Məhkəmə qərarları › İş №e-2-2(113)-3368/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3368/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3368/2022 15.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə bağlanmış 31 oktyabr 2019-cu il tarixli 005R********** saylı kredit razılaşması, 29 iyul 2019cu il tarixli 005R********** saylı kredit razılaşması və onlara əlavə bağlanmış sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 16793,32 manat məbləğində əsas borc, 3944,40 manat məbləğində faiz borcu və 3387,87 manat məbləğində cərimə olmaqla, 005R********** saylı kredit razılaşması üzrə 11245,18 manat məbləğində kredit borcu, 3005,77 manat məbləğində faiz borcu və 2755,08 manat məbləğində cərimə olmaqla, ümumilikdə 41131,62 manat məbləğində borcun, 218 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mükiyyətli mənzilin açıq hərracdan satılması, 41131,62 manat məbləğində borcun, 218 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 və Cavabdeh2 MMC-dən ümumi qaydada tutulması; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mükiyyətli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mülkiyyətli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 26 iyul 2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsinə əsasən 25 iyul 2019-cu il tarixli 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114,1 kv.m, yaşayış sahəsi 59,9 kv.m, yardımçı sahəsi 54,2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mülkiyyəti mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 1550 nömrəli reyestr kitabının 141679 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, ünvan 1 ünvanlı xüsusi mülkiyyət İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakların tam boşaldılması hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar, ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 30 dekabr 2018-ci il tarixdə isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur, çünki qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mükiyyətli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mülkiyyətli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması hissəsində icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar