Məhkəmə qərarları › İş №e-2-2(113)-340/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-340/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-340/2025 04.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada onun хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 8854,7 manat məbləğində krеdit bоrcu, 607.33 manat məbləğində faiz və 297,33 manat məbləğində cərimə olmaqla, 9759.36 manat, - 002R********** saylı krеdit razılaşması üzrə 1771,51 manat məbləğində krеdit bоrcu, 68.54 manat məbləğində faiz bоrcu və 20,9 manat məbləğində cərimə olmaqla,cəmi 1860.95 manat; ümumilikdə cəmi 11620 manat 31 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124,86 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,2011 ha torpaq sahəsində yerləşən 136a nömrəli, 11 mərtəbəli binanın 8ci girişində, 6-cı mərtəbəsində, 111.8 kv.m ümumi, 69.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 150 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsi və mənzilin açıq hərracdan satılması və ümumilikdə ümumilikdə cəmi 11620 manat 31 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124,86 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ona ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunmuş, mülki işin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, eyni zamanda ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı QSC-nin ərizəsi təmin edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat 86 (səksən altı) qəpik məbləğində dövlət rüsumu (qəbzlər №********** (100 manat) və №********** (24,86 manat)) ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar