Məhkəmə qərarları › İş №e-2-2(113)-34/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-34/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-34/2025 08.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh8 və Cavabdeh2nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh8 və Cavabdeh2nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. Bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh8 və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 034/F nömrəli Kredit müqaviləsi üzrə ümumilikdə 173.424,43 (bir yüz yetmiş üç min dörd yüz iyirmi dörd manat 43 qəpik) manat, bundan əsas borc 156 000 (bir yüz əlli altı min) manat, faiz 17.424,43 (on yeddi min dörd yüz iyirmi dörd manat 43 qəpik) manat, 437/M nömrəli Kredit müqaviləsi üzrə ümumilikdə 661.138,50 (altı yüz altmış bir min bir yüz otuz səkkiz manat 50 qəpik) manat, bundan əsas borc 600.000 (altı yüz min) manat, faiz borcu 61.138,50 (altmış bir min bir yüz otuz səkkiz manat 50 qəpik) manat, 679/M nömrəli Kredit müqaviləsi üzrə ümumilikdə 236.912,50 (iki yüz otuz altı min doqquz yüz on iki manat 50 qəpik) manat, bundan əsas borc 210.000 (iki yüz on min) manat, faiz borcu 26.912,50 (iyirmi altı min doqquz yüz on iki manat 50 qəpik) manat məbləğinin tutularaq LPO İddiaçı ASC–yə ödənilməsi; Cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 012/F nömrəli Kredit müqaviləsi üzrə ümumilikdə 16.445,29 (on altı min dörd yüz qırx beş manat 29 qəpik) manat, bundan əsas borc 10.258,01 (on min iki yüz əlli səkkiz manat 01 qəpik) manat, faiz borcu 3.633,34 (üç min altı yüz otuz üç manat 34 qəpik) manat, dəbbə pulu 2.553,94 (iki min beş yüz əlli üç manat 94 qəpik) manat məbləğinin tutularaq LPO İddiaçı ASC–yə ödənilməsi; Cavabdeh5 013/F nömrəli Kredit müqaviləsi üzrə ümumilikdə 9.697,06 (doqquz min altı yüz doxsan yeddi manat 06 qəpik) manat, bundan əsas borc 5.671,15 (beş min altı yüz yetmiş bir manat 15) manat, faiz borcu 1.803,30 (bir min səkkiz yüz üç manat 30 qəpik) manat, dəbbə pulu 2.222,61 (iki min iki yüz iyirmi iki manat 61 qəpik) manat məbləğinin tutularaq LPO İddiaçı ASC–yə ödənilməsi; Tələbin 034/F, 437/M və 679/M nömrəli Kredit müqavilələrinin təminatı kimi 034/F, 437-3/M və 679-2/M saylı Sonrakı İpoteka müqavilələrinə əsasən Cavabdeh3 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57-də yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, tələbin 034/F və 437/M nömrəli Kredit müqavilələrinin təminatı kimi 034/F və 437-1/M saylı Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 nömrəli evin 216A saylı mənzilinə yönəldilməsi, tələbin 034/F, 437/M və 679/M nömrəli Kredit müqavilələrinin təminatı kimi 034/F, 437- 1/M və 679-1/M saylı Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 nömrəli evin 217 saylı mənzilinə yönəldilməsi, tələbin 437/M, 012/F və 013/F nömrəli Kredit müqavilələrinin təminatı kimi 437-2/M və 012/F saylı Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 Nurəddinoviç tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 nömrəli evin 39 saylı mənzilinə yönəldilməsi, göstərilən daşınmaz əmlakların açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına LPO İddiaçı ASC–yə cəmi 1.097.617,78 (bir milyon doxsan yeddi min altı yüz on yeddi manat 78 qəpik) manat, 765 (yeddi yüz altmış beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsum və 1.339 (bir min üç yüz otuz doqquz) manat dövlət rüsumunun ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2014-cü il tarixində 034/F nömrəli Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 MMC-yə illik 6 (altı) % hesablanmaq şərti ilə, 7(yeddi) il müddətinə, 42 (qırx iki) ay güzəşt müddəti olmaqla 550 000 (beş yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2014-cü il tarixli, 034/F nömrəli Kredit müqaviləsinə xx.xx.2021-ci il tarixində Əlavə bağlanmışdır. Həmin Əlavəyə əsasən, əsas məbləğdən 145 756.94 AZN qalıq borcu hesablanmış faiz məbləği ilə (faiz borcu 10 622.31 AZN) kapitallaşdırılaraq əsas borc 156 000 AZN təyin edilməsi, illik faiz dərəcəsi 6%-dən 12%-yə artırılması, ödənişin şərti dəyişdirilərək faizlər rüblük, əsas məbləğ müddət ərzində ödənilməklə təyin edilməsi və istifadə müddəti bitmə tarixindən 24 ay müddətinə, xx.xx.2021ci ildən xx.xx.2023-cü il tarixinə qədər artırılması müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli, 034/F nömrəli Kredit müqaviləsinə xx.xx.2021-ci il tarixində bağlanmış Əlavənin təminatı kimi aşağıdakı daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir: -xx.xx.2021-ci il tarixində 034/F saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 nömrəli evin 217 saylı mənzil (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, reyestr kitabı 1369, vərəq 125187, reyestr nömrəsi **********25-05301-093014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il); -xx.xx.2021-ci il tarixində 034/F saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, ev 57 nömrəli qeyri-yaşayış sahəsi (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, reyestr kitabı 128, vərəq 11970, reyestr nömrəsi **********25-05301-083007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il); -xx.xx.2021-ci il tarixində 034/F saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57-də yerləşən 216A saylı mənzil (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, reyestr kitabı 2071, vərəq 191563, reyestr nömrəsi **********25-05301-093129, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il); İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixində 437/M nömrəli Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 MMC-yə 60 (altmış) ay müddətinə, illik 15 (on beş) % olmaqla 600 000 (altı yüz min) manat məbləğində kredit verilmişdir. 437/M nömrəli Kredit müqaviləsinin təminatı kimi aşağıdakı daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir: -xx.xx.2019-cu il tarixində 437-1/M saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 saylı evin, 217 nömrəli mənzil (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya RX №1459477, reyestr kitabı 1369, vərəq 125187, reyestr nömrəsi **********25-05301-093014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il). -xx.xx.2019-cu il tarixində 437-1/M saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 saylı evin, 216A nömrəli mənzil (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya RX №1459479, reyestr kitabı 2071, vərəq 191563, reyestr nömrəsi **********25-05301-093129, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il). -xx.xx.2019-cu il tarixində 437- 2/M saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 nömrəli evin, 39 saylı mənzil (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya RX №1459473, reyestr kitabı 1921, vərəq 177218, reyestr nömrəsi **********25-05301-093120, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il). xx.xx.2019-cu il tarixində 437-3/M saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 nömrəli qeyriyaşayış sahəsi (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya RX №1459499, reyestr kitabı 128, vərəq 11970, reyestr nömrəsi **********25-05301- 083007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019cu il). İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixində 679/M nömrəli Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 MMC-yə 36 (otuz altı) ay müddətinə, illik 15 (on beş) % olmaqla 210 000 (iki yüz on min) manat məbləğində kredit verilmişdir. 679/M nömrəli Kredit müqaviləsinin təminatı kimi aşağıdakı daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir: - xx.xx.2020-ci il tarixində 679-1/M saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 57 nömrəli evin, 217 saylı mənzili (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, reyestr kitabı 1369, vərəq 125187, reyestr nömrəsi **********25-05301-093014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il). -xx.xx.2020-ci il tarixində 679-2/M saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, ev 57 nömrəli qeyri-yaşayış sahəsi (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, reyestr kitabı 128, vərəq 11970, reyestr nömrəsi **********25-05301-083007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il). xx.xx.2017-ci il tarixində İddiaçı ASC ilə X5 arasında 012/F nömrəli Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X4 illik 6 (altı) % hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) ay güzəşt müddəti olmaqla 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixində İddiaçı ASC ilə Cavabdeh5 arasında xx.xx.2017-ci il tarixində 013/F nömrəli Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh5 illik 6 (altı) % hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) ay güzəşt müddəti olmaqla 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. 012/F və 013/F nömrəli Kredit müqavilələrinin təminatı kimi xx.xx.2017-ci il tarixində 012/F saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 57 nömrəli evin, 39 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya RX №1065177, reyestr kitabı 1921, vərəq 177218, reyestr nömrəsi **********25-05301-093120, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il). Qeyd etmək istəyirik ki, 034/F, 437/M, 679/M, 012/F və 013/F nömrəli Kredit müqavilələrinin müddəaları pozularaq, öhdəliklər icra edilmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X10 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh8 və Cavabdeh2nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddianın “daşınmaz əmlakların satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh2 (borc alan) arasında xx.xx.2014-cü il tarixli, 034/F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 42 ay müddətinə, illik 6% olmaqla 550.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

11. xx.xx.2014-cü il tarixli 034/F saylı ipoteka müqaviləsi ilə xx.xx.2014-cü il tarixli, 034/F saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin ipoteka saxlayan qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən 217 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən 216A saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayan (İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir.

12. Daha sonra xx.xx.2014-cü il tarixli 034/F saylı Kredit Müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən əsas məbləğdən 145.756,94 AZN qalıq borcu hesablanmış faiz məbləği ilə kapitallaşdırılaraq əsas borc 156.000 AZN təyin edilmiş, illik faiz dərəcəsi 6%-dən 12% artırılmış, istifadə müddəti bitmə tarixindən 24 ay müddətinə, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinə qədər artırılmışdır.

13. xx.xx.2021-ci il tarixli 034/F saylı sonrakı ipoteka müqaviləsi ilə xx.xx.2014-cü il tarixli, 034/F saylı kredit müqaviləsinin xx.xx.2021-ci il tarixli Əlavəsinə əsasən Cavabdeh2 MMC ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən 217 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən 216A saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayan (İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir.

14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 437/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 60 ay müddətinə, illik 15% olmaqla 600.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

15. xx.xx.2019-cu il tarixli, 437/M saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMCnin ipoteka saxlayan qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixli 437/1-M saylı ipoteka müqaviləsi ilə Cavabdeh3 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən 217 saylı mənzil və Cavabdeh3 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən 216A saylı mənzil, xx.xx.2019-cu il tarixli, 437/2-M saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus (ipoteka qoyan) məxsus ünvan 1 ünvanında yerləşən 39 saylı mənzil, xx.xx.2019-cu il tarixli 437/3-M saylı ipoteka müqaviləsi ilə Cavabdeh3 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayan (İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 679/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 15% olmaqla 210.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

17. xx.xx.2020-ci il tarixli, 679-1/M saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin ipoteka saxlayan qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixli 679-1/M saylı sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh3 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən 217 saylı mənzil, xx.xx.2020-ci il tarixli 679-2/M saylı sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh3 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka saxlayan (İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir.

18. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh5 (borc alan) arasında xx.xx.2017-ci il tarixli, 013/F saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 6% olmaqla 15.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

19. Müqavilənin 3.1-ci bəndinə əsasən Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 179.3 kv.m ümumi, 106.6 kv.m yaşayış, 74.7 kv.m. yardımçı sahədə ibarət 4 otaqlı 39 saylı mənzil ilə təmin edilir.

20. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) X5 (borc alan) arasında xx.xx.2017ci il tarixli, 012/F saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 6% olmaqla 15.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

21. Müqavilənin 3.1-ci bəndinə əsasən Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 179.3 kv.m ümumi, 106.6 kv.m yaşayış, 74.7 kv.m. yardımçı sahədə ibarət 4 otaqlı 39 saylı mənzil ilə təmin edilir.

22. xx.xx.2017-ci il tarixli 012/F saylı sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2014-ci il tarixli 012/F saylı və 013/F saylı kredit müqavilələri üzrə əsas öhdəliklərin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 39 saylı mənzil ipoteka saxlayan (İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir.

23. Müqavilələr, onlara Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

27. X6 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

28. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

29. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.

30. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-137/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2143 nömrəli rəyinə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2014-cü il tarixli 034/F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli Əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 156.000, faiz borcu 37.284 manat, xx.xx.2024-cü il tarixə (məhkəmə qərardadının tarixinə) əsas borcu 156.000 manat, faiz borcu 56.524 manat, xx.xx.2019-cu il tarixli 437/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il (maliyyə arayışının tarixinə) əsas borcu 600.000 manat, faiz borcu 349.926,89 manat, xx.xx.2024-cü il tarixə (məhkəmə qərardadının tarixinə) əsas borcu 600.000 manat, faiz borcu 393.676,89 manat, xx.xx.2019-cu il tarixli 679/M saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcu 210.000 manat, faiz borcu 94.500 manat, xx.xx.2024cü il tarixə (məhkəmə qərardadının tarixinə) əsas borcu 210.000 manat, faiz borcu 124.687,5 manat, Cavabdeh5 xx.xx.2017-ci il tarixli 013/F saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 5.988,17 manat, faiz borcu 183,64 manat, xx.xx.2024-cü il tarixə (məhkəmə qərardadının tarixinə) əsas borcu 5.988,17 manat, faiz borcu 1.566,90 manat məbləğində müəyyən olunmuşdur.

31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-137/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/670 nömrəli rəyinə əsasən X2 xx.xx.2017-ci il tarixli 012/F saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 10.512,33 manat, faiz borcu 515,10 manat məbləğində müəyyən olunmuşdur.

32. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2017-ci il tarixli 012F saylı kredit müqaviləsi üzrə borcalan X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Cavabdeh6, Cavabdeh7, X3 və Cavabdeh8 onun vərəsələri kimi tanınmışdır. Ona görə də, sonuncular onun prossesual hüquq varisi olmaqla işə cavabdeh kimi cəlb edilmişlər.

33. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmənin yalnız bir hazırlıq iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən Cavabdeh1 nümayəndəsi iş materialları ilə tanış olması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan başqa məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh8 atasının götürdüyü kreditdən məlumatsız olduğunu bildirmiş, kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.

34. Qeyd olunanları və iddiaçının tələbi nəzərə alındığında, məhkəmə hesab edir ki, iddia kredit müqavilələri üzrə borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və xx.xx.2014-cü il tarixli 034/F saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 156.000 manat, faiz borcu üzrə 17.424,43 manat, xx.xx.2019-cu il tarixli 437/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 600.000 manat, faiz borcu üzrə 61.138,50 manat, xx.xx.2020-ci il tarixli 679/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 210.000 manat, faiz borcu üzrə 26.912,50 manat məbləğində pul Cavabdeh2 MMC-dən, xx.xx.2017-ci il tarixli 012/F saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.258, 01 qəpik, faiz borcu üzrə 515,10 qəpik, cərimə borcu üzrə 800 manat olmaqla məbləğində pul Cavabdeh6, Cavabdeh7, X3 və Cavabdeh8 müştərək qaydada, xx.xx.2017-ci il tarixli 013/F saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.671,15 qəpik, faiz borcu üzrə 183,64 qəpik, cərimə borcu üzrə 280 manat məbləğində pul Cavabdeh5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

35. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizaya "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəylərə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 470.000 manat, likvid qiyməti 440.000 manat, ünvan 1 ünvanında yerləşən 217 nömrəli mənzilin bazar qiyməti 326.000 manat, likvid qiyməti 290.000 manat, ünvan 1 ünvanında yerləşən 216A nömrəli mənzilin bazar qiyməti 540.000 manat, likvid qiyməti 480.000 manat, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzilin bazar qiyməti 310.000 manat, likvid qiyməti 280.000 manat məbləğində müəyyən olunmuşdur.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 034/F saylı, xx.xx.2019-cu il tarixli 437/M saylı, xx.xx.2020-ci il tarixli 679/M saylı kredit müqavilələri üzrə tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 440.000 (dörd yüz qırz min) manat müəyyən edilməklə, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən, 217 saylı mənzilə ilkin satış qiyməti 290.000 (iki yüz doxsan min) manat müəyyən edilməklə, xx.xx.2014-cü il tarixli 034/F saylı, xx.xx.2019-cu il tarixli 437/M saylı kredit müqavilələri üzrə tutma Hacıyev acıyev Nofəl Əhməd oğluna məxsus ünvan 2 ünvanında yerləşən mənzilə ilkin satış qiyməti 480.000 (dörd yüz səksən min) manat müəyyən edilməklə, xx.xx.2019-cu il tarixli 437/M saylı, xx.xx.2017-ci il tarixli 012/F saylı, xx.xx.2017-ci il tarixli 013/F saylı kredit müqavilələri üzrə tutma Cavabdeh1 Nurəddinoviçə məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən, 39 saylı mənzilə ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir.

38. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq əvəzi olaraq 1.334,59 manat məbləğində pul da, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş pulun əvəzi olaraq 765 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

40. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərci ayrı-ayrılıqda 100 manat təşkil edir. Ona görə də, 200 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 MMC, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh8 və Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir

41. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli 034/F saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 156.000 (bir yüz əlli altı min) manat, faiz borcu üzrə 17.424 (in yeddi min dörd yüz iyirmi dörd) manat, 43 (qırx üç) qəpik olmaqla, cəmi 173.424 (bir yüz yetmiş üç min dörd yüz iyirmi dörd) manat, 43 (qırx üç) qəpik məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2019-cu il tarixli 437/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 600.000 (altı yüz min) manat, faiz borcu üzrə 61.138 (altmış bir min yüz otuz səkkiz) manat, 50 (əlli) qəpik olmaqla, cəmi 661.138 (altı yüz altmış bir min yüz otuz səkkiz) manat, 50 (əlli) qəpik məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2020-ci il tarixli 679/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 210.000 (iki yüz on min) manat, faiz borcu üzrə 26.912 (iyirmi altı min doqquz yüz on iki) manat, 50 (əlli) qəpik olmaqla, cəmi 236.912 (iki yüz otuz altı min doqquz yüz on iki) manat, 50 (əlli) qəpik məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2017-ci il tarixli 012/F saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.258 (on min iki yüz əlli səkkiz) manat 01 (sıfır bir) qəpik, faiz borcu üzrə 515 (beş yüz on beş) manat 10 (on) qəpik, cərimə borcu üzrə 800 (səkkiz yüz) manat olmaqla, cəmi 11.573 (on bir min beş yüz yetmiş üç) manat 11 (on bir) qəpik məbləğində pul Cavabdeh6, Cavabdeh7, X3 və Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2017-ci il tarixli 013/F saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.671 (beş min altı yüz yetmiş bir) manat 15 (on beş) qəpik, faiz borcu üzrə 183 (bir yüz səksən üç) manat 64 (altmış dörd) qəpik, cərimə borcu üzrə 280 (iki yüz səksən) manat olmaqla, cəmi 6.134 (altı min yüz otuz dörd) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul Cavabdeh5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2014-cü il tarixli 034/F saylı, xx.xx.2019-cu il tarixli 437/M saylı, xx.xx.2020-ci il tarixli 679/M saylı kredit müqavilələri üzrə tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 440.000 (dörd yüz qırz min) manat müəyyən edilməklə, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən, 217 saylı mənzilə ilkin satış qiyməti 290.000 (iki yüz doxsan min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. xx.xx.2014-cü il tarixli 034/F saylı, xx.xx.2019-cu il tarixli 437/M saylı kredit müqavilələri üzrə tutma Hacıyev acıyev Nofəl Əhməd oğluna məxsus ünvan 3 ünvanında yerləşən mənzilə ilkin satış qiyməti 480.000 (dörd yüz səksən min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. xx.xx.2019-cu il tarixli 437/M saylı, xx.xx.2017-ci il tarixli 012/F saylı, xx.xx.2017-ci il tarixli 013/F saylı kredit müqavilələri üzrə tutma Cavabdeh1 Nurəddinoviçə məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57 ünvanında yerləşən, 39 saylı mənzilə ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Dövlət rüsumunun əvəzi olaraq 1.334 (bir min üç yüz otuz dörd) manat 59 (əlli doqquz) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 MMC, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh8 və Cavabdeh5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş pulun əvəzi olaraq 765 (yeddi yüz altmış beş) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X3 və Cavabdeh5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 MMC, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh8 və Cavabdeh5 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar