Məhkəmə qərarları › İş №e-2-2(113)-339/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-339/2022

21.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-339/2022 21.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin 01.09.2021-ci il tarixə qeyd olunan borc məbləğindən, Dövlət büdcəsinə ödənilməmiş 1849.99 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1850 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin 01.09.2021-ci il tarixə qeyd olunan borc məbləğindən, Dövlət büdcəsinə ödənilməmiş 1849.99 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1850 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 01.09.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 01.09.2021-ci il tarixə yaranan 16422.45 manat borcuna görə 1850 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 06.09.2021-ci il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 09.09.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 01.09.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə 1849.99 manat ödənilməmiş borcu qalmışdır İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh öhdəliyə görə ödənişlərini etmişdir. 1900 manat və 2434 manat ödənişlər edilmiş, əsas öhdəliyi 1852 manat olmuş, borcu yoxdur. İnternet vergi idarəsinin portalında olan 20448,68 manat borc cari borcdu, ödədiyi 1900 manat borc əvvəlki məhkəmə iclası zamanı 1852 manat öhdəliyə görə ödədiyi borcdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 01.09.2021-ci il tarixli **********1 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 06.09.2021-ci il tarixli **********1 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 1850 manat məbləğində əmlakı siyahıya alınmışdır. Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin Dövlət büdcəsinə olan borcu 01.09.2021-ci il tarixə 1849.99 manat təşkil edir. 13 avqust 2021-ci il tarixli 79962505 saylı mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən 15213 manat və 15 manat xidmət haqqı olmaqla ümumilikdə 15228 manat pul vəsaiti Dövlət Vergi Xidməti-Milli Gəlirlər Departamentinə ödənilmişdir. Vergi borcu məlumatdan görünür ki, cavabdehin 23205,66 manat vergi borcu vardır. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 10 yanvar 2022-ci il tarixli **********528700 saylı məktubundan görünür ki, cavabdehin 07.01.2022-ci il tarixə Cavabdeh MMC-nin qeyd olunan 1849,99 manat vergi borcu ödənilməmişdir. Eyni zamanda, 07.01.2022-ci il tarixə vergi ödəyicisinin 13453,49 manat vergi, 6184,53 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada Dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycqan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin 01.09.2021-ci il tarixə Dövlət büdcəsinə 1849.99 manat ödənilməmiş borcu olmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01.09.2021-ci il tarixli **********1 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin 1849.99 manat məbləğində əmlakı siyahıya alınaraq 06.09.2021-ci il tarixli **********1 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edilmişdir. Cavabdehin borcu 01.09.2021-ci il tarixə Dövlət büdcəsinə 1849.99 manat təşkil edir. Cavabdehin nümayəndəsi tələbdə göstərilən borcu ödədiyini bildirsə də, iş materiallarına əlavə olunmuş Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 10 yanvar 2022-ci il tarixli **********528700 saylı məktubundan cavabdehin 07.01.2022-ci il tarixə 1849.99 manat borcunun olması müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materialları ilə cavabdehin Dövlət büdcəsinə olan borcu təsdiq olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin nəfinə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 1850 (min səkkiz yüz əlli) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Cavabdeh Dövlət büdcəsinə olan 1849 (min səkkiz yüz qırx doqquz) manat 99 (doxsan doqquz) qəpik borcu və 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar