Məhkəmə qərarları › İş №e-2-2(113)-3387/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3387/2025

07.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3387/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, əqdin etibarsızlığı, delikt) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, cavabdehin nümayəndələri Nümayəndə və X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdehndən qeyd olunan aparata görə ödənilən pulun qalıq hissəsi olan 54000 manat və müqavilə şərtlərini pozaraq ona vurduğu maddi ziyan olan 24892 manat və dövlət rüsumu 328 manat olmaqla cəmi 79220 manat məbləğində pil vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Polylase AL-40 (Aleksandrite Laser) tipli aparatının onun zəruri avadanlıqları ilə birlikdə alqı-satqısına dair Cavabdeh direktoru Nümayəndə ilə onun arasında 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi rəsmləşdirilmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəf 100000 manat ödəyərək 100000 manat dəyərində aparat almalı olduqları halda onlara 70000 manat dəyərində Polylase AL-40 (Aleksandrite Laser) tipli aparat verilmişdir. Cavabdeh tərəfindən onlara satılmış aparatın dəyərinin 100000 manat deyil, 70000 manat olması bizə təqdim edilmiş müqavilədən də aydın şəkildə görünür. Müqavilədə qeyd olunan müddətdə 100000 manatı tam şəkildə cavabdehə ödənilib.Belə ki, ilkin ödəniş kimi 40000 manat X5 verilib və o, həmin pulu şəxsən adıçəkilən şirkətin təsisçi direktoru Fariz Məmmədova ödəmişdir. Həmin pulu X10 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evi "xxxx"ASC-də girov qoyularaq kredit götürülmüşdür. Həmin müqaviləyə görə indiyə qədər 15000 manat faiz ödənilmişdir.30000 manatı X19 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında kredit götürərək Cavabdeh direktoru Nümayəndə ödənilib və qalan 30000 manatın əvəzinə isə X4 mülkiyyətində olan ünvan 2 ünvanda tikilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən tam təmirli vəziyyətdə olan qeyri-yaşayış sahəsi olan obyekt Nümayəndə adına rəsmləşdirilərək ona təhvil verilmişdir. Qeyd olunan aparata görə 100000 manatı tam şəkildə ödəsələr də, ona həmin dəyərdən çox aşağı olan 70000 manat dəyərində aparat verilmişdir və alınan avadanlıq gətirilib yerləşdirildikdən bir ay sonra normal şəkildə işləməmişdir. Bir neçə dəfə cavabdeh tərəfindən usta göndərilsə də, aparatı təmir edə bilməmişdirlər. 11 ay ustalar gedib-gəlmiş, düzəldə bilməmiş, 11-ci ayın tamamında onlar aparatı geri qaytarmışlar. Cavabdeh bildirmişdir ki, narahat olmayın aparatı satıb pulu verəcəkdir. Cavabdeh 7-8 ay da bu adla vaxtlarını almışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında kredit götürdüyü 30000 manatın kredit borcundan aparatı geri götürdüyü vaxtdan etibarən 2022-ci ilin may ayından başlayaraq, 13 ay üçün 21606 manat ödəmişdir. İddiaçıya cəmi 20000 manat pul qaytarılmış və 2023-cü ilin yanvar ayında onun ağır xəstə vəziyyətindən istifadə edərək və banklardan götürdüyü kreditlərə görə və aparatı da işlədib gəlir əldə edə bilməməyi ilə əlaqədar son dərəcə ağır vəziyyətə düşməyi ilə əlaqədar vəziyyətdən sui-istifadə edərək, aparata görə ödənilən puldan 40000-50000 manat qaytara biləcəyini bildirmiş, iddiaçı da cavabdehin təqsiri üzündən çıxılmaz vəziyyətdə olduğu üçün 50000 manat ödənilməsinə məcburiyyət qarşısında razı olmuşdur, lakin bu zaman kredit borcuna görə banka ödədiyi pulları nəzərə almamışdır. Yəni razılaşmaya görə banka ödənilmiş 21606 manatdan əlavə ona 50000 manat pul ödəməli idilər. Yəni cəmi 71,606 manat və 5000 manat pulu da aparatın lazımi ehtiyat hissələri üçün onun üzərinə borc kimi yazdığı üçün həmin pul da əlavə olunmaqla razılaşmalarına görə ona 76,606 manat pul ödənilməli idi. Lakin indiyə kimi cəmi 20000 manat pulu 10 ay müddətinə hissə-hissə ödənilmişdir, 21606 manatı kreditə görə ödənmiş və 5000 manat onun üzərinə yazdıqları borca görə 46000 manat ödənildiyini iddia edirlər. Cavabdeh hətta onun ağır xəstəliyindən və onların təqsiri üzündən bankların qarşısında olan öhdəliklərinə görə son dərəcə ağır durumda olmağından sui-istifadə edərək, ona qəbul etdirdiyi onun üçün son dərəcədə alverişsiz olan razılaşmanı belə yerinə yetirməmişdir. Cavabdeh qeyd olunan aparatın və onun zəruri avadanlıqları ilə birlikdə geri götürməklə və ödədiyi puldan 20000 manat hissə-hissə qaytararaq götürdüyü 30000 manat kreditə görə 21606 manat ödəməklə aralarında həmin aparatın alqı-satqısı ilə əlaqədar bağlanmış 07 iyun 2021-ci il tarixlialqı-satqı müqaviləsinin ləğv olunmasına dair öz iradəsini ifadə etmişdir və həmin vaxtdan da qeyd olunan müqavilə faktiki olaraq ləğv edilmişdir. Lakin həmin müqavilə formal olsa da kağız üzərində qalmaqdadır. Ona görə də aparatın pulunun ödənilməsi ilə əlaqədar yuxarıda qeyd olunan razılaşmaları ədalətsiz olmaqla yanaşı məcburiyyət qarşısında qalaraq qəbul etdiyi üçün əhəmiyyətsizdir və aparatın dəyərinin ödənilməmiş hissəsi və ona vurulmuş maddi ziyanla birlikdə ona qaytarılmalıdır. Belə ki, nə qaynatasının mülkiyyətində olmuş və aparatın alqı-satqısı ilə əlaqədar cavabdehə verilmiş obyekt, nə həmin obyektin dəyəri, nə də qalan 54000 manat qaytarılmamışdır. Cavabdehə vermək üçün götürdüyü 30000 manat kreditə görə 9892,25 manat faiz ödəmiş və anasının mülkiyyətində olan mənzilin girov qoyularaq 40000 manat kredit götürülməsi ilə əlaqədar iddiaçı tərəfindən indiyə kimi 15000 manat məbləğində faiz ödənilmiş və hazırda da ev girovdadır və faizlərin ödənilməsi davam edir. Cavabdehin satdığı yararsız avadanlığı vaxtında qaytarmadığı və ya yenisi ilə əvəz etmədiyi ilə əlaqədar ona yuxarıda qeyd olunan kredit müqaviləsi ilə əlaqədar 9892 manat və 15000 manat əlavə maddi ziyan da vurmuşdur. Bundan əlavə iddiaçı qeyd olunan lazer aparatını ona görə 100000 manat ödəyərək almışdı ki, onu işlədərək gəlir əldə edəcəyini düşünmüşdü. Cavabdeh tərəfindən yararsız avadanlıq satılmaqla və həmin avadanlığı vaxtında təmir etməməklə və ya müqavilə şərtlərinə uyğun yenisi ilə əvəz etməməklə indiyə kimi onu əldə edəcəyi gəlirdən də məhrum etmişdir. Həmin lazer avadanlığı ilə ayda ən azı 1200 manat gəlir əldə edə bilərdi. Cavabdehin qeyd olunan qanunsuz hərəkətləri onu həmin gəlirlərdən də mərhum etmişdir. Ona vurulmuş həmin maddi ziyan isə 28 ay ərzində hər ay üçün 1200 manatdan hesablanmaqla ən azı 33600 manat təşkil edir. Cavabdehin əməlində cinayət tərkibi olduğu üçün bütün aidiyyətli hüquq mühafizə orqanlarına müraciət edilib. Uzun müddətli araşdırmadan sonra nədənsə qeyd olunan fakt üzrə cinayət işi başlanmasından imtina edilmişdir. Müqavilə qanunsuzdur. Belə ki, qeyd olunan avadanlığa dair istehsalçı tərəfindən 2 il zəmanət verildiyi halda və onlara da 2 il zəmanət verildiyi bildirildiyi halda, alqı-satqı müqaviləsində 1 il zəmanət verildiyi göstərilmişdir. Müqavilənin şərtlərinə görə, zərurət olduqda aparat yenisi ilə əvəz edilməli idi. Qeyd olunanlardan görünür ki, aparat yararsız olduğuna baxmayaraq cavabdeh tərəfindən təmir edilə bilməmiş və yenisi ilə əvəz edilməmişdir, çünki cavabdehin aparatı yenisi ilə əvəzetmək üçün oxşar aparatı olmamışdır. Bu da onu birbaşa sübut edir ki, cavabdeh həm aparatın qiymətində, həm də şərtlərində bilərəkdən onu aldatmışdır. Çünki qeyd olunan şərtlər olmasa idi, o, 100000 manat pul ödəyərək aparat almağa heç bir halda risk etməzdi. Müqavilənin qanunsuz olduğuna göstərən hallardan biri və əsası da odur ki, 100000 manat nağd şəkildə aparata görə ödəsə də, ödənilmiş məbləğ 70000 manat kimi göstərilmiş, müqaviləyə əlavə 1-də qiymətlərin razılaşdırılması protokolunda göstərilmişdir ki, guya ilkin ödəniş kimi 40000 manad nağd ödənilmişdir və 30000 manat isə guya 18 ay müddətə tərəfindən hissə-hissə ödənilmişdir. Müqavilənin tərkibi olan zəmanət talonunda qeyd olunmuşdur ki, aparatın təmir müddətində ehtiyac olarasa, müştəri müvəqqəti əvəzedici aparatla təmin olunur. Lakin cavabdeh özü də etiraf edir ki, nə aparatı yenisi ilə əvəz etməmişlər, nə də təmir müddətində əvəzedici aparatla təmin etməmişlər. Qeyd olunan faktlar müqavilə bağlanarkən cavabdeh tərəfindən aldadılmağının və müqavilənin tam qanunsuz olmasını təkzib olunmaz şəkildə sübut edir. Ona görə də cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq ona vurulan maddi ziyan olan 9892 manat +15000 manat və avadanlıq üçün ödənilən pulun qalığı olan 54000 manat və 328 manat və dövlət rüsumu olmaqla cəmi 79220 manat məbləğində pulun tutularaq, ona ödənməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən qaldırılmış iddia əsassızdır və təmin edilməməlidir. Çünki tərəflər arasında bağlanmış müqavilə üzrə satıcı tərəf kimi Cavabdeh MMC-nin üzərinə düşən öhdəlik şirkət tərəfindən yerinə yetirilmişdir.Belə ki İddiaçı ilə 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi, X3 imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı şirkətdən ümumi dəyəri 70000 manat olmaqla mal almışdır. Həmin məbləğin 40000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 30000 manatı xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən qrafik üzrə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin qalıq məbləğ üçün İddiaçı “Emba Finans” BOKT ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlamışdır və bu kredit müqaviləsinə əsasən 30000 manat kredit götürərək şirkətə qalan borcunu tamamlamışdır. Yəni müqavilə üzrə iddiaçının 70000 manat borcu vardısa, həmin borc Vüsalə xanım tərəfindən ödənilmişdir. Qeyd edilməlidir ki, “Emba Finans” BOKT ilə Cavabdeh MMC arasındakı müqaviləyə əsasən Cavabdeh MMC-nin .müştəriləri üçün onlara zamin durmaq öhdəliyi vardır.Daha sonra məhkəməyə sübut kimi təqdim etdiyimiz səsyazılarma əsaslanaraq bildiririk ki, İddiaçı şirkətdən satın almış olduğu avadanlıqdan narazı olduğu üçün şirkətə müraciət edərək aldığı aparatı geri qaytarmaq istədiyini bildirmişdir. Şirkət rəhbərliyi iddiaçıya köməklik göstərmək məqsədilə malın geri qaytarılması müddətinin iddiaçı tərəfindən ötürüldüyünə baxmayaraq, onun bu tələbi ilə razılaşmışdır. Halbuki Vüsalə xanım avadanlığın geri qaytarılması üçün müraciət etdiyi vaxtda müqavilə üzrə avadanlığa verilən qarantiya müddətini ötürmüşdür.Avadanlıq geri təhvil alındıqdan sonra iddiaçının Whatsapp platforması vasitəsilə Nümayəndə göndərdiyi səsli mesajlarda təhvil verdiyi aparatın 60000 manat kimi dəyərləndirilərək satılmasını xahiş etmişdir. Nümayəndə isə telefon danışığında İddiaçı "xxxx" BOKT-a olan borcu da daxil olmaqla 50000 manata razılaşa biləcəyini, avadanlıq satılanda pulunun geri ödəniləcəyini iddiaçıya bildirmişdir, çünki artıq avadanlıq işlədilmişdir və öz dəyərini müəyyən hissədə itirmişdir. (Bu danışıqlar məhkəməyə sübut kimi disk daşıyıcıda təqdim edilir). Vüsalə xanım öz iddia ərizəsində da bununla razılaşmışdır. Beləliklə avadanlıq şirkət tərəfindən İddiaçı geri təhvil alınmış, aparata görə ödədiyi ödənişlərin böyük bir qismi iddiaçıya geri ödənilmişdir. Həm də iddiaçı “Emba Finans” BOKT ilə bağladığı kredit müqaviləsi üzrə borcunun bir hissəsini ödəsə də, qalan borcunu ödəyə bilməmişdir. Şirkət tərəfindən zamin kimi iddiaçının borcu- 21674 manat məbləğ ödənilmişdir. Belə ki iddiaçıya aylıq 2000 manat olaraq toplam 25100 manat ödənilmiş, 50000 manat razılaşdırılmış məbləğdən qalıq 3226 manatı iddiaçıya təhvil vermək üçün isə onu şirkətə dəvət etsək də, Vüsalə xanım gəlib götürməkdən imtina etmişdir. Bu fakt iddiaçının Cavabdeh MMC-nin direktor müavini X11 platforması vasitəsilə göndərdiyi səsli mesajlarda və yazışmalardan da görünür. İddiaçı iddia edir ki, ona qarantiya müddəti 2 il deyildiyi halda müqavilədə 1 il göstərilmişdir. İddiaçı qeyd etdiyi arqumenti əsassız hesab edərək bildiririk ki, müştərilərlə şirkət arasında alqı-satqı müqaviləsi imzalanan zaman müqavilə öncə müştərinin tanış olması üçün ona təqdim edilir. Odur ki, İddiaçı ilə bağlanmış 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsində də avadanlığa dair qarantiya müddəti 1 il qeyd olunmuşdur. İddiaçı qeyd olunan müqavilənin şərtləri ilə tanış olduqdan sonra müqaviləni imzalamışdır, yəni qarantiya müddətinin 1 il olması barəsində məlumatlıdır.Beləliklə, iddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddia əsassız varlanma məqsədilə qaldırılmış iddiadır, iddiaçı tərəf onun müraciəti əsasında avadanlığının şirkət tərəfindən geri götürüldüyünü və iddiaçı ilə cavabdeh arasında avadanlığa görə razılaşdırılmış məbləğin ona ödənildiyini bildiyi halda üzərindən xeyli müddət keçdikdən sonra əsassız varlanma məqsədilə iddianı qaldırdığı məlum olur. Məhkəməyə müraciət etmək hüququ, eyni zamanda tələb hüququ tərəfin təbii hüququ olsa da, bu hüququndan tərəf sui-istifadə etmək məqsədilə bu iddianı qaldırmışdır. Burada məqsəd şirkətə ziyan vurmaqdır. iddianı təsdiq edən heç bir mötəbər sübut təqdim edilmədiyini, göstərilən səbəblərin obyektiv səbəblər olmadığını nəzərə alaraq iddianın təmin edilməməli olduğunu hesab edirik. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs B.Kərimov tərəfindən məhkəməyə iddia tələbinə mülahizə təqdim edilmişdir. Mülahizəni onunla əsaslandırmışdır ki, İddiaçı həmin iddia tələbini tamamilə qanuni, əsaslı və haqlı tələb hesab edir ki, həmin iddia tələbinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, həmin iddia ərizəsində qeyd olunanlardan və ona əlavə olunmuş sənədlərdən də görünür ki, Polylase Al .-40 (Aleksandrite İ.aser) tipli aparatının onun zəruri avadanlıqları ilə birlikdə alqı-satqısına dair keçirmiş “ \/ 1 stetik Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə Surxas oğlu ilə 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi də rəsmiləşdirilmişdir. Müqavilədə qeyd olunan malın dəyəri 70000 manat kimi göstərilsə də, həmin avadanlıq üçün bizdən, əsassız olaraq, 100.000 manat pulu alınmışdır. Belə ki, ilkin ödəniş kimi 40000 manat tərəfimizdən ödənilmişdir. Həmin pulu iddiaçı olan gəlininin anası X10 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evi "xxxx"a girov qoyularaq 40000 manat pul götürülərək onun tərəfindən cavabdeh şirkətə ödənilmişdir. Həmin müqaviləyə görə indiyə qədər onlar tərəfindən 15000 manat faiz ödənilmişdir. 30000 manatı EmbaFinans Bankdan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında kredit götürərək Cavabdeh direktoru Nümayəndə ödəmiş və qalan 30000 manatın əvəzinə isə onun mülkiyyətində olan ünvan 2 ünvanda tikilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi olan obyekt Nümayəndə adına rəsmləşdirilərək ona təhvil verilmişdir. Qeyd olunan aparat qüsurlu olduğundan cavabdeh tərəfindən dəfələrlə usta göndərilməsinə baxmayaraq təmir edilə bilməmişdir və cavabdeh müqaviləyə uyğun olaraq belə hallarda aparatı yenisi ilə əvəz etməli olduğu halda, bunu da edə bimədiyi üçün bağlanmış müqavilənin 11-ci ayında qarşılıqlı razılıq əsasında aparatı geri götürmüş və bildirmişdir ki,“narahat olmayın aparatı satıb pulunuzu ödəyəcəyik'’. Sonradan ona məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin yanvar ayında gəlini olan iddiaçının ağır xəstə vəziyyətindən istifadə edərək və banklardan götürülən kreditlərə görə və aparatı da işlədib gəlir əldə edə bilməməkləri ilə əlaqədar son dərəcə ağır vəziyyətə düşməkləri ilə əlaqədar vəziyyətdən sui-istifadə edərək, aparata görə ödənilən puldan 40-50 min manat qaytara biləcəyini bildirmişdir, gəlini də cavabdehin təqsiri üzündən çıxılmaz vəziyyətdə olduğu üçün 50000 manat ödənilməsinə məcburiyyət qarşısında razı olmuşdur. Lakin bu zaman kredit borcuna görə banka cavabdeh tərəfindən ödənilmiş pulları nəzərə almamışdır. Yəni iddiaçının sonradan ona bildirdiyinə görə cavabdeh banka ödənilmiş 21606 manatdan əlavə Vüsalə xanıma 50000 manat pul ödəməli idi. Yəni cəmi 71606 manat və 5000 manat pulu da aparatın lazımi ehtiyat hissələri üçün Vüsalənin üzərinə borc kimi yazdığı üçün həmin pul da əlavə olunmaqla razılaşmaya görə Vüsaləyə 76606 manat pul ödənilməli idi. Lakin hesab edir ki, ondan xəbərsiz olaraq cavabdehin Vüsalənin həm xəstə olmasından, həm satılmış aparatın istifadəyə yararsız olmaduğu üçün işlədilib gəlir əldə edilməməsindən, həm də aparatın pulunu ödəmək üçün banklardan götürülmüş kreditlərlə əlaqədar Vüsalənin düşdüyü son dərəcə ağır vəziyyətdən sui-istifadə edərək, qəbul etdirdiyi həmin razılaşma tamamilə əhəmiyyətsizdir və iddia tələbinə baxılarkən həmin “razılaşma” iddiaçı tərəfın hüquqlarının və qanuni mənafelərinin kobud şəkildə polulması ilə müşahidə olunduğundan nəzərə alınmadan mübahisə həll edilməlidir. Ödənilmiş pulların geri qaytarılmasının təmin edilməsi üçün aidiyyətli hüquq mühafizə orqanlarına müraciət edilib, uzun müddətli araşdırmadan sonra cavabdeh barəsində cinayət işi başlanmamışdır və bu məsələnin mülki qaydada həll olunması tövsiyyə edilmişdir. Bununla əlaqədar şikayətimin surətini və şikayətin aidiyyətli orqanlara göndərilməsi barədə poçi qəbzlərinin surətini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Nərimanov RPİ-nin rəisinin həmin şikayətlə əlaqədar məktbunun surətini mülahizəyə əlavə edilmişdir. Cavabdeh tərəfindən indiyə kimi gəlininə hissə-hissə cəmi 46000 manat pul ödənmişdir,qalan məbləği müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Adı çəkilən aparat üçün ödənilən 100000 manatdan 30000 manatının əvəzinə onun mülkiyyətində olan obyekt cavabdehə alqı-satqı yolu ilə təhvıl verildiyi üçün iddia təmin olunarsa, iddiaçı aparatın alınması üçün cavabdehin mülkiyyətinə keçirdiyi qeyd edilən obyektin dəyərini ona ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, aparat yeni aparat deyildi, işlənmiş avadanlıq idi. Həmçinin zəmanət talonunda 2 il zəmanət verilmişdi, lakin avadanlıq onlara təhvil verilərkən artıq 1 il müddəti keçmişdi. 2021-ci ilin iyun ayından avadanlığın qüsurlu olduğunu bildiləri andan tərəflə mübahisələri yarandı. Avadanlığın qüsurlu olması barədə tərəfə müraciət etdikdə hər dəfəsində gəlib düzəldirdilər bir müddət sonra avadanlıqda yenidən nasazlıq yaranırdı. Daha sonra 1 il tamam olmamış qarşı tərəf aparatı gəlib apararaq satıldıqdan sonra onlara ödədikləri məbləği geri qaytaracaqlarını bildirdilər. Avadanlığı 100000 manata alınıb. Düzdür müqavilədə avadanlığın qiyməti 70000 manat göstərilsə də şifahi razılığa və ödədiklərinə əsasən avadanlığın qiyməti 100000 manat məbləğ olmuşdur. Bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapmışdır. Cavabdeh tərəf bu halı təsdiqləmişdir. Avadanlıqdakı qüsuru düzəltdikdən sonra iddiaçı avandalığı 1 ay işlədə bildi. Avadanlığı müqavilə bağlandıqdan 11 ay sonra iddiaçıdan götürmüşlər. Avadanlığı apardıqda bununla bağlı təhvil-təslim aktı olmamışdır. Accessbank ASC-dən götürülən məbləğin hamısı tərəfə ödənilməmişdir. 10000 manat şəxsi ehtiyacları üçün iddiaçının özünə lazım olub, 40000 manat ödənişi isə cavabdeh tərəfə edilib. Şifahi danışıqlara əsasən avadanlığı satdıqdan sonra tam ödənişi onlara təqdim edəcəklərini bildirmişlər. İddia tələbində qeyd edilən maddi ziyan avadanlığa görə götürülmüş, bununla bağlı ödənilmiş əlavə faiz məbləğidir. Məhkəməyə təqdim edilən sənəddə "xxxx" ASC-dən 50000 manat məbləğində götürdüyü kredit məbləği ilə bağlı xx.xx.2024-cü il tarixədək ödənilmiş faiz məbləği göstərilib. Həmin məbləğdən 40000 manat hissəsi avadanlıq, 10000 manat məbləği isə şəxsi ehtiyaclar üçün götürülmüşdür. Həmçinin avadanlıq üçün xx.xx.2021-ci ildə Embafinans BOKT ilə kredit müqaviləsi bağlayaraq 30000 manat kredit götürərək şirkətə ödəniş etmişdir. Geridə qalan 30000 manat məbləği isə həmin dəyərdə olan İddiaçı qaynatasına məxsus olan obyekti Rəşad adında şəxsin adına keçirtmişdir. Həmin qeyri-yaşayış sahəsinin qarşı tərəfin adına rəsmiləşdirilməsi ilə bağlı sübutun əldə edilməsi üçün DƏDKR-ə müraciət edilib, lakin sorğuya cavab verilməyib. Müqavilənin tərkibi olan zəmanət talonunda qeyd olunmuşdur ki, aparatın təmir müddətində ehtiyac olarasa, müştəri müvəqqəti əvəzedici aparatla təmin olunur. Lakin cavabdeh özü də etiraf edir ki, nə aparatı yenisi ilə əvəz etməmişlər, nə də təmir müddətində əvəzedici aparatla təmin etməmişlər. Bütün qeyd olunan faktlar müqavilə bağlanarkən iddiaçının cavabdeh tərəfindən aldadılmağını və müqavilənin tam qanunsuz olmasını təkzibolunmaz şəkildə sübut edir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs B.Kərimov izahatında mülahizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, onun adına olan əmlakın çıxarışı yoxdur. 20 kv tam təmirli qeyri-yaşayış sahəsini hazırkı cavabdehin nümayəndəsinin adına rəsmiləşdirmişdir. Qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsi ilə bağlı hazırda sübutu yoxdur. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Z.Tağıyeva izahatında məhkəməyə təqdim edilən yazılı etirazda göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, Avadanlığın qüsuru barədə ilkin müraciət avadanlıq alındıqdan 6 ay sonra olmuşdur. Lakin məlumat verilən zaman avadanlığın zəmanət müddəti bitmişdi. Həmçinin avadanlıqda olan qüsur optik qüsur olduğu üçün zəmanət müddəti ilə də əlaqəsi yox idi. Sadəcə İddiaçı onların əməkdaşı olduğu və həmin detal da özlərində olduğu üçün zəmanət çərçivəsini daxilində tərəfə köməklik etmişlər. Emba Finans BOKT geridə qalan məbləği maliyyələşdirən bankdır. Belə ki, tərəf onlara nağd olaraq 40000 manat ödəniş etmiş, geridə qalan 30000 manat məbləği banka salaraq, bank onları maliyyələşdirdi. Avadanlığın qiyməti 70000 manat idi. "xxxx" ASC-dən götürülən 50000 manat kredit məbləği ilə bağlı məlumatları yoxdur. Tərəf öz şəxsi ehtiyacları üçün kredit məbləğini götürmüşdür. Hazırkı mübahisəyə heç bir aidiyyatı yoxdur. Çünki avadanlıqla bağlı ödənişlər yalnız bir bankdan kredit götürülməsi yolu ilə reallaşmışdır. Ümumi məbləğ 100000 manat məbləğə razılaşdırıldığı halda qaytarılanda 50000 manat məbləğə razılaşmaalarına səbəb avadanlıq istifadə olunduqca onun dəyəri itirməsi olmuşdur. Hər ay ödəniş edilməsini tələb etdiyi üçün aybaya 2000 manat ödəniş etmişlər, geridə qalan məbləğ 3226 manatdır. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə izahatında yazılı etirazda qeyd edilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, tərəflər arasında əməkdaşlıq münasibətləri çox olmuşdur. Qeyri-yaşayış sahəsinin adına keçirilməsi ilə bağlı hal hazırkı iddia tələbi ilə əlaqəsi yoxdur, məhkəmə mübahisəsi ilə bağlı deyil. Həmçinin avadanlıq satıldıqdan sonra tərəfə 50000 manat ödəniş ediləcəyi barədə razılığa gəlmişdilər və bununla da bağlı səs yazısını məhkəməyə təqdim etmişlər. Halbuki müqavilə üzrə onların avadanlığı götürüb, satdıqdan sonra tərəfə ödəniş etməli olmaları ilə bağlı hər hansı öhdəliykləri yoxdur. Daha sonra onlar iddiaçıya 46800 manat ödəniş etmiş, geridə qalan məbləği də ödəyəcəkdilər, lakin tərəflər arasında mübahisə yarandı, ödəniş edilmədi. İddiaçıya ödənilən məbləğlər, həmçinin onun adından banka ödənilən məbləğləri təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmişdir. Polisə verilən izahatda İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən məhz həmin müqavilə üzrə kifayət qədər pul vəsaiti olmadığı üçün həmin aparatın müqabilində tələb olunan vəsaitin 30000 manatı müqabilində daşınmaz əmlakı onun adına rəsmiləşdirəcəyini vəd edilməsinə münasibətdə bildirir ki, onların Vüsalə xanımla aralarında öncədən iş yoldaşı münasibətləri olmuşdur. Həmin avadanlığı lazım olan hallarda texniki servisə də göstərmişlər. Onu 3 dəfə polisə çağırıblar. Qarşı tərəf iddia edir ki, guya o, əsassız olaraq onların əmlakını mənimsəmişdir.Polisdə verdiyi izahatı onların ümumi alqı-satqı münasibəti çərçivəsində olan bir ödəmə formasının hissəsidir. Bununla bağlı hesabdan-çıxarışlar məhkəməyə təqdim edilib. Vüsalə xanımla aralarında 120000 manatlıq sövdələşmə olmuş, avadanlıqlar alınmışdır. Ümumi olaraq 20000 manat endirim olunub. 30000 manat dəyərində obyekti ona vermişlər. 70000 manatdan 40000 manat ilkin ödəniş edilib geridə qalan 30000 manata isə bank qarşısında zamin duraraq onlara veriblər. Sonradan iddiaçı tərəf həmin banka ödəniş ödəməkdən də imtina etməsi səbəbindən onun yerinə ödəniş etmişlər. Çünki 1 müştəriyə görə onlar bank qarşısında pis vəziyyətdə qala bilməzdilər. Ona görə bank qarşısında ödənişlərin davamını onlar ödəmişlər. Bundan əvvəl Vüsalə xanımla aralarında alqı-satqı müqavilələri olmuşdur. Bununla bağlı müqavilələri məhkəməyə təqdim edə bilməmişlər. Sadəcə hesabdan-çıxarışlar təqdim edilib. Onlar avadanlıq üzərində rəsmi olaraq müqaviləni bağlamışlar. Avadanlıq 11 ay işləndikdə 50000 manat dəyər itirə bilər. Çünki avadanlıq hələ də satılmayıb və nə zaman satılacağı da məlum deyil. Faktiki olaraq anbarda saxlanılır və şirkətdə maddi itkidir. Avadanlığın dəyərinin 100000 manat olduğunu etiraf edir və 50000 manat satılmasına razılaşmışlar. Bunu müqavilə formasında rəsmiləşdirməmə səbəbi rəsmiləşdirmə müqaviləyə əlavə edilmiş aktla olur. Lakin tərəf aktı imzalamaqdan imtina etmişdi. Bank qarşısında öhdəliyi də onlar öz üzərlərinə götürmüşlər. Vüsalə xanım 60000 manat satılmasının tərəfdarı idi. Lakin bugünki gündə 50000 manata da sata bilmirlər. Hər texnologiyanın üzərinə yeni seriyada texnologiya çıxdıqda qiymətə əhəmiyyətli dərəcədə təsir edir. Avadanlıq satılmadan tərəfə ödənişlərin edilmə səbəbi tərəflə olan münasibətlərə görə ona güzəşt edilmişdir. Çünki tərəf şəxsi problemləri səbəbindən çətin vəziyyətdə idi. Avadanlıqlarda elə hissələr var ki, onlara qarantiya verilmir. Bu hal tərəflər arasında bağlanılmış müqavilədə də qeyd edilib. Belə ki, avadanlığın optik hissələrinə zəmanət verilmir, optik hissələrlə bağlı yaranmış problem zəmanət mövzusu deyildir. İddiaçının aparatında yaranmış problem optik hissədə yaranmış problem idi. Çünki zavod özü də onlara bununla bağlı şərt qoymuşdur. Avadanlıq onlara qaytarılanda aparatda heç bir problem yox idi. Vüsalə xanımın şəxsi problemləri, səhhəti ilə bağlı qazanc əldə edə bilmədiyi və banka olan borcu ödəyə bilmədiyi üçün avadanlığı qaytarmaq istədi. Onun çətin vəziyyətdə olduğunu görərək avadanlığı təhvil almışlar və birdən-birə o, məbləğdə pulu tərəfə qaytara bilməzdilər. Ona görə də aparatı təkrar satışa qoymaq üçün şifahi razılıq əldə etdilər. Onlar tərəfə yeni aparat satıblar. Tərəf də bunu təhvil-təslim aktı ilə qəbul etmişdir. Həmin avadanlığın 2018-ci il istehsalı olduğunu da dəqiq bilmir. Ola da bilər ki, aparatın ili köhnə olsun, lakin bu o demək deyil ki, istifadə edilmiş aparatdır. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Ə.Quluzadə yazılı etirazda göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, avadanlığın geri qaytarma aktını özü tərtib etmişdir.İlk dəfə geri qaytarma aktını tərtib etdikdə 60000 manat məbləğində pul istədi və bunu əsas gətirərək həmin aktı imzalamaqdan imtina etdi. Rəhbərlikdə 1 həftəəyə yaxın dnaış.ıqlar etdi. Bununla bağlı yazışmalar məhkəməyə təqdim edilib. Daha sonra Vüsalə xanım 50000 manata razı olduğunu bildirərək geri dönüş etmişdir. Yenidən 50000 manatla bağlı akt tərtib edildi, lakin bu dəfə də Vüsalə xanımı dəvət etsələr də gəlib imzalamamışdır. Onlar iddiaçı tərəf aktı imzalamadığı təqdirdə yenə də ödənişləri edir və Vüsalə xanıma göndərirdilər. Daha sonra Vüsalə xanım da onlara geri dönüş edib ödənişləri təsdiq edirdi. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, cihazı aldığı gündən 1 ay müddətində problemlər yaşanmağa başlamışdır. Avadanlığı 100000 manata almış, 30000 manatın əvəzində qaynatası obyektini vermiş, 40000 manatı isə anasının evini girov qoyub bankdan kredit şəklində pul götürmüş, digərini isə şirkətin yönəltdiyi "xxxx"dan aylıq ödənişi 1667 manat olan 30000 manat kredit götürmüşdür. "xxxx" ASC-dən götürülən məbləği qaynı X6 adına götürülmüşdür. Buna səbəb biznes kreditini sahibkarlıq fəaliyyət ilə yeni məşğul olduğu üçün onu özünə vermməmləri idi. Avadanlıqla bağlı problemlər yaşandı və 1 ay sonra o, xidmətin dayandırılmaması üçün başqa bir cihazı icarəyə götürərək işlətməyə başlamışdır. Daha sonra cihazda olan nasazlıqlara görə cihazı 2022-ci ilin may ayında şirkətə qaytarmış, 8 ay gözləmiş, lakin qarşı tərəf cihazı satmamışdır. O, cavabdehin ofisində olarkən Rəşad müəllim ona Asəf müəllimin cihazı 75000 manata alacağına dair vəd vermiş, yanvar ayında isə Asəf müəllimə tam başqa cihazın satıldığından xəbərdar olmuşdur. 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayına kimi Asəf müəllimdən xəbər gözləmişdir. Fariz müəllim cihazın qiymətinin 40000 manat olduğunu bildirmişdir. Təbii ki, qarşı tərəf şirkət olaraq öz haqlarını qoruyurdu. O, hətta qarşı tərəflə olan yazışmalarda və səs yazılarında cavabdeh tərəfə ailə daxili problemlər yaşandığı üçün qiymət cəhətdən razılıq əldə edilməsi məqsədilə yalvardığını bildirir. Həmin gün üçün banklara olan öhdəliklərdən azad olmaq üçün ona 60000 manat məbləğə razı idi. Daha sonra tərəf heç cür razılığa gəlmədi və səs yazmada “mənim hesablamamla ilə 50000 manat məbləğə razıyam” qeyd etməsi onun səhvi olduğunu bildirir. Həmin dövrdə evdə olan çarəsizliyi, banklar qarşısında öhdəlikləri bu məbləğə razılaşmağa onu vadar edirdi. 100000 manat ödəniş edilən cihazda 1 ay tamam olmamış nasazlıq yaranmışdır. Cihaz 2018-ci il tarixinə aid imiş və ikinci əl kimi ona satıblar. Lakin müqavilə bağlanan zaman ona yeni cihaz adıyla satmışdılar. Onların uzun müddət işçisi, əməkdaşı olduğu üçün bu halı qarşı tərəfə bildirməyib. İddiaçı aparatın istifadəsini yeni işçiyə deyil, bu işdə peşəkar olan əməkdaşa vermişdi. Cihazı alandan özü və özü ilə paralel digər illərin mütəxəsisisləri istifadə edib. Şirkətin nümayəndələrinin iştirakı ilə bərabər öz ustaları gəldi. Optik hissələri təmir edən işçi gəldi və onların yanında onların icazəsi ilə onu təmir etdi. Zəmanətli olan məhsula ixtiyarları yoxdur ki, avadanlığı başqa şəxsə təmir elətdirsinlər. Əbdül usta təsdiqləmişdi ki, bu problem zavod istehsalı zamanı yaranmış problemdir. Yəni bu iddiaçının istifadəsi ilə bağlı məsələ deyil. Cihaza hazırda baxış keçirilən zaman istehsal qüsuru olduğu ortaya çıxa bilməz. Çünki həmin qüsuru yalnız 2-3 mütəxəssis bilə bilər. Bu da onların mütəxəsisləri olduğu üçün inanmır ki, onun lehinə nəsə desinlər. Ən böyük səhvi cihazda ilk ayda problem üzə çıxdıqda onu cavabdehə qaytarmamağı olmuşdur. Heç bir cihaza o qədər ödəniş olunduğu təqdirdə 1 ay olmamış nasazlıq çıxa bilməzdi. Operator ancaq ön hissədə işləyirdi. Lakin nasazlıq arxada çıxmışdı. Həmin cihazların hamısında qol hissədə problem olur Cihazın dəyərinin qaytarılması ilə bağlı tərəflər arasında tam olaraq razılıq əldə edilməmişdi. Aparatın qolunu çıxardıb yerinə yenisin qoydu, lakin 2 aydan sonra yenə eyni yerdən problem oldu. Yenidən öz ustaları gəldi. Enerji gəlmirdi. 11 ay müddətində 4-5 dəfə problem olub lakin 11 ay müddətin hamısında istifadə etməmişəm. Çünki cihazın optik hissələri çıxardıldıqda cihaz bir müddət qıraqda yararsız halda qalırdı. İndiyə kimi 46000 manata yaxın ödəniş olunub. İddia tələbində qeyd edilən 24892 manat maddi ziyan kimi banklarda itirilən faiz məbləğləri nəzərdə tutulur. Daha sonra ailə daxili problemlər yaşanmış və məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı (“Alıcı”) ilə Cavabdeh MMC (“Satıcı”) arasında bağlanmış 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X2 (Bunda sonra “Əlavə 1” adlandırılacaq) əks olunan texniki avadanlıqları (bundan sonra “Mal” adlanacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə “Alıcı”ya satmağı, “Alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı”ya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 2-də öz əksini tapır. Müqavilənin 2.2.4cü bəndinə əsasən Satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini 18 ay ərzində bu müqavilənin tərkib hissəsi olan Əlavə 1 əsasında “Satıcı”ya ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən malın ümumi dəyəri 70000 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndindən görünür ki, alıcı satıcıya 40000 manat ilkin ödənişini dərhal, qalıq məbləği 18 ay (on səkkiz ay) ərzində “Əlavə 1”-ə uyğun formada “Satıcı”ya “ödəniş qəbzləri” (və ya mədaxil qəbzləri) əsasında ödəməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı Satışının alış yerində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda Alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilə bilər ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sənədləri olsun. Müqavilənin 6.3-cü bəndinə əsasən Alıcı təsdiq edir ki, Satıcıdan aldığı mala tam ətraflı baxmış, gözdən keçirmiş və heç bir nasazlıq, problem mövcud olmamışdır. Müqavilənin 7.1-ci bəndindən görünür ki, “Satıcı” bu müqavilə üzrə satdığı malların keyfiyyətinə müqavilənin tərkib hissəsi olan “Zəmanət Talonu”nda nəzərdə tutulmuş qaydalara və müddətə uyğun Qarantiya (zəmanət) verir. Qarantiya (zəmanət) müddəti “Satıcı” tərəfindən malın “Alıcı”nm sahibliyinə verildiyi andan hesablanır. 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair Zəmanət Talonuna əsasən Avadanlıqların zəmanətə daxil olmayan hissələrə “Foto” tipli lazer avadanlığlarında şüşə fıltrlər (Sapfir başlıqlar) bütün cihazların pedalları, “Diod” tipli lazer avadanlıqların handle başlığmn şüşə fıltirləri və optik hissələri, “Vibro Masaj” avadanlığının hərəkətli başlıq hissəsi daxildir. Zəmanət müddəti ərzində avadanlığın daxilinə edilmiş hər hansı bir kənar müdaxilə zəmanət şərtlərini qüvvədən salır. Aparatın texniki şərtlərindən hər hansı birinin pozulması baş verərsə zəmanət şərtləri ləğv olunur. Hər hansı bir avadanlığa ehtiyyatsızlıqdan və ya qəsdən vurulmuş zərər zəmanət şərtlərini qüvvədən salır. Hər hansı bir avadanlığa ehtiyyatsızlıqdan və ya qəsdən vurulmuş zərər zəmanət şərtlərini qüvvədən salır. 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair X1 əsasən “07” İyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qeyd olunan malların (avadanlıqların) miqdarı və məbləği cədvəldə göstərildiyi kimi müəyyən edilir. “Alıcı” aşağıdakı cədvəldə qeyd olunan malların (avadanlıqların) miqdarı və məbləği ilə razılığını bildirərək qəbul edir və “Satıcı” qarşısında öhdəlik götürərək “07” İyun 2021-ci il tarixli alqı-satqı müqaviləsində qeyd olunmuş qaydaya və şərtlərə əməl etməklə, həmçinin malın ümumi məbləği 70000 manat, ilkin ödəniş 40000 manat olmaqla 30000 manatı 18 ay ərzində ödəniş qrafikinə əsasən vaxtlıvaxtında ödənişlərin edilməsi razılaşmışdır. 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli təhviltəslim aktına əsasən Cavabdeh MMC tərəfindən dəyəri 70000 manat olan Polylase AL - 40 (Alexandrite Laser) aparatı 07 iyun 2021-ci il tarixdə İddiaçı təhvil verilmişdir. İddiaçı (“Borc alan”) ilə "xxxx" QSC (“Borc verən”) arasında bağlanmış xx.xx.2021ci il tarixli 005-STK-0001-21 saylı kredit müqaviləsinə əsasən “Borc verən” “Borc alan”a tərəfindən satışı həyata keçirilən istehlak mallarını almaq məqsədilə ilə 30000 manat məbləğində istehlak mallarını kreditə verir. Bu müqaviləyə əsasən alınmış Gözəllik və sağlamlıq üçün texnika Polylase AL - 40 (Alexandrite Laser) aparatı 1 ədəd “girov predmeti” “Borcverən”in xeyrinə girov qoyulur “Girov Predmeti” Borcalan”da qalır. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 29% hesablanmaqla 24 ay müddətinə verilir. 005-STK-0001-21 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən üzrə Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən ümumi məbləği 30000 manat olan 24 aya illik faiz dərəcəsi 29 % olmaqla verilmiş kreditə görə İddiaçı xx.xx.2021-ci tarixdən xx.xx.2023-cü il tarixinə qədər hər ayın 23-ü ( və ay 24-ü) 1662 manat, sonuncu ay isə 1 066.25 manat ödəməlidir. X12 (“Zamin”) ilə "xxxx" QSC (“Borc verən”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005-STK-0001-21 saylı zaminlik müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Kərimova X15 (bundan sonra Borcalan ) arasında 23 iyun 2021-ci il tarixli bağlanmış 005-STK-0001-21 saylı kredit müqaviləsi əsasında “Borcalan”a veriləcək 30000 manat məbləğində kreditlə əlaqədar olaraq ’’Borcalan” “BOKT” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Borcalan” ilə birlikdə "BOKT” qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, 78892 manat pul vəsaititnin 10 gün ərzində ödənilməsi təklif edilmiş,əks təqdirdə məcburi tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin başlanılacağı qeyd edilmiş və müvafiq pretenziya məktubu Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Nərimanov RPİ-nin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin ona 54000 manat pulun ödənilməli olmasını bildirsə də, aparılmış araşdırma zamanı İddiaçı müraciətinin mülki xarakterli olması müəyyən edildiyindən onun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli Kərimov Bayram tərəfindən müxtəlif dövlət orqanlarına Cavabdeh fəaliyyətindəki qanun pozuntuları ilə bağlı araşdırma aparılması barədə şikayət ərizəsi ünvanlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bayram Kərimova ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən Baş İdarənin müvafiq qərarına əsasən Cavabdehndə vergi nəzarəti tədbirinin keçirildiyi və Cəmiyyət tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktının aşkar edilərək onlar tərəfindən rəsmiləşdirildiyi qeyd edilmişdir. Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən xx.xx.2024-cü il tarixdə X4 Bakı şəhər prokurorluğundan daxil olmuş müraciəti Nərimanov RPİ-nin İŞ-də araşdırılan materiala əlavə edilib, qanuna müvafiq tədbir görülməsi üçün Nərimanov RPİnin İŞ-nin rəisi polis polkovnik-leytenantı cənab Bəkir Qarayevə göndərilmişdir. "xxxx" ASC tərəfindən X8 ünvanlanmış OUT-2025/04/29-48 saylı məktuba əsasən 01 iyun 2021-ci il tarixli, 009L**********27 saylı Kredit xətti müqaviləsi üzrə bağlanmış 01 iyun 2021-ci il tarixli, 009R********** saylı Kredit Razılaşmasına əsasən ona verilmiş 50000 manat məbləğində kredit "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında olan kredit öhdəliyi 01 avqust 2024-cü il tarixdə tam olaraq yerinə yetirilmiş və hazırda həmin Kredit Razılaşması üzrə “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti qarşısında kredit öhdəliyi mövcud deyildir. 01 iyun 2021-ci il tarixli, 009L**********27 saylı Kredit xətti müqaviləsi üzrə bağlanmış 01 iyun 2021-ci il tarixli, 009R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Ruslan Kərimov tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə qədər hər ayın 1-3-ü olmaqla 1503 manat aylıq ödəniş ödəməlidir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı malların dəyərinin 40000 manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq 30000 manat məbləği alqı-satqı müqaviləsinə əsasən ödəməli idi. Tərəflərin razılığı əsasında xx.xx.2022-ci il tarixdə avadanlıq 50000 AZN dəyərində dəyərləndirilib (Embafins BOKT da İddiaçı qalıq borcunu ödəmək şərti ilə,qalıq məbləği isə onun özünə ödəmək şərti ilə) İddiaçı geri götürülüb. İddiaçı şirkət tərəfindən 25100 manat məbləğ ödənilib. Razılaşmaya əsasən şirkətin İddiaçı 3226 manat məbləğində borcu vardır. Müxtəlif tarixli ödəniş qəbzlərinə əsasən "xxxx" MMC tərəfindən “Embafins BOKT”-a ümumilikdə 21674 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 327 manat dövlət rüsumu ödəmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-sı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, sonuncu tərəfindən Polylase AL - 40 (Alexandrite Laser) aparatı iddiaçıya təhvil verilmişdir. İddiaçı tərəfindən ilkin olaraq 40000 manat məbləğində ödəniş edilmiş, daha sonra iddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005-STK-0001-21 saylı kredit müqaviləsinə əsasən 30000 manat məbləğində kredit götürülərək qalan 30000 manat ödənilmişdir. 07 iyun 2021-ci il tarixli müqavilədə satılan aparatın qiyməti 70000 manat qeyd edilsə də, tərəflər hər ikisi avadanlığın 100000 manata satıldığını, 30000 manatın əvəzində müstəqil tələb irəli sürməyən üçüncü şəxs B.Kərimovun əmlakının cavabdehə verildiyini qəbul etdiklərindən satılan avadanlığın dəyərinin 100000 manat olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə və əlavələri, təhvil – təslim aktı iddiaçı tərəfindən imzalanmasada, tərəflərin müqaviləni və əlavələri, aktı qəbul etmələri, imzalanmamasını mübahisələndirməmələri tərəflər arasında qeyd edilən müqavilənin, əlavənin və təhvil – təslim aktının bağlandığını təsdiq edir və bu hal da mübahisəsizdir. Hazırda iddiaçı tərəflər arasında bağlanmış 07 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ödədiyi pulun qalan 54000 manatının və ona dəymiş 24892 manat ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf etiraz edərək avadanlıq geri qaytarıldıqdan sonra iddiaçı ilə aralarında olan razılaşmaya əsasən avadanlığın 50000 manata onlara satmaq üçün verildiyini, həmin məbləğdən 3226 manat qalıq qaldığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İlk növbədə müqavilənin etibarsızlığı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı 07 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını avadanlığa dair istehsalçı tərəfindən 2 il zəmanət verildiyi halda, alqı-satqı müqaviləsində 1 il zəmanət verilməsi və avadanlığın qiymətinin 100000 manat olduğu halda 70000 manat göstərilməsi, cavabdehin aparat nasaz olduğu halda yenisi ilə əvəz etməməsi, təmir müddətində əvəzedici aparatla təmin etməməsi ilə əsaslandıraraq cavabdehin həm aparatın qiymətində, həm də şərtlərində bilərəkdən onu aldatdığını bildirmişdir. Halbuki iddiaçı cavabdehdən aparatı təhvil aldıqdan sonra 11 ay istifadə etmiş, həmin müddətdə yaranmış nasazlıqlarla bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən texniki xidmət göstərilmiş, sonradan ailəsində yaranmış narahatçılıqlara görə aparatı geri satmaq istəmişdir. Yəni iddiaçı müqavilənin etibarsızlığı üçün göstərdiyi əsasları, zəmanətin 1 il olmasını, müqavilədə qiymətinin 70000 manat qeyd edilməsini, nasaz olduqda yenisi ilə əvəzlənməli olmasını, təmir müddətində əvəzedici aparatla təmin olunmalı olmasını əvvəlcədən, aparatı təhvil aldığı vaxtdan bilmiş, lakin bütün bunlarla razılaşaraq aparatı istifadə edib 07 iyun 2021-ci il tarixli müqaviləni 3 il ərzində mübahisələndirməmişdir. Bu faktlar iddiaçının cavabdeh tərəfindən aldadıldığını təkzib edir, iddiaçının aldadılmasının inandırıcı olmadığını göstərir. Habelə, iddiaçı avadanlığın nasaz olması, istehsalçı qüsuru olması, qarantiya verilən hissələrin cavabdeh tərəfindən təmir edilməməsi, bununla bağlı cavabdehə müraciətlər etməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı aldığı avadanlığın nasaz olduğunu, lazımı keyfiyyətdə olmadığını, təmirdən sonra da eyni qüsurun təkrar baş verdiyini gördüyü halda avadanlığın yenisi ilə əvəzlənməsini və ya müqavilədən imtina edərək ödədiyi məbləğin geri qaytarılmasını tələb edə bilərdi. Ancaq işin faktiki hallarından görünən odur ki, iddiaçı belə bir tələblərlə cavabdehə qarşı iddia irəli sürməmiş, sadəcə avadanlığın satılaraq ona pul ödənilməsi ilə bağlı müraciət etmişdir. Buna görə də, hazırda o, həmin əqdi mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçı 07 iyun 2021-ci il tarixli müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində, yəni xx.xx.2022-ci il tarixə kimi həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malik idi, həmin müddət keçdiyindən iddiaçı bu hüququnu itirmişdir. Odur ki, məhkəmə iddia tələbinin 07 iyun 2021-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı belə qənaətə gəlir ki, həmin müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən olunmadığından və sübuta yetirilmədiyindən, həmçinin mülki qanunvericilikdə əqdin etibarsızlığı üçün nəzərdə tutulmuş 1 illik müddət ötürüldüyündən həmin hissədə iddia təmin olunmamalıdır. Bundan başqa iddiaçı cavabdehdən müqavilə üzrə ödədiyi 100000 manatın ona qaytarılmamış 54000 manatını tələb etmişdir. Cavabdeh isə həmin hissədə iddianı qismən qəbul edərək 3226 manat borcu qaldığını etiraf etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçının cavabdehdən geri satdığı avadanlığın dəyərini tələb etmək hüquq vardır. Ancaq iddiaçı həmin avadanlığı aldığı 100000 manata uyğun hesablayaraq cavabdehin ödədiyi 46000 manatı çıxıb qalan 54000 manatı tələb etsə də, tərəflər arasında olan vatsap yazışmalarından və səsli mesajlardan aydın olur ki, iddiaçı həmin avadanlığı cavabdehə geri satarkən dəyərini 50000 manata razılaşmışdır. Belə ki, tərəflər arasında olan səsli mesajlarda iddiaçı 60000 manat qiymət təklif etsə də, cavabdehin nümayəndəsi həmin məbləğlə razılaşmamış, ən çox 50000 manat qiymət təklif etmiş, iddiaçı isə həmin məbləğə razı olduğunu bildirmişdir. Həmçinin tərəflər arasında olan yazışmalarda da aparılan ödənişlərin 50000 manata uyğun hesablandığı aydın görünür. Eyni zamanda həmin şifahi razılaşmanın etibarsızlığı üçün əsaslar müəyyən olunmamışdır. Belə ki, cavabdehin nümayəndəsinin onu məcbur etməsi, təzyiq göstərməsi, aldatması, əlverişsiz şəraitdən istifadə etməsi təsdiq edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabdehdən 3226 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı aldığı 30000 manat kreditə görə 9892 manat, 40000 manat kreditə görə 15000 manat olmalqa cəmi 24892 manat ziyan dəydiyini bildirərək həmin məbləği də cavabdehdən tələb etmişdir. Bir daha qeyd edilməlidir ki, iddiaçı avadanlığın nasaz olması, cavabdehin hərəkətləri nəticəsində ona ziyan dəyməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının aldığı 30000 manat kreditin yarıdan çoxu cavabdeh tərəfindən ödənilmiş, 40000 manat kredit götürülməsi ilə bağlı isə ümumiyyətlə sənəd təqdim edilməmiş, təqdim edilmiş 50000 manat dəyərində kredit isə Ruslan Kərimovun adına olmuş, iddiaçının anasının evini həmin müqavilə üzrə girov qoyması barədə də sənəd təqdim edilməmiş, həmin kreditin məhz mübahisəli müqavilə üzrə götürülməsi təsdiq edilməmişdir. Buna görə də məhkəmə həmin hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 328 manat dövlət rüsumunun 52,30 manatının əvəzi cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 3226 (üç min iki yüz iyirmi altı) manat və ödənilmiş dövlət rüsumunun 52 (əlli iki) manat 30 (otuz) qəpiyinin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar