Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3399/2022 21.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ödənilmiş pul tələbi barədə kommersiya mübahisəsinə dair işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin təqsiri üzündən, yəni müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən İddiaçı MMC-yə dəymiş 76508 manat məbləğində maddi ziyanın, əldən çıxmış fayda qismində 5000 manat pulun və o cümlədən dövlət rüsumu, mediasiya xərci olaraq ödənilən 400 manatın, ümumilikdə 81908 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı xx.xx.2022-ci il tarixli **********430500 nömrəli çıxarış ilə dəyişərək AZ3518, Qazax rayonu, Daş Salahlı, Daş Salahlı kəndi olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi İddiaçı MMC iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəyməə müraciət etmiş və həmin tarixdə artıq Cavabdeh MMC-nin hüquqi ünvanı dəyişmiş, məhkəmə isə aidiyyət qaydalarına riayət etməyərək həmin işi icraatına götürmüşdür. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası baxılması üçün aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası baxılması üçün aidiyyatı üzrə Gəncə Kommersiya göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3399/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3399/2022
21.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver