Məhkəmə qərarları › İş №e-2-2(113)-337/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-337/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-337/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsinə əsasən borcun tutulması, tutmanın əmlaka yönəldilməsi və s. tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 121.673,35,35 manat 35 qəpik, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 1.593,86 manat 86 qəpik, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 110,63 manat 63 qəpik, cəmi 123.377,84 manat 84 qəpik kredit borcunun və 414 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2023-cü il tarixli 113-MFG-525 №li saylı Girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə məxsus likvid dəyəri 82.116,02 manat məbləğində qida məhsulları olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İş üzrə üç cavabdehlər xx.xx.2025-ci il tarixində məhkəməyə ərizələr ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsinə əsasən borcun tutulması, tutmanın əmlaka yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 qızma və Cavabdeh1 MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsinə əsasən borcun tutulması, tutmanın əmlaka yönəldilməsi və s. tələbinə dair iş üzrə tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı məzmunda bu sazişi bağladıq:

1. Tərəflərin öhdəlikləri: 1.1 Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-yə barışıq sazişi təsdiq edildikdən sonra 36 ay müddətində əsas borc 110.321,79 manat, faiz borcu 2866.03 manat, cərimə borcu 1937.76 manat, cəmi 115 125.58 manat kredit öhdəliyi üzrə borcu bank tərəfindən verilən annunitet qrafik üzrə ödənişləri etməyi öhdəlik götürürlər. 1.2 Cavabdeh1 MMC öhdəliyin təminatı olaraq 31,03.2023-cü il tarixli 113-MFG-525 №-li Girov müqaviləsi üzrə girov predmetlərinin yeni adlı siyahası və qiymət cədvəlini banka təqdim edir; 1.3 Cavabdeh1 MMC öhdəliyin təminatı olaraq satış müdiri olan X2 zamin qismində təqdim edir; 1.4 Tərəflər barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri 2 ay yerinə yeritmədikdə İddiaçı ASC-nin barışıq sazişinin 1.1-ci bəndində göstərilən məbləğlər üzrə icra hərəkətlərini başlamaq hüququ yaranır.

2. Digər müddəalar: 2.1 Bu Saziş tərəflər imzalayaraq təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2 Tərəflərdən biri bu Sazişin 1.1-1.4-cü bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə məhkəmə icra hərəkətlərini başlamaq ücün icra vərəqəsini icraya yönəldir. 2.3 Bu Saziş tərəflərin hər birində bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədən ibarət tərtib edildi.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar