Məhkəmə qərarları › İş №e-2-2(113)-3368/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3368/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3368/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 027R********** saylı krеdit razılaşması üzrə 8376,81 manat məbləğində krеdit bоrcu, 1533,55 manat məbləğində faiz bоrcu və 309,96 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10220,32 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120,66 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 027L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 6623,19 manat ödəmiş, onun 8376,81 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 185 gün üçün hesablanmış faiz borcu 1533,55 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 185 gün üçün hеsablanmış cərimə 309,96 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2,467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı QSC ilə kredit alan - Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 027L**********18 saylı uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 027R********** nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat kredit verilməsi razılaşdırılmışdır.

8. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kreditin verilməsiköçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, bank tərəfindən Cavabdeh1 bank hesabına 15000 manat vəsait köçürülmüşdür. Sənəd tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı QSC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 027S**********01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarşılıqlı razılaşmaya uyğun tərtib edilmiş ödəniş planına əsasən müqavilə üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixinə qədər 15000 manat əsas, 3936,39 manat faiz olmaqla, ümumilikdə 18936,39 manat ödəniş etmək barədə öhdəlik götürmüşdür.

11. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 027R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişindən görünür ki, tərəflər bank ilə kredit alan arasında xx.xx.2022-ci il tarixli, 027L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizlərini bu sazişə əlavə olunan xx.xx.2024-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. Saziş tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarşılıqlı razılaşmaya əlavə olaraq imzalanmış 027R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə uyğun tərtib edilmiş ödəniş planına əsasən müqavilə üzrə Cavabdeh1 xx.xx.2027-ci il tarixinə qədər 8376,81 manat əsas, 3974,26 manat faiz borcu və 287,45 manat gecikdirmə faiz borcu olmaqla, ümumilikdə 12338,52 manat ödəniş etmək barədə öhdəlik götürmüşdür.

13. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 027R********** saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan borcu 8376,81 manat əsas borc, 1533,55manat faiz borcu, 309,96 manat cərimə borcu olmaqla, ümumilikdə 10220,32 manat təşkil edir (gecikdirilmiş günlərin sayı - 185 gün).

14. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 027R********** saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan borcu 8178,81 manat əsas borc, 2466,92 manat faiz borcu, 647,56 manat cərimə borcu olmaqla, ümumilikdə 11293,29 manat təşkil edir (gecikdirilmiş günlərin sayı - 387 gün).

15. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 027R********** saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan borcu 7980,81 manat əsas borc, 2585,13 manat faiz borcu, 696,28 manat cərimə borcu olmaqla, ümumilikdə 11262,22 manat təşkil edir (gecikdirilmiş günlərin sayı -417 gün).

16. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

17. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müqavilə üzrə borcun xx.xx.2025-ci il tarixinədək banka ödənilməsi tələb edilmiş, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

18. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2876 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli, 027R********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-yə olan borcu 8289,03 manat əsas, 1244,77 manat faiz borcu olmaqla, ümumilikdə 9533,8 manat, xx.xx.2025-ci il tarixə 8289,03 manat əsas, 1550,09 manat faiz borcu olmaqla, ümumilikdə 9839,12 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında xx.xx.2023-cü il tarixli, 027R********** saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 027L**********18 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması bağlanmış, həmin razılaşmaya əsasən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat kredit verilməsi razılaşdırılmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 027S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 bank qarşısında tam məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdehlər (borcalan və zamin) tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra olunmamış, kredit borcu və faizlər kredit sazişində müəyyən olunmuş qaydada, ödəniş planına uyğun olaraq banka tam qaytarılmamışdır.

24. İddia tələbinin bir hissəsini cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 8376,81 manat məbləğində krеdit bоrcu və 1533,55 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, cavabdehlərin alınan pul vəsaitini, faizləri borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2876 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsas borc və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R********** saylı krеdit razılaşması üzrə 7893,03 manat (yeddi min səkkiz yüz doxsan üç manat üç qəpik) əsas borc, 1244,77 manat (min iki yüz qırx dörd manat yetmiş yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Ekspert rəyində xx.xx.2025-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-yə olan borcu 8289,03 manat əsas, 1244,77 manat faiz borcu olduğu qeyd edilir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 tərəfindən sonradan 396 manat ödəniş edilmişdir (xx.xx.2025-ci il tarixində 198 manat, xx.xx.2025-ci il tarixində 198 manat). Qeyd edilən məbləğ əsas borcdan çıxılmaqla Cavabdeh1 tərəfindən ödənilməli olan əsas kredit borcu 7893,03 manat (8289,03-396=7893,03) qalıq borc müəyyən edilməlidir. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixə olan faiz borcunun tutulmasını tələb etmiş, həmin tarixə olan faiz borcu isə 1244,77 manat təşkil etmişdir. Eyni zamanda hazırkı nəticəyə gəlinərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe də əsas götürülmüşdür.

26. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 027R********** saylı krеdit razılaşması üzrə 309,96 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin tutulmasını tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 309,96 manat (üç yüz doqquz manat doxsan altı qəpik) cərimə iddiaçının xeyrinə tutulmalıdır.

29. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 120,66 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 111,54 manat (yüz on bir manat əlli dörd qəpik) iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

31. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun 92,40 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 7,60 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 7893,03 manat (yeddi min səkkiz yüz doxsan üç manat üç qəpik) əsas borc, 1244,77 manat (min iki yüz qırx dörd manat yetmiş yeddi qəpik) faiz borcu, 309,96 manat (üç yüz doqquz manat doxsan altı qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111,54 manat (yüz on bir manat əlli dörd qəpik) olmaqla, ümumilikdə 9559,30 manat (doqquz min beş yüz əlli doqquz manat otuz qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 92,40 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 7,60 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar