Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3390/2025 13.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nin nümayəndəsi və vəkili Vəkil Hüseyn qızının iştirakı ilə İddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.554 ABŞ dolları məbləğində əsas borcun, pul ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcu olaraq 3.833,1 ABŞ dollarının, cəmi 29.387,1 ABŞ dolları məbləğində pulun (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövrüsumun əvəzi olaraq 240 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 2.000 manat məbləğində pulun Cavabdeh MMdən tutularaq iddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında fəaliyyət göstərən iddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” və Cavabdeh MMC arasında alqı-satqı ilə bağlı şifahi razılaşma əldə olunmuşdur. Həmin razılaşmanın şərtlərinə görə “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” Cavabdeh MMCyə Türk mənşəli meşə palet dırnaq maşınlarını satmağı, cavabdeh isə həmin maşınların dəyərini bu barədə e-qaiməni aldıqdan sonra ödəməyi öhdələrinə götürmüşlər. Hazırki iddia ərizəsinə əlavə olunmuş NO seriyalı ******* №-li mənşə şəhatənaməsindən görünür ki, iddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” Cavabdeh MMC-yə çəkisi 13.020 kq, 164 ədəd təşkil edən meşə palet dırnaq maşını və tökmə dırnaqlar satmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli inkasso qəbzindən və e-qaimədən görünür ki, iddiaçı “X3 X1 Sanayi Anonim Şirketi” meşə palet dırnaq maşınının və tökmə dırnaqlarının gömrükdən keçirilməsinə görə, X2 tərəfindən Şirkətə 213TL məbləğində borc hesbablanmışdır. Ərizəyə əlavə olunmuş hesab fakturadan məlum olur ki, satıcı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” alıcı "xxxx" MMC-yə 20.000 ABŞ dolları dəyərində meşə palet dırnaq maşını və 5.554 ABŞ dolları dəyərində tökmə dırnaqları satmışdır. Yükləmə təlimat formasında aparılmış qeydlərdən bəlli olur ki, “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” ** XJ ***,ZJ 976 nömrəli nəqliyyat vasitəsilə 1 ədəd meşə palet dırnaq maşınını və 4 ton (160 bağlama) tökmə dırnaqları Cavabdeh MMC-yə ünvan 1 ünvanına gömrük bəyannaməsi üzrə Türkiyədən çatdırmaq üçün göndərmişdir. Göründüyü kimi, iddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” xx.xx.2022-ci il tarixdə ümumilikdə 25.554 Adolları məbləğində malları (meşə palet dırnaq maşınını və tökmə dırnaqları) Cavabdeh MMC-yəgöndərmiş və malların dəyərinin ödənilməsi barədə cavabdehə e-qaimə göndərilmişdir. Cavabdeh MMC həmin malları və malların dəyərinin ödənilməsi barədə e-qaiməni almasına baxmayaraq, üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmiş, malların dəyərini təşkil edən 25.554 ABŞ dolları məbləğində pulu “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nə ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nin nümayəndəsi və vəkili Vəkil Hüseyn qızı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” ilə Cavabdeh MMC arasında alqı-satqı barədə razılaşma olmuşdur.
11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
12. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi” üzərinə düşür.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 25.554 ABŞ dolları dəyərində mallar göndərilmişdir.
14. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə göndərilmiş mallara görə xx.xx.2022ci il tarixli 25.554 ABŞ dolları dəyəri olan elektron qaimə göndərilmişdir.
15. Hazırda iddiaçı cavabdehin 25.554 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir.
16. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsinə dair məhkəməyə sənəd təqdim etməmişdir.
17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 25.554 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla tələb edilən 3.833 ABŞ dolları ilə bağlı aşağıdakıları qeyd edir.
19. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə mallar 2022-ci ilin iyul ayında göndərilmiş, iddiaçı isə Məhkəməyə 32 ay sonra yəni, 2025-ci ilin aprel ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 3.407,2 (25.554x5/100=1.277,7 (1 il üçün), 1.277,7/12=106,47 (1 ay üçün), 106,475x32=3.407,2 (32 ay üçün)) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə hesab edir ki, iddianın 2.000 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia qismən təmin edilməlidir.
22. Belə ki, “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.
23. İş materiallarına əlavə edilmiş qəbzə əsasən iddiaçı tərəfindən 2.000 manat məbləğində vəkil xərci ödənilmişdir.
24. Lakin məhkəmə hesab edir ki, Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən tutulması daha ağlabatan və ədalətlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun əvəzi olaraq 237,7 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 25.554 (iyirmi beş min beş yüz əlli dörd) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdehndən tutularaq “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 3.407 (üç min dörd yüz yeddi) ABŞ dolları 20 (iyirmi) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdehndən tutularaq “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 237 (iki yüz otuz yeddi) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq “X3 Ürünleri Pazarlama Ticaret ve Sanayi Anonim Şirketi”nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov