Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3382/2023 21.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 59461 manat və mediasiya ilə bağlı ödənilmiş 200 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 858 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2023cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 48153 manat məbləğində icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixli, **********24 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh nümayəndəsi, Vəkil məhkəməyə ünvalandığı ərizədə qeyd etmişdir ki, iddianı qəbul etmirlər, belə ki, müqavilə şərtlərinə zidd olaraq mənə ayrılmış torpağın bir qismi gölün ərazisinə düşür. Yəni ƏMDX-nə dəfələrlə müraciət etməyimə baxmayaraq plan cizgidə düzəliş etməmişdir. Dəfələrlə yerində yerin naturada təhvil verilməsini xahiş edilsə də, müsbət cavab verilməmişdir. Müqavilə üzrə ƏMDX-i üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdeh torpağın istifadəsindən imtina edərək Suraxanı rayonu, Əmircan Qəsəbəsi ünvanında yerləşən 30000 m2 ölçülü torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin ləğv olunmasına dair 29 mart 2022-ci il tarixdə notariat qaydasında ərizəsini təsdiq etdirərək 30 mart 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi qaydada göndərmişdir. Hazırda həmin ərizəni, müşayət məktubunu və poçt qəbzini sübut olaraq ərizəyə əlavə edildiyinə görə sübut kimi qəbul edilərək digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Həmin sübutlar bir daha təsdiq edir ki, iddia ərizəsi tamamilə əsassızdır. Ona görə də rədd edilməlidir. Təqdim edilən sübutlar qiymətləndirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddianı müdafiə edərək izahatında icarə müqaviləsinin ləğv olunmasına dair 29 mart 2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin xidmətə daxil olmadığını bildirmiş və bununla bağlı məhkəməyə Cavabdeh xidmətə müraciətləri ilə bağlı reyestrdən çıxarışı təqdim etmiş, həmçinin izahatında icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə heç bir razılıq əldə etmədiyini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək məhkəməyə təqdim edilmiş ərizəyə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında icarəyə verilən 30000 m2 ərazinin bir hissəsinin gölə düşdüyünü, sözügedən torpaq sahəsinin rəsmi təhvil verilmədiyini, həmçinin cizgi planının təqdim edilmədiyini və qeyd olunanlara əsasən 29 mart 2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş müqavilənin ləğvi ilə bağlı xidmətə müraciət etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 858 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin sürətindən görünür ki, bu müqaviləyə görə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsi Cavabdeh istifadəsinə verilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bir aylıq icarə haqqı 2827 manat, illik 33924 manatdır. Müqavilənin 7-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə vaxtından əvvəl xitan verilə bilər. **********172 nömrəli xx.xx.2022-ci il tarixli 11 nömrəli notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizənin sürətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsinə ehtiyacı olmadığını və müqavilənin ləğv edilməsilə bağlı tədbir görülməsini ƏMDX xahiş etmişdir. E&R Express Courier Service-in qəbzindən görünür ki, Cavabdeh məktubu Əmlak Məsələləri Dövlət Xidmətinin poçt qutusuna xx.xx.2022-ci il tarixdə salınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi bağlı **********172 nömrəli xx.xx.2022-ci il tarixli Cavabdeh ərizəsi ƏMDX-də qeydiyyata alınmamışdır. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00417 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli 858 nömrəli müqavilə üzrə tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə ödənilməmiş icarə haqqı 59461 manat təşkil edir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 30000 m2 torpaq sahəsini aylıq 2827 manat icarə haqqı ödəmək şərti ilə icarəçi Cavabdeh icarəyə vermişdir. Göründüyü kimi, icarəyə verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi Cavabdeh icarə haqqı ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qarşısında 59461 manat icarə borcu yaranmışdır. Məhkəmə qeyd olunanlıarı nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin izahatında istinad etdikləri ilə bağlı isə qeyd edir ki, məhkəməyə **********172 nömrəli xx.xx.2022-ci il tarixli 11 nömrəli notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş müqavilənin ləğv edilməsi barədə ərizə, həmçinin sözügedən ərizənin Əmlak Məsələləri Dövlət Xidmətinin poçt qutusuna xx.xx.2022-ci il tarixdə salınması barədə kuryer xidmətinin qəbzi məhkəməyə təqdim edilsə də, həmin ərizədə hazırda cavabdehin izahatında qeyd etdikləri öz əksini tapmamış, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə təqdim etdiyi reyestrdən çıxarışda həmin ərizənin xidmətə daxil olması aşkar edilməmiş, halbuki cavabdehin çoxsaylı müraciətləri həmin reyestrdə öz əksini tapmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilənin ləğvi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir, halbuki Əmlak Məsələləri Dövlət Xidməti müqavilənin ləğv edilməsi ilə bağlı heç bir razılığı olmamış, Cavabdeh isə xx.xx.2022-ci il tarixli ərizənin nəticəsi ilə maraqlanmamışdır. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli 858 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 59461 manat, mediasiya ilə bağlı ödənilmiş 200 manat, cəmi 59661 manat məbləğində vəsait tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 858 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 59461 manat, mediasiya ilə bağlı ödənilmiş 200 manat cəmi 59661 manat məbləğində vəsait tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3382/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3382/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver