Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3388/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli "Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018ci il tarixli "Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində borcun və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli "Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixli "Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə yaranmış borc öhdəliklərinin icra edilməsi və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli "Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixli "Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində borcun və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 15 yanvar 2018-ci il tarixində “Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixində isə “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr bağlanmışdır. 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin bir hissəsinin qarşılanması üçün özünə məxsus qeyri-yaşayış sahələrini Banka təqdim edir, cavabdeh isə bunun qarşılığında 10 il müddətinə ********.23 manat vəsaitin hissələrlə iddiaçıya ödənilməsi, eyni zamanda ilkin olaraq iddiaçının vergi orqanı qarşısında yaranan öhdəliyinin icra edilməsi məqsədilə ******* manat məbləğində vəsaitin dərhal ödənilməsi öhdəliyini götürür. Daha sonra 05 fevral 2018-ci il tarixində 002 saylı müqavilə imzalanaraq ******* manat məbləğindəki vəsaitin 31 dekabr 2018-ci il tarixinə kimi cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olması səbəbindən hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədir və hesab edir ki, qeyd etdiyi faktiki hallara əsasən cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixli isə “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə yaranmış borc öhdəlikləri icra edilməli və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının qanuni təmsilçisi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 15 yanvar 2018-ci il tarixli 001 saylı “Borc öhdəliyinin icra edilməsinə dair” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünəməxsus Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı, 3241 kv.metr qeyri-yaşayış sahəsini, ünvan 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 1790 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* seriya nömrəli çıxarışlı 2471 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, 1 zirzəmi qapı 1, 2 zirzəmi qapı 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 3793.9 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-6, 1-ci mərtəbə, qapı-1-2-3-4-5, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* çıxarışlı 1414 kv.metr qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən RX seriyalı ******* nömrəli çıxarışlı 16466.9 kv.metr qeyri-yaşayış sahəsini cəmi ********.23 manat qarşılığında "xxxx" BOKT QSC-ya təqdim etməyi, müqavilənin 1-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdehin iddiaçı qarşısında qarşısında yaranan 67621 77.23 manat borc öhdəliyi 10 il müddətinə cavabdeh iddiaçıya geri qaytarmağı, bu əməliyyatla bağlı iddiaçının vergi qarşısında yaranan 1400000,00 manat məbləği cavabdeh öncədən ödədikdən sonra öhdəliyin icra olunmasını, ödənilmiş 1400000.00 manat məbləğin ümumi məbləğdən (********.23 manat) azaldılmasını öhdələrinə götürmüşlər. 05 fevral 2018-ci il tarixli 002 saylı “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilənin surətindən görünür ki, 001 saylı 15 Yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsi”nə dair müqavilə üzrə “Akkord”un “Property”-ə yaranmış ********.23 manat borcundan ********.23 manat məbləğində borcu “Akkord”un xeyrinə güzəşt edilməsini, öhdəlik üzrə qalan 2378494.00 manat məbləği hissələrlə 31 dekabr 2018-ci il tarixinə kimi “Akkord” tərəfindən “Property”nin cari hesabına ödənilməsini, “Property” gələcəkdə güzəşt etdiyi ********.23 manat məbləği “Akkord”dan heç bir zaman tələb etməyəcəyini və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etməyəcəyini öhdələrinə götürmüşlər. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 16466.9 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 16466.9 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında "xxxx" BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən 2471 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən 2471 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında "xxxx" BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1790 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1790 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında "xxxx" BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, -1 zirzəmi qapı 1, -2-ci zirzəmi qapı 1 ünvanında yerləşən 3241 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, -1 zirzəmi qapı 1, -2-ci zirzəmi qapı 1 ünvanında yerləşən 3241 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında "xxxx" BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, -1 zirzəmi qapı 1, -2 zirzəmi qapı 1 ünvanında yerləşən 3793,9 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, -1 zirzəmi qapı 1, -2 zirzəmi qapı 1 ünvanında yerləşən 3793,9 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında "xxxx" BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-6, 1-ci mərtəbə - qapı-1-2-3-4-5, 1-ci zirzəmi - qapı- 1, 2-ci zirzəmi - qapı-1 ünvanında yerləşən 1414 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-6, 1-ci mərtəbə - qapı-1-2-3-4-5, 1-ci zirzəmi - qapı- 1, 2-ci zirzəmi - qapı-1 ünvanında yerləşən 1414 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında "xxxx" BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 15 yanvar 2018-ci il tarixli 001 saylı “Borc öhdəliyinin icra edilməsinə dair” müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünəməxsus Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı, 3241 kv.metr qeyri-yaşayış sahəsini, ünvan 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 1790 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* seriya nömrəli çıxarışlı 2471 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, 1 zirzəmi qapı 1, 2 zirzəmi qapı 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 3793.9 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-6, 1-ci mərtəbə, qapı-1-2-3-4-5, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* çıxarışlı 1414 kv.metr qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən RX seriyalı ******* nömrəli çıxarışlı 16466.9 kv.metr qeyri-yaşayış sahəsini cəmi ********.23 manat qarşılığında "xxxx" BOKT QSC-ya təqdim etməyi, müqavilənin 1-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdehin iddiaçı qarşısında yaranan 67621 77.23 manat borc öhdəliyi 10 il müddətinə cavabdeh iddiaçıya geri qaytarmağı, bu əməliyyatla bağlı iddiaçının vergi qarşısında yaranan 1400000,00 manat məbləği cavabdeh öncədən ödədikdən sonra öhdəliyin icra olunmasını, ödənilmiş 1400000.00 manat məbləğin ümumi məbləğdən (********.23 manat) azaldılmasını öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında 05 fevral 2018-ci il tarixli 002 saylı “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən 001 saylı 15 Yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsi”nə dair müqavilə üzrə “Akkord”un “Property”-ə yaranmış ********.23 manat borcundan ********.23 manat məbləğində borcu “Akkord”un xeyrinə güzəşt edilməsini, öhdəlik üzrə qalan 2378494.00 manat məbləği hissələrlə 31 dekabr 2018-ci il tarixinə kimi “Akkord” tərəfindən “Property”nin cari hesabına ödənilməsini, “Property” gələcəkdə güzəşt etdiyi ********.23 manat məbləği “Akkord”dan heç bir zaman tələb etməyəcəyini və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etməyəcəyini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 15 yanvar 2018-ci il tarixli 001 saylı “Borc öhdəliyinin icra edilməsinə dair” və 05 fevral 2018-ci il tarixli 002 saylı “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilələr icra edilərək, iddiaçının mülkiyyətində olan və müqavilədə gösgtərilmiş əmlaklar "xxxx" BOKT QSC-yə təqdim edilmiş və sonuncunun həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli 001 saylı “Borc öhdəliyinin icra edilməsinə dair” və 05 fevral 2018-ci il tarixli 002 saylı “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilələr icra edilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc öhdəliyinin icra və güzəşt edilməsi müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliklərini yerinə yetirmiş, iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borclunun müqavilələr üzrə öhdəlikləri yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15 yanvar 2018-ci il tarixli 001 saylı "Borc öhdəliyinin icra edilməsinə dair” və 05 fevral 2018-ci il tarixli 002 saylı "Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində borc və 30 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3388/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3388/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver