Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-34/2022 09.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçıların nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin Cavabdeh2 MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC Cavabdeh2 MMCyə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC (əvvəlki Nikoyl İKB) ilə "xxxx" MMC arasında bağlanmış 06.12.2006-cı il tarixli 1803/941/01 saylı kredit müqaviləsi üzrə 120 000 $ məbləğində kredit müqaviləsi üzrə öhdəliyin "xxxx" MMC tərəfindən tam ödənildiyinə görə Azərbaycan Kredit Bürosu MMC-nin kredit reyesterlərinə dair məlumatlarında "xxxx"ın aktiv öhdəliyinin olmamasına dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə; Cavabdeh1 ASC ilə Naiqin K "xxxx" MMC arasında 28.02.2006-cı il tarixli, 1857/845/01 saylı baş müqavilə çərçivəsində bağlanmış 02.05.2006-cı il tarixli 1207/871/02 saylı, 23 avqust 2006-cı il tarixli 1807/915/03 saylı, 19.10.2006-cı il tarixli 1807/927/04 saylı, 01.11.2006-cı il tarixli 1832/929/01 saylı, 28.11.2006-cı il tarixli 1831/936/05 saylı kredit müqavilələrinin kredit reyesterlərinin çıxarışlarında öz əkslərini yerində tapmayan kreditlərin Kredit Bürosu MMCnin çıxarışlarında öz əksini tapmasını və bu kredit müqavilələri üzrə bütün öhdəliklərin icra edildiyini nəzərə alıb, "xxxx"ın aktiv öhdəliyinin olmamasına dair göstərilməsini cavabdehin üzərinə öhdəliyin qoyulması barədə; Cavabdeh1 ASC ilə Naiqin K "xxxx" MMC arasında bağlanmış 03.10.2007-ci il tarixli, 1807/1005/06 saylı kredit müqaviləsinə əsasən götürülmüş kredit öhdəliyinin "xxxx" tərəfindən tam ödənildiyi üçün Azərbaycan Kredit Bürosu MMC-nin kredit reyesterinə dair məlumatlarda Naiqin K "xxxx" MMC-nin aktiv borc öhdəliyinin olmamasına dair məlumatın verilməsinin cavabdehin üzərinə öhdəliyin qoyulması barədə; "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında 14.11.2013-cü il tarixində 6- BİZ-1-0-101-13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış 05 dekabr 2013-cü il tarixli, 6-BİZ-1-0- 101-13(71) saylı 483 000 manat məbləğli, 23 yanvar 2014-cü il tarixində bağlanılmış 250 000 məbləğli və 20 iyun 2014-cü il tarixində bağlanılmış 130 000 manatlıq kredit müqavilələri üzrə öhdəliklər "xxxx" MMC tərəfindən tam yerinə yetirildiyi üçün Azərbaycan Kredit Bürosu MMC-nin kredit reyesterinə dair məlumatlarda "xxxx" MMC-nin aktiv borc öhdəliyinin olmamasına dair məlumatın göstərilməsini cavabdehin üzərinə öhdəliyin qoyulması barədə; Cavabdeh1ASCilə "xxxx" MMC arasında bağlanılmış 06.07.2009-cu il tarixli 156 000 və 78 000 avro məbləğli kredit müqaviləsi üzrə öhdəlik "xxxx" MMC tərəfindən yerinə yetirdiyi üçün Azərbaycan Kredit bürosu MMC-nin kredit reyesterinə dair məlumatlarda iddiaçının aktiv faiz öhdəliyinin olmamasının göstərilməsinin cavabdehin üzərinə öhdəliyin qoyulması barədə; Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanılmış 19 dekabr 2007-ci il tarixli 1863/1029/02 saylı, 100 000 ABŞ dolları məbləğli kredit müqaviləsi üzrə öhdəlik "xxxx" MMC tərəfindən tam yerinə yetirildiyi üçün Azərbaycan Kredit bürosu MMC-nin kredit reyesterinə dair məlumatlarda "xxxx" MMC-nin aktiv öhdəliyinin olmaması kimi göstərilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Məmmədhəsənov iddia tələbini müdafiə etdiyini bildirib iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsini imzalayan şəxs Vəkil artıq işdən azad edilmişdir, 07.08.2020-ci il tarixdə, yəni iddia ərizəsi verilən vaxt bütün iddiaçıların adından iddia ərizəsini imzalamaq səlahiyyəti olmuşdur. Ona vaxt verildiyi təqdirdə həmin 07.08.2020-ci il tarixə etibarnamələr təqdim edə bilər. Digər proses iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə digər proses iştirakçılarının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Materiallardan görünür ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 07.08.2020-ci il tarixdə verilmiş iddia ərizəsi Vəkil tərəfindən elektron imza ilə imzalanmışdır. Materiallarda olan 20 iyul 2020-ci il tarixli "xxxx" MMC tərəfindən Vəkil verilmiş etibarnamədən görünür ki, o, "xxxx" MMC-nin nümayəndəsi kimi bütün məhkəmə, icra və probasiya orqanlarında işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi, sənədlərin verilməsi – götürülməsinin tələb edilməsi, məhkəmə prosesində iştirak edilməsi, çıxışların və etirazların edilməsi, danışıqlarda iştirak edilməsi, iddianın verilməsi, iddia tələblərinin tələb edilməsi, məhkəmə prosesində iştirak edilməsi, çıxışların və etirazların edilməsi, danışıqlarda iştirak edilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrasının tələb edilməsi və bunlarla bağlı imza etmə və digər hərəkətlərin edilməsi səlahiyətlərinə malikdir. İddia ərizəsinə Vəkil digər iddiaçıları təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən sənəd (etibarnamə), habelə əsas iş yerinin həmin hüquqi şəxslər (iddiaçılar) olan işçisi və ya vəkil olduğunu təsdiq edən sənəd əlavə edilməmişdir. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçılara qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin Cavabdeh2 MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-34/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-34/2022
09.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver