab üzrə) görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı malların ümumi dəyəri 5.889,99 manat (ƏDV daxil) təşkil etmişdir. İddia ərizəsinə əlavə olunmuş təhvil-təslim barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən akt Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla və MMC-nin möhürü vurulmaqla, 5.889,99 manat (ƏDV daxil) dəyərində malların İddiaçı MMCdən qəbul etdiyini təsdiq etmişdir. Hazırki iddia ərizəsinə əlavə olunmuş 447 №-li xx.xx.2022ci il tarixli müqavilələyə 1 №-li Əlavədən (hesab üzrə 0545) görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı malların ümumi dəyəri 3.267,42 manat (ƏDV daxil) təşkil etmişdir. İddia ərizəsinə əlavə olunmuş təhvil-təslim barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən akt Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla və MMC-nin möhürü vurulmaqla, 3.267,42 manat (ƏDV daxil) dəyərində malların İddiaçı MMC-dən qəbul etdiyini təsdiq etmişdir. Hazırki iddia ərizəsinə əlavə olunmuş 447 №-li xx.xx.2022-ci il tarixli müqavilələyə 1 №-li Əlavədən (hesab üzrə 1316) görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı malların ümumi dəyəri 6.224,60 manat (ƏDV daxil) təşkil etmişdir. İddia ərizəsinə əlavə olunmuş təhvil-təslim barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən akt Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla və MMC-nin möhürü vurulmaqla, 6.224,60 manat (ƏDV daxil) dəyərində malların İddiaçı MMC-dən qəbul etdiyini təsdiq etmişdir. Hazırki iddia ərizəsinə əlavə olunmuş 447 №-li xx.xx.2022-ci il tarixli müqavilələyə 1 №-li Əlavədən (hesab üzrə 1570) görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqısatqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı malların ümumi dəyəri 987 manat (ƏDV daxil) təşkil etmişdir. Qarşılıqlı borcların üzləşməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC xx.xx.2022-ci il tarixinə qarşılıqlı hesablaşmalar aparmış və Cavabdeh MMC-nin İddiaçı MMCyə olan borcu 6.224,60 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh MMC-nin 447 №-li xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıya 6.224,60 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, əsas borcun ödənilməsi məqsədilə 6.224,60 mana, illik 5% faiz hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 933,69 manat faiz borcunun, hüquqi yardım almaq üçün ödənilmiş vəsaitin əvəzi olaraq 2.800 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83 manat, cəmi isə 7.178,29 manat məbləğində pulun cavabbeh Cavabdeh MMC-dən tutularaq “Compusale Technologies’ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 447 №-li xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” bu Müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları və onun dəyərini ödəməyi öz üzərinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və Elektron QaiməFakturada əksini tapır.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən Alıcı” və Satıcı” arasında yaranmış borc qalıqları mütamadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən Malların qiymətləri bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokolunda və Elektron Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir .
14. Müqavilənin 5.2.3-cü bəndinə əsasən “Alıcı” malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır.
15. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
16. Müqavilənin 6.2-ci bəndinə əsasən Bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir.
17. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanılır.
18. Müqavilənin 8.4-ci bəndinə əsasən müqavilə müddətinin bitməsi və ya ona vaxtından əvvəl xitam verilməsi “Alıcı”nı malların dəyərini tam şəkildə ödəmək vəzifəsindən azat etmir.
19. 447 №-li xx.xx.2022-ci il tarixli müqavilələyə 1 №-li Əlavəyə (0403 hesab üzrə) əsasən xx.xx.2022-ci il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMCyə satdığı malların ümumi dəyəri 5.889,99 manat (ƏDV daxil) təşkil etmişdir.
20. 447 №-li xx.xx.2022-ci il tarixli müqavilələyə 1 №-li Əlavəyə (hesab üzrə 0545) əsasən xx.xx.2024-cÜ il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı malların ümumi dəyəri 3.267,42 manat (ƏDV daxil) təşkil etmişdir.
21. 447 №-li xx.xx.2022-ci il tarixli müqavilələyə 1 №-li Əlavəyə (hesab üzrə 1316) əsasən xx.xx.2022-ci il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMCyə satdığı malların ümumi dəyəri 6.224,60 manat (ƏDV daxil) təşkil etmişdir.
22. 447 №-li xx.xx.2022-ci il tarixli müqavilələyə 1 №-li Əlavəyə (hesab üzrə 1570) əsasən xx.xx.2022-ci il tarixdə tərəflər adları, miqdarı və dəyəri Əlavədə qeyd olunan malların alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin Əlavəyə görə, İddiaçı MMC-nin Cavabdeh MMCyə satdığı malların ümumi dəyəri 987 manat (ƏDV daxil) təşkil etmişdir.
23. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Təhvil-təslim” aktlarına əsasən xx.xx.2022-ci il tarixində 5 889,99 manat məbləğində, xx.xx.2022-ci il tarixində 3267,42 manat məbləğində, xx.xx.2022-ci il tarixində 6224,60 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir və Aktlar tərəflərin imza və möhürləri ilə təsdiq etmişlər.
24. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.20022-ci il tarixli EBCH 563365 saylı, 6224,59 manat məbləğində e-qaimə göndərilmişdir.
25. xx.xx.2023-cü il tarixli Qarşılıqlı borcların üzləşmə aktına əsasən Cavabdeh MMCnin İddiaçı MMC-yə 6224,60 manat borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir.
26. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
29. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. İş materiallarında olan tərəflər arasında bağlanmış 447 №-li xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” bu Müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları və onun dəyərini ödəməyi öz üzərinə götürür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.
33. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim aktları, üzləşmə aktı ilə təsdiq olunduğu üçün 6224,60 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 6224,60 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 82,60 manat dövlət rüsumu ödənilmişdir.
36. Azərbaycan Respublikası MPM-in:
37. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
39. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 82,60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə 6224,60 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 82,60 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova