Məhkəmə qərarları › İş №e-2-2(113)-3374/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3374/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3374/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı müqavilənin ləğvi və soyuducunun geri alınması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, 00026 N seriya nömrəli 1265 inventar nömrəli 1 ədəd “Uğur” markalı 690 model soyuducunun cavabdeh X1 alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X5 arasında 00026 N seriya nömrəli 1265 inventar nömrəli 1 ədəd “Uğur” markalı 690 model soyuducunun istifadəyə verilməsi barədə xx xxxxxx 2017-ci il tarixdə Müqavilə və Təhvil-Təslim Aktı imzalanmışdır. xx xxxxxx 2017-ci il tarixli Təhvil-Təslim Aktına əsasən iddiaçı tərəfindən cavabdehə “Uğur” markalı 690 model olan 1 ədəd soyuducu təhvil verilmişdir. xx xxxxxx 2017-ci il tarixli müqavilənin 2.2.7-ci bəndinə qeyd olunur ki, cavabdeh əmlakdan yalnız firmanın istehsal etdiyi məhsullardan istifadə edir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən isə firmanın mallarından başqa hər hansı bir üçünçü şəxslərin mallarından firmanın əmlaklarında istifadə edilməsinə yol verilməməsini öhdəsinə götürür. Bununla bağlı olaraq qeyd etmək istərdik ki, cavabdeh digər şirkətlərə məxsus olan malları iddiaçıya məxsus olan soyuducuda yerləşdirmişdir. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi kodub surətdə pozmuşdur. Müqavilənin 5.5-ci bəndinə əsasən isə müştəri bu müqavilə üzrə götürdüyü öhdəlikləri, şərtləri və qaydaları pozduqda firma istənilən vaxt xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan əmlakları müştəridən geri götürə bilər. Cavabdehə soyuducunun qaytarılması barədə həm şihafi formada bildirilmiş, həmçinin pretenziya göndərilmişdir. Lakin, bu günə kimi soyuducular cavabdeh tərəfindən geri qaytarılmamışdır. xx xxxxxx 2017-ci il tarixli müqavilənin 5.3-cü maddəsinə əsasən müqavilənin 1.2-ci bəndində qeyd olunan əmlaka dair mülkiyyət hüququ cəmiyyətə məxsusdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 iddia ərizsəi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli, 01594 nömrəli tərəflər arasında bağlanmış müqavilədən görünür ki, Firma – İddiaçı MMC müqavilə (həmçinin Əlavə 1) ilə müəyyən olunan qaydada və şərtlərlə soyuducular, dispenserlə, paletlər rəfləri və s. (bundan sonra - əmlak) Müştərinin – X2 istifadəsinə verməyi, müştəri – İlqar Hüseynov isə həmin əmlakı qəbul edib müqavilədə nəzərdə tutulmuş qayda və şərtlərlə ondan təyinatına uyğun olaraq istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.2.5-ci bəndinə əsasən müştəri müqavilə müddətində əmlakları itirdikdə hər hansı bir avadanlıq üçün onun dəyərini və dəymiş zərəri firmaya ödəyir. 2.2.7-ci bəndinə əsasən, müştəri (cavabdeh) əmlakdan yalnız firmanın istehsal etdiyi məhsullardan istifadə edir. 2.2.8-ci bəndinə əsasən, firmanın mallarından başqa hər hansı bir üçüncü şəxslərin mallarından firmanın əmlaklarında istifadə edilməsinə yol verilməməsini öhdəsinə götürür. 5.3-cü bəndinə əsasən qeyd olunan əmlaka dair mülkiyyət hüququ MMC-yə məxsusdur. 5.5-ci bəndinə əsasən, müştəri bu müqavilə ilə götürdüyü öhdəlikləri, şərtləri və qaydaları pozduqda firma istənilən vaxt xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan əmlakları müştəridən geri götürə bilər. xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, X5 “Uğur” markalı, 690 model, 00026N seriya nömrəli, 1265 inventar nömrəli soyuducunu müqavilədə nəzərdə tutulmuş şərtlərlə İddiaçı MMC-dən təhvil almışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə- hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 421.3, 442, 443.1, 445.1, 448.1, 732, 736.1, 736.2 və 736.3-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh X5 arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş və cavabdehə müvəqqəti istifadəyə 1 ədəd “Uğur” markalı, 690 model, 00026N seriya nömrəli, 1265 inventar nömrəli soyuducu verilmiş, daha sonra müqavilənin şərtlərinə görə həmin soyuducu iddiaçı tərəfindən geri tələb olunsa da, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək iddiaçının mülkiyyətində olan sözügedən soyuducunu geri qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01594 nömrəli müqavilə ləğv edilməli və 1 ədəd “Uğur” markalı, 690 model, 00026N seriya nömrəli, 1265 inventar nömrəli soyuducu cavabdeh X1 alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01594 nömrəli müqavilə ləğv edilsin. 1 ədəd “Uğur” markalı, 690 model, 00026N seriya nömrəli, 1265 inventar nömrəli soyuducu cavabdeh X1 alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar