Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-340/2023 08.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehidyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.405 manat əsas, 3.597,64 manat faiz, 965,07 manat cərimə, 2038 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 21.005,71 (iyirmi bir min beş manat, 71 qəpik) məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 14.405 manat əsas, 3.597,64 manat faiz, 965,07 manat cərimə, 2038 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MMin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 21.005,71 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin məhkəməyə təqdim edilməsi mümükün olmamışdır. Bununla belə cavabdeh tərəfindən ödənişlərin olması və kassa məxaric orderləri tərəflər arasında müqavilə münasibətlərinin olduğunu və cavabdeh tərəfindən ödənişlərin olduğunu təsdiq edir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında imzalanış müqavilədən məlum olur ki, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi hər iki tərəfin borcudur. Bundan əlavə cavabdehin ödənişləri də mövcuddur ki, bu baxımdan hazırki işə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, kredit müqaviləsinin əsli, kassa məxric orderi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə prosesi zamanı bununla bağlı iddiaçıya sual verilsə də iddiaçının nümayəndəsi tərəfindən cavab verilməmişdir. Həmçinin İddiaçı ASC ilə X2 arasında 07 iyul 2015-ci il tarixində 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 14.500 manat kredit verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Bir müddət kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirsədə sonradan maddi vəziyyəti olmadığına görə ödəniş edilməmişdir. Bu müddət ərzində öhdəliyin icrası ilə bağlı heç bir tələb irəli sürülməmişdir. X2 ilə bank arasında bağlanılmış kredit müqaviləsinin icra müddəti 07 iyul 2018-ci ii tarixdə bitmiş və həmin tarixdən iddia müddətinin axımı başlanılmış və 3 illik iddia müddəti 07 iyul 2021-ci il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə iddia müddəti başa çatdıqdan sonra 10 noyabr 2022-ci iİ tarixdə müraciət etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Sonradan 23 yanvar 2023-cü il tarixində iddiaçı tərəfindən təqdim olunan hesabdan çıxarışa əsasən Qazıyev Fuad 26 may 2016-ci ildə ödəniş edilmişdir. 26 may 2016-cı il tarixində ödəniş edilmiş müqavilənin icra müddəti 26 may 2015-cu il tarixində bitmiş və həmin tarixdən iddia müdətinin axımı başlanılmış və 3 illik iddia müddəti 26 may 2022-ci il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə iddia müddəti başa çatdıqdan sonra 10 noyabr 2022-ci il tarixində müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: 3 may 2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, "xxxx" ASC və Cavabdeh arasında imzalanmış 7 iyul 2015-ci il tarixli **********02240700001 saylı kredit müqaviləsi üzrə 21 aprel 2021-ci il tarixə 14.405 manat əsas borc, 3.597 manat faiz borcu, 2.038 manat illik 5% hesablanmaqla faiz borcu mövcuddur. Cavabdeh məxsus xx.xx.2015 və xx.xx.2016 tarixlərini əhatə edən hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2016-cı il tarixində qeyd olunan hesaba sonuncu dəfə 252,50 manat mədaxil ödəniş olmuşdur. xx.xx.2016-xx.xx.2021 tarixlərini əhatə edən hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2016-cı il tarixində 364,84 manat “zamin migraciya faizler” təyinatı üzrə mədaxil olmuşdur. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanan 30 aprel 2021-ci il tarixli məktubda borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 10 iyul 2015-ci il tarixli 068/15 nömrəli kassa məxaric orderinə əsasən 3.800 manat, 16 iyul 2015-ci il tarixli 068/15 nömrəli kassa məxaric orderinə əsasən 5.180 manat X2 adına məxaric olmuşdur. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mediasiya arayışından məlum olur ki, LPO İddiaçı ASC tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. İşin halları ondan ibarətdir ki, iddia tələbinin əsaslandığı kredit müqaviləsi təqdim edilməmiş, iddiaçı müqavilənin və ödəniş qrafikinin itirilməsini bildirmişdir. İddiaçı kassa məxaric orderinə və hesabdan çıxarışa əsaslanaraq iddianının təmin edilməsini, cavabdeh iddia müddətinin tətbiq edilərək rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflər arsında kredit müqaviləsindən irəli gələn münasibətin yaranması, 14.500 manat məbləğində kreditin verilməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə bunu işin mübahisəsiz halı kimi qəbul edir. İddiaçının kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə münasibətdə isə cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti təbiq edilməklə iddia tələbi rədd edilməlidir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh tərəfindən sonuncu dəfə ödəniş xx.xx.2016-cı il tarixində olmuşdur. Bundan başqa iddiaçı tərəflər arasında xx.xx.2015-ci il tarixində 36 ay müddətinə kredit müqaviləsinin imzalandığını bildirsə də kredit müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər hesabdan çıxarışda isə xx.xx.2016-cı il tarixində hesaba mədaxil olduğu məlum olur. Bununla belə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi sonuncu ödəniş tarixinin xx.xx.2016-cı il tarixində olduğunu qeyd etmiş, xx.xx.2016-cı il tarixində hesaba olan mədaxilin ödəniş olmadığını bildirmişdir. İddiaçı tərəfindən müqavilə üzrə borcun ödənilməsi tələbi ilə 10.11.202-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «... iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq və təqdim edilmiş sənədlərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsaslıdır, iddiaçı tələb üzrə üç illik iddia müddətini ötürmüşdür. İddiaçı iddia müddəti ərzində öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olduğu halda həmin dövrdə bu hüquqdan istifadə etməmişdir. Bundan əlavə iddiaçı 965,07 manat cərimə, 2038 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğinin tutulmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləyə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəyə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.müddəalarının şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyindən, iddia tələbi qeyd olunan hissədə də rədd edilməlidir. Belə ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. (Mülki Məcəllə 376-cı maddə). Bundan əlavə iddiaçı məhkəməyə tərəflər arasında imzalanmış kredit müqaviləsinə təqdim etməmiş, nəticədə müqavilədə dəbbə pulunun cavabdehdən tutulmasının razılaşdırıldığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İlkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-340/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-340/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver