Məhkəmə qərarları › İş №e-2-2(113)-34/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-34/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-34/2024 31.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC-dən, “Ecofruit “MMC-dən, “D.X1 “MMCdən və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə banka 382984,3 ABŞ dolları əsas, 59279,85 ABŞ dolları faiz, 8150,97 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 450415,12 ABŞ dolları məbləğində borcun və 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217- 18/2 №li kredit müqaviləsi üzrə banka 898629,20 ABŞ dolları əsas, 77623,62 ABŞ dolları faiz, 83835,12 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1060087,94 ABŞ dolları məbləğində borcun və 1874 manat ödənilmiş dövlət rüsumunun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumunun və 270 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinin və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinin və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMCnin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılması və Banka təhvil verilməsi, «Yelo Bank” ASC ilə birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı faiz borcun müqaviləyə xitam verildiyi tarixdən müqavilə faizi ilə tutulması mümkün olmadığı təqdirdə Mülki Məcələnin illik 5% hesablanmasını xahiş etmişlər. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18 №li Baş kredit müqaviləsinə əsasən birgə borcalan Cavabdeh4 MMC-yə və Cavabdeh1 MMC-yə «Yelo Bank” ASC-nin “MXM” filialından illik 24%-lə 72 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC «Yelo Bank” ASC-nin “MXM” filialından illik 6%-lə 60 ay müddətinə 540000 ABŞ dolları məbləğində, 2018-ci il 15 noyabr tarixli 6- BİZ-1-0-217-18/2 №li kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC «Yelo Bank” ASC-nin “MXM” filialından illik 6%-lə 56 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli №01 saylı Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2024 tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh4 MMC-nin mülkiyyətindəki Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsi 2018-ci il 10 noyabr tarixli ipoteka müqaviləsilə, “Ecofruit “MMC-nin mülkiyyətindəki Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsi 2018-ci il 04 dekabr tarixli ipoteka müqaviləsilə, Cavabdeh2 MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsi 17 may 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir, “D.X1 “ MMC ilə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18(1) №li və Cavabdeh3 ilə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18(2) №li zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 15 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2022-ci il aprelin 21-dək birgə borcalan olan Cavabdeh4 MMC-nin və Cavabdeh1 MMCnin 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə banka 387984,3 ABŞ dolları əsas, 29400,62 ABŞ dolları faiz, 759,5 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 418144,42 ABŞ dolları borcu vardır. 2022-ci il aprelin 21 Cavabdeh4 MMC-nin və Cavabdeh1 MMC-nin 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217- 18/2 №li kredit müqaviləsi üzrə banka 755099,85 ABŞ dolları əsas, 157028,27 ABŞ dolları faiz, 5121,66 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 917249,78 ABŞ dolları borcu vardır. 13 iyun 2022-ci il tarixdə tərəflər arasında X2 keçirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18 saylı kredit müqaviləsindən görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 24%, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0,1%dən çox olmamaq şərti ilə, 72 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının əsas təminatı 6-BİZ-1-0-217- 18(1) saylı ipoteka müqaviləsinə əsasən Ecofruit MMC-yə məxsus Qəbələ rayonu Ovcullu kəndində yerləşən 9,127 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 4,9998 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 0,708 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 15,3718 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 7,5083 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 6,9207 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 3,8651 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 11,908 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 6,0733 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 27,8991 ha torpaq sahəsi, 6-BİZ-1-0-217-18(2) saylı ipoteka müqaviləsinə əsasən Ecodry MMC-yə məxsus Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən 1.10 ha torpaq sahəsi, 6-BİZ-1-0- 217-18(1) saylı zaminlik müqaviləsinə əsasən D.X1 MMC-nin zaminliyi, 6-BİZ-1-0-217- 18(2) saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 zaminliyi. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsindən görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 6%, 60 ay müddətinə 540000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablanır. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/2 saylı kredit müqaviləsindən görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 6%, 56 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablanır. xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, 6-BİZ-1-0-217-18/1 saylı müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır, müqavilə üzrə kreditin faiz dərəcəsi illik 6%-dən 8%-dək artırılır. xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, 6-BİZ-1-0-217-18/2 saylı müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır, müqavilə üzrə kreditin faiz dərəcəsi illik 6%-dən 8%-dək artırılır. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18(1) saylı zaminlik müqaviləsindən görünür ki, “D.X1” MMC xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklərin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin durur. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18(2) saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklərin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin durur. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 9,127 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 4,9998 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 0,708 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 15,3718 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 7,5083 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 6,9207 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 3,8651 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 11,908 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 6,0733 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 27,8991 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18 (2) saylı ipoteka müqaviləsindən görünür ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən 1.10 ha sahədən ibarət Cavabdeh4 MMCyə məxsus torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Əmlak 275000 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixli 6-BİZ-1-0-217-18 (3) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus Sabirabad rayonu Məmişlər kəndində yerləşən 19.5788 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Əmlakın bazar dəyəri 700000 manat dəyərində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/2 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 755099,85 ABŞ dolları, faiz borcu üzrə 157028,27 ABŞ dolları, cərimə borcu 5121,66 ABŞ dolları, cəmi 917249,78 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 387984,3 ABŞ dolları, faiz borcu üzrə 29400,62 ABŞ dolları, cərimə borcu 759,5 ABŞ dolları, cəmi 418144,42 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/2 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2023-cü il tarixə banka əsas borc üzrə 737099,85 ABŞ dolları, faiz borcu üzrə 215029,19 ABŞ dolları, cərimə borcu 83835,12 ABŞ dolları, cəmi 1035964,16 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «Yelo Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2023-cü il tarixə banka əsas borc üzrə 382984,3 ABŞ dolları, faiz borcu üzrə 59279,85 ABŞ dolları, cərimə borcu 8150,97 ABŞ dolları, cəmi 450415,12 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli 9/8138 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, Ecodry MMC-nin xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 388210,34 ABŞ dolları əsas borc, faiz borcu üzrə 29676,52 ABŞ dolları, Ecofruit MMC-nin xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 759568,01 ABŞ dolları, faiz borcu üzrə 28230,61 ABŞ dolları müəyyən edilir. Tədqiqatın dəyəri 150 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 10/7379-9/8368 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair rəydən görünür ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən 1,10 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 253000 manat və likvid dəyəri təqribən 220000 manat, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 9,127 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 122300 manat və likvid dəyəri təqribən 115000 manat, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 7,5083 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 100600 manat və likvid dəyəri təqribən 95000 manat, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 6,9207 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 92700 manat və likvid dəyəri təqribən 85000 manat, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 11,908 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 160000 manat və likvid dəyəri təqribən 150000 manat, Sabirabad rayonu Məmişlər kəndində yerləşən 19,5788 ha torpaq sahəsinin ümumi dəyəri təqribən 137000 manat və likvid dəyəri təqribən 125000 manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 9/5649 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217-18/1 saylı kredit müqaviləsi və xx.xx.2020ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Ecodry MMC-nin xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 388210,34 ABŞ dolları, faiz borcu üzrə 59784,39 ABŞ dolları, xx.xx.2023-cü il tarixə banka olan əsas borc 388210,34 ABŞ dolları, faiz borcu 73759,96 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2018-ci il tarixli 6-BİZ-1-0-217- 18/2 saylı kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Ecofruit MMC-nin xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 898629,20 ABŞ dolları, faiz borcu üzrə 77623,62 ABŞ dolları, xx.xx.2023-cü il tarixə banka olan əsas borc 898629,20 ABŞ dolları, faiz borcu 109974,28 ABŞ dolları məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki "xxxx" ASC 20,58 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki "xxxx" ASC 128,33 manat məbləğində dövlət rüsumu ödəmişdir. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilib. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilib. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilib. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilib. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödənilib. ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilib. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki "xxxx" ASC 1725,09 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli MŞB/5-02130 nömrəli X2nda iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC 400 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2nda tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2nda üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İlk öncə məhkəmə İddiaçı ASC ilə Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı qeyd edir ki, İddiaçı ASC xx.xx.2022-ci il tarixə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyinə görə 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab edilməli və həmin faiz borcu həmin tarixdən müqavilə şərtlərinə görə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmalıdır. Məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas borcu tələb etdiyinə görə ekspert rəyində isə müəyyən edilmiş əsas borc (388210,34 ABŞ dolları) iddia tələbindən daha çox olduğundan, əsas borc tələbi hissəsində iddia 382984,3 ABŞ dolları (iddia tələbi) həcmində təmin edilməli, faiz borcu isə xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əsasən, həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün illik 5% ekspert rəyinin təqdim etdiyi cədvələ uyğun olaraq hesablanaraq faiz borcu xx.xx.2022-ci il tarixədək 40681,44 ABŞ dolları (ekspert cədvəlinə əsasən faiz borcu olmayan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan əsas borc 382984,30 x 8% : 360 x 478 gün) həcmində, həmin tarixdən sonra xx.xx.2023-cü il tarixədək illik 5% hesablamaqla 11436,33 ABŞ dolları (06.09.22-ci il tarixə olan əsas borc 382984,30 x 5% : 360 x 215 gün) həcmində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 4897,93 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixə olan əsas borcu tələb etdiyindən ekspert rəyində isə əsas borc eynilik təşkili etdiyinə görə əsas borc tələbi hissəsində iddia 898629,20 ABŞ dolları həcmində təmin edilməli, faiz borcu isə xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əsasən, həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün illik 5% ekspert rəyinin təqdim etdiyi cədvələ uyğun olaraq hesablanaraq faiz borcu xx.xx.2022-ci il tarixədək həmçinin cavabdehin 38000 ABŞ dolları ödəniş etdiyini nəzərə alaraq 34489,42 ABŞ dolları (ekspert cədvəlinə əsasən faiz borcu olmayan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan əsas borc 898629,20 x 8% : 360 x 363 gün - 38000) həcmində, həmin tarixdən sonra xx.xx.2023-cü il tarixədək illik 5% hesablamaqla 26834,06 ABŞ dolları (06.09.22-ci il tarixə olan əsas borc 898629,20 x 5% : 360 x 215 gün) həcmində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 20047,32 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılması və banka təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir, belə ki, “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbləri yaşayış sahələrdə qeydiyyatda olan fiziki şəxslərə qarşı irəli sürülə bilər, digər iki tələbi isə torpağın mülkiyyətçisi tərəfindən irəli sürülə bilər. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, «Yelo Bank” ASC ilə birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsi xx.xx.2022-ci il tarixə ləğv edilmiş hesab edilməli və cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X1 “MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə 382984,3 ABŞ dolları əsas, 40681,44 ABŞ dolları faiz, 4897,93 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 11436,33 ABŞ dolları, ümumilikdə cəmi 440000 ABŞ dolları məbləğində borc və 2018-ci il 15 noyabr tarixli 6-BİZ- 1-0-217-18/2 №li kredit müqaviləsi üzrə 898629,20 ABŞ dolları əsas, 34489,42 ABŞ dolları faiz, 20047,32 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 26834,06 ABŞ dolları, ümumilikdə cəmi 980000 ABŞ dolları məbləğində borc və 1761 manat dövlət rüsumu, 200 manat ödənilmiş mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumu və 270 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Tutma ilkin satış qiyməti 220000 manat olan Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə, “Ecofruit “MMC-yə məxsus olan ilkin satış qiyməti 115000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 95000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 85000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 150000 manat olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki ilkin satış qiyməti 125000 manat olan Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracdan satılmalı və satışdan əldə olunan vəsait İddiaçı ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X1 “MMC və Cavabdeh3 müştərək qaydada ümumi qaydada tutulmalıdır. İddia tələbinin 94%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 450 manat məbləğində ekspertiza xərcinin 423 manatı cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X1 “MMC və Cavabdeh3, 27 manatı İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. «Yelo Bank” ASC ilə birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsi xx.xx.2022-ci il tarixə ləğv edilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X1 “MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə banka 382984,3 ABŞ dolları əsas, 40681,44 ABŞ dolları faiz, 4897,93 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 11436,33 ABŞ dolları, ümumilikdə cəmi 440000 ABŞ dolları məbləğində borc və 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə banka 898629,20 ABŞ dolları əsas, 34489,42 ABŞ dolları faiz, 20047,32 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 26834,06 ABŞ dolları, ümumilikdə cəmi 980000 ABŞ dolları məbləğində borc və 1761 manat ödənilmiş dövlət rüsumu, 200 manat ödənilmiş mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumu və 270 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma ilkin satış qiyməti 220000 manat olan Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə, “Ecofruit “MMC-yə məxsus olan ilkin satış qiyməti 115000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 95000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 85000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 150000 manat olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki ilkin satış qiyməti 125000 manat olan Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracdan satılsın və satışdan əldə olunan vəsait İddiaçı ASC-yə ödənilsin, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X1 “MMC və Cavabdeh3 müştərək qaydada ümumi qaydada tutulsun. 450 manat məbləğində ekspertiza xərcinin 423 manat cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X1 “MMC və Cavabdeh3, 27 manat İddiaçı ASC-dən manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar